Month: April 2020

  • Gəncədə 78 yaşlı qadın intihar etdi

    Gəncədə 78 yaşlı qadın intihar edib.

    Şəhər sakini, 1942-ci təvəllüdlü Niftəliyeva Rahilə yaşadığı evdə sirkə turşusu içərək həyatına son qoyub.

    Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

    Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

  • Семьям шехидов оказывается адресная помощь – ФОТО

    Учитывая особый карантинный режим, действующий в Азербайджане в связи с предотвращением распространения коронавирусной инфекции, военнослужащие доставили адресную помощь пожилым (старше 65 лет) членам семей шехидов, ветеранам и инвалидам войны.

    Как сообщили в Минобороны, представители Идеологического и культурного центра Гянджинского гарнизона и военнослужащие, посетив семьи, доставили им необходимые продукты питания и средства личной гигиены.

    В настоящее время работы по выявлению лиц этой категории и оказанию им помощи продолжаются.





  • Şəhid ailələrinə ünvanlı yardım edilib – FOTO

    Şəhid ailələrinin yaşı 65-dən yuxarı olan üzvlərinə, yaşlı müharibə veteranlarına və əlillərə ünvanlı yardım verilib.

    Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

    Bildirilib ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejimini nəzərə alaraq, hərbi qulluqçular şəhidlərimizin yaşı 65-dən yuxarı olan ailə üzvlərinə, yaşlı müharibə veteranlarına və əlillərə ünvanlı yardım çatdırıblar.

    Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin nümayəndələri və hərbi qulluqçular ailələri ziyarət edərək, zəruri ərzaq məhsullarını və şəxsi gigiyena vasitələrini onlara təqdim ediblər.

    Hazırda bu kateqoriyadan olan şəxslərin müəyyən edilərək, onlara yardım edilməsi istiqamətində işlər davam etdirilir.





  • Депутат Милли Меджлиса призвала помочь нуждающимся – ФОТО

    Депутат Милли Меджлиса (парламента) Азербайджана Кенуль Нуруллаева призвала принять участие в акции “Поделись с нуждающимися”.

    “Недавно мы стали свидетелями инициативы владельцев некоторых маркетов в ряде регионов Азербайджана. Мы также за короткое время оперативно связались с мелкими и крупными маркетами, расположенными на территории Низаминского района, и открыли в более чем 10 магазинах стенды “Поделись с нуждающимися”, – говорится в обращении К.Нуруллаевой, опубликованном в Facebook, передает Oxu.Az.

    Выразив поддержку благотворительной акции, депутат отметила, что они обеспечили эти стенды необходимыми продуктами питания и передали эстафету неравнодушным.

    По ее словам, в рамках этой кампании у проживающих неподалеку нуждающихся граждан будет возможность раз в неделю получить продукты питания бесплатно, при этом они должны представить свое удостоверение личности.

    “Помощь людям, нуждающимся в ней в эти трудные дни, является моральным долгом каждого гражданина. Призываю наших граждан, имеющих возможность, не оставлять полки этих стендов пустыми. Наш народ всегда отличался добротой, милосердием, и я верю, что мы останемся верными этим качествам и сейчас”, – написала К.Нуруллаева.

    Парламентарий выразила благодарность владельцам маркетов в Низаминском районе Баку, которые приняли участие в акции “Поделись с нуждающимися”, и призвала других присоединиться к этой инициативе.

    Предлагаем вниманию читателей список маркетов, участвующих в благотворительном марафоне. Отметим, что этот перечень будет дополняться.

    1. улица Рустамова – маркет Bəxtiyar во дворе домов №№ 43 и 4;

    2. улица Шарифли – маркет Həyat во дворе домов №№ 104a и 104b;

    3. улица Насими – маркет Həyat во дворе дома №28;

    4. улица М.Аббасова – маркет Nuray во дворе дома №43;

    5. улица Э.Сулейманова – маркет во дворе дома №133;

    6. проспект Г.Гараева – маркет Qalib во дворе дома №69;

    7. улица Нахчыванского – маркет Bolluq во дворе дома №77;

    8. улица Мехсети – маркет Sərxan во дворе дома №5;

    9. улица Э.Сулейманова – маркет во дворе дома №108;

    10. улица Рустамова – маркет во дворе домов №№66 и 68.






  • Xanım millət vəkilindən xeyirxah addım: “Bu marketlərdəki rəfləri boş qoymayaq…” – FOTO

    “Son günlər Azərbaycanın müxtəlif bölgələrində bəzi market sahibləri tərəfindən irəli sürülən humanist təşəbbüsün şahidi olduq. Biz də qısa zaman çərçivəsində “Deputat Qərargah”ında yaradılmış İşçi Qrupunun üzvləri ilə birgə operativ şəkildə ərazimizdə yerləşən kiçik və irimiqyaslı marketlərlə əlaqə quraraq, 10-dan çox market daxilində “Ehtiyacı olanlara öz payından pay ver” guşəsini yaratdıq”.

    Bu sözlər millət vəkili Könül Nurullayevanın seçicilərinə və bütövlükdə ölkə vətəndaşlarına növbəti müraciətindəndir.

    Xeyirxah missiyaya dəstəyini ifadə edən xanım millət vəkili yaradılan həmin guşələri lazımi ərzaq məhsulları ilə təmin etdiklərini və bu estafetin davamını xeyirxah insanlara ötürdüklərini bildirib.

    Onun sözlərinə görə, kampaniya ərzində yaxın ətrafda yaşayan sakinlərin həftədə bir dəfə olmaq şərtilə şəxsiyyət vəsiqəsini təqdim etməklə ehtiyacı olan ərzaq məhsullarını ödəniş etmədən götürmək imkanı olacaq:

    “Bu çətin günlərdə ehtiyacı olan insanlara yardım etmək hər bir vətəndaşın mənəvi borcudur. İmkanı olan vətəndaşlarımızı həmin marketlərdəki rəfləri boş qoymamağa çağırıram. Xalqımız hər zaman xeyirxahlığı, mərhəməti ilə seçilib və bu yüksək keyfiyyətlərinə indiki ağır günlərdə də sadiq qalacağına inanıram”.

    Daha sonra millət vəkili “Ehtiyacı olanlara öz payından pay ver” aksiyasında iştirak edən Nizami rayon ərazisindəki bütün marketlərə (aşağıda adları və ünvanları qeyd olunub) təşəkkürünü bildirib və digər marketləri də bu təşəbbüsə qoşulmağa dəvət edib.

    Xeyriyyəçilik marafonuna qoşulan marketlərin siyahısını təqdim edirik. Xatırladaq ki, təşəbbüsə sonradan dəstək verən marketlərin də adları siyahıya əlavə olunacaq.

    1. Rüstəmov küçəsi – 43, 47 saylı binaların həyəti – “Bəxtiyar” market

    2. Şərifli küçəsi – 104a, 104b saylı binaların həyəti – “Həyat” market

    3. Nəsimi küçəsi – 28 saylı binanın həyəti – “Həyat” market

    4. M.Abbasov – 43 saylı binanın həyəti – “Nuray” market

    5. E.Süleymanov küçəsi – 133 saylı binanın həyətindəki market

    6. Q.Qarayev prospekti – 69 saylı binanın həyəti – “Qalib” market

    7. Naxçıvanski küçəsi – 77 saylı binanın həyəti – “Bolluq” market

    8. Məhsəti küçəsi – 5 saylı binanın həyəti – “Sərxan” market

    9. E.Süleymanov küçəsi – 108 saylı binanın həyətindəki market

    10. Rüstəmov küçəsi – 66, 68 saylı binaların həyətindəki market






  • Kimyəvi silahların qadağan edilməsi ilə bağlı qanun layihəsi – DETALLAR

    Milli Məclisdə müzakirəyə çıxarılacaq “Kimyəvi silahların hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” qanun layihəsinin təfərrüatı məlum olub.

    Bu barədə Oxu.Az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə məlumat verib.

    Deputat xatırladıb ki, Azərbaycan “Kimyəvi silahların hazırlanması, istehsalı, artırılması və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Konvensiyaya qoşulub.

    A.Mirzəzadə qeyd edib ki, Azərbaycan bu Konvensiyaya uyğun olaraq, özünün milli qanununu qəbul edir.

    “Yeni qanun layihəsi beş maddədən ibarətdir. Layihə Konvensiyanın tələblərinin əsas götürüldüyünü elan edir”, – deyə A.Mirzəzadə əlavə edib.

    Millət vəkili bildirib ki, sənədə əsasən, kimyəvi silahların komponentlərinin hər hansı formada istehsalı qadağan edilir:

    “Layihədə göstərilib ki, bunun üçün xüsusi təftiş qrupu yaradılır. Hər il bu məsələ ilə bağlı beynəlxalq təşkilata hesabat verilməsi də nəzərdə tutulur”.

    Deputat söyləyib ki, qanun layihəsində kənd təsərrüfatında, sənayedə, tibdə kimyəvi silahlara aid edilməyən maddələrin və komponentlərin istehsalına qadağa qoyulmur.

    “Dinc məqsədlər üçün istehsalla hərbi istehsal arasında qəti sədd çəkilir. Azərbaycan bununla bağlı öz üzərinə ciddi hüquqi öhdəlik götürüb. Bu məsələnin Azərbaycan ərazisində nəzarətə götürülməsinə xüsusi dövlət qurumu nəzarət edəcək”, – deyə A.Mirzəzadə qeyd edib.

  • Принято решение по прерванному Кубку мира в Баку

    Принято решение о стартовавшем 12 марта в Баку и прерванном Кубке мира по спортивной гимнастике.

    Как передает Median.Az со ссылкой на официальный сайт Международной федерации гимнастики (FIG), исполнительный комитет структуры заявил, что лицензионные очки к летним Олимпийским играм в Токио будут учитываться в соответствии с итогами соревнования.

    Результаты отборочного тура будут считаться окончательными, рейтинговые очки спортсмены получат в соответствии с ними.

    Кубок мира был прерван 13 марта из-за коронавируса. В первые два дня состоялись квалификационные выступления. 14-15 марта планировалось проведение финального этапа.

  • Bakıda yarımçıq saxlanılmış Dünya Kubokunda mükafatlandırılanlar olacaq

    Beynəlxalq Gimnastika Federasiyasının İcraiyyə Komitəsi Bakıdakı yarışlarla bağlı qərarlarını açıqlayıb.

    12-15 mart tarixlərində Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku martın 13-də koronavirusa görə yarımçıq saxlandığından, bu yarış barədə qərar verilib.

    Belə ki, finala vəsiqə qazanan idmançıların təsnifat mərhələsindəki göstəriciləri yekun sayılacaq və onlar mükafatlandırılacaq.

    Həmçinin, 2020-ci ildə təxirə salınmış dünya çempionatları ilə bağlı da qərarlar açıqlanıb. Bu il 14-16 mayda Bakıda keçirilməsi planlaşdırılmış, lakin təxirə salınmış aerobika gimnastikası üzrə dünya çempionatı 2021-ci ildə baş tutacaq. Bunun üçün Azərbaycan Gimnastika Federasiyası ilə yeni tarixlər müzakirə olunacaq.

    Qeyd olunub ki, Kopenhagendəki idman gimnastikası və Bakıdakı batutda tullanma üzrə dünya çempionatları, əvvəlki kimi, 2021-ci il tarixlərində keçiriləcək. Həmçinin, 2021-ci ildə keçiriləcək bədii gimnastika üzrə dünya çempionatına namizəd ölkənin axtarışı prosesinin davam etdiyi vurğulanıb.

  • İmişlidə yaşayış evində partlayış

    İmişlidə qaz sızması nəticəsində partlayış baş verib.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Bildirilib ki, hadisə ötən gün səhər saatlarında İmişli rayonunun Aranlı kəndində yerləşən fərdi yaşayış evində qeydə alınıb.

    Belə ki,1985-ci il təvəllüdlü İ.Mədətovun yaşadığı ikimərtəbəli evin yataq otağında olan qaz sobasında sızma olub. Ev sahibinin elektrik lampasını yandırması səbəbindən partlayış baş verib. Evin ikinci mərtəbəsinin yanar konstruksiyaları yanıb.

    İ.Mədətov yanıq xəsarətləri ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona döş qəfəsinin arxa səthi, hər iki yuxarı ətrafın, üz və boyun nahiyəsinin ikinci dərəcəli termiki yanığı diaqnozu qoyulub.

    İmişli Rayon Polis Şöbəsi və aidiyyəti qurumlar tərəfindən hadisə yerinə baxış keçirilib.

    Faktla bağlı araşdırma başladılıb.

  • Ağcabədidə yeniyetmələr arasında bıçaqlaşma

    Ağcabədidə 17 yaşlı oğlan bıçaqlanıb.

    APA-nın məlumatına görə, hadisə Üzeyir Hacıbəyli prospektində qeydə alınıb.

    Rayon sakini, 2003-cü il təvəllüdlü Kamil İsmayılov münaqişə zəminində tanışı, 2003-cü il təvəllüdlü Sənan Rüstəmova bıçaqla bir neçə zərbə vurub.

    S.Rüstəmov xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.

    Hüquq-mühafizə orqanları tərəfindən K.İsmayılov saxlanılıb.

    Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq tədbirləri davam etdirilir.