Month: April 2020

  • Qadınların virusa daha dözümlü olmalarının səbəbi açıqlandı

    Çində koronavirusdan ölənlərin daha çoxunun kişi olması “qadınlar virusa qarşı nəyə görə kişilərdən dözümlüdür?” sualını gündəmə gətirib.

    Sondakika.com xəbər verir ki, elm adamları infeksiyalara qarşı qadınların immun sisteminin kişilərdən daha güclü olduğunu deyir.

    Çinin Xəstəlilkərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin yayımladığı hesabatda kişilərin qadınlarla müqayisədə daha çox müdafiəsiz olduğu bildirilir. Eyni virusa yoluxduqları zaman kişilərdə ölüm faizi 2,8, qadınlarda isə 1,7 faiz təşkil edir.

    Koronavirusdan əvvəl yayılan SARS və MERS viruslarından da ölüm hallarına ən çox kişilərdə rast gəlinib.

    Kişilərin immun sistemində olan zəifliyi onların bioloji vəziyyətləri və yaşam tərzləri ilə əlaqələndirirlər. Güclü cinsin nümayəndələrinin daha çox məsuliyyət daşıdığı və bununla əlaqədar daha çox stress keçirdiyi qeyd edilir. Bundan başqa, kişilər daha çox siqaret çəkir və ağır işlərdə işləyirlər. Onlar qadınlarla müqayisədə həkimə az hallarda müraciət edirlər.

    Eyni zamanda, “mənə heç nə olmayacaq” fikrinin kişilərdə üstünlük təşkil etdiyi güman olunur.

    Başqa bir fərziyyə, qadınların immunitet sistemində hələ başa düşülməmiş yaşamaq üstünlüyünün nəslin davam etməsini təmin etmək məqsədilə qurulmasıdır. Bu fərqin qadın hormonu estrogenlə əlaqəli olduğu düşünülür.

  • Məmur koronavirusdan həlak olan həkimlərin adlarını oxuyarkən göz yaşlarını saxlaya bilmədi – VİDEO

    İspaniya Səhiyyə nazirinin müavini Veronika Kasado koronavirus pandemiyası ilə mübarizə apararkən vəfat etmiş həkimlərin adlarını oxuyan zaman göz yaşlarını saxlaya bilməyib.

    Video “ABC News” telekanalının “Twitter” hesabında yayımlanıb.

    Ətrafdakı həmkarları ondan siyahının oxunmasını dayandırmağı xahiş etsələr də, V.Kasado bildirib ki, adları sona qədər sadalamağa borcludur.

    Qeyd edək ki, İspaniyada 232 128 şəxsin koronavirus testi müsbət çıxıb, 23 822 nəfər pandemiyanın qurbanı olub. 123 mindən çox ispaniyalı isə xəstəlikdən sağala bilib.

  • В России нерабочие дни продлеваются до 11 мая

    В России продлеваются введенные из-за коронавируса нерабочие дни.

    Как передает Median.Az со ссылкой на ТАСС, президент России Владимир Путин заявил о важности продления нерабочих дней до 11 мая.

    Глава государства поручил кабмину к 5 мая подготовить параметры выхода из режима ограничений с 12 мая.

    Решения по ограничительным мерам нельзя принимать в разных регионах “под копирку”, заявил Путин. Он считает, что одномоментной отмены ограничений во всей стране не будет, “впереди сложный и трудный путь”.

  • Bakının bu ərazilərində hərəkət məhdudlaşdırıldı

    Bakının Moskva prospektində “Şamaxı yolu” adlanan ərazi istiqamətində hərəkət məhdudlaşdırılıb.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

    Məlumata görə, məhdudiyyət Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri ilə bağlıdır.

    Alternativ olaraq sürücülər Ziya Bünyadov prospekti-Asif Məhərrəmov küçəsi, Ziya Bünyadov prospekti-3-cü mikrorayon dairəsi-Tbilisi prospekti və yaxud Ziya Bünyadov prospekti-20 Yanvar dairəsi-Müzəffər Həsənov küçəsi-Alatava istiqamətlərindən istifadə edə bilərlər.

  • Azərbaycanda bu iki bank bağlandı – RƏSMİ

    Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarına əsasən, banklardan ikisinin – “Atabank” ASC-nin və “Amrah Bank” ASC-nin lisenziyaları həmin tarixdən etibarən ləğv edilib.

    Mərkəzi Bankdan daxil olan məlumata görə, qeyd olunan bankların maliyyə vəziyyətinin pisləşməsi çoxdan başlanıb, xüsusən “Atabank” ASC uzun müddətdir ki, əhalinin əmanətlərinin qaytarılması üzrə öhdəliklərini icra edə bilmirdi. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 noyabr tarixli, 1616 nömrəli Sərəncamına əsasən Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildikdən və qanunvericiliklə müəyyən edilmiş aidiyyəti səlahiyyətlər təhvil alındıqdan sonra Mərkəzi Bank tərəfindən hər iki bankda aparılan yoxlamalar nəticəsində məlum olub ki, onlar ciddi maliyyə itkilərinə yol verib, öz kapitallarını tam itirib və müflis vəziyyətinə düşüblər. Bankların səhmdarları ilə müzakirələrdə onlar yoxlamaların nəticələri barədə məlumatlandırılıb və onlara bankları əlavə kapitallaşdırmaq təklif olunub, lakin onlar bu imkandan istifadə etməyiblər.

    Azərbaycan Mərkəzi Bankı ölkənin bank sisteminin bütövlükdə dayanqılı olduğunu bəyan edib, lakin sistemdə “nöqtəvi” problemlər olduğunu dəfələrlə bildirib. Qeyd olunan iki problemli bankın sektorun aktivlərində xüsusi çəkisi 2,1%, kredit portfelində isə 3% təşkil edir.

    Maliyyə dayanıqlığı problemi olan kommersiya bankları ilə bağlı situasiyanın maliyyə sabitliyi xarakteri daşıması, habelə aidiyyəti dövlət qurumları və Əmanətlərin Sığortalanması Fondu ilə koordinasiya edilmiş qaydada həll edilməsi zərurəti nəzərə alınaraq, məsələ ilə bağlı Maliyyə Sabitliyi Şurasında ətraflı müzakirələr aparılmış və Mərkəzi Bank qəbul etdiyi qərarlarda Şuranın tövsiyələrini nəzərə alıb.

    Qeyd olunanları nəzərə alaraq, məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdardan az olduğuna, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə “Atabank” ASC-nin və “Amrah Bank” ASC-nin lisenziyaları Mərkəzi Bankın İdarə Heyəti tərəfindən 28 aprel 2020-ci il tarixindən etibarən ləğv edilmiş və hər iki bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.

    Bildiririk ki, “Atabank” ASC və “Amrah Bank” ASC Əmanətlərin Siğortalanması Fonduna üzv banklardır və əhalinin bu banklarda qorunan əmanətləri heç bir dövlət vəsaiti cəlb etmədən Fond tərəfindən tam ödəniləcək. Fondun vəsaiti çatmasa mövcud qanunvericiliyə uyğun olaraq çatışmayan məbləğ üzrə Mərkəzi Bank tərəfindən kredit ayrılacaqdır. Bu kredit Fond tərəfindən bağlanmış bankların aktivlərinin reallaşdırılmasından daxil olan vəsait və fəaliyyətdə olan bankların ödədikləri təqvim haqqı hesabına ödəniləcək. Əmanətlərin ödənilməsi mövcud prosedurlara uyğun şəffaf şəkildə təşkil olunacaq və əmanətçilər dövri olaraq məlumatlandırılacaq.

    “Atabank” ASC-nin və “Amrah Bank” ASC-nin digər öhdəlikləri məhkəmə tərəfindən təyin olunacaq ləğvedici tərəfindən qanunvericiliyə müvafiq qaydada tənzimlənəcək.

    Müvəqqəti inzibatçı təyin edilmiş digər iki bank – “AGBank” ASC-də və “NBCBank” ASC-də qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi davam etdirilir.

    Mərkəzi Bank bildirir ki, bank sisteminin sağlamlaşdırılması, problemli bankların sistemdən uzaqlaşdırılması nəticəsində əhalinin öz əmanətlərindən istifadə hüquqlarının bərpa edilməsi atılan digər addımlarla birgə bank sektoruna inamın daha da artırılmasına şərait yaradacaq.

    Qeyd olunan prosesləri qanunla müəyyən edilmiş prosedurlar və müddətlərdə icra etmək üçün Azərbaycan Mərkəzi Bankı xüsusi tədbirlər planı hazırlayıb və bu planın icrası barədə əmanətçilər, ictimaiyyət mütəmadi məlumatlandırılacaq.

  • Эмин Агаларов подтвердил, что в “Крокус Экспо” организуют госпиталь

    Певец и первый вице-президент Crocus Group Эмин Агаларов подтвердил информацию о том, что “Крокус Экспо” планирует развернуть 1 500 коек на своей территории для больных коронавирусом. Об этом сообщает РИА Новости.

    Ранее губернатор Московской области Андрей Воробьев в своем Telegram-канале сообщал, что два госпиталя на 1 500 инфекционных коек каждый планируют открыть в парке “Патриот” и в “Крокус Сити Холле”.

    “Это правда. Действительно, такая задача перед нами поставлена. Мы этим сейчас активно занимаемся… Я не готов назвать точные сроки, но могу сказать, что это будет очень быстро. Я думаю, что это вопрос нескольких недель”, – уточнил Агаларов во время онлайн-конференции.

  • Emin Ağalarov sərgi mərkəzini hospitala çevirir – koronavirus xəstələri üçün

    Müğənni və “Crocus Group”un birinci vitse-prezidenti Emin Ağalarov Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Krokus Ekspo” sərgi mərkəzinin koronavirus xəstələri üçün hospitala çevriləcəyini açıqlayıb.

    Bu barədə MK məlumat yayıb.

    “Həqiqətən, bizim qarşımızda bu cür tapşırıq qoyulub”, – deyə E.Ağalarov bildirib.

  • В Азербайджане выявлено 39 новых случаев инфицирования COVID-19 – ОФИЦИАЛЬНО

    В Азербайджане выявлено 39 новых случаев инфицирования коронавирусом (COVID-19), 59 человек выздоровели и выписаны из больниц особого режима.

    Об этом сообщает 28 апреля оперативный штаб при Кабинете министров.

    До сегодняшнего дня в Азербайджане число инфицированных коронавирусом составило 1 717, из которых 1 221 человек излечился, 22 – скончались, 474 – продолжают лечение в больницах особого режима. Состояние 15 из них оценивается как тяжелое, 22 – средней степени тяжести, остальных – как стабильное.

    В стране на сегодняшний день проведено 132 640 тестов на выявление COVID-19.

  • Azərbaycanda daha 39 nəfər koronavirusa yoluxdu – RƏSMİ

    Azərbaycanda 39 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

    Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

    Hazırkı dövrədək ölkəmizdə 1717 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1221 nəfər müalicə olunaraq sağalıb, 22 nəfər vəfat edib, 474 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 22 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

    Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 132.640 test aparılıb.

  • Qazaxıstanda səkkiz yaşlı uşaq prezidentə müraciət etdi: “Olar küçəyə çıxım?” – VİDEO

    Qazaxıstandan olan səkkiz yaşlı uşaq ölkə Prezidenti Kasım-Jomart Tokayevə müraciət edərək, küçəyə çıxmaq üçün icazə istəyib.

    Bunu əks etdirən kadrlar RT-də yayımlayıb.

    Videoda üzü divana əyləşən uşaq atasından israrla gəzməyə getmək üçün izn istəyir. Ancaq atası karantin, koronavirus, cərimə barədə xəbərdarlıqları sadalayır. Ağlamsınan uşaq prezidentdən gəzməyə getmək üçün icazə istəyir.

    Son məlumatlara görə, Qazaxıstanda 2 982 nəfər koronavirusa yoluxub, onlardan 25-i ölüb, 725-i isə sağalıb.