Month: May 2020

  • Abşeronda qadının əri tərəfindən qətlə yetirilməsi faktı Komitə tərəfindən nəzarətə götürülüb

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Abşeron rayon Qobu qəsəbəsində baş vermiş cinayət hadisəsi ilə əlaqədar bəzi məlumatları ictimaiyyətin diqqətinə çatdırmağı vacib hesab edir.

    Bu barədə Dövlət Komitəsindən məlumat verilib.

    “Kütləvi informasiya vasitələrində 29 aprel 2020-ci il tarixində Abşeron rayon Qobu qəsəbə sakini, 1991-ci il təvəllüdlü Anar Bəkirovun həyat yoldaşını qətlə yetirməsi barədə məlumat öz əksini tapıb.

    Bununla bağlı Komitənin əməkdaşları Abşeron rayon İcra Hakimiyyəti və aidiyyəti qurumlarla əlaqə saxlayaraq, hadisə haqqında məlumat əldə ediblər. Məlum olub ki, bir azyaşlı övladı olan Abşeron rayon sakini Anar Bəkirov həyat yoldaşını aralarında baş vermiş mübahisədən sonra qətlə yetirib.

    Abşeron rayon İcra Hakimiyyəti yanında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə yerli monitorinq qrupu”nun üzvləri və psixoloqu azyaşlının vəziyyətini nəzarətə götürmək məqsədi ilə ailəyə baş çəkiblər. Rayon icra hakimiyyətindən Komitəyə daxil olmuş məlumata əsasən, uşaq hazırda əmisinin himayəsindədir və onun psixoloji durumu sabitdir.

    Ailə Komitənin nəzarətindədir. Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq, istintaq işləri davam etdirilir.

    Yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən azyaşlının qanunvericiliyə müvafiq şəkildə qəyyumluğa verilməsi ilə bağlı tədbir görüləcək”, – deyə məlumatda bildirilib.

  • Növbəti 190 manat nə zaman veriləcək? – VİDEO

    Prezident İlham Əliyev bir müddət əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarrovla keçirdiyi videokonfrans zamanı may ayı üçün nəzərdə tutulan 190 manat birdəfəlik ödəmənin vətəndaşlara nağdsız, rahat və şəffaf şəkildə verilməsi üçün ödənişin bank xidmətləri vasitəsilə həyata keçirilməsi tapşırığını vermişdi.

    Hətta insanların rahatlığını təmin etmək üçün adlarına heç bir bank kartı olmayanlara pulsuz hesab açıldı. Dövlət vəsaitlərindən sui-istifadə hallarının qarşısını almaq üçün atılan bu addım yüksək qiymətləndirildi. Artıq vətəndaşların bəzilərinə müvafiq bank şöbələrinə yaxınlaşaraq kartlarını götürmələri ilə bağlı mesaj da gəlib.

    Ancaq bankların qarşısındakı mənzərə yenə ürəkaçan deyil. Sıxlıq, uzun növbələr, sosial məsafənin saxlanılmaması – bir sözlə karantin tələblərinə uyğun olmayan görüntülər… Vətəndaşlar bildirir ki, verilən üç saat onlara bəs etmir. Demək olar ki, həmin zaman növbədə keçir.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, işsiz və aztəminatlılar üçün nəzərdə tutulan birdəfəlik ödəmə proqramına bu vaxta qədər müraciət etmiş 320 min vətəndaşın aktiv əmək müqaviləsi olduğu müəyyən olunub. Bu səbəbdən həmin şəxslərə ödəmənin verilməsindən imtina edilib və onlara göndərilən SMS-də imtinanın səbəbi göstərilib.

    İkinci ay üçün ödənişin təyin olunması ilə bağlı mesaj gəlməyən şəxslərə də yaxın vaxtlarda bildiriş gələcək.

  • Скрытые съемки в кабинете главы района – ВИДЕО

    Служба государственной безопасности распространила оперативную съемку задержания главы Исполнительной власти Билясуварского района Махира Гулиева.

    В видеоролике СГБ присутствует скрытая съемка, которая проводилась в кабинете главы района.

    Оперативники также показали документы черной бухгалтерии и большое количество наличных денег, обнаруженных в кабинете Махира Гулиева.

    Напомним, что Махира Гулиева, его заместителей и высокопоставленных чиновников района обвиняют в коррупции. В частности, глава района присвоил деньги, выделенные для малоимущих граждан, а также вымогал крупные средства у местных бизнесменов.