Month: May 2020

  • Kürdəmirdə suvarma suyu üstündə dava: 53 yaşlı kişi döyüldü

    Kürdəmir rayonunda döyülmə hadisəsi baş verib.

    Report xəbər verir ki, hadisə rayonun Garisəyribənd kəndində qeydə alınıb.

    Belə ki, 1967-ci il təvəllüdlü kənd sakini Süleymanov Arif Əmir oğlu aralarında yaranan mübahisə zəminində həmkəndlisinin hücumuna məruz qalıb.

    Nəticədə, Arif Süleymanov müxtəlif növ bədən xəsarətləri alıb. O, ətrafdakıların köməyi ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

    Qeyd edək ki, mübahisə suvarma suyu üstündə olub.

    Faktla bağlı araşdırma aparılır.

  • Милли Меджлис рассмотрит кандидатуру Кямрана Алиева на должность генпрокурора

    Сегодня, 1 мая, на пленарном заседании Милли Меджлиса (парламента) на основании представления Президента Ильхама Алиева будет обсужден вопрос назначения на должность генерального прокурора Азербайджана.

    Депутаты рассмотрят кандидатуру Кямрана Алиева на этот пост. Он возглавляет Главное управление по борьбе с коррупцией при генпрокуроре.

    Отметим, что срок полномочий генпрокурора Закира Гаралова истек 28 апреля. Он занимал эту должность с 25 апреля 2000 года.

  • Bu gün Azərbaycanın yeni baş prokuroru təsdiqlənir

    Bu gün Milli Məclisin iclasında Prezident İlham Əliyevin təqdimatına əsasən, baş prokurorun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında məsələyə baxılacaq.

    İclasda baş prokuror vəzifəsinə Baş prokurorun müavini – Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyi müzakirə ediləcək.

    Qeyd edək ki, Baş prokuror Zakir Qaralovun səlahiyyət müddəti bitib. Z.Qaralov 2000-ci ilin 25 aprelindən baş prokuror vəzifəsində işləyib.

  • Число жертв коронавируса в мире за сутки возросло на 9 797 человек

    За прошедшие сутки новым типом коронавируса в мире заразились 71 839, умерли – 9 797 человек.

    Как сообщает РИА Новости, таким образом, общее число зарегистрированных случаев заражения коронавирусом во всем мире составляет 3 090 445, количество летальных исходов – 217 769.

    В настоящее время больше всего случаев заражения по-прежнему зарегистрировано в регионе Европы – 1 434 649.

  • Ötən gün ərzində 10 minə yaxın insan koronavirusun qurbanı oldu

    Ötən gün ərzində dünyada daha 71 839 nəfər koronavirusa yoluxub, 9797 insan isə xəstəliyin qurbanı olub.

    “RİA Novosti” xəbər verir ki, beləliklə dünyada ümumi olaraq 3 090 445 nəfər xəstəliyə yoluxub, 217 769 insan isə onunla mübarizədə məğlub olub.

    Hal-hazırda ən çox yoluxma halı Avropada qeydə alınıb. Burada ümumi olaraq 1 434 649 nəfərdə koronavirus təsbit edilib.

  • Житель Кюрдамира избил односельчанина из-за земельного участка

    В селе Халса Кюрдамирского района зарегистрирован факт избиения.

    Как передаёт Median.Az со ссылкой на Report, местный житель, 53-летний Ниязов Ильгар Сарван оглу был избит своим односельчанином в ходе спора.

    С помощью прохожих пострадавший был доставлен в Кюрдамирскую центральную районную больницу, где было установлено, что у него сломано ребро.

    Следует отметить, что спор между односельчанами возник из-за земельного участка.

  • Kürdəmir sakini həmkəndlisini torpaq üstündə döydü

    Kürdəmir rayonunda döyülmə hadisəsi baş verib.

    “Report” xəbər verir ki, hadisə rayonun Xəlsə kəndində qeydə alınıb.

    Kənd sakini, 53 yaşlı Niyazov İlqar Sərvan oğlu aralarında yaranan mübahisə zəmnində həmkəndlisi tərəfindən döyülüb. O, ətrafdakıların köməkliyi ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

    Həkimlər ona baş nahiyəsinin əzilmiş-cırılmış yarası və sol qabırğasının sınığı diaqnozu qoyublar.

    Qeyd edək ki, mübahisə torpaq üstündə yaranıb. Faktla bağlı araşdırma aparılır.

  • Nizami küçəsi əvvəlki günlərinə qayıdır – VİDEO

    Koronavirusa rəğmən həyat davam edir.

    Paytaxtda insanlar üç saatlıq icazə alaraq öz işləri ilə məşğul olur, eyni zamanda, fürsətdən istifadə edərək təmiz hava da alırlar.

    Həftənin əvvəlindən “Tarqovı” kimi tanınan Nizami küçəsinin açılması isə həm sakinlərin, həm də oradakı mağazalarda işləyənlərin ürəyincə olub.

    Ətraflı Baku.Tv-nin təqdim etdiyimiz süjetində:

  • Abşeronda 35 yaşlı qadın bıçaqla özünə xəsarət yetirdi

    Abşeron rayonunda 35 yaşlı qadın ehtiyatsızlıqdan özünə xəsarət yetirib.

    “Report”un məlumatına görə hadisə, rayonun Mehdiabad qəsəbəsi Bağlar məhəlləsində qeydə alınıb.

    Belə ki, 1985-ci il təvəllüdlü Həsənova Mükafat Ələmdar qızı bıçaqla ehtiyatsız davranması nəticəsində özünə xəsarət yetirib.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin sağ yarısının kəsilmiş-deşilmiş diaqnozu qoyulub.

  • Bu küçədə natəmizlik baş alıb gedir – VİDEO

    Xəzər rayonunun Mərdəkan qəsəbəsinin problemləri bitmir.

    Qəsəbə ərazisindəki Hacı Zeynalabdin Tağıyev küçəsi və ora bitişik bir neçə məhəllədə natəmizlik baş alıb gedir. Ərazidə məişət tullantılarının atılması üçün qabların olmaması, zibilxananın günü-gündən böyüməsinə səbəb olub.

    Qəsəbənin icra nümayəndəsi İlqar Müqbilovun sözlərinə görə, bir həftə ərzində ərazi məişət tullantılarından təmizlənəcək. Zibil qutularının qoyulmasına gəlincə isə, icra nümayəndəsi bildirir ki, bu məsələ onun səlahiyyətində deyil.

    Sakinlərin dərdi təkcə zibillə də bitmir. Ərazidə içməli su yoxdur. Məsələ ilə bağlı “Azərsu” ASC-nin sözçüsü Anar Cəbrayıllı bildirib ki, Bakı ətrafı qəsəbələrdə su problemi dövlət investisiyası hesabına mərhələli şəkildə icra olunacaq.