Month: June 2020

  • Обнародована последняя мировая статистика по коронавирусу

    По данным на утро 1 июня, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 6 267 408.

    Из них 2 487 541 человек вылечился, 373 961 – скончался.

    Наиболее высокий уровень заболеваемости наблюдается в США (1 837 170 инфицированных), Бразилии (514 992) и России (405 843).

    В Турции зафиксировано 163 942 случая заражения коронавирусом, 127 973 человека выздоровели, 4 540 – скончались.

    В Иране до сегодняшнего дня заболели 151 466 человек, 118 848 – выздоровели, 7 797 – умерли.

    В Армении зарегистрировано 9 282 случая заражения, 3 386 – выздоровления и 131 летальный исход.

    В Грузии из 783 заразившихся коронавирусом 605 – вылечились, 12 – скончались.

    На данный момент в Азербайджане COVID-19 подтвержден у 5 494 человек, из них 3 428 – вылечились, 63 – скончались.

  • Koronavirusla bağlı SON STATİSTİKA

    Dünyada 6 267 408 nəfər koronavirusa yoluxub.

    Virusa yoluxanların 373 961-i ölüb, 2 847 541-i sağalıb.

    Koronavirusa yoluxma ən çox ABŞ (1 837 170 nəfər), Braziliya (514 992 nəfər), Rusiyada (405 843 nəfər) müşahidə olunur.

    Azərbaycanın sərhəd qonşuları Türkiyədə 163 942 yoluxma, 4 540 ölüm, 127 973 sağalma, İranda 151 466 yoluxma, 7 797 ölüm, 118, 848 sağalma, Ermənistanda 9 282 yoluxma, 131 ölüm, 3 386 sağalma və nəhayət, Gürcüstanda 783 yoluxma, 12 ölüm, 605 sağalma qeydə alınıb.

    Bu dövlətlərin heç biri göstəricilərinə görə ilk onluğa daxil deyil.

    Azərbaycanda koronavirus 5 494 nəfərdə aşkar edilib. Virusa yoluxanlardan 63-ü ölüb, 3 428-i sağalıb.

  • На дороге Баку-Сумгайыт образовалась пробка – ФОТО

    Утром 1 июня на дороге Баку-Сумгайыт образовалась автомобильная пробка.

    Затор протянулся от круговой развязки в Хырдалане до поста экологического контроля Государственной дорожной полиции.

    Причиной скопления машин стали работы по расширению дороги Баку-Сумгайыт.


  • Bakı-Sumqayıt yolunda tıxac yarandı – FOTO

    Bakı-Sumqayıt yolunda tıxac yaranıb.

    Bakı-Sumqayıt yolunda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.

    Yolun Xırdalan dairəsindən başlayan tıxac “Ekologiya postu”na qədər davam edir.

    Tıxaca Bakı-Sumqayıt yolunun genişləndirməsi çərçivəsində davam edən işlər səbəb olub.


  • Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verildi

    Bu gündən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verilir.

    Müsabiqədə iştirak etmək istəyən namizədlər www.miq.edu.az/yerdeyishme linki vasitəsilə qeydiyyatdan keçməlidirlər. Elektron sənəd qəbulu 5 iyun saat 23:59-da başa çatacaq.

    Qeyd edək ki, müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi bölmə və ixtisasa uyğun olaraq dəyişdiriləcək. Vakansiyalara yerləşdirilmə zamanı işə qəbul müsabiqəsi və ya diaqnostik qiymətləndirilmədə toplanılan bal əsas götürüləcək. Namizədlər müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə iki və ya daha çox sayda iştirak ediblərsə, üstünlük verdikləri balla müsabiqəyə qatıla bilərlər.

    Müsabiqə zamanı bəzi sosial amillərlə əlaqədar namizədlərin topladıqları bal artım əmsalına vurulacaq. Belə ki, əri və ya arvadı hərbçi və ya özü şəhid ailəsinin üzvü olan namizədlərin topladıqları bal 1,1 artım əmsalına, iş yerini özünün faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirən namizədlərin topladıqları bal 1,05 artım əmsalına vurularaq hesablanacaq.
    Hər iki şərti ödəyən namizədlərin topladığı bal isə 1,1 artım əmsalına vurularaq hesablanacaq. Qeyd olunan sosial amillərin nəzərə alınması üçün namizədlər elektron qeydiyyatdan keçərkən tələb olunan xanalarda müvafiq sənədləri yükləməlidirlər.

  • Siqareti tərgitməyə mane olan vərdişlər

    Nikotin asılılığından qurtulmaq üçün insanın düşüncə tərzini və davranış stereotiplərini dəyişdirməsi lazımdır.

    “İzvestiya”nın məlumatına görə, bu barədə Rusiyada Milli Narkoloji Sağlamlıq İnstitutunun direktoru Oleq Zıkov deyib.

    “Nikotin asılılığı xəstəliyinin abstinent sindromunu dayandırmaq çətin deyil və bu asanlıqla həll edilir. Lakin düşüncə və davranış tərzini, davranış stereotiplərini dəyişdirmək çətin ola bilər. Siqareti atma bacarığı elə burada özünü göstərir”, – deyə, narkoloq bildirib.

    Onun sözlərinə görə, insan nikotinin istifadəsini hansı vərdişlərin tətiklədiyini müəyyənləşdirməli və onlardan qurtulmalıdır.

    Məsələn, bir çoxları yemək yedikdən sonra, yaxud da kiminsə yanında müşayiət üçün siqaret çəkir.

    Zıkovun sözlərinə görə, asılılıqdan qurtulmaq üçün istək vacib rol oynayır.

  • Nə üçün təyyarədə ayaqqabıları çıxarmamalıyıq?

    Təyyarədə olarkən ayaqqabıları çıxarmamalıyıq.

    Bu barədə “Express” Bena Şervurdun uçuşların təhlükəsizliyi ilə bağlı kitabına istinadla xəbər yayıb.

    Bildirilir ki, ayaqlarda ayaqqabıların olmaması təcili təxliyyəyə mane ola bilər. Qəzaların 80%-i uçuşun ilk üç dəqiqəsi və ya səkkiz dəqiqəlik eniş ərzində baş verir.

    Əgər sərnişin ayaqqabısızdırsa, təyyarəni tez və təhlükəsiz tərk edə biləcəyi ehtimalı azdır.

    Eyni zamanda, həmin şəxslər digər sərnişinləri də təhlükəyə ata bilər, çünki onların ayaqqabıları sürətlə təxliyyəyə mane olur.

    Bununla yanaşı, hava yolları işçiləri sərnişinlərin təyyarələrin ayaqyoluna də ayaqyalın getməmələrini tövsiyə edirlər. Çünki tualetlər yalnız uçuşun sonunda təmizlənir.

  • “Dedilər ki, 3000-5000 pul veririk, icazə verin, yazaq ki, koronavirusdan ölüb” – Deputatdan şok açıqlamalar

    “Maska taxmayanlara qarşı cərimələrin tətbiq edilməsinə münasibətim birmənalı deyil, əlbəttə hökuməti də başa düşürəm. Vətəndaşları cərimələməyək, qoy məsuliyyəti obyekt sahiblərinin üzərinə qoyaq ki, onlar maskasız insanları içəri buraxmasınlar. Cərimələrlə ölkədə narazı vətəndaşların sayını artırmayaq”.

    Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin iclasında çıxışı zamanı deputat Razi Nurullayev deyib.

    R.Nurullayev bununla yanaşı, narahatedici məqamları da səsləndirib:

    “Vətəndaşlar niyə maska taxmır? Məgər canlarından bezib? Xeyr. Çünki, onlar koronavirusa inanmır, bunun bir dünyəvi oyun olduğunu düşünür. Hər gün də bu hipotezanı gücləndirən yüzlərlə məqalə və video yayımlanır. Koronavirusun olmadığını söyləyən təbliğata qarşı isə Azərbaycan qarışıq bütün dünya elə sadəcə “var” deyir və statistika açıqlayır. Bir-iki dəfə xəstələrlə bağlı süjet göstərilib, o zaman da xəstələr yox, kosmonavta oxşayan reportyor və həkimlər adamı qorxudub. Bu necə yanaşmadır? Bütün dünya belə edir. Bu xəstələri çəkib göstərin, adlarını, yaşayış yerlərini deyin, özlərini danışdırın, statistikanı açıqlayanda rayonları, ünvanları, cinsini, yaş üzrə məlumatları deyin. Ancaq say açıqlanır, doğrusunu deyim ki, çox vətəndaş da inanmır. Mənə də aydın deyil ki, niyə bu virusa bağlı məsələ bütün dünya üzrə NKVD yanaşması ilə edilir. Xəstələr niyə gizlədilir? Bu səbəbdən də vətəndaşlar rəsmi məlumatlara yox, daha çox şayiələrə inanır. Adamlar deyirlər ki, qocamız rəhmətə gedib, yaxınlaşıb dedilər ki, sizə 3000-5000 pul veririk, icazə verin yazaq ki, koronavirusdan ölüb. Buna inanmağım gəlmir, amma şübhə toxumu səpilir axı. Adamlar xəstəxanalara getməyə qorxur ki, soyuqdəymə olsa, deyəcəklər koronavirusdur. Gedənləri də çox incidirlər. Məgər bu virusdan başqa xəstəlik yoxdur? İnsan başqa xəstəlikdən qızdırmalı ola bilməz? Bu tendensiyanı çox təhlükəli hesab edirəm. Bu necə yarandı, kim yaratdı, niyə yaratdı və niyə yaradır bilmirəm. İnsanlar qorxusundan təcili yardıma belə zəng etmirlər. Bu nə deməkdir? Bu xəstələri açıqlayın, göstərin, yaşayış yerini çəkin, xəstənin çəkdiyi əziyyətləri göstərin ki, insanlar inansın. 28 aprel tarixinə qədər karantin rejimini pozan 90 min vətəndaş cərimə edilib. İndi yenə cərimə tətbiq ediləcək. Məncə, təbliğat düzgün getmir, daha çox danışılır, faktlar isə göstərilmir. Ancaq oxuyuruq ki, filan ölkədə bu qədər adam yoluxdu və öldü. İndi deyirlər ki, ikinci dalğa payızda olacaq. Ümumdünya Səhiyyə Təşkilatı hər kəsin bildiyini hər gün təkrar edir, konkret iş görmək, fakt göstərmək lazımdır. Necə olur ki, virus Çindən yayılır, indi isə orada yeni xəstə və yoluxma yoxdur. Hər şey sirr pərdəsi ilə örtülüb. Bu sirr pərdəsi götürülməsə, inam da olmayacaq. Bu qədər!”

    Spiker Sahibə Qafarova isə deputatın dedikləri ilə razılaşmayıb: “Azərbaycanda koronavirusla bağlı heç bir sirr yoxdur. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hər gün insanlara məlumat verilir. Həmçinin televiziya və mətbuatda da bununla bağlı məlumatlar yer alır”.

  • Birinci vitse-prezident Mehriban Əliyevadan 1 İyun təbriki – FOTO

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə təbrik ünvanlayıb.

    Mehriban Əliyeva şəxsi “Instagram” hesabı vasitəsilə bunları yazıb:

    “Balaca soydaşlarımızı 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bütün balalara möhkəm cansağlığı, sevgi, sevinc, xoşbəxt gələcək arzulayıram!”

  • İmtahan verəcək şagirdlərlə bağlı MÜHÜM AÇIQLAMA

    “200 minə yaxın şagird bir ay ərzində imtahanlarda iştirak edəcək”.

    Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış və qəbul imtahanları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

    Onun sözlərinə görə, bu, çox mürəkkəb işdir:

    “Hər həftəsonu təxminən 45 min abituriyent imtahanlarda iştirak edəcək. Bu prosesə hazırlıq işləri də mürəkkəb oldu. 1500-dən çox orta məktəbə baxış keçirilib”.

    Sədr qeyd edib ki, iyun ayı ərzində 190 min abituriyent imtahanlarda iştirak etməlidir:

    “Onların 11-ci sinif məzunu olan 94 min abituriyent buraxılış imtahanı verir. Eyni zamanda, 96 min nəfər doqquzuncu sinif məzunu imtahan verməlidir”.