Month: June 2020

  • Azərbaycanda koronavirusla bağlı məlumatları “WhatsApp”dan öyrənmək mümkün olacaq

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və yerli startap şirkəti olan Botbox ilə birgə, günün 24 saatı əhalinin koronavirus ilə əlaqədar suallarını cavablandırmaq, həmçinin, tez, etibarlı və rəsmi məlumat vermək üçün “WhatsApp” botunu istifadəyə verib.

    “TABIB bot” eyni anda bir milyona qədər istifadəçini əhatə edə və istənilən istifadəçi sorğusuna bir saniyədən az müddətdə cavab verə biləcək.

    Həmçinin, gündəlik statistik məlumatlar üçün abunə olmaq mümkündür.

    Bu günə qədər bot on mindən çox insan tərəfindən sınaqdan keçirilib və artıq 2 200 abunəçisi var.

    “TABIB bot” ilə dialoqa başlamaq üçün “Salam” yazıb +13022020234 nömrəsinə mesaj göndərdikdə, istifadəçilərə COVID-19 haqqında son xəbərlər, statistik məlumatlar, profilaktika tədbirləri və infeksiyanın yayılmasının qarşısını almaq üçün məsləhətlərdən ibarət olan ümumi səhifə təqdim edilir.

    COVID-19 ilə bağlı bir sıra mövzular üzrə müxtəlif sual və cavablarla tanış olaraq botdan məlumat əldə etmək çox asandır.

    Qeyd olunmalıdır ki, botun diaqnoz və ya müalicə məqsədləri üçün istifadə edilməsi nəzərdə tutulmayıb və o, klinik müayinə və tibb mütəxəssisləri ilə məsləhətləşmələri əvəz etmir.

    Bot, dünyadakı bütün Azərbaycan vətəndaşları üçün əlçatandır.

  • Ölkədə kartla əməliyyatlar iki dəfəyə qədər azalıb

    Koronavirus pandemiyasının yayılması ilə əlaqədar bu ilin mart ayında olduğu kimi, aprel ayında da ölkəmizə gələnlərin sayında azalma müşahidə olunub.

    Bununla bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin may sayında məlumat qeyd olunub.

    Məlumatda bildirilir ki, bu ilin aprel ayında Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatlar 19,7 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 80,91% azalma derməkdir.

    Ümumilikdə, 2020-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 231,7 milyon manat təşkil edib. Bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 143,1 milyon manat və ya 38,18% azalma deməkdir.

  • DİM sədrindən ali məktəblərə imtahansız qəbulla bağlı AÇIQLAMA

    Suraxanı rayon İcra Hakimiyyətinin başçısı müavinini işdən çıxarıb.

    Unikal.org-un əldə etdiyi məlumata görə, icra başçısı Əziz Əzizovun müvafiq əmri ilə, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Yolçiyev Etibar Səlim oğlu tutduğu vəzifədən azad olunub.

  • “Ekologiya postu” sökülür- FOTO

    Baş Dövlət Yol Polis İdarəsinin Ekoloji Nəzarət üzrə Yol-Patrul Xidməti Bölüyünə məxsus binanın söküntüsünə başlanılıb.

    Postun sökülməsi barədə foto yayılıb.

    Bakı-Sumqayıt yolunda aparılan genişləndirmə işləri ilə əlaqədar olaraq “Ekologiya postu”nun yeri dəyişdirilir.

    Yeni “Ekologiya postu” daha müasir şəkildə inşa edilir və təzə avadanlıqlar quraşdırılacaq.

  • Koronavirusla mübarizə aparan tibb və qeyri-tibb işçilərinə 13,1 milyon manat ödənildi

    İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 11 707 nəfərə – 9015 tibb işçisinə və 2692 qeyri-tibb işçisinə aprel ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödənilib.

    Agentlikdən verilən xəbərə görə, Bakı şəhəri üzrə 140, respublikanın digər şəhər və rayonları üzrə 115 dövlət tibb müəssisəsinin tibb və qeyri-tibb işçilərinə aprel ayı üzrə iş vaxtına mütənasib olaraq 13,1 milyon manat müddətli əlavə ödənilib.

    Nazirlər Kabinetinin qərarına uyğun olaraq, yeni növ koronavirus infeksiyası ilə əlaqəli tibbi profilaktik tədbirləri həyata keçirən 3124 tibb işçisinə aylıq vəzifə (tarif) maaşının üç misli məbləğində – 1,9 milyon manat ödənilib.

    Təcili tibbi yardım xidməti göstərən 3837 tibb işçisinə və bioloji materialın müayinəsi ilə məşğul olan 269 laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının dörd misli məbləğində 6.3 milyon manat ödənilib.

    Pasiyentlərə stasionar tibbi xidmət göstərən 1785 tibb işçisinə aylıq vəzifə (tarif) maaşının beş misli məbləğində 2.6 milyon manat ödənilib.

    Məlumatda daha əvvəl 2692 qeyri-tibb işçisinə 3-5 misli məbləğində 2.3 milyon manat müddətli əlavə verilib.

  • В Баку девушка пропала без вести

    В Баку без вести пропала 19-летняя девушка.

    31 мая проживающая в Хатаинском районе К.Фарманлы (2001 г.р.) вышла из дома и не вернулась.

    Ее отец Х.Фарманов обратился с заявлением в полицию.

    По данному факту проводится расследование.

  • Bakıda gənc qız itkin düşdü

    Bakıda 19 yaşlı qız itkin düşüb.

    Mayın 31-də paytaxtın Xətai rayonu, S.Vəzirov küçəsi, ev 17-də yaşayan 2001-ci il təvəllüdlü K.Fərmanlı yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

    Bu barədə hüquq-mühafizə orqanlarına onun atası X.Fərmanov ərizə ilə müraciət edib.

    Faktla bağlı araşdırma aparılır.

  • Экологический совет: Некоторые активисты считают, что с “шекинским” медведем обошлись негуманно

    Бурый медведь, который утром 31 мая бродил по центру Шеки, оказался в центре внимания общественности.

    Как известно, сотрудники Министерства экологии и природных ресурсов приняли соответствующие меры по безопасному возвращению зверя в дикую природу.

    Но подобные случаи могут произойти и в других городах Азербайджана. Есть ли у нас специалисты, которые способны профессионально справиться с подобной экстремальной ситуацией?

    Как заявил Oxu.Az глава азербайджанского представительства Всемирного фонда дикой природы (WWF) Эльшад Аскеров, решение отправить медведя в Центр по восстановлению и реабилитации дикой природы в Национальном парке Алтыагач было правильным.

    “Судя по поведению бурого медведя, разгуливавшего по центру Шеки, у него не все в порядке со зрением. В любом случае необходимо провести ветеринарное обследование в реабилитационном центре, так как нельзя выпускать в природу нездоровое животное. Медведь может вновь прийти к людям, и кто-то навредит ему или же убьет”, – сказал он.

    Э.Аскеров также отметил, что в городах и районах страны нет средств для обезвреживания диких зверей, а также в целом очень мало специалистов в этой сфере.

    “Такие специалисты есть только в Бакинском зоопарке. Это очень деликатный вопрос. В случае передозировки инъекции для усыпления животное может не проснуться, если же ее будет недостаточно, зверь может стать агрессивным и напасть на людей.

    Также необходимо знать, в какую часть тела животного вводить инъекцию. В противном случае его можно убить”, – сказал глава представительства WWF.

    Председатель Общественного экологического совета Мелек Шукюрова заявила агентству, что сотрудники Госслужбы экологической безопасности были командированы в Шеки, чтобы не допустить убийства медведя местными жителями.

    “Специалисты и врачи усыпили зверя в соответствии с правилами, а затем отвезли в Центр по восстановлению и реабилитации дикой природы при Национальном парке Алтыагач.

    Однако некоторые активисты считают, что с медведем обошлись негуманно. Их слова не соответствуют действительности, отлов был выполнен профессионально”, – сказала она.

    М.Шукюрова также отметила, что в случае отсутствия каких-либо проблем со здоровьем бурого медведя незамедлительно вернут в природу и сотрудники совета будут принимать участие в этом процессе.

  • Azərbaycanda şəhər mərkəzində görüntülənən ayı işgəncələrə məruz qalıb? – AÇIQLAMA

    Dünən Şəkidə şəhər mərkəzində ayı görüntüləndiyinə dair məlumat yayılıb. Nazirlik ayının zərər görmədən təbiətə qaytarılması üçün müvafiq tədbirlər görüb.

    Maraqlıdır, bir çox dağətəyi, vəhşi təbiətə yaxın şəhər mərkəzləri var. Şəki də bunlardan biridir.

    Bu şəhərlərdə və ya regionlarda vəhşi heyvanları zərərsizləşdirmək üçün mütəxəssislər varmı? Ümumiyyətlə, ölkəmizdə belə ekstremal hallara hazırlıq hansı səviyyədədir?

    Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov Oxu.Az-a açıqlamasında bildirib ki, Şəkinin mərkəzində gəzən ayının davranışından sağlam olmadığı hiss olunurdu:

    “Görmə qabiliyyətini itirmiş kimi davranırdı. Hər bir halda reabilitasiya mərkəzində baytarlar tərəfindən yoxlanılması lazımdır. Çünki xəstə heyvanı təkrar təbiətə buraxmaq olmaz. Yenə insan məskənlərinə gələcək, ya kiməsə xəsarət yetirəcək, ya kimsə onun yaxınlaşdığını görüb öldürəcək. Ona görə öncə Altıağaca aparılması düzgün addımdır”.

    E.Əsgərov şəhərlərdə və ya regionlarda vəhşi heyvanları zərərsizləşdirmək üçün vasitə və mütəxəssislər olmaması barədə də danışıb.

    O qeyd edib ki, ümumiyyətlə, bu sahənin mütəxəssisi az tapılır:

    “Yalnız Bakı zooparkında heyvanı immobilizasiya edə bilən mütəxəssislər var. Bu, incə məsələdir. Keyidici maddənin dozası artıq olsa, heyvan ayılmaya bilər. Az vurulsa, daha da aqressiv olub, adamları öldürə bilər.

    İynəni heyvanın hansı hissəsindən vurmağı bilmək lazımdır. İynə düzgün vurulmasa, heyvan ölə bilər. Ona görə də belə təcrübə bizdə yalnız Bakı zooparkının işçilərində var. Ölkəmizdə isə bircə zoopark var”.

    İctimai Ekoloji Şuranın sədri Mələk Şükürova isə bildirib ki, Şəkidəki qonur ayı avtomobillərə və şəxsi əmlaklara ziyan vurduğu üçün vətəndaşların bir qismi ayının öldürülməsini təklif ediblər:

    “Ekologiya Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları bununla razılaşmayıblar. Biz İctimai Şura olaraq Nazirliyə, xüsusilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə öz minnətdarlığımızı bildiririk ki, məlumat daxil olan kimi sözügedən xidmətin mütəxəssisləri Bakıdan Şəkiyə ezam olunublar.

    Mütəxəssislər və həkimlər beynəlxalq təcrübələri, eyni zamanda, ayının səhhətini də nəzərə alaraq, lazımi qaydalara əməl etməklə ayıya iynə vuraraq yatırdıb, heyvanı Altıağac Milli Parkının nəzdindəki Vəhşi Təbiətin Reabilitasiya Mərkəzinə aparıb”.

    “Buna baxmayaraq, ictimai fəal adlandırdığımız bəzi vətəndaşlar qonur ayının hansısa işgəncələrə məruz qaldığını deyirlər. Qeyd etmək istərdik ki, bu sözlər həqiqətə uyğun deyil və proses peşəkarcasına aparılıb. İctimai Şuranın sədri olaraq ictimaiyyəti bu məsələyə peşəkarcasına diqqət yetirməyə və qərəzsiz bir mövqedən baxmağa çağırıram.

    Bildirmək istəyirəm ki, ayı aparıldığı mərkəzdə reabilitasiya keçdikdən sonra səhhətində hər hansı bir problem olmazsa, dərhal vəhşi təbiətə buraxılacaq.

    İctimai Şura bu məsələni diqqət mərkəzində saxlayır və yaxından izləyir. Şuranın üzvləri qonur ayının Altıağac Milli Parkının nəzdindəki Vəhşi Təbiətin Reabilitasiya Mərkəzinə aparılmasında iştirak edəcəklər. Bu işdə fəallıq, təmkinlilik və dözümlülük göstərən bütün qurumlara və Şəki şəhər sakinlərinə minnətdarlığımızı bildiririk”, – deyə sədr qeyd edib.

    Qeyd edək ki, dünən gecə saat 4 radələrində Şəki şəhərinin Axundzadə prospektinin 20 yanvar küçəsi ilə kəsişdiyi ərazidə qonur ayının hərəkəti qeydə alınıb.

  • “Formula 1” Qran-Prisində tamaşaçıların iştirakına icazə veriləcək

    COVID-19 virusunun yayılma təhlükəsinə baxmayaraq, “Formula 1” üzrə dünya çempionatının Braziliya Qran-Prisində tamaşaçıların iştirakına icazə verilməsi planlaşdırılır.

    “Forbes” xəbər verir ki, bu barədə yarışın promouteri Tamas Roxoni məlumat verib.

    T.Roxoni vurğulayıb ki, Braziliya Qran-Prisinin hazırlıqları cədvələ uyğun icra edilir və təşkilatçılar San-Pauluda daha bir maraqlı yarışın baş tutacağına əmindirlər.

    “Formula 1”in Braziliya mərhələsinin noyabrın 13-15-i tarixlərində keçirilməsi nəzərdə tutulub.

    Xatırladaq ki, “Formula 1” üzrə dünya çempionatının Niderland, Avstraliya, Monako və Fransa Qran-Priləri ləğv olunub. Bəhreyn, Vyetnam, Çin, İspaniya, Azərbaycan və Kanada mərhələləri qeyri-müəyyən müddətə təxirə salınıb.