Month: July 2020

  • Bakının mərkəzi hissəsində içməli suyun verilişində məhdudiyyətlər olacaq

    Bakının bir sıra rayonlarında içməli suyun verilişində məhdudiyyətlər olacaq.

    Bu barədə “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı məlumat verib.

    Onun sözlərinə görə, şəhərin mərkəzi hissəsini qidalandıran magistral su kəmərində (Sulutəpə qəsəbəsi ərazisindən keçən hissədə) qəza baş verib:

    “Baş verən qəza ilə əlaqədar paytaxtın Səbail, Yasamal, Nəsimi və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində 18 iyul səhər saatlarına qədər məhdudiyyətlər olacaq. “Azərsu” ASC-nin qəza briqadaları, xüsusi texnikası əraziyə cəlb edilib və qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür”.

  • Döyüşlərə qatılmaq üçün qeydiyyatdan keçənlərin sayı açıqlandı

    “Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən 8500-ə yaxın vətəndaş bu günədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatına elektron qaydada, həmçinin, qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək, könüllü olaraq orduda xidmət etmək haqqında öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıblar”.

    Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.

    Bildirilib ki, zərurət yarandığı halda, ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən, Xidmətin yerli struktur bölmələrinə çağırılaraq, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər.

  • Эльмар Мамедъяров: Спрашивать об этом нужно не меня… – ИНТЕРВЬЮ

    Эльмар Мамедъяров, снятый с должности министра иностранных дел по распоряжению Президента Азербайджана Ильхама Алиева, дал интервью Gununsesi.org.

    Представляем его вниманию читателей.

    – Вас сняли с должности. Как теперь себя чувствуете?

    – Должность для человека не вечна. Поэтому чувствую себя нормально. Я работал долгие годы.

    – Каковы планы на будущее?

    – Прошло два дня после того, как я был уволен. Сижу дома. Пока никакого решения о будущем не принял. Обещаю, что если сделаю это, то поделюсь с вами.

    – Вы поедете к своим детям в США или останетесь в Азербайджане?

    – Я же сказал, что решения пока не принял. Когда это произойдет, вы узнаете.

    – Что вы думаете о новом министре иностранных дел Джейхуне Байрамове? Многие акцентируют внимание на том, что у него нет дипломатического опыта.

    – Желаю Джейхуну Байрамову успехов. Он умный человек. Мы знакомы лично. Что же касается второй части вашего вопроса, то об этом спрашивать нужно не меня. Лучше спросить у самого Дж.Байрамова.

  • Vəzifəsindən azad edilən Elmar Məmmədyarov: “Evimdə oturmuşam” – MÜSAHİBƏ

    Prezident İlham Əliyevin sərəncamı ilə xarici işlər naziri vəzifəsindən azad olunan Elmar Məmmədyarov Gununsesi.org-a müsahibə verib.

    Müsahibəni təqdim edirik:

    – Elmar müəllim, vəzifənizi itirdiniz. Özünüzü necə hiss edirsiniz?

    – Vəzifə insan üçün əbədi deyil. Ona görə də özümü normal hiss edirəm. Uzun illər çalışmışam, xidmət göstərmişəm.  

    – Gələcək planınız nədir? 

    – Mən cəmi iki gündür ki, xarici işlər naziri vəzifəsindən azad olunmuşam. Evimdə oturmuşam. Gələcəklə bağlı hansısa qərarım yoxdur. Söz verirəm ki, hansı qərarım olsa, bunu sizlə bölüşəcəyəm.

    – ABŞ-a övladlarınızın yanına gedəcəksiniz, ya Azərbaycanda qalacaqsınız?

    – Dedim, axı hələ heç nə qərarlaşdırmamışam. Hansı addımı atsam, bunu biləcəksiniz.

    – Yeni XİN rəhbəri Ceyhun Bayramov haqqında düşüncələriniz nədən ibarətdir? Onun diplomat kimi təcrübəsinin olmamasını xüsusi vurğulayanlar var.

    – Ceyhun Bayramova uğurlar diləyirəm. Savadlı insandır. Şəxsən də tanışlığımız var. Sualınızın ikinci hissəsinə gəlincə, bu, mənə ünvanlacaq sual deyil. Ona görə də bu barədə özündən soruşsanız, daha yaxşı olardı.

  • Президент Ильхам Алиев предоставил семьям погибших генерала и полковника квартиры – ОФИЦИАЛЬНО

    По поручению Президента Азербайджанской Республики, Верховного главнокомандующего Вооруженными силами Ильхама Алиева предпринимаются конкретные шаги по оказанию всестороннего внимания и проявлению заботы о семьях военнослужащих, погибших в боях на товузском направлении госграницы с Арменией.

    Как сообщили в Минобороны АР, по поручению министра обороны генерал-полковника Закира Гасанова 16 июля замминистра генерал-лейтенант Керим Велиев, а также начальники управлений ведомства генерал-майор Расим Алиев, генерал-майор Расим Бабаев и другие офицеры посетили семьи шехидов генерал-майора Полада Гашимова в Габалинском районе и полковника Ильгара Мирзоева в Баку.

    Они выразили им соболезнования от имени Верховного главнокомандующего Вооруженными силами и министра обороны и вручили сертификаты на квартиры, выделенные для них Президентом Ильхамом Алиевым.

    Члены семей генерала Полада Гашимова и полковника Ильгара Мирзоева поблагодарили главу государства и руководство Минобороны за оказанное внимание и заботу.

  • İlham Əliyev şəhid general və polkovnikimizin ailəsinə mənzil verdi – RƏSMİ

    “Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan hərbi qulluqçuların ailələrinin hərtərəfli diqqətlə əhatə olunması və onlara yüksək qayğı göstərilməsi istiqamətində konkret addımlar atılır”.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığı ilə iyulun 16-da Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, eləcə də, nazirliyin idarə rəisləri general-mayor Rasim Əliyev, general-mayor Rasim Babayev və digər zabitlər Qəbələ rayonunda şəhid general-mayor Polad Həşimovun və Bakı şəhərində şəhid polkovnik İlqar Mirzəyevin ailələrini ziyarət ediblər.

    Hər iki ailənin qayğıları ilə maraqlanan Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri bir daha Ali Baş Komandanın və Müdafiə nazirinin başsağlıqlarını şəhid ailələrinə çatdıraraq, Prezident İlham Əliyev tərəfindən onlar üçün ayrılan mənzillərin sertifikatlarını ailələrə təqdim ediblər.

    Söhbət zamanı şəhid general-mayor P. Həşimovun və polkovnik İ. Mirzəyevin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına və nazirliyin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

    Onu da qeyd edək ki, Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıları öyrənilir və onların həlli istiqamətində də addımlar atılacaqdır.

  • Мать ставшего шехидом генерала: Он с детства знал, что станет военным – ВИДЕО

    Общественное телевидение (İTV) подготовило репортаж из дома генерал-майора азербайджанской армии Полада Гашимова, который погиб в ходе боев на товузском направлении госграницы с Арменией в ночь с 13 на 14 июля.

    По словам матери генерала Самаи Гашимовой, он с детства знал, что станет военным.

    “Я бы сказала, что военное дело он любил больше своей семьи. Я чувствовала это”, – сказала С.Гашимова.

  • Şəhid generalımızın anası: “Hərbini ailəsindən çox istəyirdi” – VİDEO

    İTV-nin əməkdaşları iyulun 13-dən 14-nə keçən gecə Tovuz rayonunda şiddətli döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun evindən reportaj hazırlayıb.

    Şəhid generalın anası Səmayə Həşimova bildirib ki, lap uşaqlıqdan onun hərbçi olacağı bəlli idi:

    “O, elə bilirdi ki, onun atası-anası hərbidədir. Bəlkə də, hərbini ailəsindən çox istəyirdi. Mən onu hiss edirdim”.

  • В Армении прозвучал гимн Азербайджана – ВИДЕО

    В ряде учреждений и ресторанов Армении прозвучал государственный гимн Азербайджана.

    Как передает 365.az, об этом заявил специалист по информационным технологиям Рашад Ибрагимов.

    Так, он смог сделать это, воспользовавшись определенными технологическими лазейками.

    По его словам, цель заключается в том, чтобы держать армян в постоянном страхе.

    “Социальные медиа в современном мире являются мощным оружием. Нанеся отсюда психологический удар по армянам, можно держать их в страхе. Я продемонстрировал это несколькими видео”, – отметил специалист.

  • Ermənistanda Azərbaycan himni səsləndirildi – VİDEO

    Ermənistanın dövlət orqanları və bəzi restoranlarında Azərbaycan himni səsləndirilib.

    365.az xəbər verir ki, bunu informasiya texnologiyaları mütəxəssisi Rəşad İbrahimov edib.

    Belə ki, o, Ermənistanın bəzi dövlət orqanları və restoranlarının texnoloji boşluqlarından istifadə edərək, buna nail olub.

    Rəşad İbrahimov deyir ki, bunu etməkdə məqsədi erməniləri hər zaman qorxu içində saxlamaqdır:

    “Müasir dövrdə ən böyük silahlardan biri də sosial mediadır. Buradan ermənilərə psixoloji zərbə vurmaqla, onlarda çaşqınlıq yaratmaq, qorxu içində saxlamaq mümkündür. Mən bunu bir neçə video ilə göstərmişəm”.