Month: July 2020

  • Müdafiə Nazirliyi dezinformasiyalara inanmamağa çağırır – VİDEO

    Öncəki təxribatların ermənilər tərəfindən qəsdən bilərəkdən yayılması öz təsdiqini tapdı.

    Son günlər sosial şəbəkələrdə saxta profillər yaradılaraq, guya yaralılara kömək məqsədilə müxtəlif qruplardan qana ehtiyacın olması barədə məlumatlar yayılır ki, bunların heç biri həqiqəti əks etdirmir, yalandır, məqsədyönlü şəkildə yayılır və təxribat xarakteri daşıyır.

    Gəncə Hərbi Hospitalının rəisi, tibb xidməti polkovnik-leytenantı Hüseyn Qaçayev Gəncə Hərbi Hospitalının özünün Qan Bankında bütün qan qruplarından ehtiyatın olduğunu, hazırda qanla əlaqədar heç bir çətinliyin olmadığını bildirib.

    İyulun 16-da səhər saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqelərimizə yenidən hücum cəhdi olub.

    Ermənistan silahlı qüvvələrinin bölmələri “X-55” taktiki pilotsuz uçuş aparatı vasitəsilə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib. Lakin bölmələrimizin sayıqlığı nəticəsində düşmən PUA-sı dərhal aşkarlanaraq məhv edilib.

    Daha ətraflı Baku TV-nin videosüjetində:

  • Buraxılış imtahanlarının nəticələri elan olundu

    11-ci sinif şagirdləri üçün 24-25 iyun 2020-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.

    Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, imtahan nəticələri saat 16:35-dən etibarən Mərkəzin saytına yerləşdirilib.

  • Cənubi Amerikada karantin qaydalarını pozanlar güllələnir

    Kolumbiyada koronavirusa yoluxmuşların sayının artması fonunda karantini pozanların öldürülməsinə başlanılıb.

    Bu barədə “Daily Mail” xəbər verir.

    Cənubi Amerikanın bu ölkəsinin 32 ştatının ən azı 11-də yerli silahlı qruplaşmalar karantin qaydalarının yerinə yetirilməsinə nəzarət etməyə başlayıb. Məlumata görə, onlar hökumətin qəbul etdiyindən daha sərt məhdudlaşdırıcı tədbirlər tətbiq edirlər.

    Belə ki, bəzi bölgələrdə dəstələr komendant saatının başlama vaxtını saat 17:00-a çəkiblər. Bir çox ərazilərdə baqqal mağazalarında və apteklərdə işləyənlər istisna olmaqla, digər yerli sakinlərin evdən çıxması qadağan edilib, qadağalar hətta xəstəxanalara gedənlərə də tətbiq olunub.

    Bundan əlavə, kartel üzvləri vətəndaşların hərəkətini məhdudlaşdırır, yaşayış məntəqələri arasında yolları bağlayır və koronovirusa yoluxmaqda şübhəli bildiklərini isə, əksinə, bölgəni tərk etməyə məcbur edirlər.

    Yerli sakinlərə tətbiq olunan qaydalar barədə “WhatsApp” messencerində göndərilən mesajlarla məlumat verilir.

    Eyni zamanda, qayda pozanlar ölümlə təhdid edilir. “Daily Mail”in yazdığına görə, son aylarda dəstə üzvləri məhdudiyyətlərə riayət etməkdən imtina edən ən azı doqquz nəfəri öldürüblər. Bundan başqa, Kolumbiyanın cənub-qərbində üç nəfər parkda gəzintiyə çıxdığına görə öldürülüb.

    Venesuelada cib telefonlarını təmir edən emalatxanada spirtli içki içən iki miqrantın öldürülməsi barədə də məlumat var.

    Son xəbərlərə görə, Kolumbiyada COVID-19-a 165 mindən çox yoluxan qeydə alınıb.

  • Продолжаются боевые операции на товузском направлении: военнослужащий ВС Азербайджана стал шехидом

    Начиная с 05:45 16 июля, на участке государственной границы Азербайджана и Армении в Товузском районе проводятся активные боевые операции.

    Как сообщили в Минобороны АР, в боях, которые идут и в данный момент, точечными ударами ВС Азербайджана были уничтожены 20 человек живой силы противника, одна единица его бронетехники, одно средство радиоэлектронной борьбы (РЭБ), боевые посты и опорные пункты.

    В ходе боев солдат-сверхсрочник азербайджанской армии Исмаилов Назим Афган оглу стал шехидом.

    Руководство Минобороны Азербайджана выражает соболезнования семье шехида.

    Аллах рехмет элясин!

    Подразделения ВС Азербайджана в настоящее время принимают ответные меры для пресечения боевой активности врага.

  • Azərbaycan daha bir şəhid verdi – RƏSMİ

    İyulun 16-da səhər saat 05.45-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində aktiv döyüş əməliyyatları keçirilir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, hazırkı vaxtadək davam edən döyüşlərdə düşmənin 20-yə yaxın canlı qüvvəsi, bir zirehli texnikası, bir radioelektron mübarizə (REM) vasitəsi, döyüş postları və dayaq məntəqəsi bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

    Döyüşlər zamanı Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İsmayılov Nazim Əfqan oğlu şəhid olub.

    Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə başsağlığı verir və səbr diləyir.

    Allah rəhmət eləsin!

    Bölmələrimiz düşmənin döyüş aktivliyinin qarşısını almaq məqsədilə cavab tədbirləri görür.

  • Nazirlik şəxsi Wi-fi şəbəkəsinə hücumlar barədə xəbərdarlıq etdi

    Son günlər ölkəmizdə istifadəçilərin şəxsi Wi-fi şəbəkəsini, şəbəkə qurğularını – router və ya modemləri hədəf alan kiberhücumlar baş verir.

    Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin açıqlamasında bildirilir.

    Məlumatda həmçinin deyilir ki, router, şəbəkə və internetdəki cihazlar arasında məlumat ötürülməsini təşkil edən şəbəkə cihazıdır. Odur ki, router (və ya modem) internetə qoşulan cihazlara hücumların edilməsi, eləcə də onlardan müdafiənin ilk pilləsini təşkil edir. Routerə kənar müdaxilə olarsa, üçüncü tərəflər şəbəkədə yoluxan digər cihazları müəyyən edə, daxili şəbəkənin xəritəsini çıxara, istifadəçi adı və parolları ələ keçirə, əməliyyat sistemlərinə və konfiqurasiyalara dəyişiklik edə, şəbəkəyə qulaq asa və trafiki yoluxmuş saytlara/serverlərə yönləndirə bilər.

    Bir sıra hallar cihazınızın yoluxduğunun göstərici ola bilər:

    Router və ya modeminiz düzgün işləməməsi, şəbəkənizdə xarici İP-lərin çıxması, məlumatlarınızın deşifrlənməsi üçün pul tələb edən (“Ransomware”) mesajların alınması, cihazınızda “pop-up” menyular şəklində saxta antivirüs bildirişlərin (“Kompüteriniz ziyanverici ilə yoluxub! Antivirus proqamı yükləmək üçün keçid edin və s”) gəlməsi bu əlamətlər sırasındadır.

    Həmçinin sistemin işi zəifləyibsə, icazəniz olmadan proqram təminatı quraşdırılmaları baş verirsə və ya cihaz yanıb-sönürsə, kursor öz-özünə hərəkət edirsə, tanıdığınız şəxslərə xəbəriniz olmadan adınızdan mesajlar göndərilirsə, parametrlərdə və konfiqurasiyalarda naməlum dəyişikliklər baş verirsə, brauzer sizi tanımadığınız səhifələrə yönləndirirsə, brauzerdə çoxlu bilinməyən panel və ya pəncərələr açılırsa və s., zərəri minimallaşdırmaq üçün ilkin atılmalı addımlar da bu qəbildəndir. Nazirlik tövsiyə edir ki, bu zaman dərhal internet bağlantısını kəslməli (router və ya modemi söndürün) və bütün yoluxmuş cihazları şəbəkədən ayrılmalıdır.

    Məlumatların bulud yaddaşına və ya xarici yaddaş qurğularına nüsxələnməsi tələb olunur. Həmçinin virüslar üçün cihazları skan edilməsi, yoluxmuş cihazlarda bütün xidmətlərdən və hesablardan çıxış edilməsi və parolları dəyişməsi, kompüteri “safe mode”da yenidən işə salıb, zərərli proqramları təmizləmək, routeri sıfırlayıb, ehtiyac olarsa əməliyyat sistemlərini yenidən yükləmək, zərərli proqramları təmizlədikdən sonra təkrar skan etmək tələb olunur.

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti istifadəçilərə Wi-Fi şəbəkəsində aşağıdakı sazlanlanmaların aparılmasını tövsiyə edir.

    Aşağıdakı sazlamaları etmək üçün ilk öncə brauzerdə İP ünvan daxil edilməklə (adətən 192.168.1.1 və ya 192.168.0.1 və ya tplinkwifi.net) routerin idarəetmə panelinə daxil olmaq lazımdır. Bu zaman sizdən istifadəçi adı və parol istəniləcək. Bu məlumatlar router və ya modemin istifadə təlimatından və ya istehsalçı və modelə görə internetdə axtarış edilməklə əldə edilə bilər.

    “Wi-Fi” şəbəkəsi ən son şifrləmə standarlarından (“WPA2” və ya “WPA3”) istifadə edilməklə şifrlənməlidir. Bu zaman güclü parol (böyük və kiçik hərflər, rəqəm və simvolların kombinasiyasından ibarət 10-12 simvol uzunluğunda) seçilməlidir.

    “Wi-Fi” şəbəkə adında (yəni SSID) hər hansı müəyyənləşdirici məlumatlar (ad, ünvan, telefon nömrəsi və s.) istifadə olunmamalıdır. Hər routerin özünə uyğun zəiflikləri olduğunu və bunların xakerlərə məlum olduğunu nəzərə alaraq standart şəbəkə adlarından istifadə etmək olmaz.

    Router və modemlərə susmaya görə standart istifadəçi adı və parolları (çox zaman admin-admin) təyin olunur. Bu parollar modelə və istehsalçıya görə asanlıqla internetdən əldə oluna bilər. Bu səbəbdən routerin idarəetmə panelindən standart istifadəçi adı və parollar mütləq dəyişdirilməlidir.

    Router və ya modemin proqram təminatı (firmware) mütləq yenilənməlidir. Son nəsil routerlərdə proqram təminatı avtomatik yenilənir, köhnə cihazlar üçün yenilənmə vaxtaşırı manual olaraq yerinə yetirilməlidir. Yenilənmə qəbul etməyən qurğular dəyişdirilməlidir.

    Routeri uzaqdan idarəetməyə imkan verən “Uzadqan idarəetmə/Remote access” funksiyasının söndürülməsi və bu məqsədlə ethernet kabelindən istifadə edilməsi tövsiyə edilir.

    Router və modemdə təhlükəsizlik divarı (“firewall”) aktiv edilməlidir.

    Router və modemdə “UPnP” funksiyasının söndürülməsi məqsədəuyğunudur. “UPnP” şəbəkə cihazlarınının tanınmasını asanlaşdırmaq üçün nəzərdə tutulmasına baxmayaraq, bu protokolda ciddi təhlükəsizlik boşluqları mövcuddur və tez-tez xakerlər tərəfindən istifadə olunur.

    Router və modemdə mümkün olduğu halda WPS funksiyası söndürülməlidir.

    “Wi-Fi” şəbəkəsinin parolu kənar şəxslərlə paylaşılmamalı və mütəmadi yenilənməlidir.

    “Guest network” funksiyasından istifadə olunması tövsiyə edilir. Bu sizə şəbəkənizi seqmentləşdirməyə və ziyarətçilərə onun yalnız bir seqmentinə daxil olmağa icazə verir.

    Vətəndaşlardan xahiş olunur ki, bu məsələyə xüsusi ciddiyyətlə yanaşsınlar və vaxt itirmədən qeyd edilən sazlamaları aparsınlar.

    Yuxarıda qeyd edilən təhlükəsizlik quraşdırılmalarının aparılması ilə bağlı hər hansı çətinliklik yaranarsa, öz internet xidməti provayderinizə və ya metodik dəstək üçün Elektron Təhlükəsizlik Xidmətinə müraciət edin.

    Bu kimi hallarla qarşılaşdığınız zaman www.cert.az rəsmi saytımız və ya reports@cert.az e-poçtumuz vasitəsilə bizə bildirin.

  • Azərbaycanda koronavirusdan sağalma yoluxmanı ötdü: Səkkiz nəfər öldü

    Son sutka ərzində Azərbaycanda daha 493 nəfərin koronavirusa yoluxduğu aşkarlanıb.

    Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

    Qeyd edilib ki, daha əvvəl virusa yoluxduğu aşkarlanmış 561 nəfər koronavirusdan sağalıb, səkkiz nəfər isə vəfat edib.

  • Varşavada yaşayan azərbaycanlılar birlik nümayiş etdirirlər – VİDEO

    Polşanın paytaxtı Varşavada yaşayan azərbaycanlılar birlik nümayiş etdirirlər.

    Onlar Azərbaycanın Polşadakı səfirliyinin önünə yığışıraq ermənilərin səfirliyin binasına qarşı təxribatının qarşısını alırlar.

    Onlar “Var olsun, Azərbaycan”, “var olsun Qarabağ” şüarları səsləndirirlər.

    Məlumat üçün bildirək ki, ötən gün ermənilər Polşadakı səfirliyin önünə yığışaraq, Azərbaycan bayrağını yandıracaqlarını və səfirliyin binasına yumurta atacaqlarını bildirmişdilər.

  • Ильхам Алиев и Мехрибан Алиева на открытии подстанции “Беюкшор” – ФОТО

    Президент Азербайджана Ильхам Алиев и Первый вице-президент Мехрибан Алиева 16 июля приняли участие в открытии новой электрической подстанции “Беюкшор”.

    Как сообщает АЗЕРТАДЖ, Ильхам Алиев и Мехрибан Алиева были проинформированы о созданных на подстанции условиях.

    Глава государства ввел энергообъект в эксплуатацию.













  • İlham Əliyev və Mehriban Əliyeva açılışda – FOTO

    İyulun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva yeni tikilən “Böyükşor” yarımstansiyasının açılışında iştirak ediblər.

    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və Birinci vitse-prezident yarımstansiya barədə məlumat verilib.

    Prezidenti İlham Əliyev yarımstansiyanı işə salıb.