Month: July 2020

  • МИД России: Москва продолжает работать с Баку и Ереваном над урегулированием конфликта на границе

    Планов по организации трехсторонней встречи с участием министра иностранных дел России Сергея Лаврова и глав МИД Армении Зограба Мнацаканяна и Азербайджана Джейхуна Байрамова для урегулирования конфликта на границе между республиками пока нет.

    Об том в четверг на брифинге заявила официальный представитель МИД РФ Мария Захарова, сообщает ТАСС.

    “Если появится информация о возможных предстоящих встречах министра со своими коллегами [из Армении и Азербайджана], мы, безусловно, своевременно доведем ее до СМИ. На данный момент у меня такой информации нет”, – сказала она.

    При этом дипломат указала на то, что представители российских внешнеполитического и оборонного ведомств продолжают работать с армянскими и азербайджанскими коллегами над урегулированием конфликта на границе.

    Ситуация на границе Азербайджана и Армении обострилась 12 июля. В Азербайджане заявили о попытке ВС Армении атаковать позиции армии республики с использованием артиллерии, в Ереване же назвали причиной обострения попытки прорыва с азербайджанской стороны. В Баку сообщили об одиннадцати погибших военнослужащих азербайджанской армии за три дня столкновений. Ереван заявил о гибели четырех и ранении десяти военнослужащих.

  • Rusiya XİN: “Moskva Bakı və Yerevanla sərhəddəki münaqişənin həlli istiqamətində işlərini davam etdirir”

    “Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sərhəddəki gərginliyin həlli ilə bağlı üçtərəfli görüş planı hələlik yoxdur”.

    TASS xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib.

    “Əgər belə bir görüşlə bağlı informasiya yayılsa, biz bunu KİV-lərlə bölüşəcəyik. Hazırda bununla bağlı heç məlumat yoxdur”. – o bildirib.

    Bununla yanaşı, diplomat qeyd edib ki, Rusiya xarici işlər və müdafiə idarələrinin nümayəndələri sərhəddəki münaqişənin həlli üçün erməni və azərbaycanlı həmkarları ilə işləməyə davam edirlər.

    Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Tovuz rayonu istiqamətindəki mövqelərinə artilleriya zərbələri ilə hücum etməyə cəhd göstərib.

  • Neftçalada qadın traktorun altında qalaraq ölüb

    Neftçalada qadın faciəli şəkildə dünyasını dəyişib.

    APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hafisə Neftçala rayonunun Ərəbqardaşbəyli kəndində qeydə alınıb.

    Kənd sakini, 1965-ci il təvəllüdlü Həsənova Zeynəb Heydər qızı traktorun təkəri altında qalaraq ölüb.

    Faktla bağlı Neftçala Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

  • ABŞ-da COVID-19-dan ölənlərin sayı 140 mini ötüb

    ABŞ-da son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasına 71 117 yoluxma halı qeydə alınıb.

    APA-nın CNN TÜRK-ə istinadən verdiyi xəbərə görə, ABŞ-da indiyədək virusa yoluxanların sayı 3 619 663 nəfərə çatıb.

    Son sutka ərzində xəstəliyə yoluxan 1 011 nəfər vəfat edib.

    ABŞ-da indiyədək xəstəlikdən ölənlərin sayı 140 200 nəfərə çatıb.

  • Sosial şəbəkələrdə ordu ilə bağlı yalan məlumat yayan Göyçay sakini tutuldu

    Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sosial şəbəkələrdə rayonun Mırtı kəndindən olan hərbçimizin şəhid olması ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar yayan şəxs saxlanılıb.

    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon sakini Aydın Rəsulov iyulun 14-də özünə məxsus sosial şəbəkə hesabında Bakı şəhərinə 20, Göyçayın Mırtı kəndinə isə bir şəhid olmuş əsgərimizin nəşinin gətirilməsi ilə bağlı yalan, cəmiyyətdə çaşqınlıq yarada biləcək məlumatlar paylaşıb.

    O, polis əməkdaşları tərəfindən saxlanılaraq Polis Şöbəsinə gətirilib. Barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək, toplanmış material rayon məhkəməsinə göndərilib.

    Məhkəmənin qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs edilib. A.Rəsulov etdiyi hərəkətdən peşman olduğunu bildirib.

  • Azərbaycanda reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlandı

    Azərbaycanda süni tənəffüs cihazında olan koronavirus xəstələrinin sayı 68 nəfərə çatıb.

    Bu barədə “Report” Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) istinadən xəbər verir.

    Məlumata görə, xəstəxanaların reanimasiya şöbələrində müalicə edilən xəstələrin sayı 345 nəfərdir.

    Qeyd edək ki, Azərbaycanda COVID-19-a daha 493 yeni yoluxma qeydə alınıb, 561 nəfər sağalıb, 8 nəfər vəfat edib.

    Hazırkı dövrədək ölkəmizdə 26 165 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 17 256 nəfər müalicə olunaraq sağalıb, 334 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 575 nəfərdir.

    Ötən müddət ərzində 601 min 500 test aparılıb. Bugünkü test sayı isə 8 722-dir.

  • Лачынская молодежь массово рвется на фронт

    Молодежь родом из Лачынского района с нетерпением ждет приказа Верховного главнокомандующего Вооруженными Силами Азербайджанской Республики Ильхама Алиева идти в бой.

    Как передает Report, более 200 молодых людей – выходцев из Лачынского района, проживающие в отдельных городах и районах Азербайджана, обратились в Государственную службу по мобилизации и призыву на военную службу, чтобы записаться добровольцами для участия в боях.

    Руководство района поблагодарило молодых людей за их поступок, высоко оценив их желание добровольно пойти на фронт.

    В настоящее время все новые и новые молодые люди продолжают совершать обращения в службу.

  • Laçınlı gənclər döyüşə getmək üçün kütləvi şəkildə qeydiyyatdan keçiblər

    Laçınlı gənclər Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin döyüş əmrini səbirsizliklə gözləyirlər.

    “Report”un məlumatına görə, iyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mövqelərimizi ələ keçirmək məqsədilə törətdiyi növbəti təxribatın qarşısı odumuzun şücaəti sayəsində qətiyyətlə alınıb, igid döyüşçülərimizin həyata keçirdiyi adekvat xarakterli əks tədbirlər nəticəsində düşmən geri oturdurularaq canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib.

    İyulun 15-də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin çıxışından sonra ölkəmizin ayrı-ayrı şəhər və rayonlarında müvəqqəti məskunlaşmış 200-dən çox laçınlı gənc də döyüşdə könüllü şəkildə iştirak etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinə müraciət edərək hərbi qeydiyyata alınıb.

    Mənfur düşmənə qarşı döyüşlərdə könüllü şəkildə iştirak etmək üçün müraciət edən laçınlı gənclərə rayon rəhbərliyinin təşəkkürü çatdırılıb, müraciətləri ilə bağlı onlara müvafiq qanunvericiliyin tələbləri ətraflı izah olunaraq atdıqları bu addım yüksək qiymətləndirilib.

    Laçınlılar Azərbaycan Ordusuna dəstək vermək üçün hamılıqla Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə qarşıya qoyulan istənilən vəzifəni yerinə yetirməyə, torpaqlarımızı işğaldan azad etməyə tam hazır olduqlarını bəyan ediblər.

    Hazırda da laçınlı gənclərin düşmənə qarşı döyüşlərdə könüllü şəkildə iştirakları ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinə müraciətləri davam etməkdədir.

  • Минобороны Азербайджана сообщило об уничтожении казармы противника – ВИДЕО

    Министерство обороны Азербайджана сообщает об уничтожении казармы ВС Армении.

    “В ходе боев в направлении Товузского района азербайджано-армянской государственной границы точным огнем наших подразделений уничтожена казарма вооруженных сил Армении”, – говорится в сообщении.

  • Düşmənə məxsus kazarma məhv edildi – VİDEO

    Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin sərrast zərbəsi ilə Ermənistan silahlı qüvvələrinə məxsus kazarma məhv edilib.

    Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.