Month: July 2020

  • Ermənistanın artilleriya divizionunun idarəetmə məntəqəsi məhv edildi – VİDEO

    Düşmənin aktiv döyüş fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin artilleriya divizionunun idarəetmə məntəqəsi bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

    Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

  • DTX ordu ilə bağlı yalan məlumat yayanlara xəbərdarlıq etdi

    “2020-ci il iyulun 12-dən başlayaraq Ermənistanın silahlı qüvvələrinin bölmələrinin təxribatları nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam etmiş, qarşı tərəf mülki əhalini və yaşayış məntəqələrimizi atəşə tutub. Görülmüş cavab tədbirləri nəticəsində düşmənə ağır zərbələr endirilib, o, böyük itkilər verərək geri çəkilməyə məcbur edilib. Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş hərbi qulluqçularımızın ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik. Bununla yanaşı, Azərbaycan-Ermənistan sərhədindəki döyüş əməliyyatları ilə bağlı ictimaiyyətə müntəzəm rəsmi məlumatlar verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının müdafiə qabiliyyətinə xələl gətirmək, əhali arasında çaşqınlıq və inamsızlıq yaratmaq üçün ayrı-ayrı sosial şəbəkələrdə və media səhifələrində məqsədyönlü şəkildə hadisələrin mahiyyəti barədə aşkar surətdə yalan və qərəzli, o cümlədən guya, ərazilərimizin bir hissəsinin düşmən tərəfindən tutulması, itkilərimizin sayının gizlədilməsi, hərbi mövqelərimizin və texnikanın ələ keçirilməsinə dair xəbərlər yayılmaqdadır”.

    Bu barədə Dövlət Təhlükəsizli Xidmətinin (DTX) saytında yayılan məlumatda deyilir:

    “DTX bəyan edir ki, bu cür dəqiqləşdirilməmiş və qərəzli məlumatların, mülahizələrin və paylaşımların heç bir əsası yoxdur. Azərbaycan xalqı bilməlidir ki, Silahlı Qüvvələrimiz düşmənin hücumlarının qarşısını qətiyyətlə almağa daim hazırdır. Ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə ən zəruri tədbirlər görülməkdədir. Cəbhə xəttində yaranmış gərgin vəziyyətdə vətəndaşlarımızın soyuqqanlı olmasını, heç bir təxribata uymamasını və dövlətçilik mövqeyindən çıxış etməsini olduqca zəruri hesab edirik.

    Azərbaycan Ordusu, onun döyüş potensialının zəiflədilməsinə yönələn, habelə ərazi itkiləri və insan tələfatı barədə yoxlanılmamış və qərəzli məlumatlar yayan şəxslər haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ən sərt tədbirlər görüləcək.

    Bir daha vətəndaşlarımızdan milli həmrəylik nümayiş etdirməyi və yalnız rəsmi dövlət orqanlarının məlumatlarına istinad etməyi və inanmağı xahiş edirik”.

  • Şəhid generalımızın nəşi doğulduğu rayona gətirildi

    Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində gedən döyüşlərdə şəhid olan general-mayor Həşimov Polad İsrayıl oğlunun nəşi doğulduğu Qəbələnin Vəndam kəndinə gətirilib.

    Şəhidin nəşi rayon sakinləri tərəfindən böyük izdihamla qarşılanıb.

    Generalımız 2-ci Fəxri Xiyabanda torpağa tapşırılacaq.

    Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək, hücuma keçməyə cəhd göstərib.

    Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları – çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhid olub.

    Bu gün isə döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu, polkovnik Mirzəyev İlqar Anzor oğlu, mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu şəhid olub.

  • Ermənistan daha iki zabitinin öldüyünü təsdiqlədi

    Ermənistan Müdafiə Nazirliyi itkilərlə bağlı növbəti dəfə açıqlama verib.

    Bununla bağlı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan “Facebook” hesabında məlumat verib.

    O bildirib ki, Azərbaycan Ordusu tərəfindən kiçik leytenantlar Smbat Qeorqiyeviç Qabrielyan və Qrişa Vaanoviç Matevosyan məhv edilib.

    Qeyd edək ki, iyulun 12-də günorta saatlarından başlayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq, artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

    Bu gün Ş.Stepanyan verdiyi açıqlamada Ermənistan ordusunun iki hərbçisinin – mayor Qaruş Ambartsumyan və kapitan Sos Elbakyanın Azərbaycan Ordusu tərəfindən məhv edildiyini bildirmişdi.

  • Daha 350-dən çox azərbaycanlı Rusiyadan təxliyyə olundu

    Bu gün daha 350-dən çox Azərbaycan vətəndaşının Rusiyadan vətənə qayıtması təmin olunub.

    Bunu Report-un Rusiya bürosuna açıqlamasında Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov bildirib.

    “Onlar Rusiya-Azərbaycan sərhədində gözləyirdilər. Hazırda sərhədi keçmək istəyən və sərhədə yaxın bölgələrdə 300-dən çox həmyerlimiz var”, – o bildirib.

  • İyulun 10-da keçirilmiş imtahanların nəticələri elan olundu

    10 iyul tarixində 2020-ci ilin 10, 11, 18 və ya 19 iyun tarixlərində keçirilmiş imtahanlarda iştirak edə bilməyən cari ilin məzunları (9-cu sinif) üçün buraxılış (qəbul) imtahanları və 9-11 illik təhsil səviyyələri üzrə Azərbaycan dili imtahanlarının nəticələri elan olunub.

    Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

    İştirakçılar imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə müvafiq olaraq buradan tanış ola bilərlər.

  • Metro stansiyalarının vestibüllərindəki ödəmə terminalları açılacaq – RƏSMİ

    Sərt karantin rejimi çərçivəsində metro stansiyalarının fəaliyyətinin dayandırılması ilə sərnişinlərin “BakıKart”ın balansını artırmasında müəyyən çətinliklər müşahidə olunub.

    Çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq məsələnin operativ həlli istiqamətində tədbirlər görülüb. Bakı Nəqliyyat Agentliyi, Bakı Metropoliteni QSC, “BakıKart” və MilliÖn şirkətlərinin rəhbər şəxsləri arasında video-konfrans formatında görüş keçirilib.

    Müzakirələrin yekunu olaraq sərnişin tələbatı çox olan metrostansiyalarının vestibüllərinin yalnız ödəmə terminallarından istifadə üçün açılmasına qərar verilib.

    BNA-dan verilən məlumata görə, qərara alınıb ki, iyulun 15-dən etibarən səhər və axşam pik saatlarında daha çox sərnişin tələbatı olan istiqamətlərdə metronun bəzi stansiyalarının vestibülləri ödəmə terminallarından istifadə üçün açılsın.

    Qrafikə əsasən saat 06:30-dan 12:00-a qədər “Həzi Aslanov”, “Əhmədli”, “Xalqlar Dostluğu”, “Neftçilər”, “Qara Qarayev”, “Azadlıq”, “20 Yanvar” stansiyalarının metroları, saat 16:00-dan 20:30-a qədər isə “20 Yanvar”, “Nizami”, “Gənclik”, “N.Nərimanov” stansiyalarının vestibülləri yalnız ödəmə terminallarında istifadə üçün açıq olacaq.

    Vestibüllərdə sərnişinlərin maskadan istifadə və sosial məsafənin gözlənilməsi qaydalarına riayət etməsi üçün müvafiq tədbirlər görülür. Sərnişinlərdən “BakıKart”-ın balansını artırmaqla bağlı işlərini planlı qurmalarını xahiş edirik. Əvvəlcədən tədbirli davranış lüzumsuz vaxt itkisinə məruz qalmamaq, eləcə də pandemiya dövründə yolxuma riskini minimuma endirmək baxımından əhəmiyyətlidir.

    Video konfransda avtobus dayanacaq məntəqələrindəki ödəmə terminallarındakı yaranan texniki nazaslıqlar və onların həlli məsələləri də müzakirə edilib. Bildirilib ki, hazırda sərt karantin rejiminə uyğun olaraq “BakıKart” və “MilliÖn” şirkətlərində ümumi əməkdaşların 50%-i çalışır. Buna baxmayaraq hər iki operator işini xüsusi rejimdə quraraq ortaya çıxan texniki nasazlıqların qısa vaxtda aradan qaldırılmasına səy göstərir.

  • Hulusi Akar: “Azərbaycanlı qardaşlarımıza var gücümüzlə dəstək olmağa davam edəcəyik”

    “Ermənistanın Azərbaycanın Tovuz bölgəsinə həyata keçirdiyi hücumu şiddətlə qınayırıq. Hücumu dəf edərkən şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara təcili şəfa, qardaş Azərbaycan xalqına başsağlığı diləyirik”.

    “CNN Türk”ün məlumatına görə, bu sözləri Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycan – Ermənistan sərhədində baş verən hadisələrə münasibət bildirərkən deyib.

    “Dağlıq Qarabağı qanunsuz şəkildə işğal edən və illərdir təcavüzkar mövqe nümayiş etdirən Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin yanında dayanmağa, “tək millət, iki dövlət” deyə qəbul etdiyimiz azərbaycanlı qardaşlarımıza var gücümüzlə dəstək olmağa davam edəcəyik”, – deyə Hulusi Akar bildirib.

  • Армения просит помощи у России – ТАСС УПОЛНОМОЧЕН ЗАЯВИТЬ

    Ереван рассчитывает на посреднические усилия России в урегулировании обострения на армяно-азербайджанской границе.

    Как передает Median.az , об этом во вторник заявил ТАСС глава армянского диппредставительства в Москве Вардан Тоганян.

    “Мы в том числе очень рассчитываем – сегодня было заявления пресс-секретаря президента РФ, и МИД вчера выступил с заявлением, – [что Россия] сможет свои посреднические усилия приложить, чтобы остановить то, что происходит там [на армяно-азербайджанской границе], – сказал дипломат. – Рассчитываем и на реакцию наших коллег из ОДКБ, потому что речь идет об участке границы Армении, признанной в том числе участниками ОДКБ”.

    Кроме того, посол указал на то, что ситуацию осложняют “агрессивные заявления Турции”. Отвечая на вопрос о возможности вынесения ситуации на рассмотрение СБ ООН он отметил, что в Ереване ожидают действий прежде всего от сопредседателей Минской группы ОБСЕ.

    “Единственный легитимный международный мандат определен Минской группе ОБСЕ, как раз все три страны Совета Безопасности – Россия, США, Франция – являются участниками этого процесса. Мы знаем уже реакцию России, знаем реакцию Госдепа, Франции, поэтому сейчас идут переговоры и министры иностранных дел Армении и Азербайджана общались вчера с российским министром, – резюмировал Тоганян. – Я думаю, что это все-таки вопрос к сопредседателям Минской группы ОБСЕ”.

  • Распространились ФОТО уничтоженных армянских офицеров

    Военнослужащие армянской армии майор Гаруш Амбарцумян и капитан Сос Элбакян уничтожены в результате боев на армяно-азербайджанской границе.

    Как передает Median.Az, армянские СМИ распространили фотографии погибших офицеров.