Month: July 2020

  • Düşmənə məxsus PUA vuruldu və artilleriya qurğusu döyüş heyəti ilə birlikdə məhv edildi – RƏSMİ

    “Bu dəqiqələrdə Ermənistan silahlı qüvvələrinə məxsus PUA vurulub və düşmənin atəş mövqeyində yerləşən artilleriya qurğusu döyüş heyəti ilə birlikdə bölmələrimizin sərrast atəşi ilə məhv edilib”.

    Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

    “Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələrinə məxsus növbəti PUA-nın guya vurulması barədə yayılan məlumata gəldikdə isə bildiririk ki, bu dezinformasiyadır, həqiqəti əks etdirmir və Ermənistan Müdafiə Nazirliyi rəsmisinin öz uydurmasıdır”, – o bildirib.

    V.Dərgahlı qeyd edib ki, Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və heç bir itki yoxdur.

  • Азербайджан вывел из строя газоснабжение области Армении

    Из-за эскалации на армяно-азербайджанской границе в Тавушском направлении повреждены газопроводные сети приграничных сел. Как сообщают армянские СМИ со ссылкой на “Газпром Армения”, частично прекращена подача газа в приграничных селах Айгепар, Неркин Кармирахпюр и Чинари.

    В компании отмечают, что ремонт газопроводов и восстановление газоснабжения можно будет осуществить только после стабилизации обстановки.

  • Кибервойна между Азербайджаном и Арменией: парализованы десятки сайтов

    Жесткая кибервойна между секретными службами Азербайджана и Армении продолжается.

    Как сообщалось ранее, азербайджанским киберспециалистам удалось взломать и захватить сайты ряда госучреждений, включая и сайт самого премьер-министра Армении Никола Пашиняна.

    Вместе с тем азербайджанские специалисты смогли взломать сайты нескольких десятков армянских компаний и учреждений. Представляем неполный список армянских сайтов, взломанных азербайджанскими хакерами.

    rpif.am

    sisalp.am

    steko.am

    ortez.am

    new-tao.am

    mtech.am

    nairyangourmet.am

    myrose.am

    onni.am

    message.am

    lkr.am

    lighting.am

    www.beercoin.am/index.html

    dilijanbeer.am/index.html

    hormon.am/index.html

    expertiza.am/index.html

    govellyjewellery.com/index.html

    baleno.am/index.html

    360shinbaza.am/index.html

    barca.am/index.html

    arevi.am/index.html

    www.anyrose.am/index.html

    www.360led.am

  • Azərbaycanlı hakerlər 30-dək erməni saytını dağıdıblar

    Azərbaycan hakerləri bir sıra erməni saytlarını sındıraraq “Azərbaycan əsgəri”, “Qarabağ Azərbaycandır və Nida işarəsi” lozunqunu yerləşdiriblər.

    Dağıdılan veb resurslar içərisində həm dövlət qurumlarının, həm də bir sıra şirkətlərin rəsmi saytları mövcüddur.

    Sındırılan saytların siyahısı:

    rpif.am

    sisalp.am

    steko.am

    ortez.am

    new-tao.am

    mtech.am

    nairyangourmet.am

    myrose.am

    onni.am

    message.am

    lkr.am

    lighting.am

    www.beercoin.am/index.html

    dilijanbeer.am/index.html

    hormon.am/index.html

    expertiza.am/index.html

    govellyjewellery.com/index.html

    baleno.am/index.html

    360shinbaza.am/index.html

    barca.am/index.html

    arevi.am/index.html

    www.anyrose.am/index.html

    www.360led.am

    Xatırladaq ki, bu, azərbaycanlı xakerlərin gün ərzində həyata keçirdiyi ikinci uğurlu əməliyyatdır. Buna qədər Ermənistan baş nazirinin rəsmi səhifəsi olan https://www.primeminister.am/ və Ermənistan hökumətinin saytı olan gov.am resursu dağıdılmışdı. Həmin saytlarda Prezident İlham Əliyevin beynəlxalq tribunada səsləndirdiyi “Qarabağ Azərbaycandır və Nida işarəsi” və “Əgər erməni əsgəri ölmək istəmirsə, rədd olsun Azərbaycan torpağından” bəyanatları, həmçinin Azərbaycan milli qəhrəmanı Mübariz İbrahimovun fotoları yerləşdirilmişdi.

  • Ermənistan döyüşdəki itkilərini açıqlayıb

    Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirib ki, Ermənistan-Azərbaycan sərhədinin şimal-şərq istiqamətində Ermənistan ordusunun iki hərbçisi – mayor Qaruş Ambartsumyan və kapitan Sos Elbakyan Azərbaycan Ordusu tərəfindən məhv edilib.

    Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi bu barədə “Facebook” səhifəsində məlumat verib.

    Qeyd edək ki, iyulun 12-də günorta saatlarından başlayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq, artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

  • Azərbaycan mayor şəhidini qarşılayır – VİDEO

    Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində gedən döyüşlərdə şəhid olan Qazax rayonu, Yuxarı Salahlı kənd sakini, mayor Əhmədov Namiq Hajan oğlunun nəşi doğulduğu rayona gətirilib.

    Şəhidin nəşi Qazax rayonunda izdihamla qarşılanıb.

    Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək, hücuma keçməyə cəhd göstərib.

    Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları – çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhid olub.

    Ötən gün isə döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu, polkovnik Mirzəyev İlqar Anzor oğlu, mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu şəhid olub.

  • Истребитель F-16 разбился при посадке в США

    Истребитель ВВС США F-16 Viper разбился во время приземления на авиабазе в штате Нью-Мексико. Летчик катапультировался и спасся, сообщила 49-я эскадрилья Военно-воздушных сил (ВВС) страны, пишет ТАСС.

    “F-16 Viper из состава 49-й эскадрильи разбился при приземлении на базе ВВС США Холломен. Единственный пилот, находившийся на борту, благополучно катапультировался, ему оказывают медицинскую помощь в связи с незначительными травмами”, – уточнили в эскадрилье. Причины инцидента расследуются.

  • ABŞ-da qırıcısı təyyarə qəzaya uğradı

    ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “F-16” qırıcısı Nyu-Meksiko ştatında yerləşən aviabazaya eniş edərkən qəzaya uğrayıb.

    “Fox News” telekanalı məlumat verir ki, pilot katapult edərək xilas olub.

    Ona tibbi yardım göstərilib.

    Hadisənin təfərrüatı araşdırılır.

    Telekanal məlumat verir ki, bu, may ayından bu günə qədər baş verən beşinci oxşar hadisədir.

  • Şəhid general-mayor II Fəxri xiyabanda dəfn olunacaq – RƏSMİ

    Azərbaycan Ordusunun şəhid olan yüksək rütbəli zabiti, general-mayor Polad Həşimov sabah torpağa tapşırılacaq.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Polad Həşimovun cənazəsi İkinci Fəxri xiyabanda dəfn ediləcək.

    Qeyd edək ki, general-mayor Polad Həşimov bu gün səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub.

  • Sumqayıtda tullantıları qalaqlayıb yandıran şəxs 600 manat cərimələndi

    Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Sumqayıt şəhərində məişət tullantılarının qalaqlanması hallarının qarşısının alınması məqsədilə tədbir keçirib.

    Nazirliyin mətbuat xidmətindən verilən məlumatına görə, iyulun 13-də keçirilmiş tədbirlər zamanı Sumqayıt şəhəri ərazisində yerləşən istirahət mərkəzlərindən birinin yaxınlığında sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə, şəhər sakini M.Göyçayev barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə protokol tərtib edilib və o, 600 manat cərimə olunub.

    Qeyd olunur ki, bu istiqamətdə tədbirlər davam etdirilir.