Month: July 2020

  • DİN Müşfiqabadda baş verən silahlı insidentlə bağlı məlumat yayıb

    Daxili İşlər Nazirliyi Müşfiqabadda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb.

    Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, iyulun 10-da Müşfiqabad qəsəbəsi ərazisində bir nəfərin odlu silahdan açdığı atəşlə Bakı şəhər sakinləri F.Qasımova və Ə.Mikayılova xəsarət yetirməsi barədə Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə məlumat daxil olub.

    Yaralılar xəstəxanaya yerləşdiriliblər.

    Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla F.Qasımovun “Makarov” markalı tapança ilə ehtiyatsız davranmasından açılmış atəşlə özünün və Ə.Mikayılovun ayaq nahiyəsinə xəsarət yetirməsi müəyyən edilib.

    F.Qasımovun yaşadığı evin həyətindəki yardımçı təsərrüfata baxış zamanı oradan nömrəsi silinmiş “Makarov” markalı tapança və patron darağı aşkar edilərək götürülüb.

  • Prezident İlham Əliyev çıxış edir – VİDEO

    İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

    Median.Az Prezident İlham Əliyevin çıxışını təqdim edir:

  • Azərbaycanda yanacaqdoldurma məntəqəsində partlayış – YENİLƏNİB

    Gəncə şəhəri, Kəpəz rayonu, Müseyib Bağırov küçəsində yerləşən “LUKOİL” yanacaqdoldurma məntəqəsində yanğın olub.

    Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

    Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində qısa zamanda yanğının yayılmasının qarşısı alınıb, yanğın saat 12:25-də söndürülüb.

    * * * * *

    Gəncə şəhərinin Dədə Qorqud küçəsində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsində partlayış olub.

    Hadisə yerinə yanğınsöndürən maşın və təcili tibbi yardım briqadası gəlib.

    Hadisənin təfərrüatı araşdırılır.
    //oxu.az

  • İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib – FOTO

    İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı iclasda çıxış edib.

    Sonra Təhlükəsizlik Şurasının iclası qapalı rejimdə davam edib.

    Təhlükəsizlik Şurasının iclası ilə bağlı əlavə məlumat bir qədər sonra veriləcək.




  • Bakıda həkim əməliyyat zamanı ölüb

    Bakıda həkim əməliyyat zamanı vəfat edib.

    Report-un xəbərinə görə, hadisə ötən gecə paytaxt xəstəxanalarının birində qeydə alınıb.

    Belə ki, Ağstafa rayon poliklinikasının diş həkimi Mehdixan Xəkiyev ötən gün əməliyyat olunduğu xəstəxanada ölüb.

    Məlumata görə, stomatoloq qaraciyər çatışmazlığından əziyyət çəkirmiş.

  • Зограб Мнацаканян в панике звонит генсеку ОДКБ – просит помощи

    13 июля министр иностранных дел Армении Зограб Мнацаканян провел телефонный разговор с генеральным секретарем ОДКБ Станиславом Засом.

    Как передает Median.Az со ссылкой на Konkret.az, об этом сообщила пресс-секретарь МИД Армении Анна Нагдалян.

    Согласно сообщению, министр З.Мнацаканян проинформировал генерального секретаря ОДКБ о нарушении перемирия на границе с Азербайджаном 12 июля в направлении границы Тавуш и его возобновлении 13 июля, а также о последствиях дальнейшей эскалации ситуации.

    Министр Мнацаканян подчеркнул, что подобные действия недопустимы в отношении стран-членов ОДКБ.

    Хотя подробности экстренного телефонного звонка армянского дипломата генсеку ОДКБ не разглашаются, известно, что он обратился к ОДКБ за прямой помощью в качестве меры предосторожности в случае обострения войны. Однако министр забывает, что Азербайджан не проявляет интереса к чужим землям. Официальный Баку хочет вернуть территории, оккупированные армянскими вооруженными силами.

  • ABŞ-da növbəti dəfə “Corc Floyd hadisəsi” baş verib – VİDEO

    Ötən gün ABŞ-da qaradərili vətəndaşın saxlanılması zamanı polisin boğucu fənddən istifadə etməsi yeni narazılıqlara səbəb olub.

    İnsident barədə “The Sun” nəşri məlumat yayıb.

    Hadisə Pensilvaniya ştatının Allentaun şəhərində qeydə alınıb.

    Şahidlər bildirib ki, üç polis əməkdaşı qaradərili vətəndaşı yerə yıxıb, onlardan biri isə ayağı ilə tutulan şəxsin boynunu asfalta sıxaraq, qoluna qandal vurub.

    Öz növbəsində, hüquq-mühafizə orqanları hadisəni şərh edib. Rəsmi məlumata əsasən, qanunu pozan şəxs polisin tələblərinə məhəl qoymayıb, onlara müqavimət göstərib.

  • Düşmənin 2 polisi yaralandı – Tovuz istiqamətində

    Ermənistan Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən döyüşdə 2 polis əməkdaşının yaralandığını açıqlayıb.

    APA-nın xəbərinə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan “Facebook”da bildirib. Xatırladaq ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

    Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.

    Azərbaycan tərəfindən 4 hərbçi şəhid olub.

  • Vilayət Eyvazovdan generalın yerinə təyinat

    Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, Daxili İşlər Nazirliyi (DİN) Baş Təşkilat-İnspeksiya İdarəsinin rəis müavini, polis polkovniki Elman Qasımov vəzifəsindən azad olunaraq DİN-in Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin edilib.

    Qeyd edək ki, ötən həftə Daxili İşlər naziri V.Eyvazovun müvafiq əmri ilə Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyev vəzifəsindən azad olunub. Əmrə əsasən, S.Mirzəyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

  • Türkiyədən 26 Azərbaycan vətəndaşı təxliyyə olunur

    Türkiyədə qalan 26 Azərbaycan vətəndaşı Gürcüstan vasitəsilə vətənə təxliyyə olunur.

    Bu barədə Report-a Azərbaycanın bu ölkədəki səfirliyindən bildirilib.

    Hazırda vətəndaşlar Gürcüstan ərazisinə “Sarpi” sərhəd-keçid məntəqəsindən daxil olurlar. Onlar koronavirusla bağlı Türkiyədə testdən keçiblər və arayış əldə ediblər.

    Həmin şəxslərin səfirliyin dəstəyi ilə bu gün ərzində “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbayacana keçməsi təmin olunacaq.