Month: July 2020

  • Главы МИД Азербайджана и России провели телефонный разговор

    Состоялся телефонный разговор между главами МИД Азербайджана и России – Эльмаром Мамедъяровым и Сергеем Лавровым.

    Как сообщает пресс-служба МИД АР, Эльмар Мамедъяров проинформировал своего российского коллегу о предотвращении попытки ВС Армении атаковать азербайджано-армянскую границу и сохраняющейся напряженности в регионе.

    Он отметил, что армянская провокация послужила обострению ситуации в регионе, попыткам вовлечения третьих стран в конфликт, подчеркнув, что стремление Еревана применить силу неприемлема, и такие провокации будут адекватно пресекаться в будущем.

    В ходе беседы отмечалось, что ОБСЕ непосредственно вовлечена в урегулирование армяно-азербайджанского нагорно-карабахского конфликта и обе стороны являются полноправными членами этой организации.

    Российский министр заявил о недопустимости роста напряженности в регионе и необходимости контроля ситуации на азербайджано-армянской границе.

  • Azərbaycan və Rusiya XİN başçıları Ermənistanın növbəti təxribatını müzakirə etdilər

    Bu gün Xarici İşlər naziri Elmar Məmmədyarovun Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov ilə telefon danışığı baş tutub.

    Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazir Elmar Məmmədyarov Ermənistan silahlı qüvvələrinin 12 iyul tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax istiqamətində hücum cəhdinin qarşısının alınması, bölgədə davam edən gərginlik barədə Rusiyalı həmkarına məlumat verib.

    O, Ermənistanın bu təxribatının bölgədə vəziyyətin daha da gərginləşməsinə, üçüncü ölkələrin Ermənistan-Azərbaycan münaqişəsinə cəlb edilməsinə xidmət etdiyini qeyd edib, Ermənistanın gücdən istifadə etmək cəhdinin yolverilməz olduğunu və bu kimi təxribatların bundan sonra da layiqincə cavabının veriləcəyini vurğulayıb.

    Telefon söhbəti zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bilavasitə ATƏT-in məşğul olduğu və münaqişənin hər iki tərəfinin bu təşkilatın tam hüquqlu üzvü olduğu qeyd olunub.

    Nazir S.Lavrov bölgədə gərginliyin artmasının yolverilməz olduğunu və vəziyyətin nəzarət altına alınmasının vacibliyini qeyd edib.

  • Acınacaqlı vəziyyətdə yaşayan məcburi köçkün ailəsi ilin sonunadək mənzillə təmin olunacaq – RƏSMİ AÇIQLAMA

    Abşeron rayonunun Xırdalan şəhəri yaxınlığında, Hökməli dairəsindən Müşfiqabad yoluna keçiddən 300 metr aralıda yerləşən yaşayış məntəqəsində məskunlaşan məcburi köçkünlərin vəziyyətinin acınacaqlı olduğu barədə məlumat vermişdik. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən sözügedən problemə münasibət bildirilib.

    Bildirildiyinə görə, Xırdalan şəhərinin yaxınlığındakı beton və kərpic zavodunun həyətində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məlumat var.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata qeyd olunub.

    Bildirilib ki, Komitədə fəaliyyət göstərən komissiyanın tərkibindəki işçi qrupu tərəfindən burada məskunlaşmış məcburi köçkün ailələrinin siyahıya alınması aparılır:

    “Qeyd edilən ünvanda məskunlaşmış ailələrin Abşeron rayonunda “Stansiya Sumqayıt” ərazisində inşa edilən yeni qəsəbəyə köçürülməsi nəzərdə tutulub. Yaşayış kompleksinin bu ilin sonuna kimi istifadəyə verilməsi planlaşdırılır”.

    Eyni zamanda, qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və Bakı şəhəri ərazisində məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər planı – Yol xəritəsinə uyğun olaraq, məcburi köçkünlər üçün yeni yaşayış sahələri inşa edilir.

    Yeni yaşayış sahələrinə qəzalı vəziyyətdə olan tikililərdə və ən ağır şəraitdə yaşayan məcburi köçkünlər mərhələli şəkildə köçürülürlər. 2020-ci ildə 7 mindən çox məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılması nəzərdə tutulub.

  • Российские СМИ: Армения скрывает потери после столкновения с Азербайджаном

    Генсек ОДКБ Станислав Зась инициировал экстренное заседание Постоянного совета организации в связи с обострением обстановки на армяно-азербайджанской границе. Однако, вероятнее всего, в Ереване продолжат курс на обострение. Позиции премьера Армении Никола Пашиняна в период пандемии ослабли, в то время как оппозиция внутри страны продолжает консолидироваться. В этих условиях смещение фокуса общественного внимания с внутренней политики на внешнюю угрозу — проверенный шаг. Об этом говорится в статье, опубикованной изданием NEWS.ru.

    “Хотя внешние игроки не стремятся вмешиваться в конфликт, что показали события 2016-го, однако все-таки удерживают стороны от военных действий. Россия, как и большинство стран, признает Нагорный Карабах территорией Азербайджана, поэтому реально задействовать линию ОДКБ, к чему призывают в Ереване, нельзя.

    И в Баку всегда подчеркивали, что, несмотря на усталость общества от бесплодных переговоров и желание конкретных шагов по деоккупации спорных земель, власти выступают против кровопролития.

    …Нынешнему руководству Армении невыгодно обострять ситуацию, но Пашинян периодически демонстрирует непреклонную воинственную позицию по Карабаху, чтобы сохранить политические очки внутри страны. С этим, по-видимому, и связано то, что Минобороны, как отмечают в армянских соцсетях, скрывает истинную ситуацию в зоне конфликта. В частности, пользователи указывают на перехваченные сообщения с боевых позиций, где армянские командиры признают потери как в живой силе — минимум 15 человек убитыми и ранеными, — так и в боевой технике. В то же время Минобороны Азербайджана сразу заявило о гибели своих военнослужащих”, – подчеркивает автор статьи.

    “Пандемия коронавируса серьезно ударила по премьеру Пашиняну. Рейтинги политика, пришедшего к власти на волне народной поддержки два года назад, серьезно просели… В этих условиях, очевидно, премьер решил прибегнуть к испытанному методу: перевести внимание общественности на внешнюю политику. Территориальный спор с Азербайджаном — проверенный консолидирующий фактор для армянского населения…

    Конфликт в Товузском районе ставит под вопрос судьбу переговорного процесса между Ереваном и Баку. В конце июня министры иностранных дел Азербайджана и Армении Эльмар Мамедъяров и Зограб Мнацаканян провели переговоры по видеосвязи и условились продолжить обсуждение ситуации в Нагорном Карабахе в этом месяце. Теперь продолжение диалога видится маловероятным, но это вполне укладывается в логику армянского премьера: мало кто верит, что тлеющий конфликт удастся разрешить в обозримой перспективе, а подкрепить свои пошатнувшиеся позиции Пашиняну нужно как можно быстрее”.

  • Azərbaycanın Rusiyadakı səfirindən sərt xəbərdarlıq: “Genişmiqyaslı müharibə başlaya bilər”

    Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən döyüşlərin böyük toqquşmalara çevrilə biləcəyini istisna etməyib.

    “Ötən gün Azərbaycan-Ermənistan sərhədində baş verənlər yeni və sensasiyalı hadisələr deyil. Azərbaycan Prezidenti İlham Əliyev də, mən də dəfələrlə vurğulamışıq ki, Azərbaycan heç vaxt ərazisinin 20 faizinin itirilməsi ilə barışmayacaq. Söhbət yalnız Dağlıq Qarabağdan getmir, söhbət ondan getmir ki, kimsə erməni əsilli insanları oradan qovmaq istəyir. Məsələ ondan ibarətdir ki, Azərbaycan ərazisinin 20 faizi işğal altındadır. Siz necə düşünürsünüz, infrastrukturu inkişaf etmiş, zəngin, 10 milyonluq ölkə öz ərazilərinin sonsuza qədər işğalda qalmasına imkan verəcək? Axı, bu mümkün deyil”, – deyə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Qovorit Moskva” radiostansiyasına müsahibəsində deyib.

    Səfirin sözlərinə görə, sülh danışıqları heç bir nəticə vermir.

    Bu baxımdan Polad Bülbüloğlu bölgədə genişmiqyaslı hərbi əməliyyatların başlanacağını da istisna etməyib:

    “Azərbaycan ərazisi işğalda saxlanılana qədər bu cür hadisələr qaçılmazdır. Biz bu barədə 2016-cı ildə, aktiv hərbi əməliyyatlar baş verən zaman da demişik. Təəssüf ki, böyük ölkələr, qonşularımız bu münaqişəni dondurmağa çalışır ki, o, qeyri-müəyyən müddətədək davam etsin. Danışıqlar danışıqların aparılması naminə gedə bilməz. Müzakirələr nəticə verməlidir. Danışıqlar nəticə verməsə, təbii ki, hərbi əməliyyatlar olacaq. Buna görə, mövqeyimizi birdəfəlik anlamaq lazımdır. Biz bunu dəfələrlə demişik ki, Azərbaycan xalqı heç vaxt ərazilərinin itirilməsini qəbul etməyəcək. Söhbət xarici qoşunların Azərbaycan ərazisindən çıxarılmasından gedir, onlar Azərbaycan ərazisindədirlərsə, belə toqquşmalar davam edəcək və bir gün bütün bölgə üçün fəlakətə səbəb ola biləcək genişmiqyaslı müharibəyə çevrilə bilər”.

  • Bakıda yeni park salınır – Layihələndirmə işlərini bu şirkət aparacaq

    „Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti “TFM-Smart Project” MMC ilə müqavilə imzalayıb.

    Banker.az xəbər verir ki, müqavilədə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 75 və 75A(Cəfər Cabbarlı adına kinostudiyanın arxası” ünvanında 4 ha sahədə yeni parkın salınması üzrə layihə-semeta sənədlərinin hazırlanması nəzərdə tutulub.

    Müqavilənin məbləği 87 min manatdır.

    Bildirək ki, “TFM-Smart Project” MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin cəmi 10 manat kapitalı var və qanuni təmsilçisi Fərid Mikayılov Tahir oğludur.

  • Ermənistan DƏHŞƏT İÇİNDƏDİR: cəbhədə 200 ölü, 300 yaralı… – FOTO

    “Cəbhədə dəhşətli hadisələr gedir. Qardaşım zəng edib dedi ki, Azərbaycan tərəfindən artilleriya atəşi açılır. Hospital və klinikalar yaralılarla doludur”.

    Median.Az Publika-az-a istinadən bildirir ki, bu sözləri erməni sosial media istifadəçisi Diana Arutyunyan ötən gün Azərbaycan-Ermənistan cəbhə xəttinin Tovuz rayonu istiqamətində baş verən hadisələrdən sonra yazıb.

    O bildirib ki, qardaşından aldığı məlumata görə, Ermənistan ordusu çox sayda itki verib: “Qardaşım ölü əsgərlərlə dolu 3 yük maşınının hərəkət etdiyini görüb. 70 əsgərin öldüyü, 300 yaralının olduğu bildirilir. Amma qardaşım ölülərin gördüyündən daha çox, hətta 200-dən çox ola biləcəyini də dedi. Nə edəcəyimizi bilmirik. Qardaşımla əlaqə itib. Şəhərdə təşviş var. Hökumət isə heç bir şey etmir”.

    Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi ordunun itki vermədiyini bildirib və cəbhədəki məlumatları gizlədir. Nazirliyin mətbuat katibi isə sadəcə 2 polisin yüngül xəsarət aldığını açıqlayıb.

  • Prezident: “Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməyib”

    “Əgər Ermənistan ərazisindən Azərbaycan mövqelərinə, Azərbaycan kəndlərinə atəş açılırsa, təbii ki, biz adekvat cavab verəcəyik və veririk”.

    Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.

    “Ermənistan saxta məlumat uydurub dövlət sərhədinə xüsusi diqqətin cəlb edilməsi üçün əlindən gələni edir. Dünənki təxribat bu çirkin siyasətin növbəti təzahürüdür. Hesab edirəm ki, bu təxribatın digər səbəbi son vaxtlar Azərbaycanın beynəlxalq arenada çox böyük uğurlara imza atmasıdır”- deyə dövlət başçısı çıxışına əlavə edib.

    Prezident bildirib ki, Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı:

    “Azərbaycan öz dövlət sərhədini qorudu”.

    Dövlət başçısı bildirib ki, Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməyib.

  • Türkiyədən Azərbaycana rəsmi dəstək gəldi – FOTO

    Türkiyə Respublikası Xarici İşlər nazirinin müavini Yavuz Selim Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən döyüşlərə münasibət bildirib.

    Siyasətçi “Twitter” hesabında ölkəmizə dəstək nümayiş etdirib.

    “Türkiyə bütün imkanları ilə öz ərazi bütövlüyünü qorumaq istiqamətində apardığı fəaliyyətlərdə Azərbaycanın yanında yer almaqda davam edəcək”, – Xarici İşlər nazirinin müavini qeyd edib.

  • Gənclər döyüşə getmək üçün müraciət edib – RƏSMİ

    Ehtiyatda olan vətənpərvər Azərbaycan gəncləri könüllü olaraq döyüşə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə çoxsaylı müraciətlər ediblər.

    Bu barədə Dövlət Xİdmətinin rəsmi “Facebook” səhifəsində bildirilib.

    Qeyd edilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək, hücuma keçməyə cəhd göstərib. Düşmən itki verərək, geri otuzdurulub.