Month: July 2020

  • Azərbaycanda 202 xəstə süni tənəffüs cihazına qoşulub

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 1-nə olan statistik göstəriciləri açıqlayıb.

    Məlumata əsasən bu gün ölkədə 7831 nəfər aktiv koronavirus xəstəsi var.

    Onlardan 202 nəfər reanimasiyada, 45 nəfər isə süni tənəffüs cihazındadır.

    Qeyd olunub ki, bu gün 6682 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 488 852 test aparılıb.

    Xatırladaq ki, bu gün Azərbaycanda daha 588 nəfər koronavirusa yoluxub, 346 nəfər sağalıb, 7 nəfər isə vəfat edib.

  • Türkiyədə koronavirusa yoluxanların sayı 200 mini ötdü

    Bu gün Türkiyədə yeni növ koronavirus infeksiyasından daha 19 nəfər ölüb.

    Bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

    Məlumatda bildirilir ki, son sutka ərzində 1192 nəfərdə koronavirus aşkarlanıb.

    Bununla da Türkiyədə epidemiya başlayandan 5150 nəfər ölüb, 201 098 nəfər isə bu infeksiyaya yoluxub.

  • Mehriban Xanlarova: “Edam cəzasının qüvvəyə minməsini istəyirəm”

    Əməkdar artist Mehriban Xanlarova sosial media hesabında Türkiyədə itkin düşüb, iki sonra cəsədi tapılan yeddi yaşlı İkranur Tırsi ilə bağlı paylaşım edib.

    Aktrisa paylaşımında gender bərabərsizliyi məsələlərinə toxunub:

    “Yeddi yaşlı uşaqdan insan nə istəyə bilər? Hər zaman çıxışlarımda demişəm və yenə də deyirəm: Uşaqlara qarşı törədilən cinayətlərin və təcavüz hadisələrinin qarşısını almaq üçün bütün dünya mütləq edam cəzasını qəbul etməlidir. Başqa yolu yoxdur. Vicdanı olan susmasın!

    Həyatda heç kim bilmir ki, özünün və ailəsinin başına hansı hadisə gələ bilər. Bu mövzu çox ciddi və həssasdır. Hər birimizin evində, ailəsində qız övladı böyüyür. Artıq bu cür hadisələr dünyada elə bir həddə gəlib çatıb ki, insanlar qız övladı sahibi olmaq istəmir. Deyir ki, gələcəkdə hansısa şərəfsizin qurbanı olmasın. Dövlət səviyyəsində lazımı addımlar atılmalıdır. Cinayətkara 5-10 il həbs cəzası verməklə heç nə dəyişilməyəcək. Şəxsən mən edam cəzasının qüvvəyə minməsini istəyirəm”

  • Goranboy ərazisində ilk dəfə lavanda əkilib – VİDEO

    Lavandanın çiçəyindən və gövdəsindən alınan yağın bir qramı dünya bazarında 150 avroya təklif edilir.

    Kənd Təsərrüfatı Nazirliyinin Goranboyda yerləşən Heyvandarlıq Elmi Tədqiqat İnstutunun nəzdində fəaliyyət göstərən arıçılıq mərkəzində qiymətli lavanda bitkisindən üç hektar əkilib. Xüsusi qulluq göstərilən lavanda hazırda çiçəklənmə dövründədir.

    Mərkəzdə becərilən bitkidən arılar bol nektar götürür. Bundan sonrakı mərhələdə isə lavanda sahədən əl əməyi ilə toplanaraq qurudulur. Bahalı bitkinin qurusu qablaşdırlır, həmçinin ondan su və yağ hazırlanır.

    Goranboyda ilk dəfə becərilən lavanda bitkisinin gələcəkdə daha geniş ərazidə yetişdirilməsi planlaşdırlır. Həmçinin, bitkidən alınan lavanda suyu və yağının satışının da genişləndirilməsi nəzərdə tutulur.

  • Bakıda karantini pozan koronavirus xəstəsinə cinayət işi açıldı – VİDEO

    Paytaxtın Səbail rayonunda COVID-19 infeksiyasına yoluxmuş xəstə müəyyən olunaraq saxlanılıb.

    Bakı şəhər Baş Polis İdarəsindən Oxu.Az-a daxil olan məlumatda belə deyilir.

    Bildirilir ki, Səbail RPİ əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə Bibiheybət qəsəbə sakini 1994-cü il təvəllüdlü Həmid Məmmədzadəyə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

    Təyin edilən qaydalara baxmayaraq, o, yaşayış yerini tərk edərək, vətəndaşların intensiv hərəkət etdiyi mağazalardan birindən aşkar olunaraq, aidiyyəti üzrə müvafiq ünvana yerləşdirilib.

    Qeyd olunan hərəkətlərdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasının tərkib əlamətləri olduğundan fakta görə Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

  • Bu il dünya çempionatı keçirilə bilər

    Bu gün Dünya Güləş Birliyinin (UWW) Atletlər Komissiyasının ikinci onlayn konfransı keçirilib.

    Onlayn konfransda pandemiyanın Cənubi Amerikada geniş yayılması ilə əlaqədar zona üzrə qitə birinciliklərinin bu il keçirilmə ehtimalının az olduğu vurğulanıb.

    Digər tərəfdən, iyulun sonlarında Finlandiyada 5-6 ölkənin komandasının iştirakıyla təlim-məşq toplanışına start verilməsinin planlaşdırıldığı qeyd olunub. Müzakirələr zamanı bəzi yarışlarla bağlı da fikir mübadiləsi aparılıb.

    Yeniyetmələr, gənclər və 23 yaşadək gənclər arasında qitə birinciliklərinin sentyabr-oktyabr aylarında keçirilməsi nəzərdə tutulub. Norveçin paytaxtı Osloda təşkili nəzərdə tutulan böyüklərin dünya çempionatının gələn il oktyabrın 2-dən 10-dək reallaşacağı gözlənilir.

    Ancaq pandemiya ilə bağlı vəziyyət müsbətə doğru dəyişsə, bu il noyabrın sonları – dekabrın əvvəllərində də dünya çempionatı keçirilə bilər. Bu il Yunanıstan və Rumıniyada çimərlik güləşi üzrə iki beynəlxalq turnir də təqvimdə yer alıb.

  • Azərbaycanda Həcc ziyarəti ilə bağlı ödənişlərin bir hissəsi artq qaytarılıb

    Bu il koronavirus səbəbindən Həcc ziyarəti ləğv olunduğuna görə Həcc ziyarəti üçün ödəniş edənlərin bir hissəsinin vəsaiti artıq özünə qaytarılıb.

    Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

    Bildirilib ki, artıq 20 nəfərə yaxın insan öz vəsaitini geri götürüb. Digər şəxslərin də vəsaitlərinin qaytarılması prosesi davam etdirilir və bütün vəsaitlər tam olaraq geri ödəniləcək.

    Bu il Həcc ziyarətinin ləğv olunması ilə bağlı Səudiyyə Ərəbistanından rəsmi bildiriş gəlib. Bu səbəbdən Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu da ləğv edilib.

    Bu il 250-ə qədər şəxs Həcc ziyarətinə getmək üçün müraciət etmişdi və onlardan 150 nəfərə qədəri ödənişi etmişdi.

    Qeyd edək ki, martın 24-dən Həcc ziyarətinə sənəd qəbul edilmir.

    Ümumilikdə isə Həcc ziyarətinə sənəd qəbulu yanvarın 27-dən martın 24-ə qədər davam edib.

    Ziyarətin qiyməti 4 490 dollardır. Ötən il isə bu məbləğ 4 285 dollar olub. Builki qiymət artımı hotel xidmətlərinin bahalaşması və viza rüsumunun tətbiq edilməsi ilə bağlı idi.

  • Karantin tətbiq edilməyən bölgələrdə vəziyyət necədir? – Operativ Qərargah AÇIQLADI

    Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın geniştərkibli Respublika videomüşavirəsi keçirilib.

    Nazirlər Kabinetindən verilən məlumata görə, müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Zeynal Nağdəliyev, Daxili İşlər naziri Vilayət Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Baş Prokuror Kamran Əliyev və 77 şəhər və rayonların İcra hakimiyyəti başçıları, prokurorları, daxili işlər və dövlət təhlükəsizliyi şöbələrinin rəisləri iştirak ediblər.

    Müşavirə zamanı sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilməyən bölgələrdəki epidemioloji vəziyyət müzakirə olunub, karantin qaydalarının icra vəziyyəti qiymətləndirilib. Əhali tərəfindən sanitariya-epidemioloji qaydalara riayət edilməsi üçün nəzarətin gücləndirilməsinə ehtiyac olduğu bildirilmişdir.

    Baş Nazir karantin rejiminin yumşaldılması nəticəsində bir sıra şəhər və rayonlarda pozuntuların artmasının müşahidə olunduğunu qeyd edib.

    Baş Nazir rayonlardakı vəziyyətlə bağlı dəqiq statistikanın aparılmasının, yoluxmanın daha çox qeydə alındığı yerlərə nəzarətin, dezinfeksiya və koronavirus xəstələri üçün ayrılmış xəstəxanalarda utilizasiya işlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

    Baş Nazir rayon və şəhər rəhbərləri qarşısında tapşırıqların vaxtında və qüsursuz icra olunması tələbini qoymuşdur. 

  • Ordu üçün toplanan vəsaitin məbləği açıqlandı

    Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.

    Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, cari il iyulun 1-dək 111 milyon 958 min 386 manat 11 qəpik, 213 milyon 577 min 88 ABŞ dolları, 17 min 566 avro və 5000 rubl vəsait daxil olub.

    Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli fərmanı ilə yaradılıb.

  • Bu gün Azərbaycanda 346 nəfər koronavirusdan müalicə olunaraq sağalıb

    Azərbaycanda 346 nəfər yeni növ koronavirusdan müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

    Hazırkı dövrədək ölkədə 18 112 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 10 061 nəfər müalicə olunaraq sağalıb.