Month: July 2020

  • Azərbaycanda kişi qardaşını amansızlıqla qətlə yetirdi

    Qəbələ rayonunda dəhşətli qətl hadisəsi baş verib.

    APA-nın xəbərinə görə, hadisə rayonun Vəndam qəsəbəsində qeydə alınıb.

    Qəsəbə sakini Rəhimov Ramil Vəli oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı qardaşı, 1959-cu il təvəllüdlü Rəhimov Azər Vəli oğluna ov tüfəngindən atəş açıb.

    Ağır xəsarətlər alan A.Vəliyev ölüb.

    Hadisəni törədən şəxs saxlanılıb.

    Qətlin hansı səbəbdən törədildiyi hələlik məlum deyil.

    Faktla bağlı Qəbələ Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

  • Prezidentdən SOCAR-la bağlı FƏRMAN

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziya və icazələrin siyahısının təsdiq edilməsi haqqında fərman imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Fərmana əsasən, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı” təsdiq edilib.

    Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.

  • Prezident Seyfulla Əzimovun rütbəsini artırdı – SƏRƏNCAM

    Prezident İlham Əliyev 2 iyul – Polis günü bayramı ilə bağlı sərəncam imzalayıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Qafqazinfo-nun sorğusuna cavab olaraq bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə nazirliyin rəhbər heyətində təmsil olunan üç nəfərə general rütbələri, 26 nəfərə isə müxtəlif dövlət mükafatları verilib:

    “Prezident İlham Əliyevin sərəncamı ilə Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimova general-leytenant rütbəsi verilib.

    Nazirliyin Baş Mühafizə İdarəsinin rəisi Nurullah Məmmədxanlı və Bakı Şəhər Baş Polis İdarəsi rəisinin müavini Teymur Hacıyevə isə polis general-mayoru rütbəsi verilib”.

  • Bakıda karantin keçid postları ləğv olundu

    Bakıda karantin keçid postları ləğv olunub.

    Məlumata görə, artıq bir neçə saatdır ki, bütün postlar yığışdırılıb.

    Məsələ ilə bağlı Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovla əlaqə saxladıq.

    Nazirlər Kabinetinin rəsmisi bu barədə Operativ Qərargahın hər hansı qərarının olmadığını bildirib.

    Postların hansı səbəbdən ləğv olunduğu hələlik bilinmir.

  • Azərbaycanda karantin vaxtı toy edildiyinə görə vəzifəli şəxs işdən çıxarıldı

    Şəmkir rayonunun Xuluf kəndində kiçik toy mərasimi keçirilən kəndin icra nümayəndəsi işdən azad olunub.

    Faktı Şəmkir Rayon İcra Hakimiyyətindən Oxu.Az-a təsdiq ediblər.

    Xuluf kənd icra nümayəndəsi Həsənov Süleyman Mikayıl oğlu isə həmin hadisə ilə əlaqədar RİH başçısı yanında operativ qərargaha vaxtında məlumat vermədiyinə, zamanında təsirli tədbirlər görüb sakinlər tərəfindən epidemiya əleyhinə rejimin pozulması halının qarşısını ala bilmədiyinə, işində verdiyi nöqsanlara görə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müvafiq əmri ilə dərhal işdən azad edilib, nümayəndəliyin müavini və mühasibinə isə xidməti töhmət verilib.

    Qeyd edək ki, iyunun 30-da Xuluf kəndində, evinin həyətində övladı üçün kiçik toy məclisi təşkil etməyə cəhd edən kənd sakini Əkbər Qəribov Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cəzalandırılıb.

    Ev sahibi məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib, məclisdə iştirak edən qonaqlar isə hər biri İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 100 manat həddində cərimə ediliblər.

  • Bakıda 18 min əhalinin yaşadığı qəsəbə zibil poliqonuna çevrildi – VİDEO

    Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsinin Xanlar küçəsi ilk baxışdan zibil poliqonunu xatırladır. Amma bura zibil poliqonu yox, sakinlərin sıx yaşadığı ərazidir.

    Məsələ ilə bağlı ARB TV-nin “Günə doğru” proqramı süjet hazırlayıb.

    Mövcud problemin nə vaxt və necə həll olunacağı ilə bağlı məlumat almaq üçün Türkan İcra nümayəndəliyinə müraciət edilib.

  • Опубликованы кадры с места аварии с участием фуры в Азербайджане – ВИДЕО

    На участке дороги Баку – Газах, проходящем по территории Геранбойского района, произошло ДТП с участием фуры.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, водитель грузового автомобиля потерял управление, и транспортное средство врезалось в ограждение, а затем в припаркованные BMW, Mercedes и ВАЗ-2199.

    К счастью, в легковых автомобилях в этот момент никого не было.

    Представляем вниманию читателей видео ДТП.

  • Azərbaycanda TIR-ın törətdiyi qəzanın görüntüləri – ANBAAN VİDEO

    Bakı-Qazax avtomagistralının Goranboydan keçən hissəsində dünən baş verən dəhşətli qəzanın görüntüləri yayılıb.

    Hadisə zamanı TIR üç avtomobili əzib.

    Qəzaya yük maşınının sürücüsünün idarəetməni itirməsi səbəb olub.

    Qəza zamanı TIR əvvəlcə yol kənarındakı dəmirlərə, daha sonra park halında olan BMW, “Mercedes” və “VAZ-2199” markalı avtomobillərə çırpılıb.

    Xoşbəxtlikdən hadisə zamanı əzilən avtomobillərdə heç kim olmayıb.

    Qəza anı təhlükəsizlik kameralarına əks olunub.

    Həmin görüntüləri təqdim edirik:
    //oxu..az

  • В Азербайджане упрощен процесс получения пенсий и соцвыплат

    С 1 июля граждане Азербайджана смогут получать трудовые пенсии, социальные пособия, стипендии, компенсационные выплаты, а также адресную соцпомощь посредством любого банкомата, а также POS-терминала ООО “Азерпочт” без вычета процентов.

    Об этом говорится в совместном сообщении Министерства труда и социальной защиты, Центробанка, а также Ассоциации банков Азербайджана.

    “Данный шаг был предпринят в связи с пандемией COVID-19 с целью недопущения большого скопления граждан перед банкоматами в период особого карантинного режима”, – говорится в сообщении.

    Граждане могут обращаться по разным вопросам в Call-центр на короткий номер 142 Минтруда и 966 – Центробанка.

  • Pensiya alanların nəzərinə: “Əlavə faiz tutulmadan əldə edə bilərlər”

    COVID-19 pandemiyası ilə əlaqədar olaraq xüsusi karantin rejimi müddətində bankomatlar qarşısında vətəndaş sıxlığının idarə olunması məqsədilə əmək pensiyalarını, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərini, eləcə də, ünvanlı dövlət sosial yardımlarını istənilən bankın, eləcə də, “Azərpoçt” MMC-nin istənilən bankomatından və ya POS-terminalından əldə edə bilərlər.

    Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası məlumat yayıb.

    Bildirilib ki, bu zaman həmin şəxslərdən hər hansı faiz tutulmayacaq.