Month: July 2020

  • 70 yaşlı həkimin məcburi işə çağırıldığı üçün koronavirusa yoluxub ölməsi iddiası ilə bağlı AÇIQLAMA

    Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu 65 yaşdan yuxarı həkimlərin məcburi şəkildə işə çağırılması haqqında məlumatlara münasibət bildirib.

    İnstitutunun direktoru Həqiqət Qədirova Oxu.Az-a açıqlamasında bildirib ki, heç bir həkim pandemiya ilə mübarizəyə məcbur edilməyib:

    “Bir müddət əvvəl Nazirlər Kabineti 65 yaşdan yuxarı insanların evdən çıxmaması ilə bağlı qərar verdi və biz də həkimlərdən kim istəmədisə, işə çağırmadıq. Mənim və həkimlərimizin yaşı 65-dən yuxarı olsa da, işləmişik. Çünki biz bilirdik ki, işimiz vacibdir. Biz olmasaq, burada iş getməz. Amma heç kim məcbur işlədilməyib”.

    H.Qədirova bir müddət əvvəl institutun 70 yaşlı həkim-bronxoloqu Faiq Ağayevin koronovirusdan ölməsinə görə müəssisənin ittiham edilməsindən də danışıb.

    O bildirib ki, Faiq həkim xəstələrlə işləməyib:

    “Bilirsiniz ki, biz vərəm xəstəliyi ilə mübarizə apardığımız üçün institut COVID-19-la mübarizəyə digər müəssisələrdən daha yaxşı hazırlıqlı oldu. Bizim geyimlərimiz, maskalarımız var idi və digər xəstəxanalar kimi çətinlik çəkmədik.

    May ayının sonuna kimi burada yoluxanlar olmadı. Səbəb isə hazırlıqlı olmağımız idi. F.Ağayevin yoluxması burada baş verməyib. Qəribə ifadə olsa da, amma qohumları da etiraf edirdi ki, həkim bu xəstələrlə işləmədiyinə görə COVID-19-a yoluxacağına inanmayıb”.

    Qeyd edək ki, bir müddət əvvəl Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun 70 yaşlı həkim-bronxoloqu, bu tibbi müəssisənin sabiq direktoru Faiq Ağayev koronavirusa görə müalicə aldığı Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasında vəfat edib. Onun qohumları iddia edib ki, o və digər 65 yaşdan yuxarı şəxslər COVID-19-la mübarizə üçün işə məcbur çıxarılıb.

  • В Баку осушают озеро около жилого комплекса “Три короны” – ВИДЕО

    Сегодня, 28 июля, возобновились работы по осушению озера около жилого комплекса “Три короны” на пересечении улиц Гасан бека Зардаби и Акима Аббасова в Ясамальском районе Баку.

    Об этом Yeni Sabah сообщили жители расположенных рядом домов.

    Отмечается, что утром на указанную территорию прибыла тяжелая техника.

    Напомним, несколько дней назад также была распространена информация о возобновлении работ по осушению озера. После жалобы по требованию Министерства экологии и природных ресурсов они были остановлены.

    Отметим, что 19 июля Исполнительная власть (ИВ) Ясамальского района заявила, что никаких работ около жилого комплекса “Три короны” не ведется.

    “Территория благоустраивается, очищается от отходов. Никакого осушения озера не ведется, как утверждают некоторые СМИ”, – отметили в ИВ.

  • “Tri koronı”nın yaxınlığındakı gölün qurudulması işi yenidən başladı – VİDEO

    Bakı şəhərinin Yasamal rayonu ərazisində, Həsən bəy Zərdabi və Akim Abbasov küçələrinin kəsişməsində, “Tri koronı” (“Üç tac”) yaşayış kompleksinin yaxınlığında yerləşən gölün qurudulması ilə bağlı bu gün səhərdən yenidən iş başlayıb.

    Bu haqda Yeni Sabah-a həmin ərazidə yaşayan sakinlər məlumat verib.

    Xəbərdə bildirilir ki, bu gün səhər saatlarından ərazidə yenidən ağır texnika ilə iş başlayıb.

    Sakinlər bildirib ki, ölkədə su böhranının yarandığı bir vaxtda gölün qurudulması böhranı daha da dərinləşdirməyə xidmət etməkdir.

    Xatırladaq ki, bir neçə gün əvvəl də həmin gölün qurudulması işi davam etdirilmişdi. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə edilən şikayətdən sonra nazirliyin tələbi ilə ərazidə tikinti işləri dayandırılmışdı.

    Maraqlıdır ki, iyulun 19-da Yasamal rayon İcra Hakimiyyəti “Tri Koronı” kimi tanınan binaların yaxınlığında heç bir tikinti işləri aparılmadığı barədə xüsusi açıqlama yaymışdı:

    “Ərazi abadlaşdırılır, tullantılardan təmizlənir. Bəzi media orqanlarında iddia olunduğu kimi, heç bir inşaat yoxdur, göl qurudulmur”.

  • BMT xəbərdarlıq etdi: “Maska və əlcək istifadəsi…”

    Yeni növ koronavirus pandemiyası dövründə vacib olan fərdi mühafizə vasitələri ətraf mühitin çirklənmə səviyyəsinə mənfi təsir göstərir.

    Gazeta.ru-nun məlumatına görə, bu barədə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) hesabatında deyilib.

    Qeyd olunub ki, tibbi maskalar, əlcəklər, dezinfeksiyaedici vasitələrin və ərzaq məhsullarının qablaşdırmaları küçələri, çimərlikləri və dünya okeanını çirkləndirir. Plastik maddələrin çirkləndirməsi isə Yer üçün əsas təhlükələrdən hesab olunur.

    Hesabatda vurğulanıb ki, özünütəcrid rejiminin tətbiqi və dünya üzrə bir sıra obyektlərin bağlanması istixana qazlarının tullantılarının həcmini beş faiz azaldıb.

  • В Азербайджане коронавирусом заразились десятки жителей одного села

    В селе Пирили Кюрдамирского района зафиксирована вспышка коронавирусной инфекции.

    Как передает Report, COVID-19 выявлен у 31 местного жителя.

    В связи с массовым инфицированием в Пирили командированы сотрудники Исполнительной власти, управления полиции и врачи центральной больницы Кюрдамирского района. Ситуация в населенном пункте взята под усиленный контроль, так как не исключен рост числа зараженных.

    Ранее вспышка коронавирусной инфекции была зафиксирована в селе Сыгырлы того же района.

  • Azərbaycanda bir kənddə onlarla insan koronavirusa yoluxdu

    Kürdəmir rayonunun Pirili kəndində COVID-19 infeksiyasına kütləvi yoluxma halı qeydə alınıb.

    Report xəbər verir ki, kəndin 31 sakininin koronavirus infeksiyasına yoluxması aşkarlanıb.

    Kütləvi yoluxma halı ilə əlaqədar Kürdəmir Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin, Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları Pirili kəndinə ezam olunublar və vəziyyətin nəzarətə götürülməsi istiqamətində gücləndirilmiş iş rejimində çalışırlar.

    Xəstələrin sayının artacağı istisna olunmur.

    Qeyd edək ki, bir müddət əvvəl rayonun Sığırlı kəndində də təhlükəli infeksiyaya kütləvi yoluxma halı qeydə alınıb.

    Azərbaycanda ümumilikdə 30 446 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 23 242 nəfər müalicə olunaraq sağalıb, 423 nəfər vəfat edib, 6 781 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 838, ötən müddət ərzində isə ümumilikdə 690 386 test aparılıb.

  • Bakıda şəxslər Polis Bölməsinin qarşısında döyülüb? – RƏSMİ AÇIQLAMA (VİDEO)

    “Xəbər saytlarında “22-ci bölmənin qarşısında polis zorakılığı” başlığı ilə yayılan videogörüntülər tərəfimizdən tam və hərtərəfli araşdırılıb” .

    Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, araşdırmalar zamanı hər hansı zorakılıq, yaxud digər qanundankənar fakt təsdiqini tapmayıb:

    “İyulun 27-də paytaxtın Nəsimi rayonu Fizuli və Rəşid Behbudov küçələrinin kəsişməsində nəzarət-profilaktik tədbirləri həyata keçirən polis əməkdaşları hərəkət edən üç nəfərin sənədlərini təqdim etməsini tələb edib.

    Onlardan bir nəfərin icazəsi olmasına baxmayaraq, digər iki nəfər polisin qanuni tələblərinə məhəl qoymayaraq, tabesizlik göstərməklə, asayiş kecşikçilərinin ünvanları nalayiq ifadələr işlədiblər”.

    “Keçirilən tədbirlərə şəxsiyyətləri müəyyən olunan 1996-cı təvəllüdlü A.Dadaşov, 1984-cü il təvəllüdlü S.Məstanova saxlanılaraq müvafiq polis bölməsinə dəvət olunaraq, qanunvericiliyə uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə barələrində protokollar tərtib olunaraq, baxılması üçün rayon məhkəməsinə göndərilib”, – deyə məlumatda qeyd edilib.

    Xatırladaq ki, sosial şəbəkələrdə və bəzi saytlarda Nəsimi rayonu 22-ci Polis Bölməsinin qarşısında insident olması barədə xəbərlər yayılıb.

  • Обнародована последняя мировая статистика по коронавирусу

    По данным на утро 28 июля, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 16 650 148.

    За весь период пандемии скончался 656 621 человек, выздоровели – 10 234 704.

    Больше всего инфицированных в США (4 433 410). На 2-м месте – Бразилия (2 446 397), на 3-м – Индия (1 484 136). В первую пятерку также входят Россия (818 120) и ЮАР (452 529).

    По числу жертв инфекции лидируют Соединенные Штаты – 150 444, вылечились 2 136 603 человека.

    Иран с 293 606 заболевшими занимает 11-е место, Турция (227 019) – 16-е.

    В Армении коронавирусом заразились 37 390 человек, в Грузии – 1 137.

    Среди соседних стран наиболее высокая смертность от COVID-19 зафиксирована в Иране – 15 912 летальных исходов.

    На сегодняшний день в Азербайджане подтверждены 30 446 случаев инфицирования коронавирусом, 23 242 человека вылечились, 423 – скончались.

  • Koronavirusla bağlı son STATİSTİKA

    Dünyada 16 650 148 nəfərdə koronavirus aşkarlanıb.

    Virusa yoluxan 656 621 xəstə ölüb, 10 234 971 nəfər sağalıb.

    Dünyada koronavirusun ən çox yayıldığı ölkələr ABŞ (4 433 410 nəfər), Braziliya (2 446 397 nəfər), Hindistan (1 484 136 nəfər), Rusiya (818 120 nəfər), Cənubi Afrikadır (452 529 nəfər).

    İranda koronavirusa yoluxan 293 606 nəfərin 15 912-si ölüb, 255 144-ü sağalıb. Türkiyədə koronavirus 227 019 nəfərdə aşkarlanıb. Bu qonşumuzda virusa yoluxanların 5 630-u ölüb, 210 469-u sağalıb.

    Ermənistanda 37 390, Gürcüstanda 1 137 nəfərdə virus qeydə alınıb.

    Azərbaycanda koronavirusa yoluxan 30 446 nəfərin 423-ü ölüb, 23 242 nəfəri sağalıb.

  • Армяне продолжают нарушать режим прекращения огня

    Подразделения вооруженных сил Армении, используя снайперские винтовки, в течение суток нарушили режим прекращения огня в различных направлениях фронта 38 раз.

    Об этом 28 июля сообщает пресс-служба Минобороны Азербайджана.

    С позиций, расположенных в селах Айгепар, Чинари Бердского района и на безымянных высотах Чамбаракского района Армении подверглись обстрелу расположения азербайджанской армии в селах Алибейли, Агдам и Коханеби Товузского района, в селе Заманлы и на безымянных высотах в Гедабейском районе.

    Оборонное ведомство отмечает, что обстрел также велся с позиций близ оккупированных сел Мерзили – Агдамского, Ашагы Вейселли, Карвенд, Гараханбейли, Ашагы Сейидахмедли, Горган, Горадиз – Физулинского районов, а также с безымянных высот в Тертерском и Агдамском районах.