Month: July 2020

  • Qurban bayramı ilə əlaqədar onlayn satış yarmarkası təşkil olunacaq – SİYAHI

    Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən “Kənddən Şəhərə” layihəsi çərçivəsində qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaq.

    Nazirlikdən verilən məlumata görə, Nazirlər Kabineti yanında operativ qərargahın mövcud karantin rejimi ilə əlaqədar tətbiq etdiyi qaydalara uyğun olaraq, COVID-19 virusunun yayılmasının qarşısını almaq, həmçinin, onlayn xidmətlərin daha çox təşviqi məqsədilə sifarişlərin onlayn qaydada həyata keçirilməsi üçün yeni satış portalı vətəndaşların istifadəsinə verilib. 

    Qurbanlıq qoyunların sifarişi www.qurbanliq.kendden.az saytı vasitəsilə onlayn qaydada baş tutacaq. 

    Qurbanlıqların kəsimi islami qaydalara uyğun həyata keçiriləcək. Kəsim məntəqələrində bütün sanitar-gigiyenik qaydalara ən yüksək səviyyədə riayət olunacaq, xidməti personal xüsusi əlcək, maska və baş geyimində fəaliyyət göstərəcək. Həmçinin məntəqələrdə sabun və əl-üz yuma stansiyaları, dezinfeksiya dispenserləri quraşdırılacaq. Vətəndaşlar arasında sosial məsafənin saxlanılmasına xüsusi nəzarət ediləcək.

    Qurbanlıq qoyunları onlayn sifariş etmək istəyən vətəndaşlar www.qurbanliq.kendden.az saytına daxil olaraq, 31 iyul saat 00:00-dək mövcud xanalar üzrə məlumatlarını qeyd edə və satış məntəqələrindən onlayn növbə götürə bilərlər.

    Sifariş zamanı vətəndaşlar qurbanlıqlarını götürəcəkləri məntəqəni, tarixi və saatı seçməkdə sərbəstdirlər. Qurbanlıq qoyunlar çəkilərinə uyğun olaraq üç kateqoriyada vətəndaşlara təklif olunacaq. Sifariş edilən qurbanlığın dəyəri kəsilmiş çəkidə hər kq üçün 11.50 AZN-dən hesablanaraq ödəniləcək. 

    Vətəndaşlar satın almaq istədikləri qurbanlıq qoyunun dəyərinin bir hissəsini (20 AZN) əvvəlcədən onlayn sifariş etdiyi zaman, məbləğin qalan hissəsini isə satış məntəqəsindən qurbanlığı əldə etdiyi zaman ödəyəcək.

    Vətəndaşların sifarişi qəbul edildikdən sonra onların mobil telefonuna təsdiq bildirişi göndəriləcək. Daha sonra vətəndaşlar seçdikləri ünvana yaxınlaşaraq telefonundakı təsdiq bildirişini göstərməklə növbə gözləmədən sifariş etdiyi qurbanlığı kəsilmiş formada hazır əldə edə biləcəklər. 

    Vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları Bakı və Sumqayıt şəhərlərində aşağıda qeyd edilən satış məntəqələrindən götürə biləcəklər:

    1. Nizami rayonu, Rizvan Teymurov küç., 21; 

    2. Nərimanov rayonu, Ağa Nemətulla küç., 45 nömrəli məktəbin yanı;

    3. Nəsimi rayonu, 20 Yanvar küç., 243;

    4. Binəqədi rayonu, 9-cu mikrorayon, Mircəlal küç., 41;

    5. Binəqədi rayonu, Kazımovski, 138B;

    6. Xətai rayonu, Məhəmməd Hadı küç., KATV1-in yanı;

    7. Xətai rayonu, Gəncə pr., 148A, “Xəzər” univermağının yanı;

    8. Xətai rayonu, Lütfizadə küçəsi (“Grand” marketin yanı);

    9. Suraxanı rayonu, Sakit Qocayev küç., 90;

    10. Sumqayıt şəhəri, Azərbaycan prospekti, 20-ci məhəllə (Əşya bazarının yanı).

  • Rusiyada silahlı şəxs meyvə bazarına hücum etdi – VİDEO

    Rusiyanın Novosibirsk şəhərində yerləşən meyvə bazarında atışma baş verib.

    REN TV bu barədə Rusiya Daxili İşlər Nazirliyi Baş İdarəsinin mətbuat xidmətinə istinadla xəbər yayıb.

    K.Marks prospektində naməlum şəxs odlu silahla meyvə satışı çadırlarına atəş açıb.

    Bundan sonra o, hadisə yerindən uzaqlaşıb. Polis həmin şəxsin axtarışına başlayıb.

    Verilən məlumata görə, hadisə nəticəsində heç kim xəsarət almayıb.

    Faktla bağlı “Xuliqanlıq” maddəsi ilə cinayət işinə başlanılıb.

  • Həbib karyerasının son döyüşünü kanadalı idmançıya qarşı keçirəcək

    UFC-nin prezidenti Deyna Uayt bildirib ki, məşhur rusiyalı döyüşçü Həbib Nurməhəmmədov karyerasının son döyüşünü kanadalı Jorj Sen-Pyerə qarşı keçirə bilər.

    D.Uayt bu barədə Bjpenn.com saytına açıqlamasında qeyd edib.

    “Aydındır ki, hazırda Həbib Geyci ilə görüşü düşünür. Mən Həbibin 30-cu döyüşündə rəqibinin kim olacağını bilmirəm. Bilirəm ki, Konor Makqreqor həmişə bu revanşın baş tutmasını istəyib.

    Jorj Sen-Pyerlə döyüşmək? Əlbəttə ki, bu, onun karyerasının son döyüşü ola bilər. Bu uşaqlar möhtəşəmdir. Mən Həbibə böyük hörmət bəsləyirəm və onun istəklərini həyata keçirməyə hazıram”, – deyə UFC-nin prezidenti vurğulayıb.

    Qeyd edək ki, iyulun 3-də H.Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap Nurməhəmmədov vəfat edib.

    Bu hadisədən sonra H.Nurməhəmmədovun növbəti rəqibi – ABŞ təmsilçisi Castin Geyci ilə görüşü müvəqqəti təxirə salınıb.

  • Землю накроет магнитная буря

    Достаточно опасная магнитная буря ожидается на Земле 28 июля. Об этом говорится в докладе начальника Всероссийского научно-исследовательского института по проблемам гражданской обороны и чрезвычайным ситуациям МЧС Сергея Диденко, пишет ТАСС.

    По его мнению, настолько мощное геомагнитное возмущение способно нарушить работу электронных устройств, средств связи и каналов телекоммуникации.

  • Bu gün təhlükəli geomaqnit fırtınası gözlənilir

    İyulun 28-də təhlükəli maqnit fırtınası gözlənilir.

    Bu barədə TASS Rusiya Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə və Fövqəladə Hallar üzrə Araşdırma İnstitutunun rəhbəri Sergey Didiyenkonun hesabatına istinadən xəbər verir.

    Belə güclü fırtınanın elektron cihazların, rabitə və telekommunikasiya kanallarının fəaliyyətinə təsir göstərə biləcəyi qeyd olunur.

    Didiyenko bildirib ki, açıq hava şəraitində yerləşdirilən stansiyalar və rabitə mərkəzləri bu məlumatları nəzərə almalıdır.

  • Эмин Амруллаев представлен коллективу Минобразования

    Распоряжением Президента Азербайджана Ильхама Алиева от 27 июля Эмин Эльдар оглу Амруллаев был назначен министром образования.

    Как сообщили в ведомстве, 28 июля завотделом Администрации Президента по гуманитарной политике, диаспоре, мультикультурализму и религиозным вопросам Фарах Алиева представила Э.Амруллаева коллективу министерства.


  • Yeni Təhsil naziri kollektivə təqdim edildi – FOTO

    Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Təhsil naziri təyin olunmuş Emin Əmrullayev Təhsil Nazirliyinin kollektivinə təqdim olunub.

    Təqdimatda Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva iştirak edib.


  • В Баку торжественно встретили турецких военных-участников широкомасштабных учений – ВИДЕО

    В Баку состоялась торжественная церемония встречи турецких военнослужащих, прибывших в Азербайджан для участия в совместных широкомасштабных тактических и летно-тактических учениях с боевыми стрельбами.

    Маневры пройдут с 29 июня по 10 августа в соответствии с соглашением о военном сотрудничестве между двумя странами.

    Как сообщили в Минобороны АР, вначале были возложены цветы к установленному на территории воинской части бюсту общенационального лидера Гейдара Алиева. Минутой молчания была почтена память великого лидера и шехидов, павших за независимость и территориальную целостность нашей страны.

    В учениях будут задействованы личный состав, бронетехника, артиллерийские установки, боевые и транспортные вертолеты ВВС, силы ПВО и зенитно-ракетные подразделения армий Азербайджана и Турции.

  • Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin təntənəli qarşılanma mərasimi keçirildi – VİDEO

    Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə iyulun 29-dan avqustun 10-dək keçiriləcək birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərində iştirak edəcək Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin Bakıya gəlməsi münasibətilə təntənəli qarşılanma mərasimi olub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan büstü önünə gül dəstələri qoyulub, Ulu Öndərin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Təlimlərə iki ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələri cəlb ediləcək.

  • НИИ легочных заболеваний внес ясность в вопрос работы врачей старше 65 лет

    Научно-исследовательский институт (НИИ) легочных заболеваний в Баку прокомментировал информацию о том, что врачей старше 65 лет заставляют выходить на работу.

    Как заявила Oxu.Az директор медучреждения Агигат Гадирова, они не заставляют врачей данной возрастной категории трудиться в период пандемии.

    “Ранее Кабинет министров принял решение, запрещающее лицам старше 65 лет покидать место жительства. Поэтому мы не заставляем врачей этого возраста работать против их воли. Хотя мне и другим врачам за 65, мы выходим на работу, так как она важна”, – сказала она.

    А.Гадирова также ответила на обвинения в адрес НИИ в том, что по их вине 70-летний врач-бронхолог Фаиг Агаев скончался от коронавирусной инфекции.

    По ее словам, медик не лечил инфицированных.

    “Институт принимает больных туберкулезом, поэтому гораздо лучше подготовлен к борьбе с COVID-19 по сравнению с другими медучреждениями. Мы обеспечены спецодеждой, медицинскими масками”, – сказала глава НИИ, добавив, что поэтому до конца мая здесь никто не был инфицирован коронавирусом.

    “Фаиг Агаев заразился не в НИИ. Хотя, как ни странно, его родственники считают, что врач, который не лечил инфицированных, не может заразиться COVID-19”, – отметила А.Гадирова.

    Ранее сообщалось, что 70-летний экс-директор НИИ легочных заболеваний Ф.Агаев скончался от коронавирусной инфекции в Учебно-хирургической клинике Азербайджанского медуниверситета. Родственники покойного утверждают, что, несмотря на почтенный возраст врача, его заставляли лечить инфицированных COVID-19.