Month: July 2020

  • Brüsseldə azərbaycanlılara qarşı vəhşilik törədən 15 erməni tutuldu – RƏSMİ

    “İyulun 22-də Brüsseldə azərbaycanlıların keçirdiyi aksiyalar zamanı ermənilər vandalizm və terror aktı həyata keçiriblər”.

    Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva brifinqdə deyib.

    O bildirib ki, ermənilər Azərbaycanın diplomatik orqanlarına məxsus avtomobillərə ziyan vurublar.

    Onun sözlərinə görə, Brüssel polisinin şifahi məlumatına əsasən, hadisələr zamanı 15 erməni saxlanılıb.

  • При Президенте Ильхаме Алиеве состоялось совещание, посвященное состоянию водного хозяйства – ФОТО

    23 июля при Президенте Азербайджана Ильхаме Алиеве в формате видеоконференции состоялось совещание, посвященное состоянию водного хозяйства в республике.

    Об этом сообщает АЗЕРТАДЖ.




  • İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi – FOTO

    İyulun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə keçirilib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.




  • “Ermənilərin döydüyü oğlumu niyə xəstəxanadan təcili çıxardılar?”

    Xəbər verdiyimiz kimi, ötən gün ABŞ-ın Los-Anceles şəhərində erməni təxribatı nəticəsində biri qadın olmaqla, yeddi həmyerlimiz müxtəlif bədən xəsarətləri alıb və onlardan dörd nəfəri xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan Bəxtiyar Eyvazovun vəziyyətinin ağır olduğu bildirilir.

    Bu barədə Qafqazinfo-ya məlumatı zərərçəkmişin atası Ağasəf Eyvazov verib. Bildirib ki, başından aldığı zərbələr nəticəsində oğlunun üzü şişib, o, xəstəxanaya yerləşdirilib. Sonradan müalicəsi evdə ambulator şəraitdə davam etdirilir:

    “Vəziyyəti orta-kafidir. Bu gün bizim vaxtla gecə 12-də yenidən yoxlanmaları olacaq. Hazırda evdə müalicəsi davam etdirilir. Bizi narahat edən məqam odur ki, şəhərdə milyondan çox erməni yaşayır. Onu o vəziyyətdə niyə təcili şəkildə xəstəxanadan çıxarıblar? Evə gələndən sonra başından aldığı travmalara görə qaytarıb. O, bir müddət müşahidə altında qalmalıdır. İndi yanında adam var, təhlükəsizlik baxımından təmin olunub”.

    A.Eyvazov konsulluğun da işindən narazı olduğunu bildirib: “Bəlkə tibbi yardıma ehtiyacı var? Ev yoldaşı da buradan yenicə gedib, şəhəri yaxşı tanımır. Mənə bildirildi ki, konsulluqdan onlarla əlaqə saxlayan olmayıb. Bircə diaspordan zəng vurub, nömrə qoyublar ki, oyananda əlaqə saxlasın”.

    A.Eyvazovun sözlərinə görə, 1990-cı il təvəllüdlü Bəxtiyar Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. Hazırda Amerikada işləyir: “Aprel ayında vətəndaşlıq almalı idi, sadəcə, pandemiya səbəbindən qalıb”.

    Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Komitə hadisə baş verən gündən aksiyada iştirak etmiş bütün vətəndaşlarla maraqlanır, onlarla mütəmadi olaraq əlaqədədir: “Hadisə baş verən andan vətəndaşlarımızla əlaqə saxlanılıb. Bəxtiyar Eyvazovla da, onun yanındakı şəxslərlə də danışılıb, vəziyyəti qənaətbəxşdir”.

    “AzərTAc”ın yaydığı məlumata görə, Azərbaycanın Vaşinqtondakı səfirliyi də Los-Ancelesdə erməni radikallarının dinc azərbaycanlı etirazçılara hücum etməsi və xəsarət yetirməsi ilə əlaqədar ABŞ-da yaşayan icma üzvlərinə müraciət edib. Bildirilib ki, Prezident İlham Əliyevin göstərişi ilə törədilmiş zorakılıqda xəsarət almış həmvətənlərimizin tibbi xərcləri və əlaqədar hüquqi yardım məsələlərinin Azərbaycan dövləti tərəfindən ödənilməsi nəzərdə tutulur. Bu mövzularla əlaqədar soydaşlarımız Los-Ancelesdəki Baş Konsulluğumuza müraciət edilməlidir:

    “Eyni zamanda, xahiş edirik ki, zorakılıq və təhdid halları yaşanarsa, vətəndaşlar konsulluq yardımı almaq üçün ABŞ-da müvafiq konsulluq dairələrinə məsul olan ölkəmizin Vaşinqton şəhərindəki Səfirliyinə və Los-Ancelesdəki Baş Konsulluğuna müraciət etsinlər”.

    Xatırladaq ki, baş vermiş erməni təxribatı ilə bağlı hazırda istintaq qrupu yaradılıb və müvafiq təhqiqat aparılır.


  • Hyustonda Ordumuza dəstək aksiyası keçirildi – VİDEO

    Dünya azərbaycanlılarının Tovuz rayonu istiqamətindəki dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlar törətməsinə və bu təcavüzkar ölkənin Azərbaycan torpaqlarını işğal altında saxlamasına qarşı günlərdir etiraz aksiyaları və yürüşlər keçirilir.

    Baku TV xəbər verir ki, növbəti dinc aksiya Amerika Birləşmiş Ştatlarının Texas ştatının Hyuston şəhərində baş tutub.

    Əsgərlərimizin şərəfinə musiqi sədaları altında avtomobillə Hyuston küçələrində aksiya keçirən soydaşlarımızın qürurverici görüntüləri sosial mediada rəğbətlə qarşılanıb.

    Həmvətənlərimizin avtomobillərinin üzərində də “Qarabağ Azərbaycandır” kimi plakatlar yapışdırılıb, üçrəngli bayrağımız dalğalandırılıb.

    Aksiya iştirakçıları hərbi təxribatlar zamanı həlak olmuş Azərbaycanın qəhrəman hərbçilərinin və mülki vətəndaşlarının əziz xatirəsini yad edib.

    Tədbirdə soydaşlarımız tərəfindən “Ermənistanın işğalçı siyasətinə son!”, “Şəhidlər ölməz, vətən bölünməz” və “Qarabağ Azərbaycandır!” şüarları səsləndirilib.

  • Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi – FOTO

    Azərbaycanda daha bir həkim COVID-19-un qurbanı olub.

    Suraxanı rayonunda yerləşən 23 saylı polikinikanın terapevti Mətanət Atayeva bu gün səhər saatlarında koronavirusdan vəfat edib.

    Qeyd edək ki, mərhum keçən ay Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilmişdi.

    Allah rəhmət eləsin.

  • Prezidentdən ermənilərin Los-Ancelesdə xəsarət yetirdiyi həmvətənlərimizlə bağlı TAPŞIRIQ

    Azərbaycan Respublikasının Vaşinqtondakı səfirliyi Los-Ancelesdə erməni radikallarının dinc azərbaycanlı etirazçılara hücüm etməsi və xəsarət yetirməsi ilə əlaqədar ABŞ-da yaşayan icma üzvlərinə müraciət edib.

    AZƏRTAC xəbər verir ki, müraciətdə deyilir:

    “Bildiyiniz kimi, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü dəf edildikdən və düşmənə ağır zərbələr vurulduqdan sonra dünyanın müxtəlif yerlərində, o cümlədən, ABŞ-da radikal erməni ekstremistlərinin diplomatik missiyalarımız da daxil olmaqla həmvətənlərimizə qarşı müxtəlif kriminal yönümlü zorakı fəaliyyətləri artıb.

    Soydaşlarımız ABŞ-ın müxtəlif şəhərlərində uğurlu aksiya və əks aksiyalar vasitəsilə ABŞ ictimaiyyətinə öz haqlı səslərini çatdırıb və erməni lobbiçilərinin yalanlarını ifşa edib. Təəssüflər olsun ki, erməni radikal dairələri ölkəmizin Los-Ancelesdəki Baş Konsulluğu qarşısında keçirilən aksiya zamanı dinc azərbaycanlı etirazçılara vəhşicəsinə hücum edib və bəzi həmvətənlərimiz zorakılığa məruz qalıb. Nəticədə, bir neçə həmvətənlərimiz ciddi bədən xəsarətləri alıb.

    Xəsarət alan və zorakılığa məruz qalan soydaşlarımıza şəfa diləyir və tezliklə sağalmalarını arzu edirik. Hər bir soydaşımıza göstərdiyi vətənpərvərlik və milli birliyə, habelə dünyada xalqımızın haqq səsini ucaltdığına görə dərindən minnətdarlıq bildiririk.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə iyulun 21-də Los-Anceles şəhərində törədilmiş zorakılıqda xəsarət almış həmvətənlərimizin tibbi xərcləri və əlaqədar hüquqi yardım məsələlərinin Azərbaycan dövləti tərəfindən ödənilməsi nəzərdə tutulur. Bu mövzularla əlaqədar Los-Ancelesdəki Baş Konsulluğumuza müraciət edilməlidir.

    Erməni radikalların zorakı addımlarının və təxribatlarının sayı və dərəcəsinin artdığını nəzərə alaraq, həmvətənlərimizə bir daha ehtiyatlı və tədbirli, erməni radikalların zorakılıq meyilindən agah olmağa, hər hansı bir zorakılıq, təhdid və ya təhlükə olduqda dərhal yerli hüquq-mühafizə orqanlarına müraciət etməyə tövsiyə edirik.

    Bundan başqa, hər hansı bir aksiya və ya tədbirdə iştirak edərkən yerli hüquq-mühafizə orqanları ilə əlaqələndirmə həyata keçirmək və təhlükəsizliyin tam şəkildə təmininə əmin olması ciddi şəkildə tövsiyə edilir.

    Eyni zamanda, soydaşlarımızdan xahiş edirik ki, rastlaşdıqları zorakılıq və təhdid halları üzrə mümkün konsulluq yardımı almaq üçün ABŞ-da müvafiq konsulluq dairələrinə məsul olan ölkəmizin Vaşinqton şəhərindəki Səfirliyinə və Los-Ancelesdəki Baş Konsulluğuna müraciət etsinlər.

    Xatırladaq ki, Kaliforniya və ABŞ-ın digər 12 qərb ştatı, o cümlədən Alyaska, Arizona, Kolorado, Havayii, İdaho, Montana, Nevada, Nyu Meksika, Oreqon, Yuta, Vaşinqton və Vayominq ştatları Los-Ancelesdəki Baş Konsulluğumuzun konsulluq dairəsinə aiddir və bu ştatlarda yaşayan həmvətənlərimiz birbaşa bu Konsulluğumuza müraciət edə bilər.

    Digər 37 ştatda yaşayan həmvətənlərimiz isə paytaxt Vaşinqtonda yerləşən Səfirliyimizə birbaşa müraciət edə bilər. Səfirliyimizin qaynar xətti budur: (+1) 202-560-3583”

  • Azərbaycanda vergi ödəyicilərinə XƏBƏRDARLIQ

    Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərinə xəbərdarlıq edib.

    Dövlət Vergi Xidmətindən bildirilib ki, Azərbaycan Respublikasının “Sosial sığorta haqqında” Qanununa edilmiş dəyişikliklərlə bağlı hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi”ndə müvafiq düzəlişlər aparılıb.

    Artıq iyulun 21-dən etibarən hesabatların təqdim edilməsi mümkündür.

    Vergi ödəyiciləri cari ilin 11 avqust tarixinədək müvafiq hesabatları vergi orqanlarına təqdim etməlidirlər.

  • Şəkidə evləri su basdı – VİDEO

    Ötən gündən başlayan yağış suları Şəkidə yaşayış evlərinə dolub.

    Bu barədə Oxu.Az-ın redaksiyasına vətəndaşlar tərəfindən videogörüntü göndərilib.

    Vətəndaş iddia edir ki, yağış suları yolları keçilməz edib. Bununla yanaşı, ərazidə kanalizasiya sistemləri qaydasında deyil.

    Yağışın da qarışdığı çirkli kanalizasiya suları daşaraq, yaşayış evlərinin həyətlərinə dolub.

    Xatırladaq ki, dünən yağan güclü yağış Şəkidə ciddi fəsadlar törədib. Mərkəzi küçələrə sel gəlib və nəqliyyatın hərəkətini iflic edib.

    Şəki şəhərinin mərkəzində çəkilmiş videogörüntüləri təqdim edirik:

  • Yevlax sakinindən şikayət: “Əl yumağa da su tapmırıq” – VİDEO

    Yevlax rayonunda yaşayanlar əkin sahələrini suvara bilmirlər.

    Bu barədə Oxu.Az-ın redaksiyasına sakinlər tərəfindən məlumat verilib.

    Söhbət rayonun Əcəmi kəndindən gedir. Kənd sakini Allahverdiyev Elvin deyir ki, kənddə su arxı bərbad vəziyyətdədir:

    “Bu il biz bir qram su görmədik. Torpaqlarımız, əkin sahələrimiz məhv olub gedir. Kənd camaatı susuzluqdan torpaq sahələrini əkib-becərməyə də ürək etmir. Camaatın əziyyəti heç olur. Artıq avqust ayı yaxınlaşır, amma əl yumağa da su tapmırıq.

    Yonca, taxıl sahələrimizi, bostanlarımızı suvarmağa su yoxdur. Sizə göndərdiyim video su arxıdır. Görün, nə vəziyyətdədir?! Su arxı betonlanmalıdır ki, itki olmasın. Hər dəfə gəlib baxırlar, amma heç bir kömək olunmur. Kənd sakinlərinin müraciətinə baxan yoxdur”.