Month: July 2020

  • ÜST koronavirusa qarşı peyvəndin hazır olacağı vaxtı açıqladı

    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar proqramının icraçı direktoru Maykl Rayan koronavirusa qarşı peyvəndin tam hazır olacağı vaxtı açıqlayıb.

    Lenta.ru-nun məlumatına görə, bu barədə o, təşkilatın “Twitter” hesabında yayımlanan çıxışı zamanı bəyan edib.

    M.Rayanın sözlərinə görə, 2021-ci ilin birinci yarısına qədər bu, mümkün olmayacaq. O, peyvəndin hazırlanmasında irəliləyişləri qeyd edib, lakin dərmanların hazır olacağı vaxtla bağlı realist olmağa çağırıb.

    Mütəxəssis, eyni zamanda, hamının peyvəndi əldə edə bilməsi üçün çalışdığını vurğulayıb.

    “Pandemiyadan müdafiə üçün hazırlanan bu peyvəndlər nə varlılar, nə də kasıblar üçündür, onlar hamı üçündür”, – deyə ÜST rəhbəri sözlərini yekunlaşdırıb.

  • ВС Армении нарушили режим прекращения огня 47 раз за сутки

    Подразделения вооруженных сил Армении в течение суток 47 раз нарушили режим прекращения огня в различных направлениях фронта.

    Об этом 23 июля сообщает пресс-служба Минобороны Азербайджана.

    С позиций в селе Мосесгех и на безымянных высотах в Бердском районе, а также на безымянных высотах в Чамбаракском районе Армении подверглись обстрелу расположения азербайджанской армии в селе Агдам Товузского района и на безымянных высотах в Товузском в Гедабейском районах.

    Оборонное ведомство отмечает, что обстрел также велся с позиций близ оккупированных сел Шихлар, Новрузлу, Юсифджанлы, Мерзили – Агдамского, Куропаткино – Ходжавендского, Ашагы Вейселли, Гараханбейли, Ашагы Сейидахмедли, Кюрдляр, Горадиз – Физулинского, Мехдили – Джебраильского районов, а также с безымянных высот в Геранбойском, Тертерском, Агдамском, Ходжавендском и Физулинском районах.

  • Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 47 dəfə pozub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində və adsız yüksəkliklərdə, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Ağdam rayonunun işğal altında olan Şıxlar, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

  • Обнародована последняя мировая статистика по коронавирусу

    По данным на утро 23 июля, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 15 377 155.

    За весь период пандемии скончались 630 266 человек, выздоровел – 9 352 351.

    Больше всего инфицированных в США (4 100 875). На 2-м месте – Бразилия (2 231 871), на 3-м – Индия (1 239 684). В первую пятерку также входят Россия (789 190) и ЮАР (394 948).

    По числу жертв инфекции лидируют Соединенные Штаты – 146 183, вылечились 1 942 637 человек.

    Иран с 281 413 заболевшими занимает 11-е место, Турция (222 402) – 15-е.

    В Армении коронавирусом заразились 35 693 человека, в Грузии – 1 073.

    Среди соседних стран наиболее высокая смертность от COVID-19 зафиксирована в Иране – 14 853 летальных исхода.

    На сегодняшний день в Азербайджане подтверждены 28 633 случая инфицирования коронавирусом, 20 443 человека вылечились, 385 – скончались.

  • Koronavirusla bağlı son STATİSTİKA

    Dünyada 15 377 155 nəfərdə koronavirus aşkarlanıb.

    Virusdan 630 266 xəstə ölüb, 9 352 351 nəfər sağalıb.

    Koronavirusa yoluxma ən çox Şimali Amerika qitəsindədir (4 805 734 nəfər). Sonrakı yerləri Cənubi Amerika (3 463 246 nəfər), Asiya (3 600 847 nəfər), Avropa (2 717 950 nəfər) paylaşır.

    Ölkələr arasında virusa yoluxma sayına görə ABŞ (4 100 875 nəfər), Braziliya (2 231 871 nəfər) və Hindistan (1 239 684 nəfər) ilk üçlükdədir.

    İlk onluqda dördüncü yeri tutan sərhəd qonşumuz Rusiyada 789 190 yoluxma müşahidə olunur.

    İranda 281 413, Türkiyədə 222 402, Ermənistanda 35 693, Gürcüstanda 1 073 nəfərdə koronavirus aşkarlanıb.

    Azərbaycanda koronavirusa yoluxan 28 633 nəfərdən 385-i ölüb, 20 443-ü sağalıb.

  • Gəncədə iki nəfər bıçaqlandı

    Gəncədə bıçaqlanma hadisəsi baş verib.

    APA-nın məlumatına görə, hadisə şəhərin “Ət kombinatı” adlanan ərazisində qeydə alınıb.

    Belə ki, həmin ərazidə iki nəfər – 1986-cı il təvəllüdlü Məmmədov Ramiz İsmayıl oğlu sağ baldırın arxa səthinin kəsilmiş-cırılmış və Gədəbəy rayonunun Dəyirmandağı kənd sakini, 1985-ci il təvəllüdlü Nəcəfəliyev Kamil Ələddin oğlu döş qəfəsəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

    Hər iki xəstəyə lazımi tibbi yardım göstərilib, yaraları tikilib.

    Vəziyyətlərinin kafi olduğu bildirilir. Onların hansı şəraitdə bıçaqlandığı məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • COVİD-19-a qarşı uzunmüddətli immunitet necə yarana bilər? – AÇIQLAMA

    Rusiyanın Səhiyyə naziri Mixail Muraşko yeni koronavirus infeksiyasına qarşı uzunmüddətli immunitetin yaranmasından danışıb.

    Bu barədə REN TV xəbər yayır.

    Onun sözlərinə görə, əsas vəzifə immuniteti xəstəlik yolu ilə deyil, dərman vasitəsilə qazanmaqdır.

    M.Muraşko bildirib ki, böyük ehtimalla COVID-19-a qarşı daha davamlı immunitetə ikiqat peyvənd vasitəsilə nail olunacaq.

    O qeyd edib ki, müxtəlif peyvəndlərdə immunitet müddəti ilə bağlı əvvəlcədən proqnozlar mövcuddur.

  • Bu il Qurban bayramı əvvəlki illərdən fərqli olacaq – VİDEO

    Qarşıdan Qurban bayramı gəlir. Düzdür, bayrama hələ səkkiz gün var, amma artıq insanların çoxu pandemiya şəraitinə uyğun olaraq, qurbanlıq heyvanları indidən alıb. Satıcılar da deyir ki, alınan heyvanlar xüsusi yerlərdə saxlanır.

    Alıcılar isə qurbanlıq qoyunu indidən almağın tərəfdarıdırlar. Bəziləri qurbanlıq qoyununu indidən seçib bayram günü üçün saxlatdırır, kimisi də sadəcə ət almağa üstünlük verir. Vətəndaşların çoxu qurbanını bayramın ilk günü kəsmək istəyir. Belə olduqda pandemiya dövrü nəzərə alınaraq, növbə üç gün üçün bölünüb. Qurbanlıq ətini elə bayram günü almaq istəyənlərə isə sıxlığın yaranmaması üçün əvvəlcədən sifariş edib müəyyən vaxtda gəlmək məsləhət görülür. İki gün əvvəl operativ qərargahın brifinqdə Prezidentin köməkçisi Şahmar Mövsümov Qurban bayramı ilə bağlı müvafiq tədbirlər planının hazırlandığını bildirmişdi. Onun sözlərinə görə, bu bayramın digərlərindən fərqli olacaq.

    Ətraflı Baku TV-nin mövzu ilə bağlı reportajında:

  • Ağdamsız 27 il… – VİDEO

    Bu gün Azərbaycanın Ağdam rayonunun işğalından 27 il ötür.

    1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib. Ərazisi 1094 kv.km olan Ağdamın 846,8 kv.km-i, yəni 77,4%-i, bir şəhər və 80 kəndi ermənilərin əlinə keçdi, o vaxta qədər Ağdamın 1 şəhər, 124 kəndi vardı. Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qaldı. Bu işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub.

    Ağdam şəhəri, onun qədim keçmişin şahidi olan çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri, keçmiş SSRİ-də 1-ci, dünyada 2-ci olan Çörək muzeyi düşmən tərəfindən vəhşicəsinə dağıdılıb.

    Ağdam düşmənlə döyüşlərdə 6 min şəhid verib, onlardan 16-sı Milli Qəhrəmandır. İşğal nəticəsində rayonun 160 min nəfər əhalisindən 143 min nəfəri öz ölkəsində məcburi köçkünə çevrilib.

  • ABŞ-ın Atlanta şəhərində Ermənistanın hərbi təxribatlarına etiraz olaraq aksiya keçirilib

    22 iyul tarixində ABŞ-da Corciya ştatının inzibati mərkəzi olan Atlanta şəhərində yaşayan soydaşlarımız Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhəddində Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlar törətməsinə və bu təcavüzkar ölkənin Azərbaycan torpaqlarını işğal altında saxlamasına etiraz olaraq aksiya keçirilib.

    Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, aksiya Atlanta və Alabama şəhərində yaşayan soydaşlarımızın təşkilatçılığı ilə baş tutub. Corciya dövlətinin Qanunverici orqanın üzvlərinin (senatorların) fəaliyyət göstərdiyi Konqres binasının qarşısında keçirilən aksiya Azərbaycanın Dövlət Himninin oxunması ilə başlayıb.

    Tədbirdə soydaşlarımız tərəfindən “Ermənistanın işğalçı siyasətinə son!”, “Qarabağ Azərbaycandır!”, “Ermənistan terrostdir” və sair şüarların yazıldığı plakatların, Tovuz cəbhəsində hərbi təxribatlar zamanı həlak olmuş şəhidlərimizin şəkillərinin nümayiş etdirildiyi aksiyada Ermənistanın işğalçı və təcavüzkar siyasətinə son qoyulması tələb edilib. Aksiya iştirakçıları hərbi təxribatlar zamanı həlak olmuş Azərbaycanın qəhrəman hərbçilərinin və mülki vətəndaşlarının əziz xatirəsini yad edib. Aksiyada Azərbaycan dövlətinə və ordusuna dəstək ifadə olunub, Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ və ona bitişik 7 rayonun ermənistanın işğalından azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi üçün qətiyyətli addımlar atılması tələbi ilə Konqres üzvlərinə çağırış edilib.