Month: July 2020

  • Через Грузию на родину вернулись 1000 граждан Азербайджана

    Через территорию Грузии осуществлена эвакуация 1 000 граждан Азербайджана.

    Как передает Median.Az со ссылкой на Report, об этом журналистам заявил первый секретарь посольства Азербайджана в Грузии Рамель Лятифов.

    По его словам, 400 граждан были доставлены из Турции, 600 – из Грузии.

    Ни у одного из эвакуированных граждан не был выявлен коронавирус. Р.Лятифов отметил, что процесс эвакуации граждан Азербайджана посредством Грузии будет продолжен.

  • Bakıda Qurban bayramı yarmarkası keçiriləcək

    Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC qarşıdan gələn Qurban bayramı ilə əlaqədar Bakı şəhərində və Abşeron yarımadasında 15 ünvanda “Kənddən şəhərə” yarmarkasının keçirilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

    Median.Az“Report”a istinadla xəbər verir ki, bu barədə vahid dövlət satınalmaları portalında qeyd olunub.

    Tenderin qalibi “Innosol” MMC-dir.

    Qalib şirkətə 22,2 min manat ödəniləcək.

  • Gələn il Azərbaycana 22 seysmik stansiyanın gətirilməsi nəzərdə tutulur

    “Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” layihəsinin icrası ilə əlaqədar olaraq iyulun 22-də tərəfdaş ölkələrin müvafiq təşkilatlarının nümayəndələrinin iştirakı ilə videokonfrans təşkil olunub.

    Median.Az Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, iclasda AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, baş direktorun müavinləri – texnika üzrə fəlsəfə doktoru Rauf Muradov və Ramiz İsgəndərov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov iştirak ediblər.

    Xarici tərəfdaş ölkələrdən isə Ukraynanın Elm və Texnologiya Mərkəzinin ölkələrarası əməkdaşlıq layihələri üzrə meneceri Yelena Taberko, Miçiqan Dövlət Universitetinin Geoloji elmlər şöbəsinin Seysmologiya laboratoriyasının baş mühəndisi Daniel Burk, Qazaxıstan Milli Məlumat Mərkəzinin direktoru Natalya Mixaylova, ABŞ-ın Livermor milli laboratoriyasının Seysmoloji layihələr departamentinin rəhbəri Rengin Gök, ABŞ Birləşmiş Seysmoloji Tədqiqat İnstitutlarının (IRIS) prezidenti Robert Vudvard, IRIS-in stansiya yerləşdirmə koordinatoru Ryan Bierma, Miçiqan Dövlət Universitetinin Yer və Ətraf Mühit Elmləri departamentinin professoru Kevin Mackey, Gürcüstan Seysmik Monitorinq Mərkəzinin direktoru Tea Qodoladze və digərləri iştirak ediblər.

    Qeyd edək ki, layihə çərçivəsində Ukrayna Elm və Texnologiya Mərkəzinin dəstəyi ilə Azərbaycanda 22 yeni seysmik stansiyanın quraşdırılması nəzərdə tutulur.

    Videokonfransda bildirilib ki, hazırda dünya ölkələrində COVID-19 virusu ilə bağlı pandemiya vəziyyəti davam etdiyindən stansiyaların 2021-ci ilin yanvar ayının sonlarında Azərbaycana gətirilməsi nəzərdə tutulur. Müzakirələr zamanı yeni stansiyaların quraşdırılması üçün yerlərin seçilməsi, alınacaq cihazların parametrlərinə uyğun ilkin hazırlıq işlərinin aparılması və digər texniki məsələlərlə bağlı treninqlərin keçirilməsi qərara alınıb.

  • Azərbaycanda koronavirusla bağlı sevindirici xəbər – RƏSMİ

    “Epidemiyanın inkişafının qanunauyğunluqları var. Bu qanunauyğunluqlar ondan ibarətdir ki, epidemiya başlayır, qalxan istiqamətdə yoluxmaların sayı artır, özünün pik həddinə çatır və müəyyən qədər pikdə qaldıqdan sonra zəifləmə, azalma müşahidə olunur”.

    Bu sözləri TƏBİB-in Elmi Komitəsinin sədri Akif Qurbanov deyib.

    O bildirib ki, Azərbaycanın bir neçə həftə əvvəl keçdiyi dövrü epidemiyanın pik vəziyyəti kimi qiymətləndirir: “Bu vəziyyəti Türkiyə bir neçə ay bundan qabaq keçib. Rusiya da artıq yoluxmaların sayına əsasən, pik vəziyyətdən çıxmaq üzrədir. Hesab edirəm ki, Azərbaycanda da pik vəziyyət artıq qurtarıb və görülən tədbirlər nəticəsində yoluxmaların sayı azalır, epidemik prosesin sönməsinə tərəf gedir.

    Bu günlərdə yoluxma sayları 400-ün altındadır. Yaxın günlərdə yoluxma sayları daha da azalacaq. Müəyyən saylar zamanı karantin rejiminin növbəti yumşaldılması olacaqdır. Amma əhali karantin rejiminin növbəti yumşaldılmasından sonra arxayınlaşmamalı və daha da qəti qoruyucu tədbirlərdən istifadə olunmalıdır. Biz bilməliyik ki, pandemiya getməyib, epidemiya qurtarmayıb, virus bizim aramızdadır və hər an ikinci, üçüncü dalğa gələ bilər”.

  • Bəzi şəxslərə fəxri adlar verildi – SİYAHI

    Prezident İlham Əliyev Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

    “Əməkdar Mədəniyyət İşçisi”

    Bəybalayev Bəybala Nuhbala oğlu

    Əliyev Oqtay Vidadi oğlu

    “Əməkdar Jurnalist”

    Abbasov Azər Arif oğlu

    Abbasov Tofiq Möhsün oğlu

    Ağayev Şakir Habil oğlu

    Ağazadə Aydın Rəhman oğlu

    Bağırov Aydın Rövşən oğlu

    Cəfərov Zahid İlham oğlu

    Eyvazov Elşad Səməndər oğlu

    Əliyev Bağır Murtuza oğlu

    Əliyev Elşən Əli oğlu

    Əliyeva Xatirə İbrahim qızı

    Əliyev Vüqar Zifər oğlu

    Əsgərov Əhməd Məhəmməd oğlu

    Fətullayev Eynulla Emin oğlu

    Hacıyev Rəhman Tofiq oğlu

    Hadiyeva Yeganə Cəlil qızı

    Heydərova Elnarə Valeh qızı

    Həmidi Sevinc Vaqif qızı

    Həsənov Malik Əliheydər oğlu

    Hüseynov Faiq Qismət oğlu

    İsmayılbəyli Süleyman Nəbi oğlu

    Kərimli Sahil Bəxtiyar oğlu

    Kətanov Rabil Məmməd oğlu

    Qasımova Tofiqəxanım Fazil qızı

    Quliyev Bəhruz Vaqif oğlu

    Mehdiyev Allahverdi Məhəmməd oğlu

    Məmmədov Vüsal Fəxrəddin oğlu

    Məmmədova Mətanət Elmixan qızı

    Məmmədova Səadət Həsən qızı

    Mirzəbəyli Elçin Əbdülrəhim oğlu

    Rəsul-zadə Zaur Lətif oğlu

    Rüstəmov İlqar Gülağa oğlu

    Seyfullayev Elburus Ramiz oğlu

    Seyid Abbas Hüseyn oğlu

    Səfərov Hafiz İdris oğlu

    Şükürov Anar Rizvan oğlu

    Tarıverdiyeva Leyla Cavadovna

    Valehov Cəsarət Fikrət oğlu

    Vəliyev Akif Abduləzim oğlu.

  • Prezident bu KİV nümayəndələrini təltif etdi – SİYAHI

    Prezident İlham Əliyev Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilibnlər:

    2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

    Ağayev Mir Şahin Mirdilavər oğlu

    3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

    İsmayılova Nadejda Vasilyevna

    Şıxlinskiy Elçin İsmayıl oğlu

    “Dostluq” ordeni ilə

    Demirel Faruk

    Gut Arye

    Lapaitis Riçardas

    “Tərəqqi” medalı ilə

    Abbasova Cəmilə Səftər qızı

    Abbasova Ətayə Ələmdar qızı

    Abdullayev Sənan Məstəli oğlu

    Abdullayeva Zümrüd Qurban qızı

    Abışova Vüsalə Mahir qızı

    Ağayarov Şərif Ziyadxan oğlu

    Ağayev Etibar Rafiq oğlu

    Albalıyev Şakir Əlif oğlu

    Alxaslı Aytəkin Kamil qızı

    Baxşiyeva Kəmalə Əliiskəndər qızı

    Batıyev Bəhram Əliyaroviç

    Canbaxşiyev Səməd Canbağış oğlu

    Cavadov Salam Allahverdi oğlu

    Cavad-zadə Natiq Əli oğlu

    Cəbrayıllı Anar Ləliş oğlu

    Cəfərov Rizvan Hilal oğlu

    Cəfərov Şahin Cəfər oğlu

    Dadaşova Zamirə Sabir qızı

    Daşdəmirov Mirsədi Cəlil oğlu

    Əfəndiyeva Xavər Mustafa qızı

    Əliyev Akif İsmayıl oğlu

    Əliyev Azad Akif oğlu

    Əliyev Nəsimi Məmməd oğlu

    Əliyev Rauf Feyzulla oğlu

    Əliyeva Qaliya Sosialovna

    Əmrullayev Vüqar Musavəddin oğlu

    Əsədova Gülnar Hacıməmməd qızı

    Haqverdiyev Vüqar Məmməd oğlu

    Həsənov İlqar Musa oğlu

    Həsənova Afət Maqsud qızı

    Həsənova Səbinə Fazil qızı

    Xidirov Nazim Vəli oğlu

    İmanov Vüqar Elbrus oğlu

    İsabalayeva İlhamə Qismət qızı

    İsayeva Ramilə Mayıl qızı

    İsmayılov Radik Arzuman oğlu

    İsmayılov Rufik Afis oğlu

    Kərimli Yusif Sahib oğlu

    Qasımov Füzuli İmran oğlu

    Quliyev Nüsrət Əli oğlu

    Quliyeva Aynur Camal qızı

    Quliyeva Nigar Sabir qızı

    Quluzadə Kənan Vidadi oğlu

    Mayorov Denis Yuryeviç

    Mehdiyev Məhəmmədismayıl Əşrəf oğlu

    Məhərrəmov Elşən Müslüm oğlu

    Mamedov Shakhismail

    Məmmədov Tural Əhməd oğlu

    Məmmədov Aydın Oqtay oğlu

    Məmmədov Elnur Edilman oğlu

    Məmmədov Elşən Ağamirzə oğlu

    Məmmədova Gülnarə Əmir qızı

    Məmmədova Könül Tarix qızı

    Məmmədova Səyyarə Səyyaf qızı

    Məmmədova Yaqut Əfrasiyab qızı

    Mirzəyeva Məhəbbət Bədəl qızı

    Mustafayev Mustafa Kamal oğlu

    Namazov Elçin Sabir oğlu

    Nəzərli Lyudmila Şamilyevna

    Ramazanov Qaşqay Ziyəddin oğlu

    Rüstəmov Akif Rüstəm oğlu

    Rüstəmov Qəhrəman Ənvər oğlu

    Sadıqov Məhəmməd Nərman oğlu

    Salamov Akif Salam oğlu

    Səfərəliyeva Samirə Elxan qızı

    Səfərova Samirə Məmmədhənifə qızı

    Şükürova Könül Arif qızı.

  • Bakıda məşhur restoran barəsində cinayət işi açıldı – RƏSMİ

    Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması istiqamətində mühüm işlər görülür. Lakin bəzi hallarda ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən ətraf mühitin mühafizəsi qaydalarının pozulması halları müşahidə olunur və prokurorluq orqanları tərəfindən belə hallara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilir.

    Belə ki, paytaxtın Nizami rayonu ərazisində yerləşən “Neolit” MMC-yə məxsus “Neolit” restoranının ərazisində olan torpaq sahəsində ağacların məhv edilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş material üzrə Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində yoxlama aparılıb.

    Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat xidməti məlumat yayıb.

    Aparılmış araşdırmalarla “Neolit” restoranının arxa hissəsindəki ərazidə betonlama işləri həyata keçirilərkən ağacların həyətin digər hissəsinə köçürülməsinə görə çinar ağaclarından doqquz ədəd kök üstə quruması, 21 ədəd şam ağacının məhv edilməsi nəticəsində təbiətə 37 min manat məbləğində ziyanın dəyməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Cinayət Məcəlləsinin 259.2.3, 259.2.4 (qanunsuz ağac kəsmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

    Hazırda Baş İdarə tərəfindən istintaqı aparılan cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.

  • Bakıya torpaq yollarla sərnişin daşıyanlar həbs edildi – FOTO/VİDEO

    Karantin qaydalarını pozaraq bölgələrdən paytaxta sərnişinlərin hərəkətinə şərait yaradan daha bir neçə sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.

    Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Həyata keçirilən əməliyyat nəticəsində bu qanunsuz fəaliyyətlə məşğul olan Zaur Kərimov, Ruslan Hüseynli, Azər Aslanov, Teymur Kərimov və sərnişin kimi icazəsi olmadan postdan kənar yollarla paytaxta gəlmək istəyən Oqtay Qədirov tutulub.

    Əməliyyat zamanı sürücülərə xüsusi karantin postundan kənar torpaq yolla keçməyə bələdçilik edən Ələt qəsəbəsi sakini Elməddin Xəlilov da saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxslərin xüsusi karantin qaydalarını pozduqları sübuta yetirilib.

    Saxlanılan şəxslər barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Karantin qaydalarını pozan Azər Aslanov və Elməddin Xəlilov 15, Zaur Kərimov, Ruslan Hüseynli və Teymur Kərimov müvafiq olaraq 10 sutka inzibati qaydada həbs ediliblər.

    Sərnişin kimi icazəsi olmadan Bakı şəhərinə gəlmək istəyən Oqtay Qədirova isə ciddi xəbərdarlıq edilib və o, 200 manat məbləğində cərimə olunub.







  • COVID-19-dan sağalanlar növbəti problemlə üzləşirlər

    COVID-19-dan sağalanlar xəstəliyin şiddətli saç tökülməsinə səbəb olduğunu deyirlər.

    “The Sun” nəşri xəbər verir ki, sosial şəbəkələrdə və mütəxəssislərin qəbulunda insanlar sağalandan sonra yaranan keçəlləşmədən şikayət edirlər.

    “Saçlarımın təxminən 55 faizini itirmişəm və hər gün daha çox tökülür”, – deyən Qreys Dadli xəstəxanadan çıxdıqdan bir ay sonra bunun fərqinə varıb.

    COVID-19 xəstələrinə dəstək qrupunun yaradıcısı, koronavirusdan sağalan Luiza Barns qeyd edir ki, qrup üzvlərinin üçdə birindən çoxu, özü də daxil olmaqla, qismən saç tökülmədən əziyyət çəkməyə başlayıblar.

    Həkimlərin fikrincə, bu hadisə koronavirus infeksiyasının əsas simptomlarından biri – temperaturun artması ilə əlaqələndirilə bilər.

  • İspaniyada Azərbaycana dəstək aksiyası keçirilib – FOTO

    İspaniya Azərbaycanlılar Birliyinin təşəbbüsü ilə Ermənistanın Madriddəki səfirliyinin binası qarşısında etiraz aksiyası keçirilib.

    AZƏRTAC xəbər verir ki, ermənilər aksiyaya qatılan soydaşlarımızı təxribata sövq etsələr də, mübariz həmvətənlərimiz soyuqqanlılıqla onları susdura biliblər. İspaniya polisinin müdaxiləsi ilə ermənilər ərazidən uzaqlaşdırılıb.

    Tədbirdə İspaniya Azərbaycanlılar Birliyinin sədri Vahid İmanov, Yeni Yazarlar Sənətçilər Birliyinin Avropa təmsilçisi şair Səfa Rəşid, Valensiya Azərbaycanlıları Cəmiyyətinin sədri Mübariz İbrahimov, İspaniya-Azərbaycan Mədəniyyət və Ticarət Assosiasiyasının sədri Fərid Mustafayev, İspaniyanın Torlaveqa şəhərində “Qarabağ” idman klubunun təsisçisi Şamo Eyvazov, Diasporla İş üzrə Dövlət Komitəsinin İspaniyadakı Koordinasiya Şurasının əlaqələndiricisi Yaqut Novruzova, fəal Cəmil Quliyev, digər bölgələrdən, eləcə də Madriddən və Barselonadan gələn soydaşlarımız iştirak ediblər.

    Aksiya zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatların sərt şəkildə qınandığı bəyanat oxunub, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Sonra aksiya iştirakçılarının Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov ilə görüşü olub.

    Görüşdə tədbir iştirakçıları Prezident, Ali Baş Komandan İlham Əliyevin çağırışına dəstək olaraq səfərbərlik elan ediləcəyi təqdirdə bir nəfər kimi Vətəni qorumağa hazır olduqlarını bəyan ediblər.