Month: July 2020

  • Türkiyədə koronavirus xəstələrinin sayı 222,4 mini keçdi

    Bu gün Türkiyədə koronavirusa daha 902 nəfər yoluxub.

    “Report”un məlumatına görə, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

    Nazirin sözlərinə görə, bununla da ölkədə koronavirus xəstələrinin ümumi sayı 222 402 nəfərə çatıb.

    Bu gün qonşu ölkədə daha 19 nəfər koronavirusdan ölüb. Bununla da pandemiya qurbanlarının ümumi sayı 5 545 nəfərə yüksəlib.

    Eyni zamanda daha 1 203 pasiyent sağalıb. Beləliklə Türkiyədə koronavirusdan sağalanların ümumi sayı 205 214 nəfərə çatıb.

  • Reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlandı

    Azərbaycanda reanimasiyada olan koronavirus xəstələrinin sayı 322 nəfərdir.

    Bu barədə “Report” TƏBİB-ə istinadən xəbər verir.

    Məlumata görə, hazırda süni tənəffüs cihazında olan xəstələrin sayı 65 nəfərdir.

  • Abşeron Suvarma kanalına çirkab sular axıdan sürücü tutuldu – VİDEO

    Bir neçə gün əvvəl sosial şəbəkələrdə Abşeron Suvarma kanalına naməlum avtomobillə çirkab sularının axıdılması barədə məlumat yayılıb. Məlumat dərhal Daxili İşlər Nazirliyinin nəzarətinə götürülüb.

    Bununla bağlı DİN-in Mətbuat Xidməti məlumat yayıb.

    Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsində aparılan araşdırmalar zamanı məlum olub ki, qeyd edilən çirkab sular kanala “ZİL MMZ” markalı 99-SR-115 dövlət qeydiyyat nişanlı, Sabunçu rayon sakini Hümbət Hümbətovun idarə etdiyi avtomobildən axıdılıb.

    Sürücü dərhal müəyyən edilərək Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsində gətirilib. O, izahatında qeyd edilən hadisəni törətdiyini və əməlindən səmimi peşman olduğunu bildirib.

    Hümbət Hümbətov barəsində Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və o, ciddi xəbərdarlıq edilərək cərimə edilib.

  • Rusiyada nazir koronavirusdan öldü

    Rusiyanın Sverdlovsk vilayətinin Kənd Təsərrüfatı və İstehlak Bazarı üzrə naziri Dmirti Deqtyaryev ölüb.

    Bununla bağlı vilayətinin qubernatoru Yevqeniy Kuyvaşyev “Instagram” hesabında məlumat verib.

    Onun sözlərinə görə, koronavirusa yoluxan naziri həkimlər süni tənəffüs aoaratına qoşsalar da, həyatını xilas etmək mümkün olmayıb.

    Sverdlovsk vilayəti Rusiyanın regionları arasında koronavirusa yoluxmaya görə dördüncü yerdədir: 18 484 nəfər COVID-19-a yoluxub, onlardan 210-u ölüb.

  • Уничтожен очередной тактический БПЛА Армении – ФОТО

    Вечером 22 июля подразделения вооруженных сил Армении, используя тактический беспилотный летательный аппарат (БПЛА) “X-55”, предприняли попытку осуществить разведывательный полет над позициями подразделений Азербайджанской Армии в направлении села Агдам Товузского района на армяно-азербайджанской государственной границе.

    Как сообщили Oxu.Az в пресс-службе Минобороны, очередной БПЛА противника также был немедленно обнаружен и уничтожен подразделениями ПВО Азербайджана.

    Следует отметить, что это третий вражеский БПЛА, уничтоженный за последние два дня.

  • Azərbaycan Ordusu Ermənistanın daha bir PUA-sını məhv etdi – FOTO

    İyulun 22-si axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri “X-55” taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonunun Ağdam kəndi istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

    Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.

    Qeyd edək ki, bu son iki gündə məhv edilən 3-cü düşmən PUA-sıdır.

  • Gəncədə 26 yaşlı oğlanı ildırım vuraraq öldürüb

    Gəncə şəhərində gənc oğlanı ildırım vurub.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Azər Novruzovu ildırım vurub. Nəticədə o, dünyasını dəyişib.

    Qeyd edək ki, Gəncə şəhərində bir müddət hava şəraiti yağıntılı olub.

  • “Tik-tok”da narkotik vasitələrin qəbulunu təbliğ edən “Maya” və “Banu” saxlanıldı – YENİLƏNİB

    “Tik-tok” sosial şəbəkəsində müxtəlif profillər açaraq narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan və buna görə guya polis əməkdaşlarının onları cəzalandırmadığını bildirən şəxslər saxlanılıblar.

    Daxili İşlər Nazirliyindən “Report”a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi, Səbail Rayon Polis İdarəsinin 39-cu və Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölmələrinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər – sosial şəbəkələrdə “Maya” və “Banu” adları ilə qeydiyyatdan keçən Murad Kərimov və Həbib Şahniyarov saxlanılıblar. Həmin şəxslər ifadələrində qeyd edilən sosial şəbəkədə narkotik vasitələrin qəbulunu təbliğ etdiklərini etiraf ediblər.

    Murad Kərimov və Həbib Şahniyarov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb və onlar inzibati qaydada cəzalandırılıblar.

  • İyul ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi başa çatdırılıb

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyul ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi başa çatdırılıb.

    ƏƏSMN-dən “Report”a verilən məlumata görə, qeyd edilən sosial təminat növləri üzrə vəsaitlər müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.

    Bundan əvvəl iyulun 15-dək isə bu ayın bütün pensiyaları, o cümlədən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiyaları ödənilib.

    Pensiya vəsaitləri kimi, müavinət, təqaüd və kompensasiyalarını da vətəndaşlar istənilən bankın bankomatlarından qəbul edə bilərlər. Bu zaman hər hansı faiz tutulmur.

    Yaxın günlərdə isə iyul ayı üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq.

  • Посольство: Никаких препятствий для пересечения гражданами Грузии границы с Азербайджаном нет

    Начиная с вечера вчерашнего дня и на сегодняшний день 221 гражданин Грузии пересек границу с Азербайджаном. Никаких проблем с этим вопросом нет.

    Об этом Report заявила консул Грузии в Азербайджане Натиа Церетели.

    Она отметила, что не может идти и речи о том, что Грузия не принимает своих граждан.

    «Этнические азербайджанцы, грузины, не имеет значения. Для нас в первую очередь они – граждане Грузии. Что касается того, что кто-то стоял на границе, это было связано с техническими вопросами с обеих сторон, так как часть людей, которая приехала для того, чтобы пересечь границу, не уведомила об этом наше посольство. Это обязательный момент, мы перед этим должны их зарегистрировать. Для этого необходимо либо позвонить на горячую линию, либо явиться в посольство. Мы должны наладить все технические нюансы, в частности, связанные определением мест их размещения на карантин. Кроме того, у многих наших граждан, находящихся в Азербайджане, в связи с ситуацией вокруг пандемии истек срок действия документов и регистраций. Прежде всего, необходимо решить эти проблемы с нашей помощью, чтобы долго не ждать на границе или покидать Азербайджан со штрафами. С нашей стороны никаких проблем нет»,- сказала дипломат.

    Н. Церетели также подчеркнула, что Грузия попросила азербайджанскую сторону, в частности, оперативный штаб по борьбе с коронавирусом при кабмине Азербайджана, содействовать вывозу наших граждан во время карантина.

    «И это было любезно сделано. Еще раз хотим поблагодарить официальные власти страны и кабмин, который откликнулся на нашу просьбу и принял соответствующее решение. До сегодняшнего момента из Азербайджана уже эвакуировано свыше 1 000 граждан Грузии и данный процесс никоим образом не может быть остановлен»,- заключила консул Грузии в Азербайджане Натиа Церетели.

    Напомним, ранее диппредставительство также призвало граждан Грузии пройти регистрацию до возвращения в страну, позвонив по номеру “горячей линии” (050) 250 07 10 или посетив посольство.