Sosial şəbəkələrdə metronun “Koroğlu” stansiyasında polis əməkdaşının xüsusi karantin rejimi dövründə küçəyə çıxma icazəsinin olub-olmadığını yoxlamaq məqsədilə bir qadını saxlayan, daha sonra həmin qadının sosial şəbəkədəki səhifəsinə tanışlıq üçün yazan polis işdən çıxarılıb.
DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Bu barədə Oxu.Az-a açıqlamasında bildirib ki, aparılan araşdırmalar zamanı polis əməkdaşı barədə irəli sürülən fakt təsdiqin tapıb:
“Polisə yaraşmayan davranışlarına görə Zahir Abbasov Daxili İşlər orqanlarından xaric edilib”.
В Шекинское районное управление полиции поступила информация о том, что житель села Ашагы Лаисгы Мехман Юсифов в нарушение правил карантина хочет организовать застолье с участием 20 человек.
Как сообщили в региональной группе пресс-службы МВД, сотрудники правоохранительных органов пресекли проведение мероприятия.
В отношении организатора и еще четырех человек были составлены протоколы по статье 211 Кодекса об административных проступках. Все они оштрафованы на 200 манатов.
Şəki Şəhər Rayon Polis Şöbəsinə rayonun Aşağı Layısqı kənd sakini Mehman Yusifovun xüsusi karantin rejimini pozaraq, məclis təşkil etməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvana gəliblər.
Ev sahibi M.Yusifovun 20-dən artıq şəxsi bir yerə toplayaraq, məclis təşkil etdiyi və karantin rejimi qaydalarını pozduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən məclisin keçirilməsinin və insanların bir yerə toplaşmasının qarşısı alınıb.
Həmçinin, orada olanlara karantin rejiminin qaydaları və tələbləri bir daha izah olunub.
Məclisi təşkil edən beş nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək, hər biri 200 manat məbləğində cərimələnib.
В Баку страдающая психическим расстройством женщина едва не довела своего пятимесячного ребенка до смерти.
Как передаёт Median.Az, об этом oxu.az сообщила председатель Союза детей Азербайджана Кямаля Агазаде.
По ее словам, вчера соседка принесла младенца в детскую клиническую больницу №2 имени А.Ф.Гараева, где он сейчас и находится.
“Семья живет в поселке Бина Хазарского района в крайней нищете. Вес ребенка из-за постоянного голода едва достигает 2 кг. Мать страдает психическим расстройством. Она считает, что ребенок ей дарован Богом и никому нельзя прикасаться к нему. Младенец находится между жизнью и смертью. Есть проблемы с печенью и в области паха”, – сказала К.Агазаде.
Она также призвала Государственный комитет по проблемам семьи, женщин и детей принять необходимые меры.
“Bakıda beş aylıq uşaq ruhi xəstə valideynin ucbatından ölümə məhkum edilib”.
Bunu Oxu.Az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib.
Onun sözlərinə görə, uşaq A.F.Qarayev adına 2 saylı Uşaq Kliniki Xəstəxanasına yerləşdirilib:
“Ailə Xəzər rayonu, Binə qəsəbəsində səfalət içində yaşayır. Beş aylıq uşağın aclıqdan iki kiloqram çəkisi qalıb. Ana ruhi xəstədir. Deyir “Mən vergiliyəm, uşağıma kimsə dəyə bilməz”. Uşaq ölüm və həyat arasındadır. Onun qasıq yırtığı və qaraciyərlə bağlı problemi də var.
Dünən qonşu azyaşlı uşağı məcburi şəkildə xəstəxanaya yerləşdirib”.
K.Ağazadə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə çağırış edib:
“Komitəyə səslənirəm. Bu qurum son vaxtlar çox aktiv şəkildə çalışır. Onların köməyilə neçə uşağı ağır vəziyyətdən xilas etmişik”.
Xırdalanda yol problemi bitmək bilmir. Hətta bəzi küçələrdə yol infrastrukturunun bərpası üçün ötən il Prezident İlham Əliyev külli miqdarda vəsait də ayırıb. Amma hazırda həmin ərazilərdə kələ-kötür yollardan başqa gözə çarpan nəsə yoxdur. Elə sakinlər də illərdir həll olunmayan yol problemlərindən bezib.
Baku TV xəbər verir ki, yolların bu vəziyyətdə olması sürücüləri də narahat edir.
Onlar deyir ki, kələ-kötür yollar səbəbindən avtomobillərin ehtiyat hissələri tez-tez sıradan çıxır.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildiriblər ki, həmin ərazilərdə hazırda təmir işləri aparılır. Lakin bütün küçələrin tam bərpasının başa çatdırılması ilin sonuna qədər çəkəcək.
“Xırdalan şəhərində 5,1 km uzunluğu olan H.Əliyev küçəsinin və 5,4 km uzunluğunda Nizami, Hacı Zeynalabdin Tağıyev, Səttar Bəhlulzadə və Qalubiyyə küçələrinin təmiri nəzərdə tutulurdu. Nizami və Qalubiyyə küçələrində təmir yekunlaşıb. H.Z Tağıyev və S.Bəhlulzadə küçələri də ilin sonuna qədər təmir olunacaq”, – deyə AAYDA-nın sözçüsü Anar Nəcəfli bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyev Xırdalan şəhərində yol infrastrukturunun bərpası üçün ümumilikdə 6,9 milyon manat vəsait ayırıb. Amma ayrılan vəsaitlərə rəğmən, Xırdalan şəhərində bir çox daxili yollar, o cümlədən elə aşağıdakı süjetdə işıqlandırılan H.Z.Tağıyev küçəsi təmirsiz qalıb.
Подразделения вооруженных сил Армении в течение суток 38 раз нарушили режим прекращения огня в различных направлениях фронта.
Об этом 22 июля сообщает пресс-служба Минобороны Азербайджана.
С позиций в селах Мосесгех, Чинари Бердского района, в селе Джил и на безымянных высотах в Чамбаракском районе Армении подверглись обстрелу расположения азербайджанской армии в селах Алибейли, Агбулаг Товузского и в селe Заманлы Гедабейского районов.
Оборонное ведомство отмечает, что обстрел также велся с позиций близ оккупированных сел Чилябюрт – Тертерского, Юсифджанлы, Мерзили – Агдамского, Ашагы Вейселли, Гараханбейли, Ашагы Сейидахмедли, Горган, Кюрдляр, Горадиз – Физулинского, Нюзгяр и Мехдили – Джебраильского районов, а также с безымянных высот в Ходжавендском районе.
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 38 dəfə pozub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağbulaq kəndlərində, Çəmbərək rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin, Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.