Month: July 2020

  • Президент Ильхам Алиев опубликовал пост в связи с Днем национальной печати – ФОТО

    Президент Азербайджана Ильхам Алиев опубликовал в Facebook пост в связи с Днем национальной печати, который отмечается 22 июля.

    В публикации говорится:

    “Азербайджанская пресса всегда играла важную роль в жизни страны, являясь носителем идей просвещения, современности и независимости, основы которых были заложены газетой “Экинчи”.

  • İlham Əliyevdən Milli Mətbuat Günü ilə bağlı paylaşım – FOTO

    Prezident İlham Əliyev 22 iyul – Milli Mətbuat Günü ilə bağlı “Facebook” hesabında paylaşım edib.

    Paylaşımda deyilir:

    “Əsası “Əkinçi” ilə qoyulan, maarifçilik, müasirlik və müstəqillik ideyalarının daşıyıcısı olan Azərbaycan mətbuatı hər zaman ölkəmizin həyatında mühüm rol oynamışdır”.

  • Число инфицированных коронавирусом в мире превысило 15 000 000

    По данным на утро 22 июля, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 15 097 649.

    За весь период пандемии скончались 619 558 человек, выздоровел – 9 115 481.

    Больше всего инфицированных в США (4 028 569). На 2-м месте – Бразилия (2 166 532), на 3-м – Индия (1 194 085). В первую пятерку также входят Россия (783 328) и ЮАР (381 798).

    По числу жертв инфекции лидируют Соединенные Штаты – 144 953, вылечились 1 886 583 человека.

    Иран с 278 827 заболевшими занимает 11-е место, Турция (221 500) – 15-е.

    В Армении коронавирусом заразились 35 254 человека, в Грузии – 1 049.

    Среди соседних стран наиболее высокая смертность от COVID-19 зафиксирована в Иране – 14 634 летальных исхода.

    На сегодняшний день в Азербайджане подтверждены 28 242 случая инфицирования коронавирусом, 19 939 человек вылечились, 376 – скончались.

  • Koronavirusa yoluxanların sayı 15 milyonu keçdi – STATİSTİKA

    Dünyada 15 097 649 nəfərdə koronavirus aşkarlanıb.

    Virusdan 619 558 nəfər ölüb, 9 115 481 nəfər sağalıb.

    Ölkələr arasında koronavirusa yoluxma sayına görə ABŞ (4 028 569 nəfər), Braziliya (2 166 532 nəfər) və Hindistan (1 194 085 nəfər) ilk sıralardadır.

    Azərbaycanın sərhəd qonşusu Rusiya koronavirusa yoluxma sayına görə (783 328 nəfər) dördüncüdür.

    Digər qonşularımızdan İranda 278 827, Türkiyədə 221 500, Ermənistanda 35 254, Gürcüstanda 1 049 nəfərdə koronavirusa yoluxma halı müəyyən edilib.

    Azərbaycanda koronavirus indiyə qədər 28 242 nəfərdə aşkar edilib. Onlardan 376-sı vəfat edib, 19 939 nəfər sağalıb.

  • Ayı turistlərə yaxınlaşlıb onlarla selfi çəkdirdi… – VİDEO

    Qara ayı turistlərə yaxınlaşır, onları iyləyir və hətta selfi çəkdirdikdən sonra uzaqlaşır.

    “Daily Mail”in verdiyi məlumata görə, maraqlı görüntülər Meksikadakı Ekoloji Çipink parkında çəkilib.

    Kadrları izləyənlər ayının hərəkətinə təəccübləndikləri qədər səyyahların, xüsusən selfi çəkən qadının sakit reaksiyasından da heyrətə düşüblər. Kadrlar paylaşıldığı andan iki milyondan çox izlənmə sayı toplayıb.

  • Göygöldə elektrik cərəyanı gənci vuraraq öldürüb

    Göygöl rayonunda yerli sakini elektrik cərəyanı vurub.

    “Report”un məlumatına görə, hadisə Pənahlılar kəndində qeydə alınıb.

    Kənd sakini olan gənc oğlan iş görən zaman ehtiyatsızlıqdan elektrik cərəyanı onu vuraraq öldürüb.

    Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

  • Национальной печати Азербайджана исполнилось 145 лет

    Сегодня, 22 июля, отмечается 145-я годовщина со дня основания национальной печати Азербайджана.

    В этот день в 1875 году вышел в свет первый номер газеты “Экинчи”, основанной Гасан беком Зардаби.

    Сейчас 22 июля отмечается как День национальной печати.

    В конце XIX – начале XX века национальная пресса Азербайджана значительно повлияла на формирование национального самосознания, что не в последнюю очередь способствовало созданию первой демократической республики на всем Востоке и предоставлению права голоса женщинам уже в 1919 году, в то же время, что и, например, в Соединенных Штатах.

    С 1980-х годов национальная пресса республики выполняет миссию свободной и демократической прессы, утверждает принципы свободы слова и мысли, является источником оперативной информации, пропагандирует идеи плюрализма и толерантности.

    Указом Президента Гейдара Алиева от 16 августа 1998 года “О мерах по обеспечению в Азербайджанской Республике свободы слова, мысли и информации” была ликвидирована цензура средств массовой информации в стране.

    Этот указ дал серьезный толчок ускоренному развитию СМИ, определил также основные направления широкой государственной программы в сфере повышения их эффективности.

    Азербайджан присоединился к глобальной информационной системе. Как и во многих демократических странах, в Азербайджанской Республике создан Совет прессы, а также принят закон “О средствах массовой информации” (7 декабря 1999 года).

    Поздравляем всех коллег с профессиональным праздником, желаем новых творческих успехов!

  • Azərbaycan milli mətbuatının 145 yaşı olur

    Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 145 il ötür.

    Ölkədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.

    Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir.

    Böyük çətinliklərdən sonra o, Bakıda ana dilində “Əkinçi” qəzetinin nəşr edilməsi üçün icazə almışdı. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdı. “Əkinçi” qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu. 1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdü. “Əkinçi” qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb. Lakin “Əkinçi”nin ömrü uzun sürmədi.

    Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başladı və sonda qəzetin nəşrini dayandırdı.

    O vaxtdan ötən illər ərzində müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb.

    1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.

    Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan – qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə “Əkinçi” qəzetinin nəşrə başladığı gün – 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başladı.

    Bu gün peşə bayramını qeyd edən bütün həmkarlarımızı təbrik edirik.

  • Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var

    Hacıqabulda ağır yol qəzası olub.

    APA-nın məlumatına görə, hadisə Hacıqabulun Padar kəndi ərazisində qeydə alınıb. “Toyota Prado” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü və üç nəfər sərnişin müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.

    Sabirabad rayonunun Yolçubəyli kənd sakini, 1980-ci il təvəllüdlü Mikayılov Teyyub Qulaməli oğlu Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsində vəfat edib.

    Faktla bağlı araşdırma aparılır.

  • Müharibə əlillərinə 400 avtomobil təqdim olunacaq

    Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncam Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olmuş, Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak edib əlilliyi olmuş şəxslərin, II dünya müharibəsi əlillərinin və onlara bərabər tutulanların sosial müdafiəsinə xüsusi qayğısının növbəti təzahürüdür.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) verilən məlumata görə, Sərəncamda qeyd olunan kateqoriyalardan olan vətəndaşların xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillərlə təminatının gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon 878 min 20 manat ayrılması tapşırılıb.

    Bu da cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlillərinə və onlara bərabər tutulanlara ümumilikdə 400 avtomobilin təqdim olunmasına imkan verəcək.

    Pandemiyanın məhdudiyyətlərinə baxmayaraq, Prezident İlham Əliyevin tapşırığına əsasən bu il heç bir sosial proqram təxirə salınmadı, əksinə, bu proqramlar uğurla davam etdirilməklə əhəmiyyətli dərəcədə genişləndirilir. Belə proqramlardan biri də ölkəmizin ərazi bütövlüyünün müdafiəsi və 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar, habelə hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslərin, Böyük Vətən müharibəsi əlillərinin, Çernobıl əlillərinin dövlət hesabına minik avtomobilləri ilə təmin olunmasıdır. 2018-ci ildə həmin şəxslərə 265 avtomobil verilibsə, 2019-cu ildə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600 avtomobil verilib. Bu il daha 400 avtomobil veriləcək. Artıq 150 avtomobil öz sahiblərinə təqdim edilib.

    Ümumilikdə indiyədək müharibə əlilləri və onlara bərabər tutulanlara 6900 minik avtomobili verilib.