Month: July 2020

  • Bakıda temperatur enəcək, rayonlarda leysan yağacaq

    İyulun 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 28-31, Bakıda gecə 22-24, gündüz 28-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

    Abşeron çimərliklərində güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti təşkil edəcək.

    22 iyulda Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacaq.

    İyulun 22-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda havanın temperaturunun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.

  • “Könüllü döyüşə getmək istəyənlərin sayı 50 000-i ötüb” – RƏSMİ

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən 50 500-ə yaxın vətəndaş bugünədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə elektron qaydada, həmçinin Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək haqqında könüllü olaraq öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıblar.

    Bu barədə Dövlət Xidmətindən məlumat verilib.

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti göstərdikləri yüksək vətənpərvərliyə görə vətəndaşlarımıza bir daha təşəkkürünü bildirir.

  • Акция протеста азербайджанцев перед представительством ООН в Украине – ВИДЕО

    21 июля перед зданием представительства ООН в Украине прошла акция протеста против армянских провокаций и в поддержку азербайджанской армии.


    В ней приняли участие наши соотечественники, представители Объединенной диаспоры азербайджанцев Украины и местной общественности.

  • Azərbaycan diasporu BMT-nin Ukraynadakı nümayəndəliyinin qarşısında etiraz aksiyası keçirib – VİDEO

    Ukraynada Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədində hərbi təxribatlar törətməsinə və bu təcavüzkar ölkənin Azərbaycan torpaqlarını işğal altında saxlamasına etiraz olaraq yürüş-nümayiş keçirilir.


    Etiraz aksiyasında azərbaycanlılar və ölkəmizə dost münasibəti bəsləyən yerli ictimaiyyət nümayəndələri iştirak edirlər.

    Etiraz aksiyası Azərbaycan diasporunun BMT-nin Ukraynadakı nümayəndəliyinin qarşısında başlayıb.

  • Azərbaycan – Ermənistan sərhədində vəziyyət yenidən gərginləşdi: İki erməni hərbçi yaralandı – RƏSMİ

    “Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət stabil gərgin olaraq qalır. Cəbhənin müxtəlif istiqamətlərində düşmən tərəfindən atıcı silahlardan istifadə olunmaqla atəşkəs rejimi pozulur”.

    Bununla bağlı Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı Median.Az-ın sorğusuna cavab olaraq deyib.

    “Düşmənin ön xətdə fəallığının qarşısı bölmələrimiz tərəfindən alınır. Görülən qabaqlayıcı tədbirlər nəticəsində Ermənistan ordusunun iki hərbi qulluqçusu ağır yaralanıb”.

    Qeyd edilib ki, bu gün gecə saatlarından başlayaraq Ağdam və Tovuz istiqamətlərində düşmənin 2 PUA-sı da məhv edilib.

  • ABŞ-ın İllinoys ştatında erməni işğalçılığına etiraz aksiyası – VİDEO

    ABŞ-ın İllinoys ştatının Skoki şəhərində Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin hərbi təxribat törətməsi və təcavüzkar ölkənin Azərbaycana qarşı işğalçı siyasəti ilə bağlı etiraz aksiyası keçirilib.

    Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

  • Bir sıra vergi ödəyicilərinin icazələri məhdudlaşdırılacaq – XƏBƏRDARLIQ

    “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ilə bir sıra iş və xidmət sahələrinin fəaliyyəti məhdudlaşdırılıb, sərt karantin rejiminin tətbiq edildiyi ərazilərdə hüquqi və fiziki şəxslərin işçi heyətinin işə çıxması “icaze.e-gov.az” portalı vasitəsilə, fəaliyyət sahələri üzrə işçi sayına məhdudiyyət tələbləri nəzərə alınmaqla həyata keçirilir.

    İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, karantin rejiminin tələblərinə əməl edilməsi vəziyyətinin yoxlanması ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən aparılan reydlər zamanı Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında nəzərdə tutulmayan fəaliyyət sahələrə aid olan bir sıra vergi ödəyicilərinin obyektlərinin fəaliyyət göstərməsi halları müəyyən edilib.

    Bu halların araşdırılması məqsədilə Nazirlər Kabineti vasitəsilə İqtisadiyyat Nazirliyinə və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (“ASAN Xidmət”) müraciət edilib. Aparılan araşdırmalarla müəyyən edilən hallar üzrə ilkin mərhələdə bir sıra vergi ödəyicilərinin icazələrinin məhdudlaşdırılması nəzərdə tutulur.

    Aparılan məhdudlaşmalar barədə vergi ödəyicilərinin vaxtında məlumatlandırılması məqsədilə Dövlət Vergi Xidməti tərəfindən həmin icazələri almış şəxslərin elektron kabinetlərinə bildirişlər və vergi orqanlarında mövcud olan mobil telefon nömrələrinə məlumat xarakterli SMS-lər göndərilib.

    Müvafiq xəbərdarlıq məlumatı almış vergi ödəyiciləri iki gün ərzində öz uçot məlumatlarını Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında nəzərdə tutulan fəaliyyətinə icazə verilən sahələrə aid olduqları halda dəqiqləşdirməli, habelə fəaliyyətinə icazə verilən sahələrə aid olmayan vergi ödəyiciləri mühafizə və texniki təhlükəsizliklə bağlı işçilərinin sayı barədə Dövlət Vergi Xidmətinə məlumat verməlidirlər.

    Belə məlumatı təqdim etməyən, habelə uçot məlumatlarını dəqiqləşdirməyən vergi ödəyiciləri üzrə aktiv icazələrin ləğv edilməsi ilə bağlı məlumatlar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə göndəriləcək.

    Eyni zamanda, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən vergi ödəyicilərinin uçot-baza məlumatları üzrə araşdırmalar davam edir.

    Bu araşdırmalar nəticəsində müəyyən edilib ki, bir sıra vergi ödəyicilərinin mövcud uçot məlumatları, əsas və əlavə fəaliyyət istiqamətləri, obyektlərinin müvafiq qaydada uçota qoyulması ilə bağlı mövcud məlumatlarında qeyri-dəqiqliklər vardır və xəbərdarlıq edilməsinə baxmayaraq, bu günə qədər həmin məlumatlarının dürüstləşdirilməsi həyata keçirilməyib.

    Fəaliyyətinə icazə verilməyən sahələrdə çalışan və uçot məlumatlarını dəyişməklə icazələr sistemində qeydiyyatdan keçməyə cəhd edən vergi ödəyiciləri müəyyən edilərsə, onların icazələri ləğv ediləcək.

    Bəzi hallarda isə faktiki fəaliyyətləri icazə verilən sahələrə aid olmasına baxmayaraq, bir sıra sahibkarların uçot baza məlumatlarında mövcud olan qeyri-dəqiqlik onların icazələr sistemində aktivləşdirilməsi imkanlarını məhdudlaşdırır. Bu baxımdan sahibkarlar uçot məlumatlarına diqqətlə yanaşmalı, mövcud olan çatışmazlıqları aradan qaldırmalıdırlar.

    Məlumat üçün bildirilir ki, “icaze.e-gov.az” vasitəsilə iyulun 17-nə 71.103 sahibkarlıq subyektinə 731.943 icazə verilib.

    Sahibkarlıq subyektləri yarana biləcək suallarla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsindəki elektron kargüzarlıq sistemi vasitəsilə müraciət edə bilərlər.

    Xüsusi karantin rejimi dövründə icazələrin alınması ilə bağlı əlavə məlumatı İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin rəsmi saytlarında yaradılmış xüsusi səhifələr vasitəsilə əldə etmək mümkündür:

    https://economy.gov.az/article/xususi-karantin-rejiminin-sertleshdirilmesi-dovrunde-icazelerin-alinmasi/31061

    https://www.taxes.gov.az/az/page/xususi-karantin-rejiminin-sertlesdirilmesi-dovrunde-icazelerin-alinmasi

  • Ильхам Алиев и Мехрибан Алиева на церемонии предоставления квартир и автомобилей семьям шехидов в Баку – ФОТО

    21 июля в Баку состоялась церемония предоставления квартир и автомобилей семьям шехидов и инвалидам войны.

    Как сообщает АЗЕРТАДЖ, в церемонии приняли участие Президент Азербайджана Ильхам Алиев и Первый вице-президент Мехрибан Алиева.






















  • İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində – FOTO

    İyulun 21-də Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimi keçirilib.

    AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva təqdimat mərasimində iştirak ediblər.






















  • Şəhid atası: “Mənə qismət olmayan şəhidlik zirvəsinə oğlum yüksəldi” – VİDEOREPORTAJ

    İyulun 12-dən etibarən Azərbaycan – Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində gedən ağır döyüşlər zamanı şəhid olan Vətənin igid övladlarından biri də İsmayıllı rayonunun Balik kənd sakini Xəyyam Daşdəmirovdur.

    Baku TV-nin əməkdaşları Vətən uğrunda canını fəda edən qəhrəmanımızın doğulduğu Balik kəndindəki evinə yollanıblar.

    Şəhid Xəyyam Daşdəmirov üç ay öncə hərbi xidmətə yola düşmüşdü. “Mən hərbi xidmətə yola düşəcəyəm, Vətən məni gözləyir” deyərək, sevincini ilk dəfə atası ilə bölüşmüşdü qəhrəmanımız.

    Onun cəsurluğu, Vətənə olan sevgisi ailədən qaynaqlanır. Hələ Birinci Qarabağ Müharibəsi dövründə şəhidimizin atası Məhəmməd Daşdəmirov qızğın döyüşlərin iştirakçısı olub.

    “Mənə şəhidlik qismət olmadı, bu zirvəyə övladım Xəyyam yüksəldi” deyir şəhid atası…

    Bəli, bu gün öz qanı, canı bahasına Vətənin müdafiəsi uğurunda gedən döyüşdə qəhrəmancasına şəhid olan Xəyyam cəsurluğu ilə düşmənə meydan oxuyaraq, şəhidlik zirvəsinə yüksələn igidlərimizdəndir.

    Anası onun uşaqlıqdan bəri Vətənə bağlı böyüdüyünü deyir. Məktəb illərində qazandığı uğurlar, idman sahəsində əldə etdiyi nailiyyətləri onun cəsurluğundan xəbər verirdi. Hərbi xidmətə yola düşəndə dinlədiyi “Ana, mən şəhid olacağam” müsiqisi isə şəhid anasının ürəyinə qürurlu bir xal salmışdı.

    Babası Şükür kişi isə Xəyyamın şəhidlik xəbərini almazdan bir həftə öncə ona göndərdiyi pulu xərcləməyə qismət olmadığını deyir. Amma qürurlu baba “təki Vətən sağ olsun” deyərək, ağrı-acısını ürəyində yaşayır.

    Hər iki nənə üçün nəvə övladdan da əzizdir. Onlar Xəyyamı körpəliyində qucaqlarında böyütmüşdülər. Hələ nənələrin arzuları da var idi. Onlar Xəyyamı ağ örpəkdə yox, bəylik geyimində görmək istəyirdilər. Ancaq yurd sevgisi “Vağzalı” sədalarını Vətənin harayına səsləyən marşlarla əvəzlədi Daşdəmirovların ocağında.

    Dövlətin qayğısı isə hər zaman şəhid ailələrinin üzərindədir.

    Bu gün Xəyyam Daşdəmirovlar ailəsinin deyil, bütün Azərbaycanın qəhrəman övladına çevrilib. Onun məzarına hər gün yüzlərlə inşan baş çəkir, qəbrini ehtiramla ziyarət edirlər.

    Jurnalistlər də igid övladımızı, Vətən uğrunda canını qurban verən qəhrəmanımızı ziyarət etmək üçün dəfn oldunduğu Balik kənd qəbiristanlığına üz tutublar.

    Torpaq uğrunda ölən varsa, Vətəndir. Şəhidlərimiz torpağın altına yox, onları sevən milyonların qəlbinə köçür. Allah bütün şəhidlərimizə rəhmət etsin…