Boks üzrə keçmiş dünya çempionu Mayk Tayson yeni məşq videosunu paylaşıb.
54 yaşlı Tayson “Instagram” səhifəsində zərbələrlə qol və ayaq əzələlərini gücləndirdiyi görüntüləri yerləşdirib.
İzləyiciləri onu paylaşımına “54 yaş… İnanılmazdır”, “Qardaş, sən elə bil zəncirdən buraxılmısan, sən ki insan da öldürə bilərsən, niyə belə zərbələr endirirsən?”, “Bu, necə ola bilər?” kimi rəylər yazıblar. Bununla yanaşı, bəzi izləyiciləri onun sürətli zərbələri ilə qürrələndiklərini qeyd ediblər.
Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Serbiyanın Ermənistana silah satması məsələsinə münasibət bildirib.
H.Hacıyev Tovuz hadisələrində həsr olunan mətbuat konfransında deyib ki, Ermənistana silah satışı ilə bağlı Serbiya tərəfi məsələni araşdırır.
O bildirib ki, Serbiya Azərbaycanın müraciətinə cavab verəcək.
Prezidentin köməkçisinin sözlərinə görə, Ermənistan aldıqları silahlardan mülki obyektləri hədəf almaq üçün istifadə edir:
“Ermənistanın rəhbərliyi tərəfindən saxta şirkətlər yaradılır. Daha sonra ucuz qiymətə alınan silahlar üçüncü tərəflərə satılır. Bu silahların terrorçuların əlinə keçməsi faktları da var”.
Paytaxtda nəqliyyatın sıxlığı müşahidə olunan ərazilər məlum olub.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, gün ərzində sərnişin tələbatı yüksək olan avtobus dayanacaq məntəqələri nəzarətdə saxlanılır:
“Səhər və axşam saatlarına uyğun olaraq, sərnişin tələbatı yüksək olan dayanacaq məntəqələri dəyişə bilir. Səhər saatlarında daha çox Əhmədli, 8-ci kilometr, Qara Qarayev prospekti istiqamətindən şəhər mərkəzinə sərnişin axını müşahidə ediriksə, axşam saatlarında, tam əksinə, şəhər mərkəzindən bu istiqamətdə kənd və qəsəbələrə sərnişin axını müşahidə olunur”.
O bildirib ki, sərnişin sıxlığının aradan qaldırılması üçün ərazidə olan nəzarətçilərə məlumat verilir:
“Yaxın ərazidə ehtiyat avtobuslar saxlanılır. Hər gün ekspress marşrutlar üzrə 100 avtobus xəttə çıxarılır. Bir o qədər sayda avtobus ehtiyatda saxlanılır. Həmin ehtiyatda olan avtobuslar sərnişin daşımalarına cəlb olunur.
Ehtiyat avtobusların sərnişindaşımaya cəlb olunması özlüyündə çox çətin prosesdir. Çünki sürücü dərhal bir xətdən digər xəttə keçirilir və marşrutun sürücüyə çatdırılması üçün imkanlar məhduddur. Buna baxmayaraq, tədbirlər nəticəsində karantin rejimi zamanı sərnişin daşınmasında ciddi problem yaşanmayıb”.
В ходе армянских провокаций против Азербайджана наша страна не понесла территориальных потерь.
Об этом на пресс-конференции 21 июля сказал глава пресс-службы Минобороны Азербайджана полковник Вагиф Даргяхлы.
Он также прокомментировал распространяемую в соцсетях дезинформацию.
“У нас нет территориальных потерь. Мы решительно опровергаем эти утверждения. Армения осуществляет различные информационные провокации. Все это ложь”, – добавил В.Даргяхлы.
“Azərbaycan Ermənistanın törətdiyi təxribatlarda heç bir ərazi itkisi verməyib”.
Bunu Ermənistanın Tovuzda törətdiyi təxribatlara həsr olunan mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı bildirib.
Nazirlik rəsmisi sosial şəbəkələrdə bununla bağlı yayılan dezinformasiyalara da cavab verib:
“Azərbaycanın ərazi itkisi olmayıb. Sosial şəbəkələrdə, müxtəlif mənbələrdə Azərbaycanın ərazi itkisi ilə üzləşməsi barədə bütün iddiaları rədd edirik”.
V.Dərgahlı qeyd edib ki, Ermənistan müxtəlif informasiya təxribatları həyata keçirir və bunların hamısı yalandır.
SARS-CoV-2 virusunun yoluxmuş hüceyrələrdə zülal sintezini pozan, bununla da immun sistemə qarşı fəaliyyət göstərən mexanizmi öyrənilib.
İnfeksiyanın təhlükəli xüsusiyyətlərinin səbəbləri barədə Münxen Universiteti və Ulm Universiteti Xəstəxanasından olan alman elm adamları “Science” jurnalında məqalə dərc ediblər.
Məlum olub ki, patogen mexanizmdə əsas rolu “Nsp1” virus zülalı oynayır. O, SARS-CoV-2 virusunun hüceyrələri ələ keçirməsinə və çoxalmasına kömək edir: “Nsp1”, “mRNT”nin ribosomlara bağlanmasını və sonrakı zülal sintezini təmin edən “40S ribosomal subvahidi” ilə əlaqəyə girir, bununla da onun “mRNT”yə qoşulmasının qarşısını alır. Beləliklə, zülal sintezi dayanır. Bu isə bədənin infeksiyaya qarşı əsas müdafiə sistemlərindən birinin tam sıradan çıxmasına səbəb olur.
“Nsp1” səbəbindən əhəmiyyətli siqnal kaskadı işləməyi dayandırdığı üçün anadangəlmə immun reaksiya artıq cavab vermir. İbtidai immunitetin pozulması isə “sitokin fırtınası” da daxil olmaqla xəstələrdə digər ölümcül simptomların inkişafına səbəb olur.
Alimlər koronavirusu zərərsizləşdirmək üçün mümkün yanaşmalardan birinin “Nsp1”in “ribosomal subvahid”lə əlaqəsinə maneə törədən dərmanın yaradılmasının ola biləcəyinə inanırlar.
“İyulun 12-də günorta saatlarında Ermənistan silahlı bölmələri Tovuz rayonu istiqamətində yerləşən mövqelərimizi ələ keçirməyə cəhd edib. Ermənistan ilk olaraq iriçaplı silahlardan istifadə edib, sonradan isə artilleriya zərbələrinə keçib”.
Bunu Ermənistanın Tovuzda törətdiyi təxribatlara həsr olunan mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı bildirib.
O qeyd edib ki, iyul ayının 12-də komandanlıq tərəfindən düşmən təxribatının qarşısının alınması üçün tapşırıq verilib.
“Ermənistanın yüzlərlə canlı qüvvəsi, texnikası, dayaq məntəqələri məhv edildi. Ermənistan döyüş itkilərini ictimaiyyətdən gizlədib”, – deyən V.Dərgahlı əlavə edib ki, Ermənistan mütəmadi olaraq bir müddət sonra müxtəlif adlar altında itkiləri üzə çıxaracaq.
V.Dərgahlı vurğulayıb ki, Ermənistanın itkiləri arasında Suriyadan gələn ermənilərin olması barədə də məlumatlar var.
İyulun 20-də, saat 20 radələrində Qəbələ rayonu, Yenikənd kənd sakini Cəlil Qismətovun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Qəbələ Rayon Prokurorluğu məlumat yayıb.
Daxil olan məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla 1985-ci il təvəllüdlü Cəlil Qismətovun qohumunun evində elektrik xəttini cərəyana qoşmaq istəyərkən elektrik cərəyanın təsirinə məruz qalaraq ölməsi müəyyən edilib.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
İyulun 20-dən etibarən Lənkəran və Samux rayonlarında sərtləşdirilmiş xüsusi karantin rejimi başa çatıb. Səbəb isə bu rayonlarda yeni növ koronavirus infeksiyasında yoluxma dinamikasının azalmasıdır.
İyunun 21-dən etibarən bir neçə şəhər və rayonlarda olduğu kimi, Lənkəranda da tətbiq olunan sərt karantin rejimi öz nəticəsini verib.
Şəhər sakinləri Nazirlər Kabineti yanında operativ qərargahın qoyduğu qaydalara tam riayət edərək, yalnız SMS icazə ilə evdən çıxıb və sosial məsafəni qorumağa çalışıblar.
Bunlar da müsbətə doğru irəliləyişə və yoluxma sayında azalmaya gətirib çıxarıb. İyulun əvvəllərindən etibarən isə şəhər, demək olar ki, öz əvvəlki həyatına qayıdıb.
Rayonun bütün giriş və çıxışlarında qurulan polis nəzarət postları yığışdırılıb. Bütün iş və xidmət sahələri fəaliyyətlərini davam etdirir.
Lənkəranda insanlarla maarifləndirici söhbətlərin aparılması, şəhər, qəsəbə və kəndlərdə dezinfeksiya və nəzarət tədbirləri də yoluxmanın azalmasına şərait yaradan amillərdəndir.
İndi bütün ticarət mərkəzləri qapılarını alıcıların üzünə açıb. Bir aydır, onlayn xidmət göstərən ictimai iaşə obyektləri də normal fəaliyyətlərinə qayıdaraq, müştərilərinə yerində xidmət göstərməyə başlayıb.
Qeyd edək ki, hazırda ölkə üzrə 14 şəhər və rayonda sərt karantin rejimi avqustun 5-nə kimi uzadılıb.
Ağciyərdə pozulmanın olub-olmadığını aşkar etmək və nəfəsalmanın resursunu təyin etmək üçün çox sadə test mövcuddur.
Rusiyalı anestezioloq-reanimatoloq Aleksey Borodkin «Говорит Москва» radiostansiyanın efirində bildirib ki, əslində ağciyərdə ciddi pozulmaları aşkar etmək heç də çətin deyil və bunu hər kəs ev şəraitində də edə bilər.
Mümkün qədər dərin nəfəs alın və nəfəsinizi 10-15 saniyə ərzində saxlayın. Ağciyərdə ciddi problemlər varsa, normal nəfəsalma pozulubsa, insan dərindən nəfəs ala bilməyəcək, öskürək, başgicəllənməsi başlayacaq.
Əgər insanda heç bir xoşagəlməz simptom yoxdursa, rahat nəfəs alırsa, deməli hər şey qaydasındadır.