Month: July 2020

  • Ukraynada Azərbaycana dəstək aksiyası keçirildi – VİDEO

    Bu gün gənclərin iştirakı ilə Ukraynada Azərbaycana dəstək aksiyası keçirilib.

    Aksiya iştirakçıları Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Ermənistan silahlı qüvvələrinin təxribatı ilə bağlı dövlətimizə və ordumuza dəstəklərini nümayiş etdiriblər.

    Aksiya Azərbaycanın dövlət himninin ifası ilə başlayıb.

    Aksiya zamanı ordumuz, ölkəmizə dəstək ifadə edən şüarlar səsləndirilib.

  • МВД проверяет историю с полицейским, написавшим сообщение женщине в соцсети – ОФИЦИАЛЬНО

    МВД Азербайджана прокомментировало опубликованные в соцсетях утверждения о том, что якобы сотрудник полиции после проверки документов и наличия разрешения на выход из дома у женщины около станции метро “Кероглу” нашел ее аккаунт в соцсети и написал ей сообщение.

    В ответ на запрос Oxu.Az в МВД сообщили, что данный вопрос находится под контролем руководства ведомства, уже даны соответствующие поручения.

    “Если эти утверждения подтвердятся, то в отношении сотрудника полиции будут приняты строгие меры”, – отметили в МВД.

  • DİN sənədini yoxladığı qadına sosial şəbəkədə mesaj yazan polislə bağlı araşdırmalara başladı – RƏSMİ

    Daxili İşlər Nazirliyi ötən gün sosial şəbəkələrdə metronun “Koroğlu” stansiyasında polis əməkdaşının xüsusi karantin rejimi dövründə küçəyə çıxma icazəsinin olub-olmadığını yoxlamaq məqsədi ilə bir qadını saxlamasını, daha sonra həmin qadının sosial şəbəkədəki səhifəsinə tanışlıq üçün yazmasına dair iddialara aydınlıq gətirib.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, məsələ DİN rəhbərliyinin nəzarətindədir və faktın araşdırılması üçün müvafiq göstərişlər verilib:

    “Əgər iddialar təsdiqini taparsa, həmin əməkdaş barədə ciddi tədbir görüləcək”.

    Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə karantin rejimi dövründə küçəyə çıxma icazəsinin olub-olmadığını yoxlamaq məqsədilə bir qadını saxlayan polis əməkdaşının, daha sonra sosial şəbəkədə həmin xanıma yazması və tanış olmaq istəməsi ilə bağlı paylaşımlar edilib.

  • Bakının küçələri yenidən dezinfeksiya edildi

    Bakı şəhəri də daxil olmaqla ölkənin on şəhər və altı rayonunda xüsusi karantin rejiminin sərtləşdirilməsi tətbiqi ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarına əsasən iyul ayının 18-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə növbəti 8-ci əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib.

    Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, axşama kimi mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılıb. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər.

    Ənənəvi olaraq geniş dezinfeksiya tədbirlərində Daxili İşlər Nazirliyinin şəxsi heyəti 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə gün ərzində keçirilən bu dezinfeksiya işlərində fəal iştirak ediblər.
    Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun Departamentin balansında olan 11 mindən çox yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.

    Dezinfeksiya işlərinin kütləviliyi nəzərə alınaraq kommunal xidmətlərin işçiləri lazımi qoruyucu geyim, maska, eynək və digər vasitələr, yeni dezinfeksiyaedici aparatlarla təmin ediliblər.

    Bildirilib ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır. Bu istiqamətdə hər cür tədbirlər görülür. Lakin onlar köməkçi xarakter daşıyır. Ən vacibi vətəndaşlarımız özləri müvafiq qaydalara riayət etməlidirlər.

  • Məleykə Abbaszadənin vəfat edən qızı — FOTOLAR

    Xəbər verdiyimiz kimi, bu gün Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin qızı Nigar Abbaszadə qəfil ürəktutmadan vəfat edib.

    Median.Az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, N. Abbaszadə Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru olub. O, 2016-cı ildən bu vəzifəni icra edib.

    Daha əvvəl isə N. Abbaszadə Müəllimlər İnstitutunda prorektor vəzifəsində çalışıb. N. Abbaszadə təhsillə bağlı bir sıra layihələr icra edib.
    Artıq çəkidən əziyyət çəkən Nigar Abbaszadənin səhhəti ilə bağlı problemləri olub. Mərhum ailəli imiş, onun 7 yaşlı oğlu və ondan yaşca kiçik qızı var.





  • Bakıdan rayonlara gediş-gəliş nə zaman bərpa olunacaq? – RƏSMİ AÇIQLAMA

    Xəbər verdiyimiz kimi ümumi karantin rejimi avqustun 31-nə kimi uzadıldı. Bundan əlavə şəxslər arasında COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla Lənkəran şəhəri və Samux rayonunda 20 iyul 2020-ci il tarixdən etibarən sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmayacaq.

    Bəs narıncı zonaya daxil olmayan bu rayonlara gediş-gəliş mümkün olacaqmı? Ümumiyyətlə qarşıdakı günlərdə Bakıdan rayonlara ictimai nəqliyyat vasitələri ilə hərəkət etmək üçün məhdudiyyətlər aradan qaldırılacaqmı?

    Median.Az xəbər verir ki, bu barədə Metbuat.az-a özəl müsahibəsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, bununla bağlı dəyişən bir şey yoxdur:

    ”Burada dəyişən o oldu ki, Samux rayonu və Lənkəran şəhəri sərt karantin rejiminin tətbiq edildiyi bölgələr sırasından çıxarıldı və narıncı zonaya daxil olan xüsusi karantin rejimi bu yerlərə tətbiq olunmayacaq. Həmçinin Lənkəran şəhəri və Samux rayonunda həftə sonlarında daxildə ictimai nəqliyyatın işləməsinə icazə veriləcək. Amma Lənkəran şəhəri və Samux rayonuna Bakıdan getmək mümkün olmayacaq. Ümumiyyətlə hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən respublikanın istənilən şəhər və rayonuna avtobusların çıxışı yoxdur. Eyni zamanda, respublikanın digər avtovağzallarından da regionlara gediş-gəliş avtobuslar ilə mümkün deyil”.

  • Рамзан Кадыров прокомментировал бои в Товузе

    Глава Чечни Рамзан Кадыров прокомментировал обострение отношений между Арменией и Азербайджаном. Политик отметил, что нужно сделать всё, чтобы стороны протянули друг другу руки и достигли мира, иначе это может вылиться в войну, передает Median.Az со ссылкой на tsargrad.tv.

    Глава Чечни Рамзан Кадыров призвал армянскую и азербайджанскую стороны достичь мира, чтобы конфликт на границе не перерос в полномасштабное противостояние. В своём телеграм-канале он подчеркнул, что чеченский народ как никто другой хорошо знает цену мира, как и горя, которое несет война.

    Кадыров отметил, что оба государства – и Армения, и Азербайджан – являются братскими для России. Потому необходимо остановить этот разгорающийся конфликт.

    Немаловажно, отмечает глава Чечни, чтобы своё слово сказали представители духовенства.

    В противном случае, если разлад не будет устранён, то для всего Кавказа это может обернуться большими последствиями и, вероятнее всего, трагическими.

    “Участники обострившегося конфликта на границе Армении и Азербайджана должны знать, что если не принять срочных решительных мер, то ситуация может перейти в открытую большую войну со всеми вытекающими последствиями. Начнутся новые провокации, пойдут нескончаемые потоки погибших, раненым не будет конца, беженцы, сироты… Но победителей не будет!” – подчеркнул Кадыров.

    Он добавил, что руководители Армении, Азербайджана и СНГ должны незамедлительно вмешаться в этот вопрос.

    “Со своей стороны, ради достижения мира я готов встать на колени и просить любого! Да, я готов, если надо, взять оружие и сражаться за справедливость, за мир. Но разумнее будет, если мы сядем за стол переговоров и не допустим масштабной трагедии”, – резюмировал политик.

  • Gənc qadın: “SMS icazəmi yoxlayan polis sonra məni tapıb mesaj yazdı” – FOTO

    Ötən gün Sevda Mahmudova adlı sosial şəbəkə istifadəçisi polis əməkdaşının onun şəxsi məlumatlarını əldə etməsi iddiası ilə bağlı paylaşım edib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, S. Mahmudova feysbukda açıq post paylaşaraq Daxili İşlər Nazirliyindən məsələnin araşdırılmasını tələb edib. Şikayətçi vətəndaş hətta həmin polisin olduğu iddia edilən fotonu da hesabında paylaşıb.

    Onun sözlərinə görə, Koroğlu metrosundakı keçiddən çıxarkən Zahir Abbasov adlı polis əməkdaşı onun şəxsiyyət vəsiqəsinə baxdıqdan sonra məlumatlarını yaddaşda saxlayıb:

    “Daha sonra həmin şəxs mənə messenger vasitəsilə mesaj yazıb. 2-3 metr aralıda yenə bir polis məni yoxladı. Halbuki həmin şəxs gördü ki, artıq mən yoxlamadan keçmişəm. Bu ancaq cavan qadınların başına gəlir. Belə çıxır ki, həmin şəxslər vəzifələrindən sui-istifadə edirlər. Mən vətəndaş olaraq nazirlik işçiləri tərəfindən sosial şəbəkədə bu cür narahat edilmək istəmirəm”.

    Məsələylə bağlı Bakı şəhər Baş Polis İdarəsilə əlaqə saxladıq. Qurumdan saytımıza bildirilib ki, məsələ araşdırılır, nəticəsi haqqında ictimaiyyətə məlumat veriləcək.

  • Müdafiə Nazirliyi: “Yaralıların xeyli hissəsinin müalicəsi yekunlaşıb”

    “Hadisələr vaxtı yaralılarımız da olub”.

    Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

    Onun sözlərinə görə, yaralılar hərbi tibb müəssisələrində müalicə alırlar: “Onların əksəriyyətinin qısa müddətdə müalicəsi yekunlaşıb və sıralarımıza qayıdanlar da var. Digərlərinin isə müalicəsi həkim nəzarəti altında davam etdirilir”.

  • В Азербайджане сохранится жаркая погода

    Национальная служба гидрометеорологии Министерства экологии и природных ресурсов обнародовала прогноз погоды в Азербайджане на 19 июля.

    В Баку и на Абшеронском полуострове ожидается солнечная погода, слабый южный ветер.

    Температура воздуха на Абшероне составит ночью 22-26, днем – 32-37, в Баку ночью – 23-25, днем – 35-37 градусов тепла.

    Атмосферное давление будет на уровне 758 мм ртутного столба, относительная влажность ночью – 60-70%, днем – 40-45%.

    На северных пляжах полуострова (Сумгайыт, Новханы, Пиршаги, Нардаран, Бильгя, Загульба) температура морской воды составит 25-26, на южных (Тюркан, Говсан, Сахиль, Ших) – 26-27 градусов тепла.

    В некоторых районах Азербайджана вечером прогнозируются грозы, непродолжительные дожди, град, на остальной территории страны ожидается погода без осадков.

    Температура воздуха составит ночью 22-27, днем – 35-40, в горах ночью – 12-17, днем – 23-28 градусов тепла.