Month: July 2020

  • Sovet yeniyetmələri müasir yaşıdlarından nə ilə fərqlənir? – ARAŞDIRMA

    Müasir yeniyetmələr daha ambisiyalıdır, özlərinə daha çox dəyər verirlər, sayğı duyurlar və özləri qarşısında daha çətin hədəflər qoyurlar.

    Median.Az “RİA Nauka”ya istinadən xəbər verir ki, bu qənaətə rusiyalı psixoloqlar gəliblər.

    Məlumata görə, araşdırmaçılar 31 il aradan sonra yeni metodika ilə yeniyetmələr arasında sorğu keçiriblər.

    Bildirilib ki, çağdaş yeniyetmələr sovet yaşıdlarından həm də daha az məsuliyyətli olmağı ilə fərqlənirlər. Ancaq alimlər bunu problem hesab etmir. Belə ki, onların fikrincə, cəmiyyət uşaqları müstəqillikdən qoruyur, beləliklə, onlara sadəcə bu duruma uyğunlaşmaq qalır.

    Bundan başqa, müasir yeniyetmələr “burada və indi” prinsipi ilə yaşayırlar. Onların şəxsi diləklərinin motivasiyası artıb, yaxın çevrənin arzularına isə daha az önəm verilməyə başlanılıb.

    Daha bir əhəmiyyətli fərq isə təhsilə yanaşmadadır. Sovet yeniyetmələri təhsilə darıxdırıcı rutin iş kimi yanaşırdılar. Onların müasir yaşıdları isə bu baxımdan daha biliyəmeyilli və fəaldırlar. Onların dərslərdən təəssüratları bir-biri ilə ziddir, lakin həmişə emosionaldır.

  • Позитивная статистика: Число выздоровевших от коронавируса впервые достигло 645 – ОФИЦИАЛЬНО

    В Азербайджане выявлено 497 новых случаев инфицирования коронавирусом, еще 645 человек выздоровели от COVID-19 и были выписаны домой.

    Об этом 18 июля сообщает оперативный штаб при Кабинете министров республики.

    За последние сутки от COVID-19 скончались еще восемь человек.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 27 133 человека, 349 из которых скончались, 18 450 – выздоровели, 8 334 – продолжают лечение в больницах особого режима.

    В республике на сегодняшний день проведено 619 786 тестов (за последние 24 часа – 9 263) на выявление COVID-19.

  • Müsbət statistika: Sağalanların sayı ilk dəfə 645-ə çatdı – RƏSMİ

    Azərbaycanda daha 497 nəfərdə koronavirusa yoluxma aşkarlanıb.

    Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

    Bildirilib ki, COVID-19 testi pozitiv çıxmış səkkiz nəfər vəfat edib, daha 645 nəfər isə koronavirusdan sağalıb.

    Bu gün ərzində ümumilikdə 9263 test icra olunub.

  • Bu ölkədə 23 nəfərin meyiti aşkarlandı

    Meksikanın qərbində yerləşən Xalisko ştatında basdırılmış azı 23 nəfərin qalıqları tapılıb.

    “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumat yerli prokurorluğun saytında yer alıb.

    Məlumata görə, meyitlər El-Salto bələdiyyəsinin El-Pedreqal yaşayış məntəqəsinin ərazisində tapılıb. Onlar axtarış əməliyyatı çərçivəsində aşkarlanıblar.

    “Cümə gününədək polis əməkdaşları 23 meyit, həmçinin içində müxtəlif qalıqlar olan çanta aşkarlayıb, 3 meyitin kimliyi bəlli olub”, – press-relizdə vurğulanıb.

    Qeyd edək ki, cari ilin yanvar ayında Meksikanın daxili işlər nazirinin müavini Alexandro Ensinas 2006-cı ildən bəri ölkədə 60 mindən çox insanın itkin düşdüyünü bildirib. 13 illik zaman kəsimində 1964-2019-cu il arasında itkin düşənlərin 97,5%-ni təşkil edir. Bundan başqa, itkin düşdüyü vaxtı bəlli olmayan 8 mindən çox insan da mövcuddur.

  • Особый карантинный режим в Азербайджане продлевается до 31 августа – ОФИЦИАЛЬНО

    В соответствии с анализом текущей санитарно-эпидемиологической ситуации, связанной с распространением нового вида коронавирусной инфекции (COVID-19), особый карантинный режим в Азербайджане продлен до 00:00 31 августа 2020 года.

    Как передает Median.Az, об этом 18 июля сообщает оперативный штаб при Кабинете министров республики.

    Наряду с этим, с учетом динамики заражения COVID-19 жесткий карантинный режим будет снят с города Лянкяран и Самухского района 20 июля 2020 года.

    В Баку, Джалилабаде, Гяндже, Масаллы, Мингячевире, Сумгайыте, Евлахе и Абшеронском, Бардинском, Геранбойском, Гейгельском, Хачмазском, Сиязаньском и Шекинском районах в соответствии с текущей санитарно-эпидемиологической обстановкой до 06:00 5 августа 2020 года будет действовать жесткий карантинный режим.

    Также в городах и районах, где ужесточен особый карантинный режим, будет приостановлено движение всего общественного транспорта в выходные дни в следующие даты:

    с 00:00 25 июля по 06:00 27 июля;

    с 00:00 1 августа по 06:00 3 августа.

    В городах и районах, где ужесточен особый карантинный режим, с 20 июля 2020 года, разрешается деятельность парикмахерских, салонов красоты (за исключением массажных и банных услуг), а также оказание косметических услуг.

    При этом срок SMS-разрешения для лиц, покидающих место жительства, увеличивается с 2 до 3 часов.

    Исходя из текущей санитарно-эпидемиологической ситуации, оперштаб при Кабмине еще раз призывает всех соблюдать правила личной гигиены, а также медико-профилактические меры, соблюдать условия для максимальной защиты себя и близких от заражения вирусом.

  • Azərbaycanda xüsusi karantin rejimi avqustun 31-dək uzadıldı – RƏSMİ

    Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq ölkə üzrə xüsusi karantin rejimi 2020-ci il 31 avqust saat 00:00-dək uzadılıb.

    Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

    Bununla yanaşı, şəxslər arasında COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla Lənkəran şəhəri və Samux rayonunda 20 iyul 2020-ci il tarixdən etibarən sərtləşdirilmiş karantin rejimi tətbiq olunmayacaq.

    Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə movcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək. Həmçinin xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq:

    25 iyul saat 00:00-dan 27 iyul saat 06:00-dək;

    1 avqust saat 00:00-dan 3 avqust saat 06:00-dək;

    Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda 2020-ci il 20 iyul tarixdən edibarən masaj və hamam xidməti istisna olmaqla bərbərxana, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərin göstərilməsinə icazə verilir.

    Eyni zamanda şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS icazənin müddəti 2 saatdan üç saatadək artırılır.

    Mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək bir daha hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, özünü və yaxınlarını virusa yoluxmadan maksimum qorumaq üçün preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq.

  • Dünyada koronavirusdan ölənlərin sayı 600 mini ötdü

    Dünyada COVID-19 virusundan ölənlərin sayı 600 mini keçib.

    Bu barədə onlayn statistikasında qeyd edilir.

    Son rəqəmlərə əsasən, dünyada koronavirusa yoluxanların sayı 14 231 759, xəstəlikdən sağalanların sayı isə 8 501 049 nəfərdir.

    Azərbaycanda koronavirusun aşkar edildiyi 26 636 nəfərdən 341-i həyatını itirib, 17 805-i sağalıb.

  • Посол Азербайджана обвинил Армению в желании вовлечь Россию в конфликт

    Армения пытается вовлечь в конфликт с Азербайджаном страны ОДКБ, заявил в разговоре с РБК посол Азербайджана в России Полад Бюльбюльоглу.

    “Это провокация, направленная на то, чтобы вовлечь в этот конфликт страны ОДКБ и в первую очередь Россию как главного члена блока, так как он произошел не на линии соприкосновения с Нагорным Карабахом, а на границе Армении и Азербайджана”, – возложил он на Ереван ответственность за начавшуюся 12 июля эскалацию военных действий на границе.

    По словам П.Бюльбюльоглу, за два года на границе на этом направлении азербайджанская сторона насчитала более 10 000 случаев нарушения перемирия с армянской стороны.

    “Но это были мелкие перестрелки, одиночные выстрелы, иногда вылазки, которые, конечно, пресекались. Но вот так, чтобы шли пять дней бои и не останавливались, несмотря на посредничество России и многих других стран, – такого не было”, – говорит он.

    По словам посла, за время конфликта ни одна из сторон не заняла новой высоты или территории.

  • Polad Bülbüloğlu: “Ermənistan Rusiyanı münaqişəyə cəlb etməyə çalışır”

    “Rəsmi Yerevan Rusiyanı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ölkələri Azərbaycanla münaqişəyə cəlb etməyə çalışır”.

    Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu RBK agentliyinə verdiyi açıqlamada deyib.

    P.Bülbuloğlu bildirib ki, Ermənistan ilk növbədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) blokunun əsəs üzvü olan Rusiyanı təxribata çəkməyə çalışır:

    “Təsadüfi deyil ki, silahlı toqquşma Dağlıq Qarabağla təmas xəttində deyil, Ermənistan – Azərbaycan sərhədində baş verdi”.

    P.Bülbüloğlunun sözlərinə görə, iki ildir sərhədin Tovuz rayonu istiqamətində Azərbaycan Ermənistan tərəfinin atəşkəsi pozması halları ilə üz-üzədir:

    “Son iki il ərzində qarşı tərəf atəşkəsi 10 min dəfədən çox pozub, lakin bunlar kiçik atışmalar olub, əlbəttə ki, qarşısı alınıb. Amma Rusiya və bir çox başqa ölkələrin vasitəçiliyinə baxmayaraq, beş gün ərzində döyüşlərin davam etməsi halı müşahidə olunmayıb”.

    Azərbaycanın Rusiyadakı səfiri əlavə edib ki, son toqquşmalardan sonra münaqişə tərəflərinin heç biri yeni yüksəklik və ya ərazi işğal etməyib.

    “Azərbaycan münaqişənin kəskinləşməsində maraqlı deyil, ölkəmiz yüksək iqtisadi inkişaf səviyyəsini qorumaq istəyir. Biz münaqişənin sülh yolu ilə həll edilməsində maraqlıyıq, bunun üçün işğalçı qoşunlar ərazilərimizi tərk etməlidirlər.

    Bundan sonra Dağlıq Qarabağın statusu ilə bağlı müzakirə aparıla bilər, kompromis barədə danışa bilərik. Bu gün hansı kompromisdən danışa bilərik? Məgər biz öz torpaqlarımızdan imtina etməliyik? Praktiki olaraq dünyanın bütün ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar.

    Heç kim Dağlıq Qarabağı tanımır və tanıyan deyil. BMT-nin Təhlükəsizlik Şurası erməni qoşunlarının işğal edilmiş torpaqlardan dərhal çıxarılmasını tələb edən dörd qətnaməsi var”, – deyə P.Bülbüloğlu xatırladıb.

    Azərbaycanlı diplomat iyulun 15-nə keçən gecə Bakıda keçirilən aksiyaya da toxunub:

    “Xalqımız Qarabağ probleminin tənzimlənməsi ilə bağlı danışıqların hələ də davam etməsindən yorulub, buna görə də iyulun 15-nə keçən gecə Bakıda aksiya keçirildi. ATƏT-in Minsk qrupunun üç həmsədri var, gəlib gedirlər.

    Biz – diplomatlar, siyasətçilər bu şəxslərin fəaliyyət göstərdiyini başa düşürük, amma cəmiyyətdə Minsk Qrupunun işindən narazılıq var. İnsanlar öz ərazilərinin işğalda saxlanılmasından narazıdırlar. Nə etməlidirlər? Onlar deyirlər: gəlin, sona qədər gedək. Bu, cəmiyyətdəki əhval-ruhiyyənin vacib göstəricisidir. Bu, Azərbaycan xalqının öz ərazilərinin itirilməsi ilə heç vaxt razılaşmayacağını sübut edir”.

    Fikrinin tamamında P.Bülbüloğlu Türkiyənin Azərbaycana dəstəyinə toxunub:

    “Hələlik yalnız Türkiyə Azərbaycanın atdığı bütün addımları tam dəstəklədiyini elan edib. Türkiyənin bütün prezidentləri və təbii ki, Rəcəb Tayyib Ərdoğan daim Azərbaycana dəstək olduqlarını dilə gətirib.

    Bu, yeni bir şey deyil. Azərbaycanın ümummilli lider Heydər Əliyev zamanında “bir millət – iki dövlət” şüarını səsləndirib. Türkiyə Azərbaycanın ən yaxın müttəfiqidir”.

  • DİN sənədini yoxladığı qadına sosial şəbəkədə mesaj yazan polislə bağlı araşdırmalara başladı – RƏSMİ

    Daxili İşlər Nazirliyi ötən gün sosial şəbəkələrdə metronun “Koroğlu” stansiyasında polis əməkdaşının xüsusi karantin rejimi dövründə küçəyə çıxma icazəsinin olub-olmadığını yoxlamaq məqsədi ilə bir qadını saxlamasını, daha sonra həmin qadının sosial şəbəkədəki səhifəsinə tanışlıq üçün yazmasına dair iddialara aydınlıq gətirib.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, məsələ DİN rəhbərliyinin nəzarətindədir və faktın araşdırılması üçün müvafiq göstərişlər verilib:

    “Əgər iddialar təsdiqini taparsa, həmin əməkdaş barədə ciddi tədbir görüləcək”.

    Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə karantin rejimi dövründə küçəyə çıxma icazəsinin olub-olmadığını yoxlamaq məqsədilə bir qadını saxlayan polis əməkdaşının, daha sonra sosial şəbəkədə həmin xanıma yazması və tanış olmaq istəməsi ilə bağlı paylaşımlar edilib.