Month: August 2020

  • Стало известно, где будет похоронен “Лоту Гули” – ОБНОВЛЕНО + ФОТО/ВИДЕО

    Надир Салифов, известный в криминальном мире как “Лоту Гули”, будет похоронен в Баку, на кладбище поселка Бакиханов, рядом с могилой отца.

    Об этом передает Lent.az.

    Ранее сообщалось, что он был убит в Турции.

    Сообщается, что задержанным по подозрению в этом преступлении является другой представитель криминального мира по прозвищу “Хан Ахмедлинский”, который входил в ближайшее окружение “Лоту Гули”.

    Н.Салифов родился в Грузии в 1972 году.

    В 2005-2017 годах отбывал наказание в Азербайджане. После освобождения уехал в Турцию. В 2018 году был депортирован из этой страны, однако позже незаконно туда вернулся.

    * * * * *

    Как стало известно, “Лоту Гули” получил четыре огнестрельных ранения в голову. Он был госпитализирован в тяжелом состоянии, однако его жизнь спасти не удалось.

    Задержанным по подозрению в убийстве криминального авторитета является другой представитель криминального мира по прозвищу “Хан Ахмедлинский”. Сообщается, что он входил в ближайшее окружение “Лоту Гули”.

    * * * * *

    В Турции убит криминальный авторитет Надир Салифов, известный как “Лоту Гули”.

    Об этом передает агентство “Анадолу”.

    Сообщается, что в него выстрелил мужчина, с которым он ужинал в ресторане одной из гостиниц.

    Подозреваемый в убийстве задержан на автомагистрали Анталья – Денизли при попытке бегства.

    Прибывшая на место происшествия бригада скорой помощи доставила криминального авторитета в больницу, но спасти его жизнь врачам не удалось.

  • “Lotu Quli”nin harada dəfn ediləcəyi bilindi – YENİLƏNİB + FOTO/VİDEO

    Kriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifov Bakıda son mənzilə yola salınacaq.

    Lent.az xəbər verir ki, N.Səlifov Bakıxanov qəbiristanlığında atasının məzarının yanında dəfn ediləcək.

    Qeyd edək ki, N.Səlifov Türkiyədə güllə ilə başından vurulub. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

    Qətli törədən şəxsin “Lotu Quli”nin yaxın çevrəsindən olan Xan Əhmədlinski olduğu bildirilir.

    1972-ci il təvəllüdlü Nadir Səlifov Gürcüstanda doğulub.

    O, 2005-2017-ci illərdə Azərbaycanda həbsdə olub. Həbsdən azad olunduqdan sonra Türkiyəyə gedib. 2018-ci ildə Türkiyədən deportasiya edilsə də, sonradan qaçaq yollarla yenidən Türkiyəyə qayıdıb.

    * * * * *

    “Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifovu qətlə yetirən şəxsin kimliyi ilə bağlı ilkin versiyalar üzə çıxıb.

    Bildirilir ki, bu şəxs Xan Əhmədlinski adlı şəxsdir və Nadir Səlifova yaxın adamlardan olub.

    “Lotu Quli”nin dörd güllə yarası alaraq qətlə yetirildiyi qeyd edilir.

    * * * * *

    “Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifov Türkiyədə qətlə yetirilib.

    Bununla bağlı “Anadolu” agentliyi məlumat yayıb.

    Onun bir restoranda şam etdiyi şəxs tərəfindən silahla vurularaq öldürüldüyü bildirilir.

    Cinayətdə şübhəli bilinən şəxs qaçmaq istəyərkən Antalya-Dənizli avtomagistralında yaxalanıb.

    Qeyd edilir ki, “Lotu Quli” Serik rayonunda bir hotelin restoranında öldürülüb.

    Hadisə yerinə gələn təcili tibbi yardım maşını kriminal avtoriteti xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

  • Lukaşenko Belarus hökumətinə bəzi təyinatlar edib

    Aleksandr Lukaşenko Belarusun yeni hökumətinin tərkibini təsdiqləyib.

    “RİA Novosti” xəbər verir ki, prezident Roman Qolavçenkonu hökumətin sədri vəzifəsində saxlayıb.

    İndiki vəziyyətdə namizədlik parlamentin aşağı palatası ilə razılaşdırılmalıdır.

    Bəzi nazirlər də hökumətdəki vəzifələrini qoruyublar:

    – Daxili İşlər naziri Yuri Karaev;

    – Səhiyyə naziri Vladimir Karanik;

    – İnformasiya naziri İqor Lutskiy;

    Prezident seçkilərindən sonra yeni hökumətin tərkibinin təyin olunması Belarus Konstitusiyasında nəzərdə tutulub.

  • Abşeronda sudan qanunsuz istifadə edənlərə qarşı reyd keçirildi – VİDEO

    Abşeron rayonu Masazır qəsəbəsində gecə saatlarında keçirilən reyd zamanı yaşıllıqların suvarılması üçün nəzərdə tutulan su təchizatı sistemindən avtoyuma məntəqəsinə qeyri-qanuni xəttin çəkilməsi aşkar olunub.

    Hökməli qəsəbəsində isə sudaşıyan maşınlara suyun doldurulmasının qarşısı alınıb. Belə bir hal Xəzər rayonu Mərdəkan qəsəbəsində də aşkarlanıb. Su satışı ilə məşğul olan şəxs yanğın hidrantından qanunsuz su doldurarkən yaxalanıb.

    Baku TV xəbər verir ki, aparılan nəzarət tədbirləri çərçivəsində Abşeron, Binəqədi, Sabunçu rayonlarında OBA və “Almarket” şəbəkələrinə məxsus bir neçə mağazada, “Ucuzluq”, eləcə də Bakı-Sumqayıt yolunun kənarındakı Super marketdə sudan uçotsuz istifadə hallarının qarşısı alınıb.

    Ceyranbatan-Maştağa yüksək təzyiqli magistral su xəttinin Ramana qəsəbəsindən keçən hissəsində isə 110 mm diametrli borularla qeyri-qanuni xətt vasitəsilə götürülən sudan ərazidəki istixana kompleksində suvarma məqsədilə istifadə edildiyi məlum olub. Magistral xəttin Savalan yaşayış massivindən keçən hissəsində bir qrup şəxs kəmərə müdaxilə edərək ərazidə süni sututar yaradaraq heyvanların sulanması üçün istifadə edib.

    Ən çox müdaxilə hallarına qəsəbələrin yeni salınan massivlərində rast gəlinir. Belə ki, Maştağa qəsəbəsi Baloğlan Bağırov küçəsinin sakinləri tərəfindən özbaşına tikinti normalarına cavab verməyən su şəbəkəsinin yaradılması və magistral xəttə qoşulma faktı aşkarlanıb. Xəzər rayonu Binə qəsəbəsindəaparılan nəzarət tədbirləri zamanı vətəndaşların xüsusi texnikaların köməyi ilə xəndəyin qazılması və uzaq məsafədən su xəttinin çəkilməsinə hazırlıqların görüldüyü aşkar edilib.

    “Əsas məqsəd su itkilərinə səbəb olan qeyri-qanuni müdaxilə hallarının aradan qaldırılması, itirilmiş sərfiyyatın bərpa edilməsidir. Bu məqsədlə Azərsu Aparatının və yerli sukanal idarələrinin əməkdaşlarından ibarət işçi heyətlər yaradılıb, gündüz və gecə saatlarında ərazilərə baxış keçirirlər. Aşkarlanmış hallar əsasən, magistral və şəbəkə su xətlərinə qoşulmalarla bağlıdır. Bu daha çox şəhərin şərq hissəsini əhatə edir. Bu su itkiləri rayon sukanal idarələrinin xidməti ərazisində suyun dayanıqlığına təsir edir.”

    Bu sözləri “Azərsu” ASC-nin departament rəisi Əbülfəz Kərimzadə Baku TV-yə verdiyi müsahibəsində qeyd edib.

    Bütün hallarda qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanaraq özbaşına çəkilmiş qanunsuz xətlər ləğv edilib.

  • “Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi bəlli oldu

    Bu gün Çempionlar Liqasının I təsnifat mərhələsinə yekun vurulub.

    Son oyun günündə qalan 12 qarşılaşma baş tutub.

    “Qarabağ”ın II mərhələdəki rəqibi də bəlli olub. Azərbaycan çempionu növbəti mərhələdə Moldovanın “Şerif” klubu ilə qarşılaşacaq.

  • Azərbaycanın əməkdar məşqçisi vəfat etdi

    Cüdo üzrə Azərbaycanın əməkdar məşqçisi, idman ustası, ölkə idmanının inkişafında böyük xidmətləri olmuş Vladimir Sidorenko vəfat edib.

    Bu barədə Azərbaycan Cüdo Federasiyasının rəsmi “Facebook” səhifəsi məlumat yayıb.

    Respublika dərəcəli hakim uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

    Federasiyanın rəhbərliyi və kollektivi V.Sidorenkonun vəfatından kədərləndiklərini bildirib, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verib.

    Allah rəhmət eləsin!

  • Вилаят Эйвазов позвонил отцу Керамета Беюкчеля

    Министр внутренних дел генерал-полковник Вилаят Эйвазов позвонил отцу писателя Керамета Беюкчеля, поэту Гашаму Наджафзаде.

    Cоответствующий пост Г.Наджафзаде опубликовал в Facebook.

    Поэт выразил благодарность В.Эйвазову и написал следующее:

    “Мой сын – Керамет Беюкчель был задержан 18 августа за неэтичное поведение, будучи в состоянии алкогольного опьянения. Сегодня его освободили. Господин министр, благодарю вас за чувствительное отношение к талантливому молодому человеку, оценку его произведений и публицистических статей, а также за телефонный звонок”.

    Напомним, К.Беюкчель был задержан на основании жалоб соседей на шум.

  • Vilayət Eyvazov Kəramət Böyükçölün atasına zəng edib

    Daxili İşlər naziri Vilayət Eyvazov yazıçı Kəramət Böyükçölün atası, şair Qəşəm Nəcəfzadəyə zəng edib.

    Bu barədə Q.Nəcəfzadə özü“Facebook” hesabında paylaşım edib.

    V.Eyvazova təşəkkürünü bildirən şair belə yazıb:

    “Oğlum Kəramət Böyükçöl içkili olduğuna görə qeyri-etik hərəkətlər etdiyi üçün dünən, ayın 18-də saxlanılmışdı. Bu gün isə sərbəst buraxıldı. Cənab nazir, istedadlı bir gəncə həssaslıqla yanaşdığınıza, onun əsərlərini və publisistik yazılarını dəyərləndirdiyinizə və bu barədə mənə telefon açdığınıza görə sizə təşəkkür edirəm!”.

    Xatırladaq ki, K.Böyükçöl məişət zəminində səs-küy yaratdığı üçün qonşuların şikayəti əsasında saxlanılıb.

  • Kürdəmirin həbs edilən icra başçısı kimdir? – DOSYE

    Həbs edilən Kürdəmir RİH başçısı Cəfərov Ceyhun Fərrux oğlu 1 dekabr 1965-ci ildə Yevlax şəhərində anadan olub.

    Median.Az “ölkə.az”a istinadən xəbər verir ki, o, 1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.

    C. Cəfərov əmək fəaliyyətinə 1983-cü ildə başlayıb. O, 1983-1984-cü illərdə Konstruktor-Texnoloji Bürosunda texnik vəzifəsində işləyib.

    1984-1986-cı illərdə həqiqi hərbi xidmətdə olub. 1986-1991-cı illərdə Nəsimi rayon İstilik-İstismar sahəsində çilingər, 1991-1993-cü illərdə Konstruktor-Texnoloji Bürosunda texnik, 1993-cü ildə “Pərviz” firmasında iqtisadçı-əmtəəşünas, 1993-1994-cü illərdə Maddi-texniki Təchizat idarəsində baş mühəndis, 1994-1995-ci illərdə “Azərbərpa” İstehsalat Birliyində rəis müavini, 1995-1996-cı illərdə Nərimanov rayon İcra Hakimiyyətinin Kommunal Təsərrüfat şöbəsində müdir müavini, 1996-cı ildə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində Texniki Nəzarət şöbəsində müdir, 1996-1999-cu illərdə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində rəis, 2000-2006-cı illərdə Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində rəis, 2006-2011-ci illərdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, 2011-2014-cü illərdə isə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
    Azərbaycanın Respublikası Prezidentinin 16 aprel 2014-cü il tarixli Sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

    2000-ci ilin avqustundan Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı, 1 nəvəsi var.

  • Bakıda parklanmanın təşkili üzrə Baş Plan hazırlanır

    Bakı şəhərində parklanma yerlərinin təşkili və idarə olunmasına dair layihə həyata keçirilir. Layihənin icrasının müzakirəsi məqsədilə Bakı Nəqliyyat Agentliyində keçirilən görüşdə “Alpina Parking Consulting” MMC-nin hazırladığı yol xəritəsinin təqdimatı olub. Bildirilib ki, 4 mərhələdən ibarət yol xəritəsinə uyğun olaraq Bakı şəhərində ümumi parklanma vəziyyəti araşdırılaraq müvafiq məlumatlar toplanacaq və təhlil olunacaq. Yekun olaraq Bakı şəhərində parklanmanın təşkili üzrə Baş Plan hazırlanacaq.

    Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, demoqrafik, sosial-iqtisadi, texnoloji, ətraf mühit amillərinin nəzərə alınacağı Baş Plana uyğun olaraq şəhər ərazisi zonalara bölünəcək və hər zonaya fərdi yanaşma tətbiq olunacaq. Hər bir yenilik təhlil olunacaq və zərurət olacağı təqdirdə müvafiq düzəlişlər ediləcək. Qiymət siyasəti, bazarın tələblərinə cavab verən modelin ortaya qoyulması, hamı üçün əlçatanlığın təmin olması və ən əsası şəffaf idarəetmə Baş planın əsas hədəflərindəndir.

    Hədəfə nail olunması üçün innovativ həllərin tətbiqi nəzərdə tutulub. Müasir ödəniş metodları, ağıllı nəqliyyat sistemləri, parkin yerlərinin axtarışı, ağıllı və dəyişən tariflər, təhlükəsizlik və mühafizə baş planda əksini tapan əsas məsələlərdəndir.

    Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi yoldan kənar parklanma sahələrinin təşkili və idarə olunması üzrə yüksək təcrübəyə malik beynəlxalq məsləhətçi şirkət “Alpina Parking Consulting” MMC ilə əməkdaşlıq edir. Şirkət parklanma vəziyyətinin qiymətləndirilməsi, mövcud parklanma sahələrinin təhlili, ümumi qiymət siyasətinin müəyyən edilməsi və iqtisadi əsaslandırılması, müvafiq parklanma infrastrukturunun qurulması işlərində məsləhətçi qismində çıxış edir.

    “Alpina Parking Consulting” MMC şəhərimiz üçün parklanmanın inkişaf konsepsiyasının və modelinin hazırlanması, beynəlxalq təcrübələrdən istifadə edərək ümumi parklanma siyasətinin formalaşması, mövcud parklanma qarajlarının inkişaf konsepsiyalarının hazırlanması işlərində də Bakı Nəqliyyat Agentliyinə dəstək olacaq.

    Məlumat üçün bildiririk ki, “Alpina Parking Consulting” şirkəti 1997-ci ildə yaradılan “Alpina” şirkətlər qrupunun mühüm tərkib hissəsi hesab olunur. Şirkət parklanma sahəsində məsləhət xidmətlərinin göstərilməsi, eləcə də konsepsiya və menecment xidmətlərinin yerinə yetirilməsi üçün təcrübəyə və lisenziyalara malikdir. Şirkət Fransa, Almaniya, Avstriya və Avropanın digər ölkələrinin iri şəhərilərinin müvafiq qurumları ilə əməkdaşlıq edir.