Month: August 2020

  • DYP əməkdaşları tərəfindən saxlanılan deputatlar – SİYAHI

    Dəfələrlə Dövlət Yol Polisi (DYP) əməkdaşları ilə deputatlar arasında mübahisə yaranıb. Hətta deputatlar bununla bağlı bir neçə dəfə parlamentdə məsələ də qaldırıblar. Belə ki, onlar yol polisinin deputatın maşınını saxlamasından, onları tanımamasından və millət vəkillərinə qarşı qeyri-mədəni davranışlarından gileyləniblər.

    Maraqlıdır, deputatlar necə, yol-hərəkəti qaydalarına əməl edirlərmi? Onlar işıqforun qırmızı işığından keçmək və sürət həddini aşmaq kimi inzibati xəta törədiblər? Ümumiyyətlə, deputat olduqları müddətdə hansı qayda pozuntularına yol veriblər?

    “Report”un əməkdaşı bu suallarla Milli Məclisin bir neçə deputatına müraciət edib. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev “Report”a deyib ki, DYP əməkdaşlarının əksəriyyətinin fəaliyyətindən razıdır:

    “Xüsusən də onlar pandemiya zamanı gecə-gündüz işləyirlər. Təbii ki, DYP əməkdaşlarının hazırkı fəaliyyəti bir neçə il bundan əvvəllə müqayisədə daha yaxşıdır”.

    Deputat bildirib ki, DYP əməkdaşları tərəfindən onun avtomobili bir neçə dəfə saxlanılıb: “Sənədləri yoxlayıb və buraxıblar. Çox nadir hallarda da olub ki, bəzi artıq suallar veriblər. Mən daha çox Bakı-Lənkəran istiqamətində hərəkət edirəm. Orada olan polislərin əksəriyyəti məni və avtomobilimi tanıyırlar. Hansısa narahatlıqla üzləşməmişəm. Sürücüm çalışır ki, yol-hərəkəti qaydalarını pozmasın. Ancaq bir və ya iki aydan bir müəyyən qayda pozuntuları olur.

    Bu da şəhər ərazisində avtomobilin parklanması ilə bağlı olur. Hesab edirəm ki, insanlara aptekə, marketə gedən zaman 10-15 dəqiqə avtomobillərini saxlamağa icazə verilməlidir. Bununla bağlı çıxış da etmişəm. Düşünürəm ki, axşam saat 21-dən səhər saat 7-yə kimi maşınları saxlamağa icazə verilməlidir. Çünki o vaxt tıxac olmur və avtomobillər rahat hərəkət edə bilir.

    Bu məsələ ətrafında düşünmək lazımdır. Deyilənə görə, 2 dəqiqə icazə verilir. Ancaq Bakı Nəqliyyat Agentliyinin əməkdaşları bunu çəkirlər. Hesab edirəm ki, həmin qurumun əməkdaşları birinci dəfə üçün sürücüyə xəbərdarlıq etməli və ya orada saxlamağın qadağan olunduğunu bildirməlidir. Həmin tapşırıq və tövsiyələrə əməl etməyənlər isə cərimələnməlidir”.

    R.Quliyev hesab edir ki, işıqforun qırmızı işığında keçmək tərbiyəsizlikdir: “Bunu etmək olmaz. Son 5-7 ildə Azərbaycanın regionlarında kifayət qədər rahat yollar salınıb. Bəzi rayon yollarında sürət həddi 110 km/saat qoyulub və 3 km-dən sonra bu sürət 60 km/saata düşür.

    Bununla bağlı sürücülər mənə iradlarını bildiriblər. Sürücülərdən xahiş edirəm ki, müəyyən olunan qaydalara əməl etsinlər. Hesab edirəm ki, deputatların əksəriyyəti yol-hərəkəti qaydalarına əməl edir. Mən bunun bir neçə dəfə rayonlara gedən zaman da şahidi olmuşam”.

    Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov da avtomobil idarə edəndə reyd zamanı DYP əməkdaşları tərəfindən saxlanılıb:

    “Bundan başqa vaxt isə DYP əməkdaşları tərəfindən saxlanılmamışam. Mən çox az vaxtlarda şəxsən avtomobil idarə edirəm. Qoruyucu kəmərdən istifadə edir, sürət həddini aşmıram. Çalışıram ki, qaydalara əməl edim”.

    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı isə “Report”a bildirib ki, bir sıra hallarda bəzi DYP əməkdaşları ilə münasibətlərində xoşagəlməz anlar yaşanıb: “Belə ki, sürücümün günahı ucbatından yol-hərəkəti qaydalarının pozulmasına görə avtomobilimə cərimələr yazılıb. Lakin mənim ondan xəbərim olmayıb. İki dəfə bu halla bağlı avtomobilimi həbs etməyə çalışıblar. Mən onlara bu cür davranmağın qeyri-qanuni olduğunu xatırlatmışam və onların əmrlərinə qanuni olaraq tabe olmamışam.

    Bundan sonra isə dərhal avtomobilimin cəriməsini ödəmişəm. Sürücüyə tapşırmışam ki, imkan daxilində qaydaları pozmasın. Son dərəcə ciddi bir tədbirə gecikməyim deyə müəyyən qayda pozuntuları olub. Özüm avtomobil idarə edən zaman isə qayda pozuntusuna yol verməmişəm”.

    Milli Məclisin əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov hələ deputat olmazdan əvvəl də DYP əməkdaşları tərəfindən saxlanılıb: “Avtomobilimi özüm idarə edirəm və sürücüm yoxdur. Mən DYP əməkdaşlarının fəaliyyətindən razıyam. Onlarla münasibətlərimdə hər hansı bir problem olmayıb. Qaydalara əməl etməyə çalışıram. Heç zaman qırmızı işıqdan keçməmişəm.

    Mən xaricdə təhsil almışam. O zaman ölkəyə gələndə məni narahat edən məqamlardan biri bəzi sürücülərin piyada keçidlərində piyadalara yol verməməsi idi. Hazırda isə əksər sürücülər bu qaydalara ciddi şəkildə əməl edirlər. Mən VI çağırış Milli Məclisin deputatı olduğum müddətdə hər hansı bir qayda pozuntusu etməmişəm. Məni tanıyanlar bilir ki, nadir hallarda siqnaldan istifadə edirəm, sürətli sürməyə meyilli deyiləm”.

  • Sabahdan daha bir məhdudiyyət ləğv olunur – RƏSMİ

    Avqustun 20-dən Azərbaycanda məhkəmələrin fəaliyyəti tam şəkildə bərpa olunur.

    Ali Məhkəmədən verilən məlumata görə, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və Azərbaycan Respublikasının ərazisində karantin rejiminin yumşaldılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarını nəzərə alaraq məhkəmələrə aşağıdakılar tövsiyə edilib:

    2020-ci il 20 avqust tarixindən etibarən sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərinin və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarının inzibati ərazisində fəaliyyət göstərən məhkəmələrdə bütün işlərin qəbulu və baxılması tam şəkildə bərpa olunsun.

    Azərbaycan Respublikasının bütün məhkəmələrində:

    Hakimlərin və məhkəmə aparatı işçilərinin iş rejimi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrindən irəli gələn digər zəruri məsələlər həll olunsun;

    Vətəndaşların qəbulu dayandırıldığından qəbul yalnız telefon, mobil və internet rabitəsi vasitəsi ilə həyata keçirilsin;

    Məhkəmə fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilsin. Hakimlərin, məhkəmə aparatı işçilərinin və vətəndaşların məhkəmə binalarında olduqları müddət ərzində qoruyucu maskalardan istifadə etmələri, şəxsi gigiyena, tibbi-profilaktik qaydalara, eləcə də sosial məsafəyə riayət etmələri təmin olunsun. Məhkəmələrin inzibati binalarında mütəmadi olaraq dezinfeksiya işləri aparılsın və qoruyucu-gigiyenik vasitələrlə təchiz edilsin.

  • Azərbaycanda koronavirusun ikinci dalğası hansı şəraitdə yarana bilər?

    Ölkədə koronavirus pandemiyasının ikinci dalğasının baş verməməsi üçün bizə tövsiyə olunan və qoyulan qaydalara riayət etməliyik.

    Median.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, xəstəliyin yenidən kəskinləşəcəyi ilə bağlı problem bütün dünyanı narahat edir:

    “Koronavirusun ikinci dalğası barədə söhbətlər tək Azərbaycanda deyil, bütün dünyada gedir. Bəli, əgər yoluxma varsa, artma ehtimalı da var, ancaq hazırda bu barədə proqnozlar vermək tezdir. Hər şey özümüzdən asılıdır, qoyulan tələblərə riayət etsək, bu olmaya da bilər”.

    C.İsayev xəstəliyin niyə məhz payız aylarında arta biləcəyi barədə suala da aydınlıq gətirib. Onun sözlərinə görə, koronavirus soyuq temperatura dözümlüdür:

    “Bu aylarda bədənin mühitə uyğunlaşması baş verir və orqanizmdə müəyyən geriləmələr ola bilər.

    Həmçinin payızda digər infeksiyaların baş qaldırması və orqanizmi zəiflədən faktorların artması bu xəstəliyin inkişafına şərait yarada bilər. Ona görə də payız fəsli virusun inkişafı üçün əlverişli dövrdür”.

  • Azərbaycanda uşaq nəhəng şişlə doğuldu – FOTO

    Azərbaycanda nəhəng şişlə doğulan uşaq əməliyyat olunub.

    Median.Az “e-tibb.az”-a istinadla xəbər verir ki, Mərkəzi Klinik Xəstəxanada qeysəriyyə əməliyyatı ilə doğulan uşağın belində olan nəhəng şiş əməliyyat olunaraq çıxarılıb.

    Bu barədə xəstəxanının həkimi, uşaq cərrahiyyəsi və urologiyası uzmanı Fuad Hüseynov bildirib. Onun sözlərinə görə, uşağın valideynləri hamiləliyin 5-ci ayından etibarən övladlarının onunla bərabər böyüyən böyük ölçülü qorxunc şişlə doğulcağını biliblər. Körpə 8 aylığında, bel nahiyəsində təqribən başından daha böyük ölçüdə olan nəhəng şişlə dünyaya göz açıb:

    “Çəkilən MRT müayinəsi zamanı məlum oldu ki, xoşbəxtlikdən şiş çanağa və qarın boşluğuna yayılmayıb (Sacrococcygeal teratoma tip 1). Çəkisi şişlə bərabər 3200 qram olan körpə cərrahi əməliyyat olundu”.

    Həkimin sözlərinə görə, əməliyyat uğurlu keçib, teratoma büzdüm sümüyü ilə bərabər tam çıxarılıb və patohistologiya analizinə göndərilib. Əməliyyatdan çıxanda körpənin çəkisi 2400 qr. qalıb. Çıxarılan şişin çəkisi 800 qram olub.

    Fuad Hüseynov əməliyyatda onunla iştirak edən komandaya, xüsusilə uşaq cərrahiyyisi və urologiyası uzmanı Allahverdi Musayevə təşəkkürünü bildirib.




  • 190 manat ödənişlə bağlı VACİB AÇIQLAMA

    “Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlar üzrə birdəfəlik ödəmə (190 manat) almaq hüququ qazanan vətəndaşların siyahısı banklara göndərilib. Yaxın günlərdə ödəmələrə başlanılacaq”.

    Bu sözləri Baku.ws-in sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı bildirib.

    Nazirlik rəsmisi bundan əvvəl bir və ya iki ay birdəfəlik ödəmə alan, lakin sonradan bundan məhrum olan vətəndaşlarla bağlı suala da aydınlıq gətirib: “Nazirlər Kabinetinin qərarı ilə birdəfəlik ödəmə əvvəlcə aprel və may ayları üçün nəzərdə tutulmuşdu. Sonrakı ay hansı rayon karantin zonasına daxil idisə, o rayonun sakinləri ödəməni ala biliblər. Vətəndaşlar bir ay birdəfəlik ödəməni alıbsa, digər ay imtina verilibsə, bu o deməkdir ki, o, əmək müqaviləsi bağlayıb, VÖEN açdırıb. Yəni bu şəxslərə 190 manatın şamil olunmayacağı ilə bağlı səbəblər yaranıb. Çünki bu qaydalarda var ki, ödəmə yalnız hüququ çatan şəxslərə verilməlidir.

    Əgər 190 manatın verilməməsi ilə bağlı şikayəti olan vətəndaşlar varsa, 142 çağrı mərkəzinə zəng vura, məşğulluq mərkəzləri ilə əlaqə saxlaya və nazirliyin sosial şəbəkədəki səhifələrinə yaza bilərlər. Bu müraciətlərin hər biri əməkdaşlarımız tərəfindən cavablandırılır”.

  • Bakıdakı restoran-kafelərdə sıxlıq varmı? – VİDEO

    Nazirlər Kabinetinin qərarına əsasən, avqustun 18-dən etibarən ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilib.

    Vətəndaşları xidmət göstərən obyektlərində sanitar normaların, sosial məsafənin qorunması kimi məsələlər aktuallaşıb. Mövcud vəziyyəti araşdırmaq məqsədilə Bakı Şəhər və paytaxt rayonlarının İcra Hakimiyyətləri, İqtisadiyyat Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Bakı Şəhər Baş Polis İdarəsinin məsul əməkdaşları birgə reydlər keçirməyə başlayıblar.

    “Report” mövzu ilə bağlı AQTA-nın mətbuat katibi Aysel Fərziyeva, BŞİH-nin nümayəndəsi İsrafil Kərimov və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı Araz Kərimovun açıqlamalarını təqdim edir.

  • Bakıda cinayət törətməyə meyilli şəxslər həbs olunub – FOTO

    Avqustun 17-də axşam saatlarında paytaxtın Xətai rayonunda yerləşən restoranlardan birində cinayət törətməyə meyilli bir qrup şəxsin xüsusi karantin qaydalarını pozaraq ad günü məclisi təşkil etməsi barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olub.

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində həmin restoranda toplaşan şəxslər, o cümlədən məclisin təşkilatçısı əvvəllər dəfələrlə məhkum olunmuş, paytaxt sakini Natiq Binnətov, eləcə də qeyd edilən məclisin keçirilməsinə şərait yaradan restoranın rəhbərliyi və işçiləri saxlanılaraq Baş İdarəyə gətiriliblər. Onların üzərində axtarış aparılan zaman Natiq Binnətovla yanaşı daha 4 nəfərin – Bakı şəhər sakinləri, hər biri əvvəllər məhkum olunmuş Rəşad Baladadaşov, Ruslan Abbasov, Elvin Fətullayev və Şəmkir rayon sakini Elman Məmmədovun üzərindən müxtəlif növ güclü təsiredici narkotik vasitələr aşkar olunaraq götürülüb.

    Faktla bağlı cinayət işi başlanılıb və adları sadalanan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Məclisdə iştirak edən digər şəxslər və restoranın rəhbərliyi karantin qaydalarını kobud surətdə pozduqları üçün onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib və məsuliyyətə cəlb olunublar.





  • Vasif Talıbov Naxçıvan MR-a yeni Maliyyə naziri təyin etdi

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov avqustun 19-də Rafael Əliyevin Maliyyə naziri təyin edilməsi haqqında Fərman imzalayıb.

    “Nuhçıxan İnformasiya Agentliyi”nin məlumatına görə, Rafael Əliyev bundan əvvəl Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində çalışıb.

  • Васиф Талыбов назначил нового министра

    Рафаэль Алиев назначен министром финансов Нахчыванской Автономной Республики.

    Как сообщает Qafqazinfo, соответствующий указ подписал сегодня председатель Верховного меджлиса Нахчыванской Автономной Республики Васиф Талыбов.

  • Серия аварий в Берлине: генпрокуратура подозревает теракт

    Несколько аварий, в результате которых движение на берлинской автостраде было парализовано во вторник вечером, были вызваны одним виновником возможного террористического акта, заявили в прокуратуре Берлина. Об этом сообщает газета The Independent со ссылкой на прокуратуру.

    Издание отмечает, что накануне один из автомобилистов наехал на несколько автомашин на участке автомагистрали Берлина, в результате чего были ранены шесть человек, трое из них получили тяжелые травмы.

    Отмечается, что зачинщик аварии заявлял, что взял с собой ящик с боеприпасами. Однако эксперты-криминалисты не обнаружили ничего подозрительного в этой коробке, там были инструменты.

    В полиции заявили, что ДТП устроил уроженец Ирака, которому 30 лет. Следователи не исключают политические или религиозные мотивы, а также психическое заболевание подозреваемого. Полиция задержала его.

    Серия аварий привела к полному закрытию одной из основных транспортных артерий Берлина, которое продолжалось до среды. Инцидент привел к многочасовым пробкам вечером 18 августа. В тот день на трассе застряли около 300 человек.