Month: August 2020

  • В мире появился город, полностью покрытый сетью 5G

    Шэньчжэнь в китайской провинции Гуандун стал первым в мире городом, где полностью обеспечено покрытие связью нового поколения 5G. Об этом 17 августа объявила городская администрация, передает ТАСС со ссылкой на шанхайский информационный ресурс China News Service.

    В Шэньчжэне построено более 46,4 тысячи базовых станций для 5G. По плотности покрытия сетью 5G Шэньчжэнь также занимает первое место в Китае.

    Городская сеть 5G автономна. Инфраструктура для таких сетей создается с нуля, что требует больших финансовых затрат.

    Сейчас по всему Китаю ведется активное строительство инфраструктуры для сети 5G, каждую неделю устанавливается более 10 тысяч базовых станций. Операторы сотовой связи недавно объявили о снижении цен на пакетные тарифы для 5G.

  • В азербайджанских тюрьмах появятся библиотеки и спортплощадки

    В рамках эффективной работы с заключенными в исправительных учреждениях создаются клубы, библиотеки, радиоузлы, телевизионные комнаты, спортплощадки и они будут оснащены соответствующим оборудованием (кинопроекторами, радиотехникой, книжным фондом, спортивными принадлежностями, телевизорами и т.д.).

    Как сообщает Median.Az, это нашло отражение в утвержденной Министерством юстиции “Инструкции об организации воспитательной работы с осужденными к наказанию в виде лишения свободы на определенный срок и пожизненного лишения свободы и оказании им психологической помощи”.

    В соответствии с инструкцией, в воспитательной работе с заключенными будут использоваться такие средства общественного влияния, как общественно-полезный труд, общее и профессиональное образование, профессиональная подготовка.

  • В Азербайджане выявлен 131 новый случай инфицирования COVID-19, скончался еще один человек – ФОТО

    В Азербайджане за минувшие сутки выявлен 131 новый случай инфицирования коронавирусом, еще 159 человек вылечились и были выписаны домой.

    Об этом 18 августа сообщает оперативный штаб при Кабинете министров.

    За минувшие сутки от COVID-19 скончался еще один пациент.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 34 474 человека, 509 из которых скончались, 32 201 – излечился, 1 764 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 843 269 тестов (за последние 24 часа – 6 361) на COVID-19.

  • Azərbaycanda daha 159 nəfər COVID-19-dan sağalıb, 133 nəfər yoluxub, bir nəfər vəfat edib

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 133 yeni yoluxma faktı qeydə alınıb, 159 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.

  • Yazıçı Kəramət Böyükçöl saxlanıldı

    Yazıçı Kəramət Böyükçöl saxlanılıb.

    Median.Az-ın verdiyi xəbərə görə, K.Böyükçöl yaşadığı evdə canlı yayım edərkən saxlanılıb.

  • Kirayədə yaşayanlar övladlarını necə qeydiyyatdan keçirməlidirlər? – RƏSMİ

    Bakı şəhəri üzrə məktəbəhazırlıq qruplarına qəbul zamanı paytaxtda daimi qeydiyyatı olmayan, kirayədə yaşayan vətəndaşların uşaqlarını elektron sistemdə qeydiyyatdan keçirməsinin yolları açıqlanıb.

    Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Bakıda ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə, həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər.

    Həmin valideynlərə müvəqqəti və ya qeydiyyatsız yaşadıqları ərazidə yerləşən məktəbdə sıxlıq olduğu halda, digər məktəbləri seçmələri tövsiyə olunur.

    Onu da qeyd edək ki, kirayədə yaşayan valideynlər ərazi prinsipi tətbiq olunmayan bütün məktəblərdə övladlarını məktəbəhazırlığa elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər.

  • Özünü akademik Bəkir Nəbiyevin oğlu kimi təqdim edərək vətəndaşlardan pul alan şəxs tutulub

    Özünü mərhum akademik Bəkir Nəbiyevin oğlu kimi təqdim edərək vətəndaşlardan pul yığan şəxs tutulub.

    Bu barədə APA-ya B.Nəbiyevin oğlu Sadıx Nəbiyev məlumat verib.

    O, qeyd edib ki, bu ilin iyun ayından başlayaraq naməlum şəxs dövlət orqanlarına, tanınmış elm, ədəbiyyat və incəsənət xadimlərinə zəng edərək, özünü akademik Bəkir Nəbiyevin oğlu kimi qələmə verib və maddi vəziyyətinin ağırlığını, xəstə uşağına dərman ala bilmədiyini söyləyərək, maddi kömək göstərilməsini xahiş edib: “Xoşbəxtlikdən müraciət edilən şəxslərin çoxu məni tanıdığı üçün tərəfimdən belə hərəkətin mümkünlüyünü qəti şəkildə istisna edən, zəng vuranın dələduz olduğunu tez başa düşən şəxslər olublar. Təəssüf ki, fırıldaqçının toruna düşən, ona inanıb pul verənlər də var”.

    Məsələ ilə bağlı dərhal polisə müraciət etdiyini qeyd edən S.Nəbiyev artıq dələduzluq edən şəxsin tutulduğunu bildirib: “Hadisədən xəbər tutan kimi dərhal Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazova müraciət etdim. Onun göstərişi ilə Bakı şəhəri Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri operativ əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzun şəxsiyyəti, işin təfərrüatı müəyyən edildi. Qaçıb gizlənmək cəhdlərinə baxmayaraq Mehrəliyev Ceyhun Elçin oğlu polis tərəfindən saxlanılıb”.

  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başladı

    Bu gündən dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesinə start verilib.

    Valideynlər (digər qanuni nümayəndələr) mektebeqebul.edu.az elektron sistemi vasitəsilə övladının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçə bilər. Məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi isə avqust ayının 20-dən başlanılacaq.

    Qeyd edək ki, 2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunacaqlar.

  • Nazirlikdən Rəhim Yaqublunun əməliyyata ehtiyacı olması iddiaları ilə bağlı AÇIQLAMA

    Müdafiə Nazirliyi (MN) sosial şəbəkələrdə müddətli həqiqi hərbi xidmətdə olan Yaqublu Rəhim Tofiq oğlunun hərbi xidmətdən əvvəl futbol oynayarkən dizindən aldığı travma ilə əlaqədar guya hərbi hissədə müalicə olunmadığı və əməliyyata ehtiyacı olması barədə yayılan məlumatlara münasibət bildirib.

    Müdafiə Nazirliyindən bildirilib ki, hərbi xidmətdə olan hər bir hərbi qulluqçunun ailə vəziyyəti, sosial statusu, cəmiyyətdə tutduğu mövqeyi və digər amillərdən asılı olmayaraq, onlar nizamnamələrin tələblərinə uyğun olaraq xidmət keçir və komandanlıq tərəfindən eyni diqqət və qayğı ilə əhatə olunurlar.

    “2020-ci ilin yanvar ayında hərbi xidmətə çağırılmış əsgər Rəhim Yaqublu ilə bağlı bildiririk ki, o, hazırda hərbi xidmətdədir və xidmətini normal şəraitdə davam etdirir. Xidmətlə bağlı hər hansı bir narazılığının olmadığını özü də etiraf edir.

    Hərbi xidmətdən əvvəl sol ayağının diz nahiyəsindən aldığı travma ilə bağlı o, cari ilin fevral, aprel və iyul aylarında bir neçə dəfə hərbi hospitalda hərbi həkim-travmatoloqlar tərəfindən müayinə olunub.

    Diaqnozlar əsasında bu travmanın xidmətə maneə yaratmadığına, hər hansı əməliyyata ehtiyac olmadığına dair əsgərin tibb kitabçasında müvafiq qeydlər aparılıb. Bununla belə, əsgər Rəhim Yaqublu müayinə olunması üçün sabah yenidən hərbi tibb müəssisəsinə göndəriləcək.

    Qeyd edirik ki, hər bir hərbi qulluqçunun özünün və ailə üzvlərinin istənilən müraciətinə həssaslıqla yanaşılır, məsələnin dərhal araşdırılaraq müsbət həlli istiqamətində müvafiq tədbirlər görülür.

    Hərbi xidmətdə olduğu müddətdə zərurət yarandıqda hər bir əsgər peşəkar hərbi həkimlərimiz tərəfindən müayinə və müalicə olunurlar.

    Bir daha bildiririk ki, sosial şəbəkələr vasitəsilə məsələnin siyasiləşdirilərək hərbi xidmətə müdaxilə edilməsi cəhdini qəti surətdə rədd edir və bu kimi hərəkətləri qəbuledilməz hesab edirik”, – deyə məlumatda qeyd olunub.

  • Azərbaycanda bu universitet ləğv olunur

    İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ötən gün verdiyi qərara əsasən, Qafqaz Universiteti ləğv olunur.

    Median.Az bu barədə Dövlət Xidmətinə əsasən xəbər verir.

    Məlumata görə, kreditorlar tələblərini 2 ay ərzində Xırdalan şəhəri, Abşeron rayonu, Həsən Əliyev küçəsi, ev 120 ünvanına bildirə bilərlər.

    Qeyd edək ki, Qafqaz Univesiteti 1995-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Havar Əmir oğlu Məmmədovdur.