Month: August 2020

  • Vətəndaşların NƏZƏRİNƏ: Kartların müddəti uzadılır

    Sosial təminat növləri üzrə ödəniş kartlarının müddəti hələ davam edir.

    Yəni mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq sosial müavinət və təqaüd kartlarının müddəti bu il 30 sentyabr, əmək pensiyası kartlarının müddəti 30 noyabr, ünvanlı dövlət sosial yardımı kartlarının müddəti isə 31 oktyabradək uzadılıb.

    Bu barədə Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili məlumat paylaşıb.

    R.Mehdilinin sözlərinə görə, cari vəziyyətə uyğun olaraq hər hansı bir dəyişiklik olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək.

  • ÜST bütün dövlətlərə məktub göndərdi

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün dövlətləri koronavirus peyvəndi ilə təmin etməyi hədəfləyən beynəlxalq COVAX mexanizminə qoşulmağa çağırıb.

    TASS xəbər verir ki, ÜST-ün baş direktoru Tedros Adanom Qebreisus bu barədə Cenevrədə keçirilən brifinqdə deyib.

    Onun sözlərinə görə, bununla bağlı bütün dövlətlərə məktub göndərib:

    “Qlobal COVAX mexanizmi (peyvəndlərlə) təmin olunma və risklərin aradan qaldırılması üçün çox vacibdir”.

  • ARB-də işçilər kütləvi şəkildə məzuniyyətə göndərilib? – AÇIQLAMA

    ARB telekanalında əməkdaşlar kütləvi şəkildə məzuniyyətə göndərilib.

    Median.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə və bəzi saytlarda məlumat yayılıb.

    İddia olunur ki, telekanalın 100-ə yaxın əməkdaşı öz hesabına məzuniyyətə göndərilib və bir neçə əməkdaş işdən azad olunub. Eyni zamanda, telekanalın bir çox tanınmış simasının, o cümlədən, aparıcılarla imzalanan müqavilələrin ləğv olunduğu deyilir.

    Yayılan məlumatlar həqiqətləri əks etdirirmi? ARB telekanalında nə baş verir?

    Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən ARB telekanalının mətbuat katibi Ozal İbrahimli deyib ki, əməkdaşların öz hesabına məzuniyyətə çıxması tam təbiidir:

    “Telekanalda işləyən hər kəs öz hesabına məzuniyyətə çıxa bilər. Burada məcburi heç bir şey yoxdur. O ki qaldı aparıcılar, verilişlər və yeni əməkdaşlarla bağlı məsələyə, bu barədə növbəti mövsümdə geniş açıqlamalar olacaq.

    Hələlik onu deyə bilərəm ki, hazırda yeni mövsümə hazırlıq işləri aparılır. Kimləri efirimizdə görəcəksiniz, hansı yeni simalar var və ya hansı yeni layihələr olacaq, bu barədə yaxın zamanda ətraflı açıqlamalarımız olacaq”.

  • Bakıda “Dolya vorovskaya” oxuyan müğənni tutuldu

    Bakıda müğənni polis tərəfindən saxlanılıb.

    Report xəbər verir ki, saxlanılan Elçin Zəka adlı müğənni daha çox “Dolya vorovskaya” mahnısının ifaçısı kimi tanınır.

    Onun hansı səbəbdən saxlandığı hələlik məlum deyil.

  • Azərbaycanda yüksək vəzifəli şəxs koronavirusa yoluxub? – AÇIQLAMA

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) qurumun İdarə Heyətinin sədri Saleh Məmmədovun koronavirusa yoluxması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

    Qurumun Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Report-a açıqlamasında deyib ki, S.Məmmədov bir ay bundan öncəki müddətdə bir çox açılış mərasimlərində iştirak edib.

    “Həmin açılış mərasimləri zamanı Saleh Məmmədov təqdimatlar edib və məlumatlar verib. Necə ola bilər ki, koronavirusa yoluxan bir şəxs bu cür rəsmi tədbirlərdə iştirak etsin? Saleh Məmmədovun koronavirusa yoluxması ilə bağlı xəbərlər yalandır. Burada hər hansı problemli məsələ də yoxdur. Hər bir şəxs koronavirusa yoluxa bilər”, – A.Nəcəfli bildirib.

    Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədov bir ay öncə koronavirusa yoluxması ilə bağlı xəbərlər yayılıb.

  • Polis Salyanda əməliyyat keçirdi – VİDEO

    Salyan polisi rayon ərazisində narkotik maddələrin satışı ilə məşğul olan şəxslərə qarşı bir neçə əməliyyat keçirib.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Şirvan şəhər sakini Abbas Quliyev saxlanılıb.

    Onun üzərində şəxsi axtarış aparılan zaman doqquz qrama yaxın narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Abbas Quliyev ifadəsində narkotik vasitələri Sübhan adlı şəxsdən aldığını bildirib.

    Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının əməliyyat tədbirlərinin davamı olaraq keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan rayonun Qaraşala kənd sakini Sübhan Ağarzayev də saxlanılıb.

    Onun üzərinə baxış zamanı bir büküm narkotik vasitə heroin və 11 qram psixotrop maddə olan metamfetamin aşkar edilib.

    Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb. Daxil olmuş məlumat əsasında keçirilən tədbir nəticəsində rayonun Xalac kənd sakini Mənsum Əzimov tutulub.

    Onun yaşadığı evin yardımçı otağına baxış zamanı dörd kiloqramdan artıq narkotik vasitə qurudulmuş marixuana aşkar olunub. Mənsum Əzimov ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq etdiyini deyib.

    Hər iki faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

  • Житель Сумгайыта погиб в результате несчастного случая

    Житель Сумгайыта погиб в результате несчастного случая.

    Как передает АПА, Савалан Гусейнов (1993 г.р.), выполнявший ремонтные работы в многоэтажном доме, по неосторожности упал с высоты.

    Он получил тяжелые травмы и скончался по дороге в больницу.

    По данному факту проводится расследование.

  • Sumqayıtda fəhlə binadan yıxılaraq öldü

    Sumqayıt sakini bədbəxt hadisə nəticəsində ölüb.

    APA-nın məlumatına görə, hadisə şəhərin “Stansiya Sumqayıt” yaşayış massivində qeydə alınıb.

    Belə ki, ərazidə inşa edilən hündürmərtəbəli binada fəhlə işləyən 1993-cü il təvəllüdlü Hüseynov Savalan İmamverdi oğlu ehtiyatsızlıqdan yıxılıb.

    Ağır bədən xəsarətləri alan S.Hüseynov xəstəxanaya aparılarkən yolda vəfat edib.

    Faktla bağlı araşdırma aparılır.

  • Определен глава делегации Азербайджана на песенном конкурсе “Евровидение”

    Утвержден руководитель азербайджанской делегации на песенном конкурсе “Евровидение”.

    Как сообщает Qafqazinfo, им стал Иса Меликов.

    Ранее он участвовал в подготовке к “Евровидению-2009” Айсель и Араша, которые заняли на конкурсе третье место.

    Также И.Меликов возглавлял команду по подготовке представительницы Азербайджана Самиры Эфенди (Efendi) с композицией “Клеопатра” к песенному конкурсу нынешнего года, который был отложен из-за пандемии.

    Efendi будет представлять Азербайджан на “Евровидении” в 2021 году.

  • “Eurovision”da Azərbaycan nümayəndə heyətinin rəhbəri məlum oldu – FOTO

    “Eurovision” mahnı müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri təsdiqlənib.

    “Qafqazinfo” xəbər verir ki, bu dəfə nümayəndə heyəti müsabiqəyə İsa Məlikovun rəhbərliyi altında qatılacaq.

    İsa Məlikov daha əvvəl “Eurovision 2009” mahnı müsabiqəsində Azərbaycanı təmsil edərək 3-cü yerdə qərarlaşan Aysel və Araşın müsabiqəyə hazırlıq mərhələsində iştirak edib.

    O, həmçinin, 2012-ci ildə Danimarkanın “Eurovision” üçün seçim turunun və Qazaxıstanın “Eurovision 2020” uşaq mahnı müsabiqəsinin münsiflər heyətinin üzvü olub.

    İ.Məlikov “Eurovision 2020”də Azərbaycan təmsilçisi Efendini müsabiqəyə hazırlaşdıran komandaya da rəhbərlik edib.

    Qeyd edək ki, pandemiya səbəbi ilə təxirə salınan “Eurovision 2020” mahnı müsabiqəsində Azərbaycanı “Kleopatra” mahnısı ilə Samirə Efendi təmsil etməli idi.

    Təşkilatçıların təxirə saldığı beynəlxalq mahnı müsabiqəsinin gələn ilki turunda, yəni “Eurovision 2021” mahnı şousunda Azərbaycanı təmsil etmək üçün Efendi səhnəyə çıxacaq.