Month: August 2020

  • Xaçmazda Aşura məclisində iştirak edən şəxslər saxlanılıb

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən dini ayinlərin keçirilməsi və ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, məscidlərin fəaliyyəti dayandırılıb.

    Bundan əlavə, Daxili İşlər Nazirliyi (DİN) tərəfindən vətəndaşlara cari ilin avqust ayının 21-dən başlayan Məhərrəm ayı, o cümlədən Aşura günü ilə əlaqədar məscidlərdə, ziyarətgahlarda və digər ibadət yerlərində, eləcə də ayrı-ayrı evlərdə toplaşaraq mərasimlərin keçirilməsi yolverilməz olduğu və bu məhdudiyyətlərin yalnız əhalinin sağlamlığını qorumaq məqsədi daşıdığı bildirilmişdi. Buna baxmayaraq təyin olunmuş qaydaları kobud şəkildə pozan vətəndaşlara rast gəlinib.

    DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman dini məclislərin keçirilməməsi ilə əlaqədar edilən xəbərdarlıqlara baxmayaraq, rayon ərazisində Eldar Tahirova məxsus fərdi yaşayış evində Aşura məclisinin keçirilməsini aşkarlayıblar.

    Şöbə əməkdaşları tərəfindən məclis dərhal dayandırılıb, ev sahibi və məclisdə olan 14 nəfər şöbəyə gətiriliblər. Burada onlarla izahedici söhbətlər aparılıb və törətdikləri qayda pozuntusu barədə məlumat verilib. Karantin qaydalarını pozan ev sahibi Eldar Tahirov və digər 14 nəfər şəxs barəsində qanunauyğun tədbirlər görülüb.

  • Türkiyədə koronavirusla bağlı son rəqəmlər açıqlandı

    Bu gün Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından 39 nəfər ölüb.

    Bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca özünün sosial media hesabında yazıb.

    Bildirilir ki, son sutka ərzində 101 414 şübhəli koronavirus testindən keçib, onlardan 1549-nun cavabı pozitiv çıxıb, ağır xəstə sayı 917 nəfər olub, 1003 xəstə isə sağalaraq evə buraxılıb.

    Türkiyədə ümumilikdə 267 064 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 242 812 nəfər sağalıb, 6284 nəfər ölüb.

  • Azərbaycan Uşaqlar Birliyindən dilənən azyaşlıların onlara təhvil verilmədiyini deyirlər – YENİLƏNİB + VİDEO

    Nəsimi RPİ-nin 20 Polis Bölməsi əməkdaşları tərəfindən tapılan uşaqlar bizim sığınacağa təhvil verilməyib.

    Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında qeyd edib.

    O bildirib ki, uşaqların reabilitasiya məqsədilə sığınacağa gətirilməsi üçün Birliyin hüquqşünası bölməyə yaxınlaşıb:

    “Uşaqlar Azərbaycan Uşaqlar Birliyinə təhvil verilməyib. Hüquqşünasımız bir neçə saat polis bölməsində uşaqların sığınacağa təhvil verilməsi ilə bağlı prosedur gözləyib. Lakin, uşaqlar atası və anası ilə birlikdə Yevlaxa göndərilib”.

    ***

    Ötən gün Nəsimi rayonu, Xutor qəsəbəsi kimi tanınan ərazidə, yanacaqdoldurma məntəqəsi ilə üzbəüz yolda iki uşaqla dilənən kişi tapılıb.

    Bu barədə Oxu.Az-a Nəsimi Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib.

    Bildirilib ki, Nəsimi RPİ 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan axtarışlar nəticəsində həmin şəxs və iki azyaşlı uşaq tapılıb.

    Uşaqlar polis əməkdaşları tərəfindən Azərbaycan Uşaqlar Birliyinə təhvil verilib.

    27 avqust, 10:48

    Bakıda kişi iki azyaşlı uşaq ilə yol kənarında dillənir.

    Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

    Kadrlar Nəsimi rayonu, Xutor qəsəbəsi kimi tanınan ərazidə, yanacaq doldurma məntəqəsi ilə üzbəüz yolda lentə alınıb. Uşaqlardan biri kişinin qucağında, digəri beton üzərinə uzadılıb.

    Görüntülərdə kişinin yanındakı uşaqlardan birinin üç, digərinin beş yaşı olduğu qeyd edilir.

    Vətəndaşın “uşaqları nə üçün belə şəraitdə saxlayırsan” sualına isə kişi “imkanım yoxdur, saxlaya bilmirəm” deyə cavab verib.

    Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında yayılan videogörüntülər barədə dərhal aidiyyəti qurumlara məlumat verdiyini deyib:

    “Videomaterial mənə göndərilən kimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Daxili İşlər Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bildirdim. İki azyaşlı uşağın həyatı təhlükədədir. Heç bilmirəm həmin şəxs uşaqların atasıdır, yoxsa yox. Amma bütün hallarda uşaqlar bu adamdan alınmalıdır. Aidiyyəti qurumlar lazımi tədbirləri gördükdən sonra mən uşaqları götürüb, onların reabilitasiyası ilə məşğul olacağam. Bu adam zərərli vərdişlərin sahibidir və uşaqlar çox böyük təhlükədədirlər”.

    Mövzu ilə əlaqədar Nəsimi Rayon Polis İdarəsindən redaksiyamıza bildirildi ki, əraziyə baxış keçirilir:

    “Aidiyyəti üzrə məsələ tərəfimizdən araşdırılacaq və ictimaiyyətə ətraflı məlumat veriləcək”.

  • Распространились новые кадры со свадьбы внучки Рамиза Мехтиева – ВИДЕО

    В Сети распространились новые кадры со свадьбы внучки экс-главы Администрации Президента Азербайджана, президента Академии наук Рамиза Мехтиева.

    На торжестве, проведенном на даче в Новханы 18 августа, были нарушены правила карантина.

    Представляем читателям данное видео:

  • Ramiz Mehdiyevin nəvəsinin qalmaqallı toyundan yeni görüntülər yayıldı – VİDEO

    Artıq məlum olduğu kimi, avqustun 18-də Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib.

    Novxanıda bağ evində baş tutan toyda karantin qaydaları pozulub.

    Həmin toydan növbəti görüntülər yayımlanıb. Görüntüləri təqdim edirik:

  • В Баладжары продезинфицирована улица, на которой проживал известный исполнитель мейханы – ВИДЕО

    Сегодня была продезинфицирована улица, на которой проживал исполнитель мейханы Вугар Пашаев (Вугар Баладжары), скончавшийся после длительной болезни.

    Как сообщили в Исполнительной власти Баку, сегодня в рамках широкомасштабных дезинфекционных работ в столице, с помощью специальной техники и работников коммунальных служб была продезинфицирована улица Видади и прилегающие улицы в поселке Баладжары, где проживал исполнитель мейханы.

  • Biləcəridə vəfat etmiş meyxanaçının yaşadığı ərazi dezinfeksiya edilib – VİDEO

    Bu gün uzun müddət sürən ağır xəstəlikdən sonra vəfat etmiş meyxanaçının yaşadığı ərazi dezinfeksiya edilib.

    Bakı şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, bu gün Bakı şəhərində keçirilən genişmiqyaslı dezinfeksiya işləri çərçivəsində meyxanaçının yaşadığı Biləcəri qəsəbəsi Vidadi küçəsi və ətraf küçələr kommunal xidmətlərin xüsusi texnikası və işçiləri tərəfindən dezinfeksiya edilib.

  • 80 ildir ki, saçlarını kəsdirmir – FOTO

    Pandemiya ilə əlaqədar məhdudiyyətlərə görə dünyanın bir çox ölkələrində kişilər saçlarını uzatmaq məcburiyyətində qalıb. Lakin onların heç biri Vyetnamdan olan Nquen Van Çien ilə müqayisə oluna bilməz. Vyetnamlı kişi 80 ildir ki, saçlarını kəsdirmədiyini iddia edir.

    Bu barədə “Reuters” xəbər yayıb.

    92 yaşlı Van Çienin saçlarının uzunluğu beş metrə yaxındır.

    O, hesab edir ki, insan doğularkən onunla olan hər şey saxlanılmalıdır.

    “Saçım kəsiləcəyi gün öləcəyimə inanıram. Onları heç daramıram da, sadəcə qulluq edirəm, quru və təmiz qalması üçün örtürəm”, – deyə kişi bildirib.

  • Американские ученые подтвердили первый случай повторного заражения коронавирусом в США

    25-летний житель Рино в американском штате Невада стал первым жителем США, у которого подтвердилось повторное заражение коронавирусом.

    Об этом говорится в препринте статьи, подготовленной учеными из Невады, пишет “Медуза”.

    18 апреля у человека, имя которого не раскрывается, впервые диагностировали коронавирусную инфекцию, к 27 апреля у него исчезли симптомы. Два теста на инфекцию, проведенные 9 и 25 мая, дали отрицательный результат. Но 28 мая пациент вновь заболел, у него развилась более тяжелая болезнь, вызванная коронавирусом. Секвенирование генома вируса показало, что второе заражение отличается от первого.

    Авторы исследования считают, что повторное заражение коронавирусом встречается редко. Заболевание жителя Невады стало первым подтвержденным в США среди почти шести миллионов случаев COVID-19 в стране.

    Это четвертый подтвержденный случай повторного заражения коронавирусом в мире. Первый зарегистрировали ученые из Гонконга, еще два подтвердили в Нидерландах и Бельгии.

  • ABŞ-da ilk dəfə koronavirusa təkrar yoluxma qeydə alınıb

    Nevada ştatının Rino şəhərində yaşayan 25 yaşlı kişi ABŞ-da koronavirusa təkrar yoluxmuş ilk ölkə vətəndaşı olub.

    “Meduza” agentliyi xəbər verir ki, bu barədə Nevada ştatının alimləri tərəfindən hazırlanan məqalədə məlumat verilir.

    18 aprel tarixində adı mətbuata açıqlanmayan şəxsə koronavirus infeksiyası diaqnozu qoyulub, lakin 27 aprelə qədər simptomlar itib.

    Doqquz və 25 may tarixlərində aparılan iki testin nəticələri də mənfi çıxıb.

    Ancaq 28 may tarixində xəstə yenidən COVID-19-a yoluxub.

    Koronavirusa yoluxma nəticəsində, onda daha ağır xəstəlik inkişaf edib. Virusun genomunun ardıcıllığı ikinci infeksiyanın birincidən fərqli olduğunu göstərib.

    Bu, dünyada koronavirusa təkrar yoluxma üzrə dördüncü haldır.