Month: August 2020

  • Məşhur meyxanaçının dəfninə qatılanlar cəzalandırıldı – FOTO

    Avqustun 29-da Binəqədi rayonu Biləcəri qəsəbəsində vəfat edən meyxanaçı Vüqar Paşayevin (Vüqar Biləcəri) dəfn mərasimində ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydalarının və sanitar-epidemioloji şərtlərin kütləvi surətdə pozulması halı qeydə alınıb.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə sosial şəbəkələrdə və KİV-lərdə həmin mərasimdən yayımlanmış görüntülərdə əks olunan 42 nəfər rayon Polis İdarəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq edilib və onlar İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, məsuliyyətə cəlb olunublar.

    Abşeron Rayon Polis İdarəsi əməkdaşları tərəfindən dəfn mərasimini idarə edən axund Ş.Pircanov və daha 20 nəfər saxlanılaraq rayon Polis İdarəsinə gətirilib. Onlar barəsində inzibati xəta haqqında protokollar tərtib edilib, Ş.Pircanov 400 manat, digərləri isə 200 manat məbləğində cərimə olunub.

    Dəfn mərasimindən yayılmış görüntülərdə əks olunan digər şəxslərin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.




  • В Азербайджане выявлены 188 новых случаев инфицирования COVID-19, скончались еще два человека – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 188 новых случаев инфицирования коронавирусом, еще 115 человек вылечились и были выписаны домой.

    Об этом 29 августа сообщает оперативный штаб при Кабинете министров.

    За минувшие сутки от COVID-19 скончались еще два пациента.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 36174 человека, 529 из которых скончались, 33576 – излечились, 2069 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 910 890 тестов (за последние 24 часа – 6 384) на COVID-19.

  • Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 188 yeni yoluxma – FOTO

    Azərbaycanda koronavirus infeksiyasına 188 yeni yoluxma faktı qeydə alınıb, 115 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

    COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6384 test aparılıb.

    Aktiv xəstə sayı isə 2069 nəfərdir.

  • Спецоперация МВД в Барде: задержаны 11 человек – ВИДЕО

    Сотрудники МВД провели в Барде комплексные оперативные мероприятия против лиц, грубо нарушивших законы и общественный порядок.

    Так, поступила информация о том, что группа лиц в этом городе осуществлет продажу наркотиков, незаконно хранит в доме огнестрельное оружие. Кроме того, было установлено, что они причастны к различного рода хулиганским действиям, сообщает пресс-служба МВД.

    В результате проведенных сотрудниками правоохранительных органов оперативных мероприятий были задержаны 11 жителей Бардинского района – Дильгам Сафаров, Имади Абдулазимов, Халил Гейдаров, Айхан Аббасов, Ризван Мамедов, Имдад Абдуллаев, Заур Гаджиев, Муса Шарифханов, Хагани Мамедов, Эхтирам Исаев и Севдияр Азизов, подозреваемые в совершении вышеуказанных преступлений. Все они имеют судимость.

    В ходе личного досмотра и обыска в их домах были обнаружены и изъяты в качестве вещественных доказательств наркотические средства, револьвер системы Наган, колото-режущие предметы, электронные весы.

    По данному факту возбуждено уголовное дело по соответствующим статьям УК АР.

    Решением суда Наримановского района в отношении задержанных избрана мера пресечения в виде ареста.

    Расследование продолжается.

  • Daxili İşlər Nazirliyi Bərdədə əməliyyat keçirdi, 11 nəfər tutuldu: Silah-sursat, narkotik… – /VİDEO

    Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Bərdə şəhərində ictimai-asayişi kobud sürətdə pozaraq, vətəndaşların haqlı narazılığına səbəb olmaqla, ciddi qanun-pozuntularına yol verən şəxslərə qarşı kompleks əməliyyat tədbirləri həyata keçirilib.

    Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, əldə edilən əməliyyat məlumatlarında bir qrup cinayət törətməyə meyilli şəxsin Bərdə şəhərində narkotik vasitələrin satışı, yaşadıqları mənzillərdə qanunsuz olaraq odlu və soyuq silah-sursat saxlamaları, eləcə də, silsilə xuliqanlıq hərəkətləri törətmələri öz əksini tapıb.

    Həmin məlumatlar təhlil edilərək öyrənilib və qeyd edilən faktlar hərtərəfli araşdırılıb.

    Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Baş Narkotiklərlə Mübarizə İdarələri, eləcə də, Bərdə Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən avqustun 27-də birgə keçirilən əməliyyatlar zamanı yuxarıda sadalanan qanun pozuntularını törətməkdə şübhəli bilinən, əvvəllər müxtəlif cinayətlər törətdiklərinə görə dəfələrlə məhkum olunmuş 11 nəfər Bərdə rayon sakini – Dilqəm Səfərov, İmadi Əbdüləzimov, Xəlil Heydərov, Ayxan Abbasov, Rizvan Məmmədov, İmdad Abdullayev, Zaur Hacıyev, Musa Şərifxanov, Xəqani Məmmədov, Ehtiram İsayev və Sevdiyar Əzizov saxlanılıblar.

    Onların üstlərinə və yaşadıqları evlərə baxış zamanı külli miqdarda müxtəlif növ güclü təsiredici xassəyə malik narkotik vasitə və psixotrop maddələr, bir ədəd “Naqan” tipli tapança, çoxlu sayda soyuq silah kimi istifadə olunan kəsici-deşici alətlər, elektron tərəzilər aşkar olunaraq maddi sübut kimi götürülüb.

    Göstərilən şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılmaqla onlar barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

    Həmin şəxslər tərəfindən törədilmiş digər cinayət faktlarının müəyyən edilməsi məqsədilə müvafiq istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Komitə rəsmisi əhaliyə səsləndi: “Kütləvi tədbirlərdən çəkinin”

    Təxminən 25 milyon insanın yoluxduğu, 840 min insanın ölümünə səbəb olmuş koronavirus pandemiyasının cəmiyyətin bütün sahələrində olduğu kimi, mənəviyyat sahəsinə də təsirləri olub. Belə ki, dünyada bu xəstəliyin qarşısının alınması və onun fəsadlarının minimuma endirilməsi məqsədilə həyata keçirilən izolyasiya tədbirləri nəticəsində təhsil müəssisələri, mədəniyyət ocaqları və ibadət evlərinin fəaliyyətinə qadağalar qoyulub.

    Bu barədə Oxu.Az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə məlumat verib.

    Onun sözlərinə görə, bütün bunların nəticəsində bu il müsəlmanlar Ramazan və Qurban, xristianlar Pasxa bayramlarını məscidlər və kilsələrdə qeyd edə bilməyiblər:

    “Hətta hər bir mömin üçün vacib əməllərdən sayılan Həcc ziyarəti çox məhdud çərçivədə, yalnız Səudiyyə Ərəbistanında olan azsaylı müsəlmanlar tərəfindən yerinə yetirildi, dünya müsəlmanlarının Kəbə evini ziyarət etmələrinə icazə verilmədi.

    Eyni zamanda, İran və İraqda yerləşən, azərbaycanlı zəvvarların da ziyarət etdiyi müqəddəs məkanların fəaliyyətinə müəyyən qadağalar tətbiq olundu.

    Ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə hələ ilk yoluxma halı qeydə alınmamışdan əvvəl başlanıldı. Xəstəliyə qarşı mübarizə tədbirləri Prezident İlham Əliyev tərəfindən nəzarətə götürüldü, əhalinin sağlamlığı və insan həyatının qorunması əsas istiqamət kimi müəyyənləşdirildi.

    Bu məqsədlə yaradılmış Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən xəstəliyin yayılma dinamikasına uyğun olaraq müxtəlif qərarlar qəbul edildi. Onlardan biri olan 17 mart 2020-ci il tarixli qərara əsasən, ölkə ərazisində qapalı məkanlarda – təhsil müəssisələrində, böyük ticarət mərkəzlərində, mədəniyyət ocaqlarında kütləvi tədbirlərin keçirilməsi qadağan olundu.

    Bu qərardan sonra mart ayının 18-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) bölgə qazıları və səlahiyyətli nümayəndələrin iştirakı ilə iclas keçirildi, məscid və ziyarətgahların fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edildi”.

    QMİ-nin tövsiyələrinə əsasən, Ramazan ayı mərasimləri və Qurban bayramı namazının məscidlərdə yerinə yetirilmədiyini vurğulayan C.Əlifzadə bütün möminləri dövlətin pandemiyaya qarşı apardığı mübarizəyə dəstək olmağa səsləyib:

    “Müşahidələrə əsasən deyə bilərik ki, dövlətimizin koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərini hər kəs, o cümlədən, möminlər və din xadimlərimiz anlayışla qarşılayıb, bununla bağlı lazımi maarifləndirmənin aparılması istiqamətində səylərini əsirgəməyiblər, xalqa mənəvi dəstək veriblər.

    Karantin rejimi dövründə dini ayin və mərasimlərin keçirilmə qaydaları məsələsi avqust ayının 20-də QMİ tərəfindən videokonfrans formatında təşkil edilən Məhərrəm ayına həsr olunmuş iclasın əsas mövzusu olub.

    Geniş müzakirələrdən sonra QMİ-nin bölgə qazıları və səlahiyyətli nümayəndələrinin qəbul etdiyi bəyanat oxundu. Bəyanatda ölkədə karantin rejiminin bitmədiyi və mütəxəssislərin rəyi nəzərə alınaraq, Məhərrəmlik mərasimləri və təziyyə məclislərinin məscidlərdə keçirilməməsi tövsiyə olundu.

    Qeyd edilənlərlə yanaşı, bildirməliyik ki, bir qrup şəxs tərəfindən Azərbaycanda koronavirusa yoluxma sayının azalması, bir sıra sahələrdə karantin rejimi qaydalarının yumşaldılması, o cümlədən, bəzi dövlətlərdə ibadət evlərinin müəyyən şərtlərlə fəaliyyətə başlaması əsas gətirilərək, ölkəmizdə məscidlərin açılması ilə bağlı müzakirələr başladıldı və çağırışlar səsləndirildi.

    Onlardan bəziləri bunu Məhərrəm ayı ilə əlaqələndirərək, məscidlərdə kütləvi tədbirlərin keçirilməsinə icazə verilməməsində Azərbaycan hökumətinin hansısa marağının olduğunu iddia etdi. Hətta bunu ölkəmizdə məhərrəmlik təziyyə məclislərinin qadağan olunması kimi təqdim etməyə, müstəqil Azərbaycanın din-dövlət münasibətlərini xalqımızın mədəniyyətinə, mənəviyyatına ağır zərbə vurmuş Sovetlər dövrü ilə müqayisəsini aparmağa, möminlərimizin səmimi duyğularından yararlanmağa çalışdılar.

    Qısaca qeyd etməliyik ki, koronavirus pandemiyasına qarşı mübarizədə hər bir ölkənin özünün yanaşması vardır, dövlətlər səhiyyə, eləcə də, sosial, siyasi və iqtisadi imkanlarına əsasən tədbirlər həyata keçirirlər.

    Aparılmış işlər sayəsində Azərbaycan qonşu ölkələrlə müqayisədə, ümumiyyətlə, dünyada yoluxma və ölüm hallarının sayının ən az olduğu ölkələrdəndir. Bizə nümunə kimi göstərilən bəzi ölkələrdə karantin qaydaları yalnız tibb mütəxəssisləri arasında deyil, din xadimləri və ilahiyyatçı alimlər arasında da ciddi fikir ayrılıqları yaşanıb. Bəzi din alimləri möminlərə kütləvi tədbirlərdən çəkinmələri barədə xəbərdarlıq edib”.

    “Ümumiyyətlə, insanların sağlamlığı və həyatının qorunması üçün atılan addımlara laqeyd münasibət bəsləmək, qarşı çıxmaq və buna dini don geyindirmək məsuliyyətsizlik və cəhalətdir.

    Eyni zamanda, məhərrəmlik məclislərinin, İmam Hüseyn əzadarlığının karantin rejimi qaydalarına uyğun, müəyyən məhdudiyyətlərlə qeyd edilməklə qısa dövr ərzində unudulacağı iddiasında olmaq, buna möminlərimizin inanmasını gözləmək bəsirətsizliyin, Azərbaycan xalqının öz keçmişinə sədaqətindən xəbərsizliyin əlamətidir. Ümid edirik ki, bunlar ani unutqanlığın təsirindəndir”, – deyə C.Əlifzadə qeyd edib.

    Artıq Məhərrəm ayının doqquzuncu günüdür. Bugünədək aparılan müşahidələrdən danışan C.Əlifzadə ölkəmizdə möminlərin təziyyə mərasimlərini QMİ-nin bəyanatındakı tövsiyələrə uyğun təşkil etdiyini deyib:

    “Din xadimlərimiz televiziya və internet resursları üzərindən maarifləndirmə işi aparırlar. Sosial şəbəkələr vasitəsilə canlı yayımlar edir, İmam Hüseynin həyatı, onun mübarizəsinin mahiyyəti, o cümlədən, İslam dininin digər ali dəyərləri barədə moizələr oxuyurlar.

    Hər ötən gün sosial şəbəkələrdə belə dini söhbətlərə və moizələrə baxış sayı artmaqdadır ki, bu da insanların dini biliklərinin yüksəlməsinə, onlarda radikalizmə və xurafata qarşı immunitet yaranmasına xidmət edir”.

    Sabah keçiriləcək Aşura mərasimi barədə danışan C.Əlifzadə insanların qanvermə aksiyasında iştirakı ilə bağlı məsələyə də münasibət bildirib:

    “Möminlərimiz bu axşam Tasua gecəsini, sabah isə Aşura gününü qeyd edəcək. Hər il olduğu kimi, sabah qanvermə aksiyası keçiriləcək. Artıq ünvanlar məlumdur və hər kəsi bu aksiyaya qoşulmağa dəvət edirik. Eyni zamanda, insanları kütləvi tədbirlərdən çəkinməyə çağırırıq.

    Unutmamalıyıq ki, hələ koronavirusla mübarizə davam edir. Ekspertlərin açıqlamasına görə, onun müalicəsi və ya peyvəndi hazır olanadək bu mübarizə davam edəcək. Artıq neçə aylardır ki, həkimlərimiz, əsgərlərimiz, polislərimiz böyük əzmlə çalışırlar.

    Onlardan bəziləri evlərinə, ailələrinin yanına belə gedə bilmirlər, bəziləri bu mübarizədə həyatlarını itiriblər. Düşünürəm ki, biz hamımız bu bəlanın tezliklə bitməsi üçün, eyni zamanda, risk qrupuna daxil olan yaşlı insanlarımız, analarımız, atalarımız, nənə-babalarımız və xəstə yaxınlarımız üçün səylərimizi birləşdirməliyik: ara məsafəsi saxlamaqla, fərdi gigiyenaya diqqəti artırmaq və qoruyucu vasitələrdən istifadə etməklə”.

  • Ermənistan ordusunda koronavirusa kütləvi yoluxma var – RƏSMİ

    Azərbaycanın işğal olunmuş ərazilərində dislokasiya edilmiş Ermənistan ordusunun şəxsi heyəti arasında koronavirusa kütləvi yoluxma halları var.

    Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

    O bildirib ki, işğalçı ordu qüvvələri Ermənistanla işğal olunmuş ərazilərdə daimi hərəkətdə olduqları üçün yoluxma halları artır.

  • Prezidentin köməkçisindən xarici ölkələrə gedənlərə XƏBƏRDARLIQ

    Xarici ölkələrdən vətəndaşlarımızın ölkəyə gətirilməsi prosesi davam edir.

    Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

    O bildirib ki, xarici ölkələrdən vətəndaşlarımızın həm quru, həm də hava yolu ilə koronavirus testi əsasında ölkəyə gətirilməsi prosesi davam etdirilir:

    “Vətəndaşlarımız hazırkı dövrdə ciddi zərurət olmadan xarici ölkələrə getməkdən çəkinməlidir. Biz vətəndaşlarımıza çağırış edirik ki, ciddi zərurət olmadan xarici ölkələrə səfərdən çəkinsinlər. Sanitar-epidemioloji vəziyyət hər an pisləşə bilər və vətəndaşlarımızın ölkəyə qayıtmasında çətinliklər yarana bilər”.

  • Bakıda karantin qaydalarını pozaraq fəaliyyət göstərən restoran aşkarlandı – FOTO/VİDEO

    Xətai rayonunda karantin rejimi qaydalarını pozan ictimai iaşə obyekti müəyyən edilib.

    Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Telnov küçəsində “Legenda – Music Hall Lounge” restoran – musiqi əyləncə mərkəzinin qapalı zallarında və kabinetlərində qəlyan avadanlıqlarından istifadə olunduğu aşkarlanıb.

    Bu zaman sanitar-epidemioloji normaları pozan 46 müştəri barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə barələrində protokollar tərtib olunaraq, hər biri 200 manat, obyektin icarədarı isə 6000 manat cərimə edilib.

    Mövcud qayda və tələblərlə bağlı sahibkarlıq subyektinin rəhbəri və xidmət personalı polis əməkdaşları tərəfindən zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıb.







  • Rayonlarda olan tələbələrin Bakıya gəlişi ilə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

    Rayonlarda olan tələbələrin və tələbə adını alan birinci kursların paytaxta gəlişi məsələsi ilə bağlı müzakirələr aparılır.

    Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

    Onun sözlərinə görə, bu istiqamətdə Nazirlər Kabinetində Təhsil Nazirliyinin nümayəndələrinin iştirakı ilə təkliflər müzakirə edilir:

    “Tələbələrin tələbə kartından istifadə etməklə rahatlıqla paytaxta gələ bilməsi istiqamətində çox suallar olub. Bu suallar ətrafında fikirlər müzakirə edilir.

    Digər tərəfdən, birinci kursa qəbul olan və tələbə bileti olmayan tələbələrin gəlməsi məsələsi də var. Bütün bunlar Təhsil Nazirliyi ilə birgə aparılan müzakirələrdən sonra yekun qərarlar barədə ictimaiyyətə məlumat veriləcək”.