Month: August 2020

  • Azərbaycanda 95 mindən çox şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin olunub

    2019-cu ilin əvvəlindən Azərbaycanda pensiyalar, ötən ilin son rübündə müavinət və təqaüdlər üzrə elektron təyinat sistemləri işə salınıb.

    Bu barədə Əmək və Əhalilin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, e-təyinat sistemləri vasitəsilə ötən dövrdə 95 mindən çox şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin edilib. Onlardan 65 min e-təyinat bu ilin ötən dövründə aparılıb.

    Qeyd olunub ki, vətəndaşların pensiya, müavinət və təqaüd hüquqları yaranan zaman həmin şəxslər hansısa quruma müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac qalmadan onlara müvafiq sosial təminat növləri üzrə e-təyinatlar həyata keçirilir.

  • Dərs cədvəllərinin necə qurulacağı açıqlandı – VİDEO

    İbtidai sinif şagirdlərinin məktəbdə tədrisinin təşkili hazırda müzakirə edilir, yaxın zamanda yekun qərarlar barədə məlumat veriləcək.

    Bunu TƏBİB-in İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov deyib.

    O bildirib ki, dərs cədvəli şahmatvari olacaq:

    “Məktəblərdə şagird sıxlığının qarşısının alınması üçün tədbirlər görüləcək. Kitabxanaların, yeməkxanaların işləməməsi müzakirə edilir. Məktəbdə dəhlizlərdə sıxlıq olmasın deyə aidiyyəti üzrə tədbirlər görüləcək.

    Bütün bunlar yekun müzakirədən sonra ictimaiyyətə elan ediləcək.

    Qış mövsümünə gedirik, yoluxma sayının artım ehtimalı bizi narahat edir. Bilirsiniz ki, tədris rejiminin ənənəvi qaydada bütün məktəblərdə eyni cür olması gözlənilmir. Bu barədə də yenə deyirik ki, yekunda məlumat veriləcək”.

  • Dəmir yolu körpüsünün söküntüsü işlərinə başlanıb

    Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsi yaxınlığında yerləşən mövcud dəmir yolu körpüsünün söküntüsü işlərinə start verilib.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, aparılan işlərlə əlaqədar olaraq günün müəyyən saatlarında hər bir istiqamət üzrə intensivlik nəzərə alınmaqla avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır. Təhlükəsizlik baxımından söküntü işləri körpünün sırf hərəkətin məhdudlaşdırıldığı zolaqlar üzərindəki hissəsində aparılır. Körpünün tam sökülməsi işləri əlavə təhlükəsizlik tədbirləri görülərək aparılacaq. Köhnə körpünün sökülməsi və əvəzində yeni dəmir yolu körpüsünün inşası işlərinin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və zəruri texnika cəlb edilib.

    Söküntü işlərinə paralel olaraq yeni körpünün dayaqlarının inşası istiqamətində də addımlar atılır. Artıq dayaqlar üçün svay vurma işləri yekunlaşdırılıb və svaylar üzərində müvafiq olaraq monolit dəmir-beton dayaqların inşası işləri aparılır.

    Qeyd edək ki, mövcud dəmir yolu körpüsünün dayaqları yolun hərəkət hissəsində avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinə maneə törətdiyi üçün köhnə körpünün sökülərək əvəzinə yeni biraşırımlı tağlı dəmir yolu körpüsünün inşa edilməsi ilə bağlı qərar qəbul edilib. Körpünün uzunluğu 68.5 metr, eni isə 12.7 metr təşkil edəcək.

  • Balakəndə narkobaron helikopterlə tutuldu – FOTOLAR

    Balakənin Mahamalar kənd sakini Kamal Sultanovun yaşadığı evin həyətyanı sahəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olması barədə Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub.

    Median.Az DİN-ə istinadən xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində helikopterlə həmin ərazi havadan müşayiət edilən zaman orada narkotik tərkibli bitkilərin becərilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Əməliyyat-istintaq qrupu K.Sultanovun yaşadığı ünvana cəlb edilib və həmin evin həyətyanı sahəsinə baxış keçirilən zaman bostan bitkilərinin arasında əkib-becərdiyi, ümumi çəkisi 34 kiloqrama yaxın olan 587, həmçinin dibçəklərdə kultivasiya yolu ilə yetişdirdiyi 7 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək maddi sübut kimi götürülüb. Araşdırma zamanı həmin şəxsin narkotik vasitəni bir müddət əvvəl becərdiyi, onlara xüsusi qulluq göstərdiyi və yetişdirib, qurutduqdan sonra isə satmaq məqsədində olduğu məlum olub.

    Kamal Sultanov rayon ərazisində narkobaron kimi tanınır və bir neçə dəfə törətdiyi əməllərə görə, cinayət məsuliyyətindən yayınmağa cəhd edib. Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, K.Sultanov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

    Bundan başqa, Gərəkli kəndi ərazisindəki meşə massivində kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilər aşkar edilib.

    Həmin əraziyə baxış keçirilən zaman orada xüsusi qulluq göstərilərək yetişdirilən, ümumi çəkisi 101 kiloqramdan artıq olan 71 ədəd çətənə kolu və qurutmaq üçün bir neçə yerə sərdikləri, ümumi çəkisi 47 kq 570 qr narkotik vasitə qurudulmamış marixuana aşkarlanıb. Həmin narkotik vasitəni becərən şəxslərin aşkar edilərək, cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.



  • Rayonlara gediş-gəliş bərpa edilir? – RƏSMİ AÇIQLAMA

    Rayonlara gediş-gəlişin tam şəkildə açılması insanları narahat edən məsələdir. Amma bu barədə hazırda məlumat vermək çətindir.

    Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

    O bildirib ki, bu xəbəri indiki şəraitdə çatdırmaq mümkün deyil.

  • Azərbaycanın koronavirus vaksinləri alması ilə bağlı AÇIQLAMA

    Koronavirusa qarşı vaksinlərin yaradılması Azərbaycan tərəfindən diqqətdə saxlanılır.

    Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

    O bildirib ki, operativ qərargah nəzdində yaradılmış xüsusi qrup koronavirusa qarşı vaksinlərin yaradılması istiqamətində iş aparan dünyanın aparıcı şirkətləri ilə sıx əlaqədədir:

    “Dünya səviyyəsində qəbul olunmuş və sertifikasiya edilmiş vaksinlərin ölkəyə gətirilməsi və tətbiq olunması istiqamətində məsələlər diqqətdə saxlanılır.

    Burada dərin araşdırma aparmağa ehtiyac var, əks təsirləri olmayan və dünya səviyyəsində sertifikasiya olunan vaksinlər diqqətdə saxlanılacaq”.

  • В Гяндже убит преподаватель колледжа – ОБНОВЛЕНО

    По факту обнаружения 28 августа в квартире тела жителя Гянджи Юсифа Дамирова (1953 г.р.) со следами многочисленных ножевых ранений возбуждено уголовное дело по статье 120.1 (умышленное убийство) УК АР.

    Об этом сообщает прокуратура Гянджи.

    Расследование продолжается.

    * * * * *

    На улице М.Гянджеви в Гяндже совершено убийство.

    Как передает АПА, тело Юсифа Дамирова со следами ножевых ранений было обнаружено в его доме.

    Правоохранители выясняют обстоятельства случившегося и личность преступника.

    Отметим, что убитый работал преподавателем истории Азербайджана в Гянджинском медицинском колледже.

  • Azərbaycanda kollec müəllimi amansızlıqla qətlə yetirildi – YENİLƏNİB

    Gəncə prokurorluğu qətl hadisəsi ilə bağlı məlumat yayıb.

    Bildirilib ki, avqustun 28-da saat 21 radələrində 1953-cü il təvəllüdlü Yusif Dəmirov Gəncə şəhərində kirayədə yaşadığı mənzildə çoxsaylı bıçaq zərbələri yetirilərək öldürülüb.

    Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və digər prosessual hərəkətlər yerinə yetirilib.

    Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

    * * * * *

    Gəncədə qətl hadisəsi baş verib.

    APA-nın məlumatına görə, hadisə M.Gəncəvi küçəsində qeydə alınıb.

    Sözügedən küçədə yaşayan Dəmirov Yusif Fərhad oğlu evdə bıçaqla qətlə yetirilib.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin baş verməsi səbəbləri və qətlin kim tərəfindən törədildiyi araşdırılır.

    Qeyd edək ki, qətlə yetirilən şəxs Gəncə Tibb Kollecinin Azərbaycan tarixi müəllimidir.

  • Хикмет Гаджиев о проблемах метро и работе общественного транспорта – ВИДЕО

    Вопрос снятия ограничений на движение общественного транспорта в конце недели пока не рассматривается.

    Об этом на брифинге оперативного штаба при Кабинете министров 29 августа заявил помощник Президента Азербайджана – завотделом Администрации главы государства по вопросам внешней политики Хикмет Гаджиев.

    По его словам, за последнее время количество автобусов, выпускаемых на линии, увеличилось, но в связи с началом учебного года Бакинскому транспортному агентству поручено принять дополнительные меры по решению вопроса загруженности общественного транспорта.

    “Что касается восстановления деятельности Бакинского метрополитена, то из-за наличия проблем с вентиляцией и так как это замкнутое пространство, пока мы не можем рисковать. Вопрос открытия метро обсуждается. До 15 сентября возможно принятие какого-либо решения по этому поводу”, – сказал Х.Гаджиев.

  • Metronun fəaliyyəti ilə bağlı qərarın veriləcəyi vaxt bilindi – RƏSMİ + VİDEO

    Sentyabrın 15-dək metro barədə hər hansı müvafiq qərarın veriləcəyi gözlənilir.

    Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

    O bildirib ki, metronun fəaliyyəti potensial riskdir:

    “Metronun havalandırma sistemi, digər məqamlar risk faktoru kimi qiymətləndirilir. Bu, dünya praktikası ilə müqayisə edilir. Amma bütün hallarda sentyabrın 15-dək metronun fəaliyyəti müzakirə ediləcək. Bu sahədə daha fərqli qiymətləndirmənin və qərarların alınacağı da istisna edilmir”.