Month: August 2020

  • Президент Ильхам Алиев принял участие в отправке в море опорного блока платформы для месторождения “Карабах”

    10 августа Президент Азербайджана Ильхам Алиев принял участие в церемонии отправки в море опорного блока добывающей платформы для месторождения “Карабах”, прошедшей на Бакинском заводе глубоководных оснований имени Гейдара Алиева.

    Как сообщает АЗЕРТАДЖ, опорный блок был построен компанией BOS Şelf SOCAR на Бакинском заводе глубоководных оснований имени Гейдара Алиева. Сооружение предназначено для разведки и добычи нефти и газа.

    Затем Президент Ильхам Алиев дал интервью Азербайджанскому телевидению.

























  • İlham Əliyev “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib.

    AZƏRTAC xəbər verir ki, bu dayaq bloku SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda tikilib.

    Qurğu neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulur.

    Sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib.

























  • Ad günü keçirmək istəyən 15 nəfər cərimələndi – VİDEO

    Kürdəmirdə karantin rejimini pozan kafe aşkarlanıb.

    Baku TV xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Xəlsə kəndində fəaliyyət göstərən kafedə 15 nəfər rayon sakininin ad günü keçirərək karantin qaydalarını pozması faktı aşkarlayıb.

    Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kafe sahibi Babaşov Namiq Cəfər oğlu və onun müştəriləri saxlanılaraq rayon polis şöbəsinə dəvət olunublar.

    İlkin olaraq polis əməkdaşları onlara karantin rejiminin qaydalarını izah ediblər.

    Saxlanılanlar etdikləri əməldən peşman olduqlarını bildiriblər. Sonra onların hər biri barəsində inzibati xətalar məcəlləsinin 211-ci maddəsinin müvafiq bəndinə əsasən inzibati cərimə tətbiq olunub.

  • По фактам массовых беспорядков в Беларуси возбуждены уголовные дела

    Уголовные дела возбуждены в связи с фактами массовых беспорядков и насилия в отношении милиции, заявил председатель Следственного комитета Беларуси Иван Носкевич.

    “Они имели место на территории города Минска и ряда иных регионов страны сегодня ночью”, – цитирует его заявление государственное агентство БелТА.

    Глава Следственного комитета заявил, что участникам массовых беспорядков грозит до 8 и 15 лет лишения свободы.

    Он отметил, что правонарушения сопровождались уничтожением имущества, сопротивлением представителям власти, правоохранителями зафиксировано использование в качестве орудий преступлений мусорных контейнеров, скамеек, палок, булыжников, осколков тротуарной плитки, стеклянных бутылок, а также легковоспламеняющихся жидкостей.

    “В настоящее время более 100 следователей работают на местах происшествий”, – проинформировал глава СК.

    По его словам, “многие из подозреваемых и уже задержанных находятся в состоянии алкогольного опьянения”. Изъяты записи камер видеонаблюдения. Установлены и продолжают устанавливаться лица, причастные к беспорядкам. Их действиям будет дана соответствующая правовая оценка, отметил глава СК.

    Возбуждены уголовные дела по фактам организации массовых беспорядков и участия в них по различным частям статьи 293 УК Беларуси.

    Он призвал “не поддаваться на провокации и призывы к нарушению общественного порядка”. “Правоохранительными органами будут приняты все возможные меры для защиты конституционного строя”, – сказал И.Носкевич.

  • Belarusda saxlanılan etirazçıları 15 ilə qədər həbs gözləyir

    Belarus İstintaq Komitəsinin rəhbəri İvan Noskeviç kütləvi iğtişaşlar və polisə qarşı zorakılıq faktları ilə əlaqədar cinayət işlərinə başlanıldığını deyib.

    Bu barədə dövlət agentliyi “BelTA”nın məlumatında “iğtişaşlar bu gecə Minsk şəhərində və ölkənin bir sıra digər bölgələrində baş verib” deyə qeyd edilir.

    İstintaq Komitəsinin rəhbəri bildirib ki, etirazçılar səkkiz ildən 15 ilə qədər azadlıqdan məhrum ediləcəklər.

    O qeyd edib ki, qanun pozuntuları əmlakın məhv edilməsi, hakimiyyət nümayəndələrinə müqavimətlə müşayiət olunub, hüquq-mühafizə orqanlarının əməkdaşları zibil qablarını, oturacaqları, çubuqları, səki plitələrinin parçalarını, şüşə butulkaları və yanan mayeləri cinayət silahı kimi qeydə alıb:

    “Hazırda 100-dən çox müstəntiq hadisə yerində işləyir”.

    Onun sözlərinə görə, şübhəli bilinənlərin və tutulanların çoxu sərxoş vəziyyətdə olub. Video nəzarət qeydləri götürülüb. İğtişaşlarda iştirak edən şəxslərin kimliyi məlum olub və onların şəxsiyyətinin müəyyənləşdirilməsi davam etdirilir. Onların hərəkətlərinə müvafiq hüquqi qiymət veriləcək.

    Kütləvi iğtişaşların təşkili və Belarus Cinayət Məcəlləsinin 293-cü maddəsinin müxtəlif hissələri üzrə cinayət işinə başlanılıb.

    Komitə rəhbəri təxribatlara və ictimai asayişi pozma çağırışlarına uymamağa çağırıb.

  • Azərbaycanda koronavirus xəstəsi yaşadığı evi tərk etdi – FOTO

    Quba rayon sakini Elnur Bayramov COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ona ev şəraitində müalicə təyin edilib. Lakin həmin şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib və digər insanlar üçün real təhlükə yaradıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, polis şöbəsinin əməkdaşları tərəfindən qaydaları pozan və sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan E.Bayramovun törətdiyi qanunazidd hərəkətin qarşısı dərhal alınıb.

    O, yaşadığı ünvana qaytarılıb.




  • Президент Ильхам Алиев поздравил Александра Лукашенко

    10 августа Президент Азербайджана Ильхам Алиев позвонил Президенту Беларуси Александру Лукашенко.

    Об этом сообщает АЗЕРТАДЖ.

    Глава Азербайджанского государства поздравил А.Лукашенко с убедительной победой на президентских выборах, пожелал ему новых успехов в деятельности во имя процветания народа Беларуси и развития страны.

    Белорусский президент выразил признательность Президенту Ильхаму Алиеву за проявленное внимание и поздравление.

    Подчеркнув успешное развитие основанных на стратегическом партнерстве дружественных отношений между нашими странами в различных сферах, главы государств выразили уверенность в том, что связи будут расширяться и впредь.

    В ходе телефонного разговора были обсуждены вопросы, связанные с перспективами в различных областях сотрудничества.

  • İlham Əliyev Aleksandr Lukaşenkoya zəng etdi

    Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya telefonla zəng edib.

    Dövlətimizin başçısı A.Lukaşenkonu prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edib, ona Belarus xalqının firavanlığı və ölkənin inkişafı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

    Belarus Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

    Dövlət başçıları ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə ediblər.

    Telefon söhbəti zamanı əməkdaşlığın müxtəlif sahələrinin perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

  • Azərbaycanda bir sıra bank və dövlət qurumlarının sistemlərində problem yarandı

    Azərbaycanda bir sıra bankların, eləcə də, dövlət qurumlarının sistemlərində problem yaranıb.

    Təxminən 10:30-dan etibarən sözügedən sistemlərdə problem müşahidə olunur.

    Problemin nə zaman həll olunacağı bilinmir.

  • Yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq olunan cərimə məbləği açıqlandı

    2020-ci ilin yanvar-iyun aylarında yol hərəkəti qaydalarının pozulmaslı ilə bağlı aşkarlanmış inzibati xətaların sayı 1 milyon 565,7 min olub.

    Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

    Xətaların 39,9 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 15,9 faizi dayanma və ya durma qaydalarının pozulması, 10,1 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 9,1 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 7,2 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 4,9 faizi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması, 4,6 faizi icbari sığorta müqaviləsinin bağlanmaması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.

    Qaydaların pozulmasına görə 52,6 milyon manat məbləğində cərimələr tətbiq edilib.