Month: August 2020

  • Lerikə qeyri-qanuni yollarla istirahətə gələn daha 24 nəfər cərimələndi

    Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən növbəti reyd zamanı sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla istirahətə gələn ümumilikdə 7 istirahət mərkəzində 24 şəxs müəyyən edilərək barələrində tədbirlər görülüb.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

    Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə karantin rejimi dövründə heç bir icazələri olmadan Lerik rayonuna gələrək burada yerləşən istirahət mərkəzlərində dincələn Bakı, Cəlilabad, Masallı və Sumqayıt sakini olan şəxslər müəyyən edilib və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

  • Ankara şəhərində Azərbaycana növbəti dəstək aksiyası keçirilib

    Türkiyənin paytaxtı Ankara şəhərinin Ulus rayonunda Azərbaycana dəstək məqsədilə aksiya keçirilib.

    Görkəmli dövlət xadimi Mustafa Kamal Atatürkün heykəli önündə baş tutan aksiyada Ankarada yaşayan soydaşlarımız və yerli ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

    Aksiyada çıxış edənlər faşist mahiyyətli Ermənistanın törətdiyi təxribatlarla bağlı tarixi faktları sadalayıblar, erməni lobbisinin və onların havadarlarının Azərbaycana və Türkiyəyə, bütövlükdə isə Türk dünyasına qarşı yönəlmiş işğalçı, təcavüzkar siyasətini, beynəlxalq hüquq normalarına və bəşəri dəyərlərə zidd davranışını sərt şəkildə pisləyiblər. Natiqlər dünya birliyindən və beynəlxalq təşkilatlardan Ermənistanın işğalçı siyasətinə son qoyulması, Azərbaycan torpaqlarının işğaldan azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, Cənubi Qafqaz bölgəsində ədalətli sülhün bərqərar olması naminə qətiyyətli addımlar atmalarını tələb ediblər.

    Azərbaycan və Türkiyənin dövlət bayraqlarının, Tovuz təxribatı zamanı qəhrəmanlıqla həlak olan şəhidlərimizin şəkillərinin və müxtəlif şüarların yazıldığı plakatların nümayiş olunduğu aksiyada “Cansa can, qansa qan, biz hazırıq, Azərbaycan!”, “Qarabağ bizimdir, bizim olacaq!”, “Xocalıya ədalət!”, “Erməni işğalına son!”, “Bir millət, iki dövlət!” şüarları səsləndirilib.

  • В Минтранспорта произведено новое назначение

    В Министерстве транспорта, связи и высоких технологий Азербайджана произведено новое назначение.

    Как сообщили в ведомстве, Фарид Багиров стал заместителем начальника Государственной службы автомобильного транспорта при ведомстве.

    Ф.Багиров родился в 1979 году. Окончил юридический факультет Бакинского государственного университета.

    С 2000 года занимал различные должности в Министерстве по налогам Азербайджана, Министерстве экономического развития, Государственной морской администрации, Государственном комитете по имуществу, ЗАО “Азербайджанские авиалинии”, Центре управления производственными и обслуживающими предприятиями и Государственной службе реестра недвижимого имущества

    Женат, имеет троих детей.

  • Azərbaycanda daha bir yüksək vəzifəyə TƏYİNAT

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin yeni rəis müavini Fərid Bağırov təyin edilib.

    Bu barədə qurumdan məlumat verilib.

    Qeyd edək ki, Fərid Bağırov 1979-cu ildə anadan olub.

    Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

    2000-ci ildən Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, Dövlət Dəniz Administrasiyası, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, “Azərbaycan Hava yolları” QSC, Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində müxtəlif vəzifələrdə çalışıb.

    Ailəlidir, üç övladı var.

  • На АЗС в Волгограде прогремел мощный взрыв, есть пострадавшие – ВИДЕО

    Взрыв прогремел на газовой АЗС в Волгограде, в соседних зданиях выбило стекла. Поднявшийся в небо огненный столб сняли на видео, передает Vesti.Ru.

    Жители Тракторозаводского района сообщили о серии взрывов, прогремевших с разницей в несколько минут.

    “Аж стены затряслись”, – сказали очевидцы.

    Как сообщили РИА Новости в администрации Волгоградской области, пострадали не менее 13 человек.

  • Rusiyada yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib – VİDEO

    Rusiyanın Volqoqrad şəhərində qaz yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.

    REN TV xəbər verir ki, alov bir neçə metrə qədər yüksəlib.

    İnsident nəticəsində yeddi nəfərin xəsarət aldığı bildirilir.

    Qeyd olunur ki, xəsarət alanlar arasında yanğınsöndürmə briqadasının əməkdaşları da var.

  • В Азербайджане выявлены 79 новых случаев инфицирования COVID-19, скончались еще два человека – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 79 новых случаев инфицирования коронавирусом, еще 278 человек вылечились и были выписаны домой.

    Об этом 10 августа сообщает оперативный штаб при Кабинете министров.

    За минувшие сутки от COVID-19 скончались еще два пациента.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 33 647 человек, 492 из которых скончались, 30 642 – излечились, 2 513 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведен 790 141 тест (за последние 24 часа – 5 015) на COVID-19.

  • Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 79 yeni yoluxma – FOTO

    Azərbaycanda koronavirus infeksiyasına 79 yeni yoluxma faktı qeydə alınıb, 278 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.

    COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5015 test aparılıb.

    Aktiv xəstə sayı isə 2513 nəfərdir.

  • Bu il 1253 nəfər vaxtından əvvəl şərti azadlığa buraxılıb

    “2020-ci ildə 1253 nəfər vaxtından əvvəl şərti azadlığa buraxılıb”.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bunu Ədliyyə Nazirliyində ictimai iştirakçılıq və şəffaflıq mövzusunda keçirilən canlı yayımda İctimai Komitənin koordinatoru, Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı deyib.

    S. Bənənyarlı bildirib ki, iyulun sonuna olan məlumatlara görə, onların 983 nəfəri ancaq pandemiya dövründə azadlığa çıxan məhkumlardır:

    “Bundan əvvəl də cənab Prezidentin sərəncamı ilə yaşı 65-dən yuxarı 176 məhkum azadlığa çıxıb. Cənab Prezidentin verdiyi sərəncamla alternativ cəzalardan istifadə olunmağa başlayıb, bu da cəmiyyətimizdə xəta törədən insanlarda inam yaradıb ki, onlar öz həyatlarını yenidən qura bilsinlər”.

  • Xəzərdə neftçi itkin düşüb

    “Ötən gün “Abşeronneft” NQÇİ-nin 1100 saylı stasionar dəniz özülündə neft və qaz hasilatı üzrə operator işləyən Kazımov Elşən Səfiyar oğlu gündüz növbəsində olan zaman növbənin sonunda saat 19:00 radələrində iş yoldaşları tərəfindən onun özüldə olmadığı müəyyən edilib”.

    Bu barədə “Azneft” İstehsalat Birliyindən məlumat verilib.

    Qeyd edilib ki, Kazımov Elşən axırıncı dəfə həmin gün saat 15:40 radələrində neft-qazçıxarma ustası Vidadi Əliyevə 1110 və 1111 saylı quyularda ölçmə işlərinin aparıldığı barədə məlumat verib. “Sonradan onun çəkmələri qaldığı evciyin qarşısında, mobil telefonu stolunun üstündə, gödəkcəsi isə həmin yerin məhəccərində asılmış vəziyyətdə tapılıb, işçinin meydançada axtarışı aparılıb, lakin onu tapmaq mümkün olmayıb. İşçinin itkin düşməsi haqqında rəhbərliyə məlumat verilib, gəmilər və dalğıclar vasitəsilə ətraf ərazidə dənizdə axtarış işləri aparılıb. Hazırda helikopter, gəmilər və dalğıclar axtarış işlərini davam etdirir”, – deyə, məlumatda qeyd edilib.