Month: August 2020

  • İlham Əliyev Fəttah Heydərovun vəfatı ilə bağlı nekroloq imzaladı

    Prezident İlham Əliyev tanınmış ictimai xadim, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Səməd oğlu Heydərov vəfatı ilə bağlı nekroloq imzalayıb.

    AZƏRTAC-ın məlumatına görə, başsağlığı mətnində deyilir:

    “Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Səməd oğlu Heydərov 2020-ci il avqustun 4-də ömrünün 83-cü ilində vəfat etmişdir.

    Fəttah Heydərov 1938-ci il fevral ayının 23-də Naxçıvan Muxtar Respublikasının indiki Babək rayonunun Çeşməbasar kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Universitetinə daxil olaraq, 1964-cü ildə Universitetin mexanika-riyaziyyat fakültəsində ali təhsilini başa vurmuş, 1975-ci ildə isə Bakı Ali Partiya Məktəbindən məzun olmuşdur.

    Fəttah Heydərov 1955–1958-ci illərdə Naxçıvan Muxtar Respublikasının indiki Babək rayonunun Güznüt kənd klubunun müdiri, 1958–1966-cı illərdə isə rayonun Çeşməbasar kənd səkkizillik məktəbinin müəllimi işləmişdir. O, 1966–1970-ci illərdə Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı və 1970–1976-cı illərdə Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi vəzifələrində çalışmışdır.

    Fəttah Heydərov 1976–1978-ci illərdə Naxçıvan Muxtar Respublikasının Əhaliyə Məişət Xidməti naziri vəzifəsini tutmuş, 1978–1983-cü illərdə Ordubad və Culfa rayon partiya komitələrinin birinci katibi, 1983–1995-ci illərdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri olmuşdur.

    1970–1990-cı illərdə Naxçıvan şəhər və Ordubad rayon Xalq Deputatları Sovetinin, 1990–1995-ci illərdə isə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin deputatı kimi fəaliyyət göstərən Fəttah Heydərov 1995-ci ildən etibarən altı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.

    Uzun illər ərzində tutduğu vəzifələrdən asılı olmayaraq çalışdığı bütün sahələrdə təşkilatçılıq qabiliyyəti nümayiş etdirən Fəttah Heydərov yüksək məsuliyyət hissi və insanlara münasibətdə həssaslığı sayəsində həmkarlarının rəğbət və ehtiramını qazanmışdır.

    Dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində nailiyyətlərin əldə olunmasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi onun təqdirəlayiq xidmətləri vardır. Fəttah Heydərov böyük nüfuza malik el ağsaqqalı idi.

    O, Azərbaycan Ağsaqqallar Şurasının sədri olaraq xüsusən yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli dövlətçiliyə sədaqət, mədəni irsə, əxlaqi-mənəvi dəyərlərə və adət-ənənələrə dərin hörmət ruhunda tərbiyəsi işinə mühüm diqqət yetirmişdir.

    Fəttah Heydərovun ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakı daim layiqincə qiymətləndirilmiş və o, uzunmüddətli səmərəli fəaliyyətinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarına layiq görülərək, 2008-ci ildə “Şöhrət”, 2013-cü ildə “Şərəf” və 2018-ci ildə “İstiqlal” ordenləri ilə təltif edilmişdir.

    Tanınmış ictimai xadim və səmimi insan Fəttah Səməd oğlu Heydərovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

    Allah rəhmət eləsin!

    İlham Əliyev

    Mehriban Əliyeva

    Əli Əsədov

    Sahibə Qafarova

    Samir Nuriyev

    Əli Əhmədov

    Eldar Əzizov

    Ziyad Səmədzadə

    Eldar İbrahimov

    Əhliman Əmiraslanov

    Teymur Bünyadov

    Sudeif İmamverdiyev”.

  • В Газахе будет заново отстроена школа-лицей имени Мехти Гусейна

    Президент Азербайджана Ильхам Алиев 4 августа подписал распоряжение о внесении изменений в распоряжение главы государства от 5 марта текущего года “О мерах по капитальному ремонту здания школы-лицея с гуманитарным и естественно-научным уклоном имени Мехти Гусейна в городе Газахе”.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Изменения предусматривают вместо капитального ремонта здания образовательного заведения в Газахе его снос и строительство нового.

  • Prezidentdən məktəb-liseyin yenidən tikilməsi ilə bağlı SƏRƏNCAM

    Prezident İlham Əliyev “Qazax şəhərində Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 mart tarixli 1899 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

    Sərəncama əsasən, “Qazax şəhərində Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 mart tarixli 1899 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 284) adında, 1-ci və 3-cü hissələrində “əsaslı təmiri” sözləri “sökülərək yenidən tikilməsi” sözləri ilə əvəz edilib.

  • Bakıda baldızını öldürüb, arvadını yaralayan şəxs həbs edildi – VİDEO

    2019-cu il sentyabrın 2-də Binəqədi rayonundan Kliniki Tibbi Mərkəzə kəsilmiş-deşilmiş xəsarətlərlə Kürdəmir rayonunda qeydiyyatda olan 30 yaşlı Ruhəngiz Quliyeva və 32 yaşlı Roza Mahmudova daxil olublar.

    Baku TV xəbər verir ki, onlar reanimasiya şöbəsinə yerləşdirilib, əməliyyat olunublar. Göstərilən tibbi yardımlara baxmayaraq, ertəsi gün vəziyyəti pisləşən R.Mahmudova xəstəxanada vəfat edib.

    Axtarışda olan Samiq Quliyev sentyabrın 4-də təslim olub. İstintaqla müəyyən edilib ki, avqustun 23-də Samiq Quliyev baldızı Roza Mahmudovaya məxsus, Binəqədi şosesi, döngə 4 ünvanında yerləşən fərdi evdə yaşayan arvadı Ruhəngiz Quliyevanın boğazına bıçaq dirəməklə, boşanacağı halda onu öldürməklə hədələyib.

    S.Quliyev həyat yoldaşının nikahın pozulması üçün Kürdəmir rayon məhkəməsinə iddia ərizəsi verməsində, eləcə də başqa şəxslərlə münasibətinin olmasında baldızının səbəbkar olmasını düşünərək, hər ikisini qisas niyyəti ilə öldürməyi qərarlaşdırıb. Sentyabrın 2-də saat 20 radələrində onların evdə olduqlarını bildiyi üçün yaşayış sahəsinə daxil olub. Bıçaqla müstəsna dərəcədə qəddarlıqla Ruhəngiz Quliyevaya xəsarətlər yetirib. Ardınca baldızına 12 dəfə bıçaq zərbəsi vurub.

    Ruhəngiz Quliyeva aktiv müqavimət göstərdiyindən və vaxtında ixtisaslı tibbi yardım göstərildiyindən, həyatı xilas olunub.

    Təqsirləndirilən şəxs qismində dindirilmiş Samiq Quliyev bildirib ki, 2009-cu ildə Ruhəngiz Mahmudova ilə ailə həyatı qurub, nikahdan üç uşaqları var. Onların axırıncı yaşayış yeri Biləcəri qəsəbəsi, Binəqədi şosesində yerləşən və baldızı Rozanın evinin yaxınlığında yerləşən ev olub. Qayınanası Sevil Kürdəmirə qayıtdıqdan sonra Ruhəngiz ona Rozanın yanına köçəcəyini və orada yaşayacağını deyib. O, buna razı olmasa da, arvadı öz bildiyini edib. Hadisədən təxminən 15 gün əvvəl baldızının evinə gedib. Rozanın böyük qızı Röya ona xalası Ruhəngizin ötən gün Mübariz adlı şəxsi evə çağırdığını deyib. Samiq ertəsi gün həyat yoldaşı işdən qayıdanda, eşitdikləri barədə arvadından soruşub. Ruhəngiz əvvəlcə heç nəyi boynuna almayıb, amma sonra guya Mübarizin xalası Şükufəyə borcu olduğunu və həmin borcunu qaytarmaq üçün onu evə çağırdığını deyib. Samiqin buna qədər də yoldaşının müxtəlif kişilərlə ona xəyanət etməsi barədə şübhələri olub. Ruhəngizə bundan sonra birlikdə yaşamağın qeyri-mümkün olduğunu, boşanmaq üçün ərizə verməsini deyərək, evdən çıxıb. Avqustun axırlarında yeznəsi Rüfət ona Kürdəmir rayon məhkəməsindən göndərilən məktubu gətirəndən sonra məktuba baxdıqda Ruhəngizin ərizə ilə boşanmaq üçün məhkəməyə müraciət etdiyini bilib. Sentyabrın 2-də paltarlarını götürmək üçün baldızının evinə gedib, hasardan aşaraq, içəri daxil olub. Evdə olanda çöldən Roza ilə Ruhəngizin səsini eşidib, mətbəxdə, pərdə ilə örtülmüş şkafa girib gizlənib.

    Bacılar evə girdikdən sonra mətbəxin işıqlarını yandırıblar, sonra hər ikisi Ruhəngizin yataq otağına keçib. Şkafdan çıxıb, otağa girəndə Roza güldanı götürərək, Samiqin başına çırpıb. Səs-küyə ayağa qalxan Ruhəngizin əlindən bıçağı alıb və onları vurmağa başlayıb. Otaqda əlinə keçən çəkiclə kimi vurduğunu xatırlamır. Samiq evdən çıxıb, bir müddət qonşunun həyətində gizlənib, sonra ordan qaçaraq, qardaşı Namiqin evinə gəlib. Samiq Quliyev əvvəlcədən cinayət əməli törətmək üçün hazırlaşmadığını, bacıların bir-biri ilə söhbət edərkən, kənar şəxslərlə görüşməyə hazırlaşdığı üçün əsəblərini cilovlaya bilmədiyini, ona görə də, gizləndiyi pərdə arxasından çıxıb həmin söhbətə aydınlıq gətirmək istədiyini qeyd edib.

    Zərərçəkmiş şəxs Ruhəngiz Quliyeva ifadəsində göstərib ki, ümumiyyətlə, əri Samiqlə yaşadıqları müddətdə onların arasında həmişə mübasihələr olub. Buna onun ailəsinə qarşı laqeyd olması, qazandığı pulları yalnız özü üçün xərcləməsi səbəb olub. Qadın 2019-cu ilin iyul ayından Binəqədi qəsəbəsində yerləşən şirniyyat evində satıcı kimi işləməyə başlayıb. Samiq hər gün onu işə aparıb, axşamlar da özü arxasınca gəlib, evə qaytarıb. Bacısı Roza da ərindən boşanıb, buna baxmayaraq, İsmayıl tez-tez onlara baş çəkərək, uşaqlarına baxıb. Avqust ayında növbəti mübahisə zamanı Samiq onu döyərək, bıçaqla əlinə xəsarət yetirib. Ryhəngiz ərinin ailəsinə baxmamasından bezərək, boşanmaq üçün Kürdəmir rayon məhkəməsinə ərizə verib.

    Qadın sentyabrın 2-də axşam saat 20 radələrində işdən evə qayıdıb. Qaz sobasının alt tərəfindən çıxan Samiqin sağ əlində çəkic, sol əlində isə bıçaqla onların üstünə gəldiyini görüb. Bacısı ilə qaçmağa macal tapmayıblar və məlum hadisələr baş verib.

    Məhkəmə iclasında Samiq Quliyev ittihamlar üzrə özünü qismən təqsirli bilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samiq Quliyev 19 il müddətinə azadlıqdan məhrum olunub.

  • DİN-dən xüsusi karantin rejimi tətbiq olunan şəhər və rayonlara gediş-gəlişlə bağlı AÇIQLAMA

    Daxili İşlər Nazirliyi (DİN) avqustun 5-dən xüsusi karantin rejimi tətbiq olunan rayonlara gediş-gəlişin necə tənzimlənəcəyini açıqlayıb.

    Nazirliyin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Oxu.Az-a açıqlamasında bildirib ki, Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, xüsusi karantin rejimi avqust ayının 31-dək davam edəcək:

    “Paytaxt Bakı da daxil olmaqla, ölkənin 13 şəhər və rayonunda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunur. Həmin şəhər və rayonlara giriş və çıxışa nəzarəti əvvəlki dövrdə olduğu kimi, xüsusi polis postlarında xidmət aparan polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən həyata keçiriləcək.

    Postlardan yalnız ölkədaxili hərəkətinə “icaze.e-gov.az” portalı vasitəsilə icazə verilmiş şəxslər və onların nəqliyyat vasitələri buraxılacaqdır.

    Onu da bildirim ki, Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış da eyni qayda ilə tənzimlənir”.

  • Təhsil Nazirliyi vətəndaşların qəbulunu avqustun 31-dək dayandırdı

    Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il avqustun 31-dək fəaliyyətini dayandırıb.

    Bildirilib ki, təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq.

    Vətəndaşlar, həmçinin, Nazirliyin rəsmi office@edu.gov.az elektron poçt ünvanına müraciət edə və elektron resurslarında (www.edu.gov.azwww.ict.edu.az) təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərlər.

    Rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytı (www.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.

  • Sumqayıt və Abşeronda məişət tullantılarının qalaqlanması faktları aşkar olunub – FOTO

    Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

    DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, iyulun 31-də Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində keçirilmiş növbəti belə tədbirlər zamanı Novxanı bağlar massivində və kənd ərazisində, həmçinin, Novxanı bağlar massivində yerləşən supermarket ərazisində məişət tullantılarının qalaqlanması faktları aşkar olunub.

    İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə qeyd olunan marketin direktoru E.Əhmədovun, Novxanı bələdiyyəsinin sədri Ş.Tağıyevin və Sumqayıt bələdiyyəsinin sədri S.Əsədovun barəsində protokollar tərtib edilib.

    E.Əhmədov 8 000, Ş.Tağıyev və S.Əsədov isə hər biri 3 000 manat məbləğində cərimələniblər.

    Bu istiqamətdə tədbirlər davam etdirilir.






  • AQTA ictimai iaşə müəssisələrinin rəhbərlərinə müraciət edib

    AQTA ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına qarşı effektiv mübarizə tədbirlərinin təmin olunması ilə bağlı ictimai iaşə müəssisələrinə müraciət edib.

    AQTA-dan bildirilib ki, sıxlıq normaları ilə bağlı zəruri məlumatlar ictimai iaşə müəssisələrinin girişində xüsusi lövhələrdə öz əksini tapmalıdır.

    Müraciətdə deyilir ki, pandemiya dövründə ictimai iaşə müəssisələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Koronavirus pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 6 iyul 2020-ci il tarixli, 237 nömrəli qərarına uyğun olaraq öz fəaliyyətlərini həyata keçirməlidirlər. Həmin qərara əsasən, pandemiya dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrinə müştəri qəbulu iki dəfə azaldılmalı və müvafiq olaraq, hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır.

    Eyni zamanda, qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında bir metrdən, masalararası məsafə isə iki metrdən az olmamalıdır. Hər bir ictimai iaşə müəssisəsinin qarşısında həmin müəssisənin qida qəbulu yerlərinin ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları girişdə hər kəsin aydın şəkildə görə biləcəyi lövhələrdə əks olunmalıdır. İctimai iaşə müəssisələri fəaliyyətə başladıqdan sonra AQTA əməkdaşları tərəfindən keçirilən reydlər zamanı müvafiq qərarın tələblərinə uyğun olaraq qida qəbulu, oturacaq yerləri, masalar və adambaşına müəyyən edilən sıxlıq normaları ilə bağlı zəruri məlumatların girişdə hər kəsin görə biləcəyi yerdə xüsusi lövhələrdə yerləşdirilmədiyi halları aşkar olunarsa, həmin müəssisələrlə bağlı qanunvericilik çərçivəsində müvafiq tədbirlər həyata keçiriləcək.

    AQTA bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini və istehlakçıları pandemiya dövrünün tələblərinə ciddi şəkildə əməl etməyə, özünün və yaxınlarının sağlamlığını və təhlükəsizliyini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət etməyə çağırır.

  • Meksika mətbuatında Ermənistanın son hərbi təxribatı ilə bağlı məqalə dərc edilib – VİDEO

    Meksikanın ən nüfuzlu mətbu orqanlarından olan “El Universal” qəzetində ispan və ingilis dillərində “Enerji və ərazi mübahisələri Qafqazda müharibənin yenidən başlanması təhdidini yaradır” başlıqlı məqalə dərc edilib.

    Baku TV xəbər verir ki, məqalədə ilk olaraq, Ermənistan və Azərbaycan arasında son hərbi toqquşmanın Qafqazda yeni müharibə ilə nəticələnə biləcəyi ilə əlaqədar dünya ictimaiyyətinin narahatlığına səbəb olduğu bildirilir.

    Silahlı qarşıdurmanın iki ölkənin sərhədində baş verdiyi qeyd olunur və bu dəfə münaqişəyə yeni bir faktorun cəlb olunduğu, toqquşmanın Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropanı birləşdirən strateji enerji və nəqliyyat layihələrinin yaxınlığında qeydə alındığı, Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli payı olan Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Qars dəmiryolu xətti üçün təhdid olduğu qeyd edilir.

    Materialda Dağlıq Qarabağın Azərbaycana məxsus olmasının beynəlxalq ictimaiyyət, habelə Meksika tərəfindən tanındığı vurğulanır.

    Sonda regionda Azərbaycan və Türkiyənin iştirakı ilə həyata keçirilən Cənub Qaz Dəhlizi, bu xüsusda TAP və TANAP boru kəmərləri layihələrinin əhəmiyyəti barədə məlumat verilib.

    Məqalədə əsas illüstrativ material kimi Ermənistan tərəfinin artilleriya hücumu nəticəsində Tovuz rayonu ərazisində dağıntıya məruz qalmış dinc yaşayış evinin fotoşəkli əksini tapıb.

  • Александр Лукашенко выступил с ежегодным обращением к нации – ВИДЕО

    Президент Беларуси Александр Лукашенко выступил с ежегодным обращением к нации на Национальном собрании в Минске во вторник, 4 августа.

    Как сообщает РБК, ранее он заявил, что мероприятие было запланировано на середину апреля, но его отложили из-за пандемии.

    Лукашенко баллотируется на шестой срок на предстоящих президентских выборах, которые должны состояться в воскресенье, 9 августа 2020 года.