Month: August 2020

  • Hökməli bələdiyyəsi cəzalandırılıb

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Abşeron rayonu Hökməli qəsəbəsinin Atyalı yaşayış massivində məişət tullantılarının qanunvericiliyə uyğun idarə edilmədiyi aşkar olunub.

    Xidmətin rəis müavini Ramal Bağırov bildirib ki, araşdırma zamanı Hökməli bələdiyyəsinin ərazisində məişət tullantılarının qalaqlanması artıq bir neçə dəfə təkrar edilib. Bununla bağlı bələdiyyə rəhbərliyi qarşısında ciddi tələblər qoyulsa da lazımi tədbirlər hələ də görülməyib:

    “Ərazinin qısa vaxt ərzində tullantılardan təmizlənməsi məqsədilə bələdiyyəyə daha bir məcburi göstəriş verilib. Dəfələrlə olunan xəbərdarlıqlara baxmayaraq ərazidə yenə də tullantıların düzgün idarə edilmədiyi və qalaqlandığı üçün Hökməli bələdiyyəsi barəsində akt və protokol tərtib olunub.

    Bələdiyyənin hüquqi şəxs qismində 6500 manatdan 8000 manatadək cərimələnməsi üçün toplanan materiallar Abşeron Rayon Məhkəməsinə göndərilib”.

  • Bakı-Sumqayıt yolunda hərəkət qismən məhdudlaşdırılacaq

    Hazırda Bakı-Sumqayıt yolunda, Xırdalan dairəsi yaxınlığında yerləşən dəmiryolu körpüsü üzərində relslərin sökülməsi işləri həyata keçirilir.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

    Bildirilib ki, bununla əlaqədar olaraq hər bir istiqamət üzrə hərəkət intensivlik nəzərə alınaraq, hissə-hissə qismən məhdudlaşdırılır.

    Təhlükəsizlik baxımından relslərin söküntüsü körpünün sırf hərəkətin məhdudlaşdırıldığı zolaqlar üzərindəki hissəsində aparılır. Körpünün tam sökülməsi işlərinə başlanılan zaman buna müvafiq olaraq da təhlükəsizlik tədbirləri görüləcək.

    Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

  • На российских телеканалах транслировалось интервью Президента Ильхама Алиева

    На российских телеканалах “Россия-24” и “Россия-1” транслировались передачи, посвященные 70-летнему юбилею ректора Московского государственного института международных отношений (МГИМО) Анатолия Торкунова.

    В этих передачах были показаны интервью глав государств, общественно-политических деятелей, дипломатов, являющихся выпускниками данного вуза, связанные с ректором этого авторитетного учебного заведения. Также транслировалось интервью Президента Азербайджанской Республики, выпускника Московского государственного института международных отношений Ильхама Алиева.

    АЗЕРТАДЖ представляет данное интервью.

    Президент Ильхам Алиев: Он возглавил МГИМО в один из самых трудных периодов жизни нашего вуза, после так называемой перестройки, и под его руководством МГИМО за короткое время восстановил свой престиж и превратился в один из ведущих вузов мира. Я знаю, как много сил, здоровья, внимания положил Анатолий Васильевич на то, чтобы мы все могли гордиться тем, что мы – выпускники МГИМО. Думаю, что каждый выпускник МГИМО должен быть благодарен ему за то, то он сделал и делает для нашего вуза.

    Когда мы проводили первый форум выпускников, я тогда сказал, что, наверное, это естественно, что он проходит в Азербайджане: по алфавиту – как по названию страны, так и по моей фамилии. Но также сказал, что, наверное, это и потому, что я пока единственный президент-выпускник МГИМО, и пожелал, чтобы нас стало больше. И рад, что это происходит. Нас уже двое. Я уверен, что это только начало. Нас будет больше, потому что те выпускники нашей альма-матер, которые вышли, если можно так сказать, из-под крыла Анатолия Васильевича, уверен, займут достойное место в жизни тех стран, которым они принадлежат, потому что МГИМО объединяет практически весь мир. Уверен, что президентов-мгимовцев в будущем будет больше. Еще раз от всей души поздравляю Анатолия Васильевича, желаю всего самого доброго. Так держать!

  • Rusiya telekanallarında İlham Əliyevin müsahibəsi yayımlandı

    Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) rektoru Anatoli Torkunovun 70 illik yubileyi münasibətilə Rusiyanın “Rossiya-24” və “Rossiya-1” televiziya kanallarında verilişlər yayımlanıb.

    Həmin verilişlərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunları olan dövlət başçılarının, ictimai-siyasi xadimlərin, diplomatların nüfuzlu təhsil müəssisəsinin rektoru ilə bağlı müsahibələri göstərilib. Bu verilişlərdə Azərbaycan Respublikasının Prezidenti, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu İlham Əliyevin də müsahibəsi yayımlanıb.

    AZƏRTAC müsahibəni təqdim edir.

    Prezident İlham Əliyev: O, MDBMİ-yə bizim ali məktəbin həyatının ən çətin dövrlərindən birində, qondarma yenidənqurmadan sonra başçılıq edib və onun rəhbərliyi ilə MDBMİ qısa müddətdə öz prestijini bərpa edib, dünyanın aparıcı ali məktəblərindən birinə çevrilib. Mən bilirəm ki, Anatoli Vasilyeviç bizim hamımızın MDBMİ məzunları olmağımıza görə fəxr edə bilməyimiz üçün çox qüvvə, sağlamlıq və diqqət sərf edib. Fikrimcə, MDBMİ-nin hər bir məzunu Anatoli Vasilyeviçin bizim ali məktəb üçün görmüş olduğu və bu gün də gördüyü işlərə görə ona minnətdar olmalıdır.

    Məzunların Birinci Forumunu keçirdiyimiz vaxt mən demişdim ki, bu forumun Azərbaycanda keçirilməsi yəqin ki, təbiidir. Həm ölkənin adının, həm də soyadımın əlifba sırasına görə belə olmalı idi. Lakin mən onu da dedim ki, yəqin bu, həm də ona görədir ki, hələlik mən MDBMİ-nin yeganə prezident məzunuyam və arzu etdim ki, belə məzunlar çox olsun. Şadam ki, bu, belə də olur. Biz artıq iki nəfərik. Əminəm ki, bu, hələ başlanğıcdır. Biz çox olacağıq, ona görə ki, əminəm, bizim almamaterin məzunları, necə deyərlər, Anatoli Vasilyeviçin yetirmələri mənsub olduqları ölkələrin həyatında layiqli yer tutacaqlar, çünki MDBMİ praktiki olaraq bütün dünyanı birləşdirir. Əminəm ki, gələcəkdə MDBMİ-nin məzunları olan prezidentlərin sayı daha çox olacaq. Anatoli Vasilyeviçi bir daha ürəkdən təbrik edirəm, ona ən xoş arzularımı bildirirəm. Sükanı belə saxlayın!

  • В Азербайджане выявлены 137 новых случаев инфицирования COVID-19, скончались еще два человека – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 137 новых случаев инфицирования коронавирусом, еще 83 человека вылечились и были выписаны домой.

    Об этом 27 августа сообщает оперативный штаб при Кабинете министров.

    За минувшие сутки от COVID-19 скончались еще два пациента.

    В целом коронавирусом в Азербайджане заразились 35 844 человека. Из них 524 – скончались, 33 364 – излечились, 1 956 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 898 492 теста (за последние 24 часа – 6 422) на COVID-19.

  • Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 137 yeni yoluxma – FOTO

    Azərbaycanda koronavirus infeksiyasına 137 yeni yoluxma faktı qeydə alınıb, 83 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

    COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6422 test aparılıb.

    Aktiv xəstə sayı isə 1956 nəfərdir.

  • Dövlət Komitəsi məcburi köçkünlərlə bağlı məlumatlara aydınlıq gətirdi

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlərlə bağlı məlumatlara aydınlıq gətirib.

    Bu barədə komitənin mətbuat xidməti məlumat yayıb.

    Bildirilir ki, məcburi köçkün ailələrinin, xüsusən qadınların hüquqlarının pozulması barədə son günlər bəzi internet media resurslarının yaydığı məlumatlar yalnış və qərəzlidir:

    “Birincisi, həmin məlumatlarda “qaçqın” və “məcburi köçkün” anlayışları eyniləşdirilir. Halbuki “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli 668-İQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən, qaçqın – Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) isə – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir.

    İkincisi, “məcburi köçkün” statusunun itirilməsi halları barədə əsassız fikirlər söylənilir.

    “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli 668-İQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş iki halda itirir: əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə və ya bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə.

    Bununla yanaşı, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Qaçqınların Və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin 23 may 2013-cü ildə qəbul etdiyi və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında 1 saylı Qərarının 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilə bilər.

    Üçüncüsü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli Qəhrəman ailələri, şəhid ailələri, I dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) vahid aylıq müavinət almaq hüququna malik deyildirlər.

    Və nəhayət, yanlış məlumat yayanlar, heç bir hüquqi normaya əsaslanmayan fikirlər söyləyənlər, qeyri-etik ifadələrdən də istifadə etməkdən, şər və böhtan xarakterli ittihamlar irəli sürməkdən çəkinmirlər. Belələrinə qaçqınlıq və məcburi köçkünlük kimi həssas və ağrılı məsələyə münasibət bildirərkən mövcud qanunvericiliyi diqqətlə oxumağı tövsiyə edir, eyni zamanda, öz hüquqi məsuliyyətlərini dərk etməyə çağırırıq”.

  • Rusiyanın koronavirus peyvəndindən xoş xəbər

    Rusiyada “Vektor” mərkəzində hazırlanan koronavirus peyvəndinin kursunu başa vuran hər kəsdə anticism tapılıb.

    Bu barədə TASS mərkəzdən verilən məlumata istinadla xəbər yayır.

    Qeyd olunur ki, könüllülərdə ciddi narahatlıq, mərkəzi sinir və ürək-damar sistemlərindən yaranan ağırlaşmalar, eləcə də hərarət olmayıb.

  • Zibilliyə qərq olan Buzovnanın dərdi bitmir – FOTO

    Bakının Buzovna qəsəbəsində zibilliyə qərq olan geniş ərazidəki problem ictimailəşdirildikdən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən məsələyə dərhal reaksiya verilib.

    Bildirilib ki, nazirlik tərəfindən aidiyyəti qurumlara ərazinin təmizliyinə nəzarət edilməsi barədə tapşırıqlar verildi.

    Lakin, görünən mənzərə onu deməyə əsas verir ki, bəzi strukturlar nazirliyin təlimatlarına məhəl qoymurlar. Bir neçə gün əvvəl geniş təmizlik işləri aparılan ərazidə yenidən məişət tullantıları toplanıb.

    Yerli camaat Buzovna qəsəbəsi, Haşımbəy Saqib küçəsini cəmi bir həftə təmiz görə bildiyini deyir. Bu gün çəkilən fotolardan görünür ki, artıq ərazidə vəziyyət əvvəlkindən də bərbad haldadır. Sakinlərin sözlərinə görə, yenə də yük maşınları əraziyə məişət tullantıları tökməyə davam edirlər:

    “Ərazidə təmizlik işləri aparılsa da, sözügedən yerdən 100-200 metr sağ və sol tərəfdə yenidən zibillər yığılıb. Əvvəl bu ərazinin ətrafı hasarlanmışdı. Lakin sonradan hasar dağıdıldı. Ərazinin təmizliyinə nəzarət edən yoxdur. Nə qədər ki, yaxınlıqda nəzarət postu qurulmayıb təmizlikdən söhbət belə gedə bilməz. Yalnız bura zibil atanlar yerindəcə cərimələnib aidiyyəti qurumlara təhvil verildikdən sonra, ərazini təmiz saxlamaq mümkün ola bilər”.




  • МЧС: Из-за ветра затруднено тушение пожара в Хызы – ОБНОВЛЕНО + ВИДЕО

    0

    Вспыхнувший в горной местности на территории сел Гарабулаг и Дизавар Хызынского района пожар затронул сухую траву и кустарники.

    Как сообщает МЧС Азербайджана, на месте происшествия находятся подразделения Госслужбы пожарной охраны, которые в настоящее время принимают необходимые меры.

    “В связи с угрозой перекидывания огня на лесистую местность к работам по ликвидации пожара привлечены два вертолета авиационного отряда МЧС и сотрудники Министерства экологии и природных ресурсов. Из-за ветреной погоды и сложного рельефа местности тушение пожара затруднено”, – говорится в сообщении ведомства.

    * * * * *

    В горной местности на территории сел Гарабулаг и Дизавар Хызынского района Азербайджана вспыхнул пожар.

    Огонь за короткое время распространился на обширную территорию.

    К ликвидации пожара привлечены подразделения Госслужбы пожарной охраны, а также два вертолета авиационного отряда МЧС.