Month: August 2020

  • Külək Xızıdakı yanğının söndürülməsinə mane olur – YENİLƏNİB + VİDEO

    Xızıda dağlıq ərazidə baş verən yanğın davam edir.

    Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri əraziyə cəlb olunub.

    İlkin məlumata əsasən, ərazidə quru ot və kol-kos yanır.

    Yanğının meşəyə keçmə təhlükəsi yarandığından, Nazirliyinin Aviasiya dəstəsinin iki ədəd helikopteri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb ounub.

    Küləkli hava şəraiti və yanğının mürəkkəb relyefli yüksək dağ massivində olması yanğınsöndürmə işlərini çətinləşdirir.

    Hazırda yanğının söndürülməsi üçün təcili və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.

    * * * * *

    Xızıda dağlıq ərazidə yanğın başlayıb.

    Hadisə rayonun Qarabulaq və Dizəvər kəndlərinin ərazisində baş verib.

    Qısa zamanda yanğın geniş əraziyə yayılıb.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin iki helikopteri cəlb edilib.

    Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

  • Mehmanxanaların fəaliyyəti ilə bağlı AQTA-dan XƏBƏRDARLIQ – FOTO

    Yeni növ koronavirus pandemiyası dövründə fəaliyyət göstərən mehmanxanalarda COVID-19-a yoluxma hallarının və ya virusun yayılmasının qarşısının alınması məqsədilə bir sıra qaydalara əməl olunmalıdır.

    Bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Mehmanxana xidmətinin təşkilində, xüsusilə ictimai iaşə zonalarında müvafiq metodiki göstərişlərin, tövsiyə və tələblərin yerinə yetirilməsi vacib şərtlərdəndir.

    Belə ki, insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə təsirini nəzərə alaraq, müştərilər arasında növbəlilik sisteminin qurulması və digər qabaqlayıcı tədbirlər kimi, mehmanxanaların əhatə etdiyi ərazidə dezinfeksiya məhlulundan istifadə üçün müvafiq qurğuların (dispenserlərin) yerləşdirilməsi və həmin qurğuların işlək vəziyyətdə olması təmin edilməlidir.

    Qonaqların və işçi heyətin daxil ola biləcəyi bütün məkanlarda maskası olmayan şəxslərə əlavə maskalar, digər gigiyena vasitələri təqdim olunmalıdır. Həmçinin müəssisənin bütün xidmət ərazilərində nağd ödənişlər məhdudlaşdırılmalı və təmassız ödəniş üsullarına üstünlük verilməlidir.

    Mehmanxanaların ictimai iaşə zonalarında işçi heyət şəxsi gigiyena qaydalarına ciddi şəkildə riayət etməlidir. Həmçinin mehmanxanaya daxil olarkən onların termal kamera sistemləri və ya təmassız termometr vasitəsilə hərarəti ölçülməli və bədən hərarətinin 37.5° C və ya daha yüksək olduğu müəyyən edildikdə işə cəlb olunmamalıdırlar. Mehmanxanaların ictimai iaşə sahəsində çalışan işçi heyətin dəyişəkli təmiz iş geyimində olması əsas şərtlərdəndir.

    Profilaktik tədbirlər çərçivəsində mehmanxanaların bütün ərazisində səthlərin xüsusiyyətinə uyğun olaraq, dezinfeksiya vasitələri ilə təmizləmə işləri həyata keçirilməlidir.

    Qeyd edək ki, hər bölmə (iş sahəsi) üçün təmizlik və dezinfeksiya tədbirlərinin dövriliyi infeksiya riski, insanların sıxlığı, çirklilik səviyyəsi, məhsulun növü, çirklənmənin növü, səthin tipi və s. kimi amillər nəzərə alınmaqla planlaşdırılmalıdır.

    Qonaqların yeyib-içmə zamanı istisna olmaqla, bütün digər vaxtlarda və masanı tərk etdikdə maskadan istifadə etmələrinə nəzarət olunmalıdır. Sosial məsafə saxlanması COVID-19-a yoluxmanın qarşısını alan əsas tədbirlərdən biridir. Buna görə də qonaqlar arasında minimum 2 metr məsafə təmin olunmalı, mümkün olan yerlərdə xüsusi işarələr yerləşdirilməlidir.

    Xatırladaq ki, eyni ailədən olan və ya eyni otağı bölüşən qonaqlara fiziki (sosial) məsafə tələbi şamil edilmir.

    Mehmanxanaların ictimai iaşə zonalarında müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına riayət olunmalıdır. İctimai iaşə sahəsinin qarşısındakı (girişində) xüsusi lövhələrdə qida qəbulu yerlərinin ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları əks olunmalıdır.

    Mehmanxanaların mətbəxində qida ilə təmasda olan səthlərin, alət və avadanlıqların təmizliyi təmin olunmalı, işçi heyət şəxsi gigiyena qaydalarına ciddi əməl etməlidir. Mətbəxdə bütün qida məhsulları təmiz və qidanın xüsusiyyətinə uyğun şəkildə bağlı şkaflarda üstü qapalı şəkildə saxlanmalıdır. Qida məhsullarına işçi heyətdən mümkün qədər az sayda insanın əllə toxunmasına icazə verilməlidir. Çarpaz yoluxma ehtimalını aradan qaldırmaq məqsədilə emal olunmamış qida məhsulları və hazır qidalar mətbəxdə ayrı-ayrılıqda saxlanmalıdır.

    Eyni zamanda, heyvan mənşəli məhsullardan yoluxma ehtimalının aradan qaldırılması üçün mətbəxə gətirilən heyvan mənşəli məhsullar dövlət baytarlıq nəzarətindən keçməklə müvafiq icazə sənədləri ilə müşayiət olunmalıdır.

    Mehmanxanaların ictimai iaşə zonalarında – mətbəxdə işçi heyətin şəxsi gigiyenaya əməl etməsi, yeməklər hazırlanarkən termiki emala riayət olunması, o cümlədən xam məhsulların istifadədən əvvəl təmizlənməsi, yemək dəstlərinin, mətbəx avadanlıqlarının, çirkli səthlərin mütəmadi olaraq yuyulub, təmizlənməsi təmin olunmalıdır.



  • İki ölkənin bölmə komandirləri arasında təcrübə mübadiləsi aparılır – VİDEO

    Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimi çərçivəsində iki qardaş ölkənin bölmələrinin komandirləri arasında təcrübə mübadiləsi aparılır.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, təlimdə komandir heyətinin yaranmış taktiki şəraitə uyğun qısa müddətdə qərar qəbul edib yuxarı qərargaha məruzə etməsi, tabelikdə olanlara çatdırması və döyüşün təşkili üzrə bacarıq və vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə Naxçıvan Qarnizonunun Simulyasiya Mərkəzində kompüterlər üzərində keçirilən məşqlər davam edir.

    Məşqlər zamanı komandirlərin ərazinin relyefindən faydalanaraq bölmələrin gizli hərəkətini təmin etməsi, məhdud şəraitdə atəşi və bölmələri idarə etməsi sualları işlənilir.

  • В Азербайджане замминистра нарушил правила карантинного режима? – ФОТО

    Первый замминистра культуры Азербайджана и временно исполняющий обязанности главы ведомства Анар Керимов провел встречу с координатором Бакинского офиса Турецкого агентства по сотрудничеству и координации (TİKA) Теоманом Тирьяки.

    На фото видно, что участники встречи не использовали маски и не соблюдали социальную дистанцию.

    Глава пресс-службы министерства Марьям Гафарзаде заявила Oxu.Az, что в ходе мероприятия все правила были соблюдены.

    “Все дело в том, что участники встречи сняли средства индивидуальной защиты, чтобы сфотографироваться. Это ясно по медмаскам, которые можно заметить на столе, если присмотреться внимательно”, – отметила М.Гафарзаде.

    Напомним, согласно решению Кабинета министров от 29 мая 2020 года, использование медицинских масок в закрытых помещениях является обязательным.

  • Nazir müavininin qapalı məkanda maska taxmaması ilə bağlı RƏSMİ AÇIQLAMA – YENİLƏNİB + FOTO

    Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Ofisinin koordinatoru Teoman Tiryaki ilə görüş keçirib. Görüşdə tərəflərin maska taxmadığı diqqət çəkib.

    Nazirlik görüş zamanı karantin qaydalarının gözlənilməməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

    Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri Məryəm Qafarzadə Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən görüşdə özü də iştirak edib:

    “Görüş qapalı məkanda keçirilib. Cəmi beş nəfərin iştirakı ilə keçirilən görüş zamanı qoruyucu maskalardan istifadə edilib, sosial məsafə gözlənilib.

    Görüş zamanı karantin qaydalarına zidd olacaq heç bir məqama yol verilməyib. Yalnız fotolar çəkilən zaman maskalar çıxarılaraq, masanın üzərinə qoyulub. Fotolara baxdıqda da bu aydın şəkildə görünür”.

    * * * * *

    Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifəsini müvəqqəti icra edən Anar Kərimov Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Ofisinin koordinatoru Teoman Tiryaki ilə görüşüb.

    Nazirlikdən verilən məlumata görə, görüş zamanı abidələrin bərpasına yeni yanaşmalar, mədəni irsin mühafizəsi, mədəniyyət və tarixi abidələrinin bərpası və konservasiyası sahəsində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

    Görüşdə 18 aprel 2019-cu il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi arasında Böyük Mərdəkan qəsri və Tuba Şah məscidinin bərpası ilə bağlı imzalanmış “Niyyət Məktubu”na da toxunulub.

    Qeyd olunub ki, həmin razılaşmaya uyğun olaraq TİKA-nın dəstəyi ilə Böyük Mərdəkan qəsri və Tuba Şah məscidinin bərpa olunması ilə bağlı tədbirlər həyata keçirilir.

    Anar Kərimov bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

    TİKA-nın Bakı Ofisinin kordinatoru Teoman Tiryaki da öz növbəsində ikitərəfli əlaqələrin önəmini qeyd edərək qəbula görə təşəkkürünü bildirib.

    Qeyd edək ki, görüşdə iştirak edənlər maska taxmayıb və ara məsafəsi gözlənilməyib.

    Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin 29 may 2020-ci il qərarına əsasən qapalı məkanlarda maska taxmaq məcburi olub.

  • Evlərdən yeddi min manatlıq oğurluq edən şəxs saxlanılıb

    Xaçmazda evlərdən oğurluq edən şəxs yaxalanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki üç evdən oğurluq edən şəxs tutulub.

    Qeyd olunub ki, ümumilikdə 889 manat pul, 6100 manat dəyərində qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş T.Süleymanov tutulub.

  • Sərt karantin elan edilən rayonlardan Qəbələyə gələn şəxslər cərimələnib – VİDEO

    Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reyd zamanı sərtləşdirilmiş xüsusi karantin rejimi elan edilən şəhər və rayonlardan qaydaları pozaraq, istirahət məqsədilə Qəbələ rayonuna gələn şəxslər barəsində inzibati qaydada tədbir görülüb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayon ərazisində hərəkət edən avtomobillər yoxlanış məqsədilə saxlanılıb. Planşet vasitəsilə yoxlanılan zaman bəzi sürücü və sərnişinlərin qaydaları pozaraq, rayona gəldiyi müəyyən edilib. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə cərimə protokolu tərtib olunub.

  • В ряде районов Баку ограничат подачу воды

    Из-за повышения уровня мутности воды в Куре приостановлена работа водоочистных сооружений.

    В связи с этим сегодня, 27 августа, будет ограничено водоснабжение городов Ширван и Гаджигабул, сел, расположенных вдоль трассы магистральных водопроводов, а также Гарадагского, Сабаильского и Бинагадинского районов Баку.

  • Kür çayında problem: Bir sıra şəhər və rayonlarda su olmayacaq

    Bakının üç rayonunda su olmayacaq.

    Bu barədə “Azərsu” ASC-dən məlumat verilib.

    Bildirilib ki, bölgələrdə yağıntılar səbəbindən Kür çayında bulanıqlıq artdığından Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılıb:

    “Bununla əlaqədar bu gün Şirvan və Hacıqabul şəhərlərinə, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin, Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq”.

  • Bərdədə 21 yaşlı gənci elektrik cərəyanı vurdu, başından xəsarət alıb öldü

    Avqustun 26-da, saat 15:00 radələrində Bərdə rayonu, Mustafaağalı kəndi ərazisində yerləşən avtomobilyuma məntəqəsində işləyən Niyaməddin Həsənovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Bu barədə Bərdə Rayon Prokurorluğu xəbər yayıb.

    Bildirilib ki, daxil olan məlumat əsasında, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

    İlkin araşdırmalarla müəyyən edilib ki, 1999-cu il təvəllüdlü Niyaməddin Həsənov işlədiyi avtomobilyuma məntəqəsində işləyən zaman elektrik cərəyanı vurması nəticəsində yıxılıb və baş nahiyəsindən aldığı xəsarətdən hadisə yerində ölüb.

    Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.