Month: August 2020

  • В Азербайджане выявлены 152 новых случая инфицирования COVID-19, скончался еще один человек – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 152 новых случая инфицирования коронавирусом, еще 111 человек вылечились и были выписаны домой.

    Об этом 24 августа сообщает оперативный штаб при Кабинете министров.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 35 426 человек. Из них 519 – скончались, 33 104 – излечились, 1 803 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 878 667 тестов (за последние 24 часа – 4 890) на COVID-19.

  • Azərbaycanda daha bir nəfər koronavirusdan öldü: 152 yeni yoluxma – FOTO

    Azərbaycanda koronavirus infeksiyasına 152 yeni yoluxma faktı qeydə alınıb, 111 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

    COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4890 test aparılıb.

    Aktiv xəstə sayı isə 1803 nəfərdir.

  • В ГТК прокомментировали изменения в правила ввоза товаров для личного пользования

    22 августа Кабинет министров Азербайджана внес изменения в “Льготные и упрощенные правила перемещения физическими лицами через таможенную границу товаров, не предусмотренных для производственных и коммерческих целей”, утвержденные постановлением правительства от 14 октября 2013 года.

    В связи с этим премьер-министр Али Асадов подписал соответствующий документ.

    Согласно поправкам, товары, ввозимые на таможенную территорию страны один раз в месяц, общая таможенная стоимость которых не превышает 800 долларов США, освобождаются от таможенной пошлины. До сих пор это условие относилось к продукции, общая таможенная стоимость которой не превышала 1 500 долларов США (с учетом дополнительных 500 долларов США для каждого сопровождаемого несовершеннолетнего физического лица).

    Кроме того, отныне таможенной пошлиной не облагаются товары, ввозимые посредством международных почтовых отправлений или компанией по транспортировке на имя одного физического лица в течение 30 (тридцати) дней общей таможенной стоимостью не выше суммы в эквиваленте 300 долларов США.

    Ранее этот лимит составлял 1 000 долларов.

    В Государственном таможенном комитете (ГТК) разъяснили некоторые моменты этого решения, так как оно было неправильно интерпретировано некоторыми СМИ страны и в социальных сетях, вызвало определенные вопросы у общественности.

    Как отметили в ведомстве, основной целью единой таможенной политики, являющейся составной частью внутренней и внешней политики АР, является защита экономических интересов и безопасности страны, внутреннего рынка, а также выполнение других задач, вытекающих из экономической политики государства.

    Согласно законодательству стран, входящих в Евросоюз, общая сумма товаров, не предназначенных для коммерческих целей, ввозимых физическими лицами в страны, входящие в ЕС, составляет до 300 евро.

    Мировая практика показывает, что лимит льгот, установленный физическим лицам для ввозимых на территорию страны почтовыми отправлениями товаров, не предназначенных для коммерческих целей, также достаточно низкий.

    Так, в Российской Федерации он составляет 200 евро, в Беларуси – 200 евро, в Грузии – 300 лари (125 долларов) и 30 кг, в Молдове – 200 евро (30 кг), в Украине – 100 евро (31 кг), а в Турции – 150 евро.

    Но некоторые пользователи социальных сетей считают, что внесенные в правила изменения якобы создадут условия для монополизации, воспрепятствуют развитию электронной торговли, вводя граждан в заблуждение.

    В ГТК подчеркнули, что эти заключения являются беспочвенными. Напротив, указанное решение направлено на предотвращение незаконных действий некоторых монополистических групп.

  • Dövlət Gömrük Komitəsindən yeni daşıma qaydaları ilə bağlı mühüm AÇIQLAMA

    Dövlət Gömrük Komitəsi yeni daşınma qaydaları barədə ictimaiyyət arasında yaranan müəyyən anlaşılmazlıqlara aydınlıq gətirib.

    Bu barədə Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

    Belə ki, avqustun 22-də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na dəyişikliklər edilib. Lakin bu qərar ölkənin bəzi kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkələrdə yanlış şərh edilərək ictimaiyyət arasında müəyyən anlaşılmazlıqlara səbəb olub.

    Qeyd edək ki, Azərbaycan Respublikasının daxili və xarici siyasətinin tərkib hissəsi olan vahid gömrük siyasətinin əsas məqsədi öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının iqtisadi mənafeyinin və təhlükəsizliyinin, daxili bazarının qorunmasında, dövlətin iqtisadi siyasətindən irəli gələn digər vəzifələrin yerinə yetirilməsində iştirak etməkdən ibarətdir.

    Aparılmış iqtisadi təhlilin nəticəsi olaraq müəyyən edilib ki, son illər fiziki şəxslərin özləri tərəfindən, gömrük ərazisinə gətirilən malların ayrı-ayrı kənar şəxslərin adına rəsmiləşdirilərək Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar şəklində keçirilməsinə cəhd göstərilməklə həmin mallar üçün qanunvericilikdə nəzərdə tutulmuş gömrük ödənişlərindən yayınma, həmçinin qeyd olunan malların qaçaqmalçılığı halları artıb.

    Bununla yanaşı, müəyyən edilmiş hədlər və miqdar daxilində idxal olunan malların gömrük ödənişlərindən azad olunması daxili bazarda həmin malların dövriyyəsinin artması ilə yanaşı, ölkə üzrə illik idxal dövriyyəsinin azalmasına, bəzi hallarda analoji malları rəsmi qaydada idxal edənlərin müflisləşməsinə səbəb olurdu.

    Bundan əlavə fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar şəklində gömrük ərazisinə güzəştli qaydada gətirilmiş mobil telefon və digər simsiz rabitə avadanlıqlarının ticarət şəbəkələrinə yönəldilməsi hallarının çoxalması və nəticədə gömrük ödənişlərindən yayınmaqla qeyri-qanuni ticarətə meyllərin artması, həmçinin mobil telefonlarının daimi olaraq qaçaqmal şəkilində ölkə ərazisinə gətirilməsi cəhdlərinin tam aradan qaldırılması məqsədilə müvafiq qabaqlayıcı tədbirlərin görülməsi zərurəti yaranmışdı.

    Beynəlxalq təcrübə olaraq, məsələn Türkiyə Respublikasının qanunvericiliyinə əsasən, qeyri-kommersiya məqsədləri üçün eyni fiziki şəxs tərəfindən 2 (iki) təqvim ilində yalnız 1 (bir) ədəd telefon aparatı, mobil və ya başqa simsiz rabitə şəbəkələri üçün telefon aparatı gömrük ərazisinə gətirilə bilər və həmin telefon aparatları 1 (bir) təqvim ayı ərzində həmin dövlətin müvafiq qurumlarında mütləq qaydada qeydiyyata alınır.

    Avropa İttifaqına daxil olan ölkələrin qanunvericiliyinə əsasən fiziki şəxslər tərəfindən Birliyə daxil olan ölkələrə gətirilən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ümumi məbləği 300 avroyadək təşkil edir.

    Dünya praktikasına nəzər yetirdikdə fiziki şəxslər tərəfindən poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar üçün müəyyən edilmiş güzəşt limitinin də kifayət qədər aşağı olduğu görünür. Belə ki, bəzi ölkələrə nəzər yetirdikdə güzəşt məbləğinin Rusiyada Federasiyasında 200 avro, Belarusda 200 avro, Gürcüstanda 300 Lari (125 dollar) və 30 kiloya qədər çəki, Moldovada 200 avro (30 kilo), Ukraynada 100 avro (31 kilo), Türkiyədə isə 150 avro olduğu müşahidə olunur.

    Avropa Birliyinin əksər ölkələrində isə 22 avroya qədər poçt bağlamaları heç bir gömrük ödənişi olmadan ölkə ərazisinə gətirilə bilər. Dəyəri 22 avro ilə 150 avro arasında olan poçt bağlamaları üçün isə yalnız ƏDV tutulur. Bu miqdar Yunanıstanda 15-20 avro, İspaniya və Fransada isə 50 avrodur. Əgər bağlamanın dəyəri 150 avrodan çoxdursa, o zaman ƏDV və qeydiyyat rüsumlarına əlavə olaraq malların kateqoriyasından asılı olaraq gömrük rüsumları da tutulur.

    Göstərilənləri, eləcə də beynəlxalq təcrübəni nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişikliklər edilməsi zərurəti yaranıb. Qərarda aşağıdakı dəyişikliklər qeyd edilib:

    -1.5-ci bəndin ikinci cümləsindən “ən azı” sözləri çıxarılaraq, həmin bəndə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilib:

    “Fiziki şəxs tərəfindən gömrük sərhədindən keçirilən eyni və (və ya) eynicinsli malların miqdarı 2-dən çox olduqda, güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçiriləcək malların 2-dən çox olan miqdarı bu bənddə göstərilən xüsusiyyətlər əsasında gömrük orqanları tərəfindən müəyyən edilir və müəyyən edilmiş miqdardan artıq keçirilən eyni və (və ya) eynicinsli mallara görə bu Qaydaların 2.1.2-ci və 2.1.4-cü yarımbəndlərində nəzərdə tutulmuş hədlər nəzərə alınmadan gömrük ödənişləri ödənilir.”;

    (Dəyişikliyə əsasən fiziki şəxs tərəfindən gömrük sərhədindən keçirilən eyni və (və ya) eynicinsli malların miqdarı 2-dən çox olduqda, artıq olan hissə nəzərdə tutulmuş hədlər nəzərə alınmadan gömrük ödənişlərinə cəlb olunur.)

    2.1.2-ci və 2.1.4-cü yarımbəndlər aşağıdakı redaksiyada verilməklə 1500 və 1000 ABŞ dolları ekvivalenti məbləği olaraq 800 və 300 ABŞ dolları ekvivalenti məbləği ilə əvəz edilib:

    “2.1.2. bu Qaydaların 2.1.1-ci yarımbəndində göstərilən mallar istisna olmaqla, Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra – gömrük ərazisi) hər təqvim ayı ərzində bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar;”

    2.1.4. beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən, ümumi gömrük dəyəri 300 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar;”;

    (2.1.4-cü yarımbəndinə edilən dəyişikliyə əsasən qeyd olunan hədlərdən artıq hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən mallar gömrük ödənişlərinə cəlb olunacaq.)

    -2.3-cü bənd aşağıdakı redaksiyada verilib:

    “2.3. İki ildən az olmayaraq Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət etmiş Azərbaycan Respublikasının diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən hərbi qulluqçular tərəfindən müvafiq olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən dövlət orqanı tərəfindən xarici ölkəyə ezam olunmuş əməkdaşın təyinat və geri çağırılma əmrlərinin təsdiq olunmuş surətləri gömrük orqanına təqdim edilməklə, onların xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın, o cümlədən ümumi gömrük dəyəri 40 000 ABŞ dollarının ekvivalenti məbləğindən və mühərrikin həcmi 3000 kubsantimetrdən artıq olmayan bir ədəd avtonəqliyyat vasitəsinin (avtonəqliyyat vasitəsinin dəyərinin ödənilməsi haqqında sənəd, avtonəqliyyat vasitəsinin bir il müddətində özgəninkiləşdirilməməklə sahibliyi, həmçinin avtonəqliyyat vasitəsini idarə etmək hüququ istisna olmaqla üzərində digər sərəncam verməmək barədə avtonəqliyyat vasitəsi sahibinin öhdəliyinə dair sənəd təqdim olunmaqla) gömrük ərazisinə gətirilməsinə görə gömrük ödənişləri tutulmur.

    Gömrük ödənişləri tutulmayan avtonəqliyyat vasitələrinin göstərilən müddətdə özgəninkiləşdirilməsinə həmin avtonəqliyyat vasitələri üçün qanunvericilikdə nəzərdə tutulmuş gömrük ödənişlərinin ödənilməsi şərtilə yol verilir;

    (Dəyişikliyə əsasən diplomatik şəxslər tərəfindən müəyyən olunmuş hədlərdən artıq ölkə ərazisinə gətirilən avtonəqliyyat vasitələri gömrük ödənişlərinə cəlb olunacaq.)

    – 3-cü hissənin adından “yazılı formada” sözləri çıxarılıb:

    -3.3-cü bənddə “yazılı” sözü “gömrük sərhədinə gətirilənədək əvvəlcədən elektron formada və ya gömrük sərhədinə gətirildikdən sonra yazılı (kağız üzərində və ya elektron)” sözləri ilə əvəz edilsin;

    -3.7-ci bənd aşağıdakı redaksiyada verilib:

    “3.7. Fiziki şəxslər istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları gömrük sərhədindən əl yükündə və (və ya) müşayiət edilən baqajda keçirdikdə və həmin malın gömrük dəyəri bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş həddən artıq olduqda, alan və ya göndərən şəxs və ya onların səlahiyyətli nümayəndəsi tərəfindən sadələşdirilmiş bəyannamə həmin mal gömrük sərhədinə gətirilənədək əvvəlcədən elektron formada və ya mal gömrük sərhədinə gətirildikdən sonra yazılı (kağız üzərində və ya elektron) formada malların gömrük orqanına təqdim edilməsi ilə eyni vaxtda verilir. Həmin mallar üçün gömrük ödənişləri gömrük rəsmiləşdirilməsi aparılan günə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla hesablanır və yalnız bank, poçt və ya ödəniş kartı vasitəsilə fiziki şəxs tərəfindən elektron ödəmə sistemindən istifadə edilməklə gömrük orqanlarının hesabına köçürülür.”;

    (Dəyişikliyə əsasən fiziki şəxslər tərəfindən ölkə ərazisinə gətirilən və “Qırmızı kanal” buraxılış sistemi ilə gömrük sərhədindən keçirilən mallar dair həmçinin əvvəlcədən elektron formada bəyannamə təqdim olunması da mümkün olacaq.)

    -3.9-cu bənddə “və ya onun” sözləri, “daşıyıcı şirkət, poçt rabitəsi operatoru və ya onların” sözləri ilə əvəz edilib.

    -3.10-cu, 3.11-ci və 3.18-ci bəndlər aşağıdakı redaksiyada verilib:

    “3.10. Müşayiət olunmayan baqajda bu Qaydaların 3.11-3.14- cü bəndlərində nəzərdə tutulan qaydada gətirilən yetkinlik yaşına çatmayan şəxsə aid olan mallar üzrə gömrük rəsmiləşdirilməsi ilə bağlı münasibətlər həmin bəndlərin tələbinə uyğun olaraq, onun valideynləri, övladlığa götürənləri, qəyyumları, himayəçiləri, yaxud göstərilən şəxslərin etibarnamələri əsasında hərəkət edən başqa fiziki şəxslər tərəfindən həyata keçirilir.

    3.11. İstehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, fiziki şəxsin adına daşıyıcı şirkət vasitəsilə göndərilən malların və ya Ümumdünya Poçt İttifaqının aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunmayan beynəlxalq poçt göndərişlərinin gömrük dəyəri bu Qaydaların 2.1.4-cü yarımbəndi ilə müəyyən edilmiş həddən çox olduqda, malların gömrük rəsmiləşdirilməsi alan və ya göndərən şəxs və ya onların səlahiyyətli nümayəndəsi tərəfindən gömrük orqanına sadələşdirilmiş elektron bəyannamə təqdim edilməklə həyata keçirilir. Həmin mallar üçün gömrük ödənişləri gömrük rəsmiləşdirilməsi aparılan günə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla hesablanır və yalnız bank, poçt və ya ödəniş kartı vasitəsilə fiziki şəxs tərəfindən elektron ödəmə sistemindən istifadə edilməklə gömrük orqanlarının hesabına köçürülür.

    3.18. Təqdim olunan bəyannamə bəyannaməçi və ya bu Qaydalara əsasən səlahiyyəti olan digər şəxs tərəfindən imzalanmalı və gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının məsul şəxsi tərəfindən şəxsi nömrəli möhürlə və imzası ilə təsdiq edilməlidir.”;

    – Qaydalara 1 nömrəli əlavə – “Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların Siyahısı” üzrə:

    6-cı hissəyə “valyuta” sözündən əvvəl “xarici” sözü əlavə edilsin;

    Aşağıdakı məzmunda 8-ci və 9-cu hissələr əlavə edilsin:

    “8. 20000 (iyirmi min) manat və ondan yuxarı məbləğdə olan nağd milli valyuta (kağız və metal pul nişanları) və milli valyutada ifadə olunan qiymətli kağızlar.

    9. Səfər zamanı fiziki şəxslər tərəfindən, həmçinin poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları”.

    (Dəyişikliyə əsasən qeyd olan məbləğdə milli valyuta və ölkə ərazisinə qeydiyyata alınması üçün daimi olaraq gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları yazılı formada gömrük orqanlarına bəyan olunmalıdır.)

    Onu da qeyd edək ki, qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir. Dəyişikliyin qəbulu fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən güzəştli və sadələşdirilmiş qaydada keçirilməsinin təkmilləşdirilməklə büdcə daxilolmalarında da mühüm rol oynayacaqdır.

    Lakin bəzi sosial şəbəkə istifadəçiləri edilən dəyişikliklərin guya inhisarçılığa şərait yaradacağına, elektron ticarətin inkişafına əngəl törədəcəyinə dair fikirlər irəli sürür, ictimaiyyətdə çaşqınlıq yaratmaq istəyirlər. Birmənalı olaraq qeyd edirik ki, bu kimi fikirlərin heç bir əsası yoxdur, əksinə bu qərar bəzi inhisarçı qrupların qeyri-qanuni əməllərinin qarşısını almağa yönəlib ki, həmin insanların narazılığı da başa düşüləndir.

  • Минобороны Азербайджана опровергло очередную ложь армянской стороны

    В Минобороны Азербайджана прокомментировали сообщение министерства обороны Армении о том, что армянский офицер, якобы заблудившись, перешел на азербайджанскую сторону.

    “Уже ни у кого не вызывает сомнений то, что армянское оборонное ведомство откровенно лжет и опровергает любые факты. Оно заявляет, что якобы офицер в ходе проверки боевого опорного пункта из-за неблагоприятных погодных условий “заблудился и пропал”, пытаясь опровергнуть тот факт, что командир выполнявшей спецзадание диверсионно-разведывательной группы старший лейтенант Гурген Алавердян был взят в плен. Если плененный офицер не был бы в военной форме, то министерство обороны Армении и на этот раз охарактеризовало бы его как пастуха или психически больного человека.

    Если офицер “пропадает” и общественность об этом не информируется спустя более 24 часов, это является признаком произвола, безответственности и недисциплинированности в армянской армии и еще раз доказывает умышленное и целенаправленное сокрытие от общественности роста количества преступлений и небоевых потерь.

    Каждый раз, когда гражданин Армении, возглавляющий диверсионную группу или входящий в ее состав, берется в плен подразделениями азербайджанской армии, противник по одному и тому же сценарию представляет этих лиц как заблудившихся, пропавших без вести душевнобольных, сельских жителей, пастухов, криминальных элементов или людей, находящихся в состоянии алкогольного опьянения.

    Отметим, что эта провокация со стороны Армении была предотвращена в результате бдительности и профессионализма подразделений ВС Азербайджана.

    Вся ответственность за обострение ситуации на линии соприкосновения войск и на армяно-азербайджанской государственной границе полностью лежит на военно-политическом руководстве Армении”, – отметили в оборонном ведомстве.

  • Müdafiə Nazirliyi: “Erməni zabiti yolu azmayıb, kəşfiyyatçı olaraq əsir götürülüb”

    Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Müdafiə Nazirliyinin erməni zabitin guya yolu azaraq Azərbaycan tərəfinə keçməsi ilə bağlı açıqlamasına münasibət bildirib.

    Azərbaycan Müdafiə Nazirliyindən verilən xəbərə görə, Ermənistan Müdafiə Nazirliyinin istənilən faktı inkar və təkzib etməsi artıq heç kəsdə şübhə doğurmur.

    “Xüsusi tapşırıq yerinə yetirən diversiya-kəşfiyyat qrupunun komandiri baş leytenant Qurgen Alaverdyanın əsir götürülməsi faktını Ermənistan Müdafiə Nazirliyi zabitin guya dayaq məntəqəsini yoxlayarkən əlverişsiz hava şəraiti ucbatından “yolu azaraq itkin düşüb” deməklə təkzib etməyə çalışır. Tapşırıq icra edərkən əsir götürülən zabit hərbi geyim formasında olmasaydı sözsüz ki, Ermənistan Müdafiə Nazirliyi onu bu dəfə də ya çoban, ya da ruhi xəstə kimi qələmə verəcəkdi.

    Əgər bir zabit “itir” və 24 saatdan da artıq vaxt keçməsinə baxmayaraq bu barədə ictimaiyyətə heç bir məlumat verilmirsə bu, Ermənistan ordusunda özbaşınalığın, intizamsızlığın hökm sürdüyünü, artan cinayət hadisələrinin, qeyri-döyüş itkilərinin daim və məqsədyönlü şəkildə ictimaiyyətdən gizlədildiyini bir daha sübut edir”, – Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

    “Hər dəfə təxribat qrupuna bələdçilik edən Ermənistan vətəndaşı və ya qrupunun üzvü Azərbaycan Ordusunun bölmələri tərəfindən ələ keçirildikdən sonra qarşı tərəf eyni ssenariyə əsasən bu şəxsləri psixi problemləri olan kənd sakini, ruhi xəstə, çoban, cinayət törətmiş kriminal element və sərxoş halda yolunu azaraq itkin düşən kimi təqdim edir.

    Qeyd edək ki, Ermənistanın bu təxribatının da qarşısı Azərbaycan Ordusunun ayıq-sayıqlığı və peşəkarlığı nəticəsində qətiyyətlə alınıb.

    Qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan dövlət sərhədi istiqamətində vəziyyətin gərginləşməsinə görə məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür”, – bəyanatda qeyd edilir.

  • Daxili İşlər nazirindən daha bir TƏYİNAT

    Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

    Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, polis baş leytenantı Qurbanov Murad Hüseyn oğlu Qazax Rayon Polis Şöbəsi Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsindən azad olunub.

    Nazirin digər əmri ilə o, Qazax RPŞ-nin Cinayət Axtarışı Bölməsinə rəis təyin edilib.

  • Azərbaycanda sabiq yüksək vəzifəli məmurlar yüz minlərlə manat rüşvətə görə həbs edildilər – RƏSMİ

    Vətəndaşların hüquqlarını pozmaqla korrupsiya hüquqpozmaları törədən vəzifəli şəxslərin ifşa edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən məqsədyönlü və kəsərli tədbirlər davam etdirilir.

    Baş Prokurorluqdan verilən məlumata görə, belə tədbirlərdən biri kimi, Gəncə Şəhər Nizami rayon İcra Hakimiyyətinin başçısı, daha sonra isə Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti bölməsinin müdiri vəzifəsində işləmiş Məharət Mustafayevin qanunsuz əməlləri ilə əlaqədar vətəndaşların çoxsaylı müraciətləri əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

    İstintaq zamanı əldə olunmuş ilkin sübutlar əsasında müəyyən edilib ki, Məharət Mustafayev Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyərkən qabaqcadan əlbir olduğu Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti bölməsinin müdiri Əli Rüstəmli və icra hakimiyyətinin digər vəzifəli şəxsləri ilə cinayətkar əlaqəyə girməklə, onların vasitəsilə ayrı-ayrı şəxslərdən müxtəlif vaxtlarda fərdi yaşayış evlərinin layihələndirilməsi və tikinti işlərinin aparılmasına icazə verilməsi, eləcə də, digər qanunsuz məqsədlər üçün ümumilikdə 194 min 300 manat məbləğində pul vəsaitini rüşvət qismində ələ keçirməsinə, həmçinin, istehsal fəaliyyətinin davam etdirilməsinə şərait yaradılmasını vəd etməklə, vətəndaşa məxsus 175 min 500 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

    Bundan başqa, Məharət Mustafayevin Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsində işləyərkən torpaq sahəsinə dair müvafiq sənədləşmənin aparılması üçün rəhbəri olduğu şöbənin mühəndisi vasitəsi ilə vətəndaşdan doqquz min manat məbləğdə pul vəsaitini rüşvət qismində istəyərək almasına və qeyd edilən hərəkətləri ilə vətəndaşların qanunla qorunan maraqlarına ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

    24 avqust 2020-ci ildə Məharət Mustafayev, Əli Rüstəmli, eləcə də həmin cinayətlərin törədilməsində vasitəçi qismində iştirak etmiş Razin Qəhrəmanov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda təkrar rüşvət alma), 32.4, 312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrikçilik), 29, 178.2 (öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluğa cəhd etmə) və digər maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara qeyd edilən maddələrdə nəzərdə tutulan ittiham elan edilib, Məharət Mustafayev və Əli Rüstəmli barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs, Razin Qəhrəmanov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

    Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, o cümlədən, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin tam dairəsinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

  • Keçmiş məhkumlar niyə işə götürülmür? – VİDEO

    Məhkumların cəmiyyətə adaptasiyası problem olaraq qalır. Məsələn, iş elanlarına nəzər salsaq açıq-aşkar qeyd olunur ki, tələb edilən namizədin məhkumluğu olmamalıdır. Axı qanun onların fəaliyyətinə hər hansı ayrıseçkilik qoymur.

    ARB TV-nin efirində məsələ ilə bağlı maraqlı süjet yayımlanıb.

  • В Висконсине полицейские выстрелили афроамериканцу в спину – ВИДЕО

    Полицейские американского города Кеноша (штат Висконсин) выстрелили в спину афроамериканцу, он получил серьезные ранения и был госпитализирован, сообщают газета Kenosha News и местные власти, передает РИА Новости.

    По данным издания, мужчина пытался разнять двух поссорившихся женщин. Полицейские применили против него электрошок, а затем выстрелили. По словам соседей, все произошло на глазах у детей пострадавшего.

    Полиция Кеноши опубликовала заявление, в котором заявила, что прибыла на вызов в связи со случаем “бытового насилия”. Также отмечается, что во время инцидента правоохранитель выстрелил.

    “Полицейские сразу же оказали помощь тому человеку. Его по воздуху доставили в больницу Милуоки. Он находится в тяжелом состоянии”, – говорится в заявлении.

    Губернатор Висконсина Тони Эверс в своем Twitter написал, что в “спину Джейкоба Блейка выстрелили несколько раз средь бела дня”. Он пожелал пострадавшему скорейшего выздоровления.

    “Хотя мы не знаем еще всех подробностей, уверены в том, что он не первый чернокожий мужчина или человек, в которого выстрелили, ранили или безжалостно убили представители правоохранительных органов у нас в штате или в стране”, – подчеркнул губернатор.

    Издание Milwaukee Journal Sentinel пишет, что после того как новость о стрельбе распространилась, на улицы Кеноши вышли недовольные жители. Произошли столкновения с полицией, правоохранители оттесняли протестующих от здания полиции и применяли слезоточивый газ. Власти объявили в городе комендантский час.

    С конца мая во многих крупных городах США, а затем и по ряду стран мира прокатилась волна протестов и беспорядков против полицейского насилия и расизма после гибели в Миннеаполисе при задержании полицией афроамериканца Джорджа Флойда.