Month: August 2020

  • Füzulidə doqquz ədəd top mərmisi aşkarlandı – FOTO

    Avqustun 24-də Füzuli rayonu, Şükürbəyli kəndi ərazisində mərmi tapılıb.

    Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Oxu.Az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları və Daxili İşlər Nazirliyinin Füzuli rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

    Agentliyin mütəxəssisləri və Füzuli rayon Polis Şöbəsinin əməkdaşları ərazidə otlaq sahəsinə baxış keçiriblər.

    Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 9 ədəd 122 mm-lik top mərmisi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək, Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

    Top mərmilərinin ətrafında 300 kv.m əraziyə yerüstü, 250 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

  • Gürcüstanda azərbaycanlılar və ermənilər arasında kütləvi dava olub

    Gürcüstanda azərbaycanlılar və ermənilər arasında kütləvi dava olub.

    Bu barədə “Sputnik” xəbər yayıb.

    Bildirilir ki, hadisə Ninotsminda bələdiyyəsinin Toriya kəndində baş verib.

    Davanın milli deyil, məişət zəmində baş verdiyi vurğulanıb. Belə ki, mal-qaranın qonşu örüş sahəsinə girməsi ilə iki tərəf arasında münaqişə başlayıb.

    Hadisə ilə əlaqədar bir neçə nəfər saxlanılsa da, artıq onların hamısı buraxılıb.

  • Усэйн Болт заразился коронавирусом

    Восьмикратный олимпийский чемпион по бегу Усэйн Болт заразился коронавирусом, сообщает Daily Mail.

    По информации издания, ямайский спортсмен сдал положительный тест через несколько дней после празднования своего 34-летия, которое состоялось 21 августа.

    На вечеринке по случаю дня рождения присутствовало множество известных людей. Среди них был форвард “Манчестер Сити” и сборной Англии по футболу Рахим Стерлинг.

    Сейчас Болт находится на самоизоляции. Подробности о состоянии его здоровья не сообщаются.

  • Donald Tramp rəsmən ABŞ prezidentliyinə namizəd oldu

    ABŞ-ın hazırkı prezidenti Donald Tramp növbəti seçkilərdə də namizəd olacaq.

    “RİA Novosti” xəbər verir ki, onun ikinci prezidentlik dönəmi üçün namizədliyi mənsub olduğu Respublikaçılar Partiyası tərəfindən irəli sürülüb.

    Partiya qurultayında namizəd olmaq üçün lazımi miqdarda – 1276 səs toplayan Trampın onsuz da partiya daxilində rəqibi olmayıb.

    Bundan əlavə, noyabrda keçiriləcək prezident seçkilərində vitse-prezident postuna namizəd kimi isə Maykl Pens təsdiq olunub.

    Seçkilərdəki əsas rəqib isə Demokrat Partiyasının namizədi Co Bayden olacaq.

  • Rusiyanın istehsal etdiyi koronavirus peyvəndinin ilk alıcısı bəlli oldu

    Rusiyanın hazırladığı və iki dəfə sınaqdan keçirilmiş COVID-19 əleyhinə peyvəndin ilk alıcısı bəlli olub.

    TASS xəbər verir ki, koronavirusa qarşı peyvəndi ilk olaraq Belarus əldə edəcək.

    Bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko ilə Rusiya dövlət başçısı Vladimir Putin arasında bu gün baş tutan telefon danışığı zamanı razılaşma əldə olunub.

    Razılaşmaya görə, Belarus vətəndaşları peyvəndin üçüncü sınaq mərhələsində iştirak edəcəklər, ardınca isə kütləvi satış olacaq.

    İki dövlət başçısı həmçinin Belarusdakı aksiyalar haqqında da fikir mübadiləsi aparıblar.

  • Президент внес изменения в закон “О медиации”

    Президент Азербайджана Ильхам Алиев 24 августа подписал Указ о внесении изменений в Закон Азербайджанской Республики “О медиации”.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Согласно указу, в законе “О медиации” под “органом (учреждением)” предусматриваются органы опеки и попечительства местных органов исполнительной власти.

  • Prezidentdən Mediasiya haqqında qanuna DƏYİŞİKLİK

    Prezident İlham Əliyev “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

    Müvafiq sənəd AZƏRTAC-da dərc edilib.

    Fərmana əsasən, “Mediasiya haqqında” qanunda “orqan (qurum)” dedikdə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları nəzərdə tutulur”.

  • Минобороны представило предметы, найденные у захваченного армянского офицера – ФОТО

    У захваченного командира диверсионно-разведывательной группы ВС Армении, пытавшейся совершить провокацию в направлении Геранбойского района 23 августа примерно в 05:45, обнаружен ряд снаряжений военного и личного предназначения.

    Министерство обороны Азербайджана представляет экипировки, изъятые у старшего лейтенанта Гургена Алавердяна.

  • MN əsir götürülmüş erməni komandirin üzərindən çıxan əşyaları təqdim etdi – FOTO

    Avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində təxribat törədən Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandirinin üzərində bir sıra hərbi ləvazimatlar və şəxsi əşyalar aşkar olunub.

    Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

    Erməni diversiya qrupunun komandiri baş leytenant Qurgen Alaverdyanın üzərindən götürülən əşyalar ictimaiyyətə təqdim edilib.

  • Bakıda bəzi yollarda tıxac yaranıb – SİYAHI

    Hazırda bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

    Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat yayıb.

    Qeyd edilib ki, Üzeyir Hacıbəyov küçəsi, Koroğlu Rəhimov küçəsi (hər iki istiqamət), Zərifə Əliyeva küçəsi, Azneft dairəsi, Tbilisi prospekti (hər iki istiqamət), Rəşid Behbudov küçəsi, Moskva prospekti (20 Yanvar dairəsi istiqaməti), Ziya Bünyadov prospekti (hər iki istiqamət), Binəqədi şossesi, Əbdülvahab Salamzadə küçəsində(hər iki istiqamət) tıxac yaranıb.

    Bildirilib ki, nəqliyyat vasitələrinin hərəkətində yaranan sıxlıq müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalına da təsir edib.