Month: August 2020

  • İlham Əliyev iki rayona icra başçısı təyin etdi – SƏRƏNCAMLAR

    Prezident İlham Əliyev Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Faiq Akif oğlu Qürbətov bu vəzifəyə təyinat alıb.

    Dövlət başçısının digər sərəncamı ilə Saatlı Rayon İcra Hakimiyyətinə başçı təyin edilib.

    Sərəncamla bu vəzifəyə Elmir Məmməd oğlu Bağırov təyin olunub.

  • Генпрокуратура Азербайджана о возбуждении уголовного дела в отношении племянника депутата

    Генеральная прокуратура Азербайджана прокомментировала информацию о возбуждении уголовного дела в отношении племянника депутата Ахлимана Амирасланова – Эмиля Вагиф оглу Амирасланова.

    В настоящее время в Главном управлении по борьбе с коррупцией при генеральном прокуроре идет следствие по уголовному делу, возбужденному по статьям 178.2.2. (повторное совершение мошенничества), 178.2.4 (мошенничество с нанесением ущерба в крупном размере), 34.2 (совершение преступление группой лиц по предварительному сговору) и 312.2 (дача взятки должностному лицу за совершение им заведомо незаконных действий (бездействия) или неоднократно) Уголовного кодекса Азербайджана в отношении Эмиля Амирасланова, сказали в надзорном ведомстве.

    Ранее сообщалось, что Тамелла Фарзалиева подала жалобу на Э.Амирасланова, в которой указала, что он взял у нее драгоценности на сумму 115 250 манатов.

    По словам женщины, молодой человек предложил оказать ей посредническую услугу, которую оценил в 30 000 манатов от общей суммы.

    А большую часть оставшегося долга пообещал возвращать частями – по 10 000 манатов ежемесячно.

  • Baş Prokurorluqdan deputatın qardaşı oğluna qarşı cinayət işi başlanması ilə bağlı AÇIQLAMA

    Baş Prokurorluq deputat Əhliman Əmiraslanovun qardaşı oğlu Emil Vaqif oğlu Əmiraslanov barəsində cinayət işinin başlanması barədə xəbərə münasibət bildirib.

    Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Emil Əmiraslanov barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi istintaq olunur.

    Qeyd edək ki, Demokrat.az saytının yazdığına görə, Emil Əmiraslanovun barəsində bir müddət əvvəl vətəndaş Tamella Fərzəliyeva tərəfindən də şikayət olunub.

    Şikayətçi bildirib ki, 115 250 manat civarında qızıl-zinət əşyaları götürülüb və qaytarılmayıb.

    İddiaya görə, Emil Əmiraslanov həmin vəsaitin 30 000 manatlıq hissəsinin qarşılığında vasitəçilik xidməti təklif edərək, iş görəcəyini vəd edib. Qalan böyük hissəsini isə borc kimi alaraq hər ay hissə-hissə, hər dəfə 10 000 manat qaytaracağını söz verib.

  • Şamaxının başıbəlalı yolları: “Taksi həmin yola girmək üçün 10 manat pul istəyir” – FOTO/VİDEO

    Şamaxıda mərkəzi küçələr bərbad vəziyyətdədir.

    Bu barədə sakinlər tərəfindən oxu.az-ın redaksiyasına göndərilən məlumatda qeyd olunub.

    Bildirilib ki, söhbət Şamaxı rayonunun mərkəzi küçələrindən biri olan Sarıtorpaq ərazisindən gedir.

    Sakinlər deyir ki, məsələ ilə bağlı dəfələrlə icra hakimiyyətinə, aidiyyəti qurumlara müraciət etsək də, maraqlanan olmayıb:

    “İcra başçısı əraziyə gəlib, vəziyyətlə tanış olub. Amma heç bir tədbir görülməyib. Hər dəfə yağış yağanda yollar daha da pis vəziyyətə düşür. Zülm çəkirik. Heç taksi belə bu yollara gəlmək istəmir. Gələndə də ən azı 10 manat pul tələb edir. Yolda piyada gəzməkdə belə çətinlik çəkirik. Küçəyə baxan yoxdur. Aidiyyəti qurumlar gəlib baxır, yaxın zamanda düzələcək deyirlər, ancaq heç bir nəticə yoxdur. Başqa küçələrdə asfalt örtüyü var. Amma bura, mərkəzi küçələrdən biri olmasına baxmayaraq, nədənsə laqeyd yanaşılır. Xahiş edirik məsələyə aidiyyəti üzrə baxılmasına köməklik göstərəsiniz”.







  • Вилаят Эйвазов назначил нового начальника РУП

    Приказом министра внутренних дел генерал-полковника Вилаята Эйвазова заместитель начальника Управления полиции Билясуварского района по оперативной работе полковник-лейтенант Тогрул Махмудов освобожден от занимаемой должности и назначен начальником Джабраильского РУП, передает Qafqazinfo.

  • Vilayət Eyvazovdan yeni TƏYİNAT

    Cəbrayıl rayon polis şöbəsinə yeni rəis təyin olunub.

    Qafqazinfo-nun verdiyi xəbərə görə, bununla bağlı müvafiq əmri nazir, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

    Əmrə əsasən, Biləsuvar Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Toğrul Mahmudov vəzifəsindən azad edilərək, Cəbrayıl RPŞ-yə rəis təyin olunub.

  • “WhatsApp” vasitəsilə baş verən fırıldaqçılıqla bağlı XƏBƏRDARLIQ

    “WhatsApp” yolu ilə baş verən fırıldaqçılıq aşkarlanıb.

    Bu barədə “Praym” xəbər yayıb.

    Bildirilir ki, Rusiya Keyfiyyət Sistemi (“Roskaçestvo”) rəhbərinin müavini İlya Loyevskinin sözlərinə görə, fırıldaqçılar istifadəçini linki izləməyə və ya faylı yükləməyə təşviq edirlər. Bunun üçün onlar yüksək profilli şirkət adlarından yararlanırlar.

    Ekspert vurğulayıb ki, fırıldaqçılar daha inandırıcı olmaq üçün “WhatsApp”ın rəsmi profilinin dizaynını götürərək, şirkətin adından müraciət edirlər.

    “Sizə gələn mesajda hər hansı bir şəxsi məlumatın verilməsi tələb edilərsə bu tələdir. Həmçinin ismarıcları yeniləmək, fəaliyyətinizi təsdiqləmək, emojiləri güncəlləmək və ya pulsuz olaraq istifadəyə davam etmək üçün bu mesajı bir neçə kontakta göndərməyiniz istənilirsə diqqətli olmalısınız”, – deyə İ.Loyevski xəbərdarlıq edib.

    O, fırıldaqçılardan qismən qorunmaq üçün mesajlaşma parametrlərində “media sənədlərinin avtomatik yüklənməsi”nin dayandırılmasının labüd olduğunu bildirib.

    “Bundan başqa tanımadığınız hesablardan faylları qəbul etməməlisiniz”, – deyə ekspert sözlərini yekunlaşdırıb.

  • Deputatın qardaşı oğluna cinayət işi açıldı

    Deputat Əhliman Əmiraslanovun qardaşı oğlu Emil Vaqif oğlu Əmiraslanova cinayət işi açılıb.

    Demokrat.az-ın məlumatına görə, Emil Əmiraslanovun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham elan olunub.

    Emil Əmiraslanovun barəsində hüquq-mühafizə orqanlarına şikayət edilib. Şikayət əsasında onun barəsində istintaq araşdırması başlanıb.

    Məlumat üçün bildirək ki, Emil Əmiraslanovun barəsində bir müddət əvvəl vətəndaş Tamella Fərzəliyeva tərəfindən də şikayət olunmuşdu. O qeyd etmişdi ki, E. Əmiraslanov ondan 115.250 manat civarında qızıl-zinət əşyaları götürüb və qaytarmayıb.

    İddiaya görə, Emil Əmiraslanov həmin vəsaitin 30 min manatlıq hissəsinin qarşılığında vasitəçilik xidməti təklif edərək iş görəcəyini vəd edib.

    Qalan böyük hissəsini isə borc kimi alaraq, hər ay hissə-hissə, hər dəfə 10 min manat qaytaracağını söz verib.

  • В Баку временно меняется схема движения одного из маршрутных автобусов

    В схему движения одного из маршрутных автобусов в Баку вносятся изменения.

    Об этом сообщает Государственное агентство автомобильных дорог Азербайджана.

    Отмечается, что из-за ремонтных работ на улице Алияра Алиева движение транспорта по ней будет поэтапно ограничиваться.

    Таким образом, автобус №24 (станция метро “Нариман Нариманов” – поселок Бакиханова) будет курсировать по улицам Тебриз, Аги Нейматуллы, Юсифа Чеменземенли и Азиза Алиева.

  • Bakının bir küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

    Bakı şəhəri, Əliyar Əliyev küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılır.

    Bu barədə Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

    Bildirilir ki, bu səbəbdən 24 nömrəli marşrutun metronun “Nəriman Nərimanov” stansiyasından Bakıxanov qəsəbəsi istiqamətində hərəkət sxemində müvəqqəti dəyişiklik edilərək, Təbriz – Ağa Nemətulla – Yusif Vəzir Çəmənzəminli – Əziz Əliyev küçələri ilə təşkil olunub.