Avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib.
Cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib.
Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgin Alberyan, əsir götürülüb.
Bir daha bildiririk ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Month: August 2020
-
Düşmən itki verdi, diversiya qrupunun komandiri əsir götürüldü – FOTO
-
Ramiz Mehdiyev məzuniyyətə çıxdı
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev məzuniyyətə çıxıb.
O, keçən həftənin sonu xidməti məzuniyyətə gedib.AMEA-nın işçiləri isə “Report”a bildirib ki, R.Mehdiyev rəsmi qaydada məzuniyyətə çıxmasına baxmayaraq hazırda işdədir.
AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi isə məsələ ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, avqustun 18-də R.Mehdiyevin kürəkəni, sabiq millət vəkili İlham Əliyev qızına karantin qaydalarını pozaraq toy mərasimi keçirib. Nəticədə Abşeron Rayon Məhkəməsinin qərarı ilə sabiq deputat İlhаm Əliyev və onun qudası Rövşən Mustafayevə 15 sutka müddətinə inzibati qaydada həbs cəzası verilib.
Daha sonra Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, AMEA Prezidentinin müşaviri Əli Abbasov, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva, Murad Adıgözəlzadə və həyat yoldaşı Aysel Adıgözəlzadə xüsusi karantin qaydalarını pozduqlarına görə hər biri 400 manat məbləğində cərimə olunublar. Həmçinin S.Novruzova YAP tərəfindən töhmət elan edilib.
Bundan əlavə, toyda iştirak edən daha 17 nəfər xüsusi karantin qaydalarını pozduqlarına görə cərimələniblər.
-
Gəncədə sabiq vəzifəli şəxslərlə bağlı əməliyyat keçirildi – Yenilənib
Baş Prokurorluq Gəncə şəhərində keçirilən əməliyyata münasibət bildirib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gəncə şəhər İcra Hakimiyyətində işləmiş vəzifəli şəxslərlə bağlı əməliyyat keçirilməsi ilə əlaqədar ictimaiyyətə yaxın vaxtlarda ətraflı rəsmi məlumat veriləcək.***
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əməliyyat nəticəsində icra hakimiyyətinin memarlıq şöbəsinin sabiq rəhbəri Məharət Mustafayev və Əli Rüstəmli saxlanılıb.
-
Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə: müsahibəyə 408 vakant vəzifə çıxarılıb
Dövlət qulluğunun A (inzibati rəhbər) və B növünə (inzibati icraçı) aid vakant inzibati vəzifələr üzrə avqustun 5-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinə qeydiyyat davam edir.
Müsahibədə iştirak üçün namizədlər sentyabrın 3-ü saat 18:00-dək Dövlət İmtahan Mərkəzinin (DİM) internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidirlər.DİM-dən AZƏRTAC-a bildirilib ki, müsahibəyə mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələrinin 4-7-ci təsnifatı üzrə A və B növünə aid olan ümumilikdə 46 dövlət orqanında 408 vakant vəzifə çıxarılıb. Bunlardan 3-ü AB, 28-i AC, 70-i BA, 307-si isə BB vəzifə qrupuna aiddir. Müsabiqənin müsahibə mərhələsinə ən çox vəzifə mərkəzi icra hakimiyyəti orqanlarından Təhsil Nazirliyi (155 vəzifə), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (34 vəzifə) və Dövlət Turizm Agentliyi (18 vəzifə), məhkəmə orqanlarından isə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi (14 vəzifə), Şəki Apelyasiya Məhkəməsi (13 vəzifə) və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi (10 vəzifə) tərəfindən çıxarılıb.
-
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Xocalı rayon Polis Şöbəsinə yeni rəis təyin olunub.
“Qafqazinfo”nun xəbərinə görə, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polkovnik-leytenant Zaur Nəbiyev Xocalı rayon Polis Şöbəsinə rəis təyin olunub.O, bu vəzifəyə təyinat alana qədər Binəqədi Rayon Polis İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi vəzifəsində çalışıb.
Qeyd edək ki, Xocalı RPŞ-nin əvvəlki rəisi Eldar Bağırov təqaüd yaşı ilə əlaqədar vəzifəsindən azad edilmişdi.
-
“Tədris prosesini ölkə boyu ənənəvi rejimdə bərpa etmək mənasızdır” (AÇIQLAMA)
Ölkənin müxtəlif bölgələrində epidemioloji vəziyyət əhəmiyyətli dərəcədə dəyişir. Buna görə təhsil prosesini bərpa etmək məsələsinə müxtəlif bölgələrdə fərqli yanaşmaq lazımdır.
Median.Az media.az-a istinadən xəbər verir ki, bu barədə təhsil sahəsində ekspert Qoşqar Məhərrəmov deyib.Onun sözlərinə görə, tədris prosesini ölkə boyu ənənəvi rejimdə bərpa etmək mənasızdır.
“Məsələn, karantinin tamamilə ləğv olunduğu bölgələrdə ənənəvi təhsil formasına qayıtmaq olar. Əlbəttə ki, vacib tədbirlərə riayət etmək şərti ilə: Məktəbin girişində şagird və müəllimlərin temperaturu ölçülməli, bir sinifdə oxuyan şagirdlərin sıxlığına nəzarət olunmalı, sosial məsafəyə riyaət edilməli, təhsil ocağının içərisindəki dezinfeksiya tədbirlərinə laqeyd yanaşılmamalıdır”, – deyə ekspert bildirib.
Karantin rejiminin daha sərt tətbiq olunduğu zonalara gəldikdə, Q.Məhərrəmovun fikrincə, tədris prosesi Azərbaycan Respublikası Təhsil İnstitutunun bir gün əvvəl verdiyi tövsiyələr əsasında təşkil edilə bilər.
“Bu vəziyyətdə dərs günlərinin, saatların sayının, həmçinin siniflərin sıxlığının azaldılması üçün tədbirlər görmək vacibdir. Bəzi şagirdlərin bazar ertəsi, çərşənbə və cümə günləri, digərlərinin isə çərşənbə axşamı, cümə axşamı və şənbə günlərində məktəbə getməsi daha məqsədəuyğundur”, – deyə ekspert vurğulayıb.
-
Ağsuda yenidən yanğın başladı
Ağsu rayonunun dağ kəndi olan Nüydü bələdiyyəsinin ərazisində yanğın baş verib.
Axar.az FHN-ə istinadən xəbər verir ki, bu gün saat 17-18 radələrində baş verən yanğın yerinə Ağsu və İsmayıllı rayonlarının yanğından mühafizə hissələrinin hər birindən 1 yanğınsöndürən maşın və 7 nəfər canlı qüvvə cəlb olunub. Güclü leysan yağışı yanğının daha geniş ərazilərə yayılmamasında yanğınsöndürənlərin işini asanlaşdırıb. 2 hektar quru kol-kos sahəsi yanıb. Hazırda yanğının tamamilə söndürülməsi istiqamətində işlər davam etdirilir. -
Qarpız zəhərlənməsindən necə qorunmaq olar?

İsti yay günlərində bədənin su ehtiyacını qarşılayan qarpızın 92 %-i sudan ibarətdir. Qarpız antioksidantlar, A, C, B1, B5, B6 vitaminləri, kalium (K) və maqnezium (Mg) kimi elementlərlə zəngindir. Qarpızın tərkibində olan likopen xərçəng əleyhinə güclü təsirə malikdir. Bundan əlavə qarpız ürək-damar xəstəlikləri, iltihab əleyhinə, həzm sistemi, dəri və böyrək xəstəlikləri zamanı da effektiv təsir göstərir.
Əvvəllər qarpız iyul-avqust aylarında yetişirdi. Lakin hazırda əkinçilik mədəniyyəti dəyişdiyinə, tez yetişən sortlar yaradıldığına, istixanalarda və əkin sahələrində daha müasir aqrotexniki üsullar tətbiq olunduğuna görə məhsul iyun ayında da yetişir. Məhsulun vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil. Burada əsas diqqət yetirilməli məqam qarpızın yetişdirilməsində gübrələrdən və pestisidlərdən düzgün istifadə edilməsidır. Gübrə növləri və pestisidlər vaxtında və düzgün tətbiq edilməyəndə məhsulun böyüməsinə və məhsuldarlığına səmərəli təsir göstərmir. Məhsulun tərkibində nitrat, nitrit və yaxud pestisid qalıqlarının miqdarının çox toplanması qarpızın keyfiyyətinin pisləşməsinə və hətta zəhərlənmələrə belə səbəb ola bilər. Qarpız kəsildikdə içərisindəki kütlənin yumşaq, damarlarının qabarıq gözəçarpan şəkildə olması nitratın miqdarının normadan artıq olmasının göstəricisidir. Bu hal istər tez, istərsə də gec yetişən məhsullarda ola bilər. Buna görə də zəhərlənmə hallarının qarşısının alınması üçün qarpızın düzgün şəkildə yetişdirilməsinə diqqət yetirmək lazımdır.Kəsiləndən sonra qarpızın düzgün qaydada saxlanmasına riayət edilməlidir. Ümumiyyətlə, qarpız və yemişin kəsilən gün istehlak olunması məsləhətdir. Kəsildikdən sonra soyuducuda müvafiq rejimdə saxlanmasına əməl edilməlidir. BMT-nin “Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı”nın (FAO) məlumatına əsasən, bütöv qarpızın 10-15° C, xırda hissələrə doğranmış qarpızın isə ağzı kip qapaqlı qablarda +5° C temperaturda saxlanması məsləhət görülür. Eyni zamanda kəsilmiş qarpızın üzəri qida üçün nəzərdə tutulan plastik örtüklə kip örtülərək, soyuducunun meyvə-tərəvəz üçün nəzərdə tutulan bölümündə saxlanmalıdır. Kəsilmiş qarpız növbəti günə qaldıqda isə mütləq şəkildə həmin hissənin üst səthi nazik qat şəklində kəsilib kənarlaşdırılmalıdır. Həmçinin qarpızın alma, pomidor, banan kimi etilen qazı ifraz edən meyvələrin yanında saxlanması yolverilməzdir. Etilen qazının təsirinə məruz qalan qarpızın qabığı nazikləşir, yumşalır və nəticədə keyfiyyətini itirir.
Qarpız alarkən onun rənginə, bərkliyinə, ölçüsünə, saplağına fikir verilməlidir. Qarpızın üzərində açıq sarımtıl-yaşıl və tünd yaşıl rəngdə olan zolaqlar, əsasən, bərabər ölçüdə olmalı və sərhədlərlə ayrılmalıdır. Üzərində müşahidə olunan sarı ləkələr isə onun torpaqla təmas etdiyi yerlərdir. Qabığının hamar, səthinin parlaq olması qarpızın yetişməsinin, rənginin mat və solğun olması isə köhnəliyinin əlaməti hesab olunur. Saplağının yaşıl rəngli olması qarpızın hələ tam yetişmədiyini göstərir. Yetişmiş qarpızın saplağı qurumuş, rəngi isə dəyişmiş olmalıdır. Ölçüsü nə kiçik, nə də böyük olmamalı, orta ölçüdə olan qarpız seçilməli və ələ aldıqda ağır gəlməlidir. Oval olan qarpızlar sulu, yumru olanlar isə şirin olur. Qarpızın üzərində çürümə əlamətləri və çatlar olmamalıdır. Günəş altında və yol kənarlarında satılan qarpızların alınması tövsiyə olunmur. Yerdən 20 sm hündürlükdə olan piştaxtaların üzərində satılan qarpızlara üstünlük verilməlidir. Kəsilmiş, doğranmış qarpızları almaq və ya satış nöqtələrində kəsdirmək məsləhət deyil. Qarpızı kəsməzdən əvvəl onu yaxşı yumaq, təmiz və quru bıçaqla kəsmək vacibdir.
Məqalə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Bitki xəstəlikləri və bitki mənşəli məhsulların tədqiqi şöbəsinin mütəxəssisləri Ceyhunə Cəfərova, Tərlan Qorçiyeva, Nəzakət Mirzəzadə tərəfindən hazırlanıb. (trend)
-
Депутат: Сожалею о том, что на свадьбе присутствовали некоторые из моих коллег-депутатов
В нашей стране уже седьмой месяц введен карантин в связи с пандемией. Милли Меджлис в связи с этим принял соответствующие законы. Были приложены все усилия, чтобы предотвратить широкое распространение вируса. В Кабинете Министров был создан Оперативный штаб под руководством премьер-министра.
Как сообщает Oxu.Az, об этом заявил депутат Эльдар Гулиев.По его словам, людей ежедневно информируют о COVID-19:
“Никто не может проводить свадьбы, траурные церемонии и помолвки, независимо от своего социального положения”, – заявил депутат.
Эльдар Гулиев сказал, что неприемлемо проведение подобной свадьбы не простым человеком, а лицом, представленным в руководстве страны:
“Эту свадьбу организовали известные и образованные люди. Это недопустимо. Я не могу принять празднование свадьбы представителями интеллигенции в период карантина и осуждаю этот инцидент. В то же время я сожалею, что на свадьбе присутствовали и некоторые мои коллеги-депутаты. Каждый из нас должен соблюдать законы страны. Законом предусмотрены санкции в отношении нарушителей. Родители, которые сыграли свадьбу своим детям, уже наказаны”, – сказал депутат.
Парламентарий также подчеркнул, что ни один из депутатов не имеет право нарушать установленные правила:
“Президент страны и первый-вице президент всегда держат этот вопрос в центре внимания и проделывают большую работу в направлении защиты здоровья населения”, – добавил депутат.
-
Sərtləşmə olacaq, ya olmayacaq? – Operativ Qərargahdan AÇIQLAMA
“Situasiya nəzarət altındadır. Artma var, bunu özünüz də görürsünüz”.
Median.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib. TƏBİB-in rəsmisi sərtləşmə ilə bağlı qərarın olub-olmayacağına da münasibət bildirib: “Yumşalmaya getməyimiz mərhələri şəkildə aparılır. Bugünkü gündə ciddi sərtləşmə olacaq, ya olmayacaq, bu barədə qərar yoxdur. Az-az da olsa artmaya meylliliyi görürük. Bəzi qərarlar müzakirə olunacaq. Mayda da bizə suallar verilirdi ki, niyə hər yer açdınız, yumşalmaya getdiniz. Bu sualla qarşılamamaq üçün ehtiyatla yanaşmalıyıq. Ciddi qərarlar yoxdur, olanda ictimaiyyətə açıqlanacaq”.