Month: September 2020

  • Портал ООН распространил выступление Ильхама Алиева на 75-й сессии Генассамблеи как спецновость – ФОТО

    Информационный портал ООН распространил выступление Президента Азербайджана Ильхама Алиева в видеоформате на общих дебатах 75-й сессии Генассамблеи как специальную новость.

    Как сообщает АЗЕРТАДЖ, в информации “Президент Азербайджана на Генеральной Ассамблее: Территориальная целостность АР никогда не была и не будет темой переговоров” приводятся высказывания Ильхама Алиева об агрессивной политике Армении в отношении нашей страны, совершенных ею недавних провокациях, грубом нарушении норм и принципов международного права, а также о развитии республики как стабильного, современного, демократического и мультикультурного государства.

    Отметим, что распространение на информационном портале ООН выступления Президента Азербайджана в качестве специальной новости является наглядным показателем значения и актуальности выступления главы нашего государства, а также политического авторитета Ильхама Алиева в мире.

  • İlham Əliyevin Baş Assambleyanın 75-ci sessiyasındakı çıxışı BMT-nin saytında – FOTO

    BMT-nin informasiya portalı Azərbaycan Prezidenti İlham Əliyevin Baş Assambleyanın 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışını xüsusi xəbər kimi yayıb.

    AZƏRTAC xəbər verir ki, “Azərbaycan Prezidenti Baş Assambleyada: Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır” sərlövhəli informasiyada dövlətimizin başçısının Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, törətdiyi son təxribatlar, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozması, həmçinin Azərbaycanın sabit, müasir, demokratik və multikultural dövlət kimi inkişafı ilə bağlı fikirləri yer alıb.

    Qeyd edək ki, Azərbaycan Prezidentinin çıxışının BMT-nin informasiya portalında xüsusi xəbər kimi verilməsi dövlətimizin başçısının çıxışının əhəmiyyətinin, aktuallığının və İlham Əliyevin dünyada siyasi nüfuzu və çəkisinin əyani göstəricisidir.

  • Xanım deputat Səudiyyə Ərəbistanı ilə dostluq qrupunun rəhbəri olacaq – FOTO

    Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupuna yeni rəhbər seçiləcək.

    Bununla bağlı “Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” 2020-ci il 24 aprel tarixli qərarında dəyişiklik edilməsi gözlənilir.

    Dəyişikliyə əsasən, Fatma Yıldırımın Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası dostluq qrupuna rəhbər gətirilməsi Milli Məclisin sentyabrın 30-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

    O, bu vəzifədə mərhum deputat Fəttah Heydərovu əvəz edəcək.

  • Танковые и артиллерийские подразделения ВС Азербайджана улучшают взаимодействие – ФОТО/ВИДЕО

    В соответствии с утвержденным министром обороны планом боевой подготовки на 2020 год, с танковыми и ракетно – артиллерийскими подразделениями ВС Азербайджана проводятся занятия по боевой подготовке.

    Об этом сообщает пресс-служба Минобороны АР.

    Цель занятий – повышение профессионализма личного состава, улучшение взаимодействия при планировании и проведении боевых операций.

    В ходе боевого слаживания взаимодействующие подразделения заняли огневые позиции.



  • Tank və artilleriya bölmələri təlimdə atəş mövqelərini tutdu – FOTO/VİDEO

    Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq tank və artilleriya bölmələri ilə döyüş hazırlığı üzrə məşqlər keçirilir.

    Məşqlərin məqsədi tank və artilleriya bölmələrinin şəxsi heyətinin peşəkarlığının artırılması, döyüş əməliyyatlarının planlaşdırılması və icrası zamanı qarşılıqlı fəaliyyət vərdişlərinin təkmilləşdirilməsidir.

    Döyüş uzlaşması zamanı fəaliyyət göstərən bölmələr atəş mövqelərini tutublar.



  • В Азербайджане обнародован возраст самого молодого и самого пожилого абитуриента

    В Азербайджане самому молодому абитуриенту, поступившему в вуз в 2020/2021 году, 15 лет, а самому пожилому – 49. Об этом сообщает Государственный экзаменационный центр (ГЭЦ).

    Отметим, что участниками вступительных экзаменов в вузы стали 66 464 человека, из них поступил 42 731 (в том числе 5 785 суббакалавров).

    20 799 человек (в том числе 779 суббакалавров) получили право на обучение на основе государственного заказа, 21 932 (в том числе 5 006 суббакалавров) – на платной основе.

  • Ali məktəbə qəbul olan ən yaşlı və ən gənc tələbənin yaşı açıqlandı

    2020-2021-ci tədris ili üçün ali məktəblərə qəbul olan ən yaşlı və ən gənc tələbənin yaşı açıqlanıb.

    Dövlət İmtahan Mərkəzindən (DİM) Oxu.Az-a verilən məlumata görə, bu il tələbə adı qazanan ən yaşlı şəxsin 49, ən gəncinin isə 15 yaşı var. Ən cavan tələbə Bəxtiyarova Aynur Əfsəl qızıdır.

    Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul müsabiqəsində 66 464 nəfər iştirak edib. Onlardan 42 731 nəfəri (o cümlədən 5785 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub.

    20 799 (o cümlədən 779 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 21 932 (o cümlədən 5 006 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

  • Koronavirusun ikinci dalğasının əsas göstəriciləri açıqlandı

    “Koronavirusa yoluxma dalğalarını qiymətləndirmək üçün xəstələnənlərlə sağalanlar arasındakı nisbəti əsas götürmək lazımdır”.

    RBK-nın məlumatına görə, bunu “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin Səhiyyə İqtisadiyyatı İnstitutunun direktoru Larisa Popoviç deyib.

    “Moskvada evə buraxılanların sayı stabil şəkildə xəstəxanaya çatdırılan və müəyyən edilən yoluxmaların sayını üstələyir. Bu, çox yaxşı dinamikadır”, – deyə L.Popoviç bildirib.

    O, digər ərazilərdə statistikanın fərqli olduğunu da əlavə edib.

    “Payızda yoluxanların sayının artması “ikinci dalğa” demək deyil. Dalğanın formal əlamətləri yoxdur, sadəcə, keçmiş dövrlə yeni dövr arasında fərqlər var”, – deyə L.Popoviç qeyd edib.

    Öz növbəsində virusoloq Anatoli Altşteyn də qeyd edib ki, Rusiyada COVID-19-a yoluxmada artım müşahidə olunur, ancaq bunu ikinci dalğa adlandırmaq olmaz. Çünki hələlik birinci dalğa sona çatmayıb.

  • Roza ilə Miri Yusif arasında QALMAQAL: “Sən müğənni deyilsən, sadə ol” – VİDEO

    Müğənni Roza Zərgərli Xalq artisti Miri Yusif barədə qalmaqallı açıqlama verib.

    Lent.az-ın canlı yayımında qonaq olan R.Zərgərli bildirib ki, M.Yusifi müğənni hesab etmir:

    “Mən Miri Yusifə qulaq asa bilmirəm. Ona “Dəyirman” qrupu vaxtında qulaq asa bilirdim. Onun bir “Ad günü” mahnısını bilirəm. Onun yaradıcılığını izləmirəm. Mən repə 24 saat qulaq asa bilərəm. Məsələn, Elşad Xoseyə 24 saat qulaq asaram. Əslində Miri Yusif başqa şeylərə görə məndə qıcıq yaradır. Ağac nə qədər bar versə, başını aşağı salmalıdır.

    Miri Yusiflə münasibətim yaxşıdır, amma bu iradı deməliyəm. Mən solo konsert verəndə “Dəyirman” qrupu konsertimin fasiləsində səhnəyə çıxırdı. O konsertimə Aygün Kazımova, Elşad Xose də gəlmişdi. Miri Yusif əvvəldən ulduzluq xəstəliyinə tutulub. İnsan irəlilədikcə daha sadə olmalıdır. O qrupda olanda mən solo fəaliyyət göstərirdim, mən dəyişmədim ki? Bu, artıq mənim insanlıq xüsusiyyətimdir.

    Miri Yusif müğənni deyil, o, musiqili rep janrını oxuyur. O janrı da Elşad Xosedən əvvəl və sonra oxuyan görmədim. İndi bunun haqqında danışdım, deyəcək ki, özünə reklam qazanmaq istəyir. Camaat mənlə özünü reklam edir, mənə belə reklam lazım deyil. Ətrafımda olan çox insan məndən çəkinir. Çünki bilirlər ki, mən sözü üzə deyən adamam”.

    Qeyd edək ki, sözügedən mövzuya aşağıdakı videonun 34-cü dəqiqəsindən sonra baxa bilərsiniz.

  • Азербайджан планирует открыть посольство еще в одной стране

    Азербайджан планирует открыть посольство на Кубе.

    Законопроект об учреждении дипмиссии страны в Гаване депутаты обсудят на пленарном заседании Милли Меджлиса (парламента) 30 сентября.