Month: October 2020

  • Azərbaycan Ordusunun Şuşanı atəşə tutması xəbəri düşmənin növbəti yalanıdır – RƏSMİ

    Ermənistan KİV-nin guya Azərbaycan Ordusunun bölmələrinin Şuşanı atəşə tutması barədə yaydığı xəbər düşmənin növbəti yalanıdır və vəziyyətin gərginləşdirilməsi məqsədi daşıyır.

    Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, bölmələrimiz yalnız düşmənin atəş nöqtələrinə cavab zərbələri endirir.

  • Минобороны о последней ситуации на фронте

    В течение 30 октября и в ночь на 31 октября вооруженные силы Армении подвергли обстрелу из различного оружия, в том числе артиллерийского и ракетного, позиции подразделений азербайджанской армии на различных направлениях фронта и наши населенные пункты.

    Об этом сообщает пресс-служба Минобороны Азербайджана.

    Бои продолжались, в основном, на ходжавендском, агдеринском и губадлинском направлениях фронта.

  • Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqladı

    Oktyabrın 30-u gün ərzində və 31-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.

    Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib.

  • Очередное землетрясение силой 5 баллов зарегистрировано в Измире

    Продолжают фиксироваться подземные толчки после землетрясения силой 6,6 балла, произошедшего 30 октября в городе Сеферихисаре турецкой провинции Измир.

    По сообщению Haber Global, очередное землетрясение магнитудой 5 произошло в 08:31 по местному времени (09:31 по бакинскому времени – ред.).

    Толчки ощущались и в соседних районах.

    Всего со вчерашнего дня в Измире зарегистрировано более 400 подземных толчков, из них 31 – силой свыше 4 баллов.

  • İzmir 5 bal gücündə daha bir zəlzələ ilə sarsıldı

    Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunda baş verən 6,6 bal gücündə zəlzələdən sonra yeraltı təkanlar davam edir.

    “Haber Global”ın məlumatına görə, son olaraq yerli vaxtla 08:31-də 5 bal gücündə daha bir zəlzələ baş verib.

    Təkanlar ətraf rayonlarda da hiss olunub.

    Ümumilikdə, dünəndən bəri İzmirdə 400-dən artıq təkan qeydə alınıb, onlardan 31-nin gücü 4 baldan artıq olub.

  • Минобороны: Уничтожено большое число живой силы противника

    В результате предпринятых ответных мер против армянских вооруженных сил на различных направлениях фронта среди личного состава противника есть убитые и раненые.

    Об этом сообщает Минобороны Азербайджана.

    Вчера в течение дня и ночи на различных направлениях фронта были уничтожены и выведены из строя большое число живой силы, два танка Т-72, три БМП, две РСЗО “Смерч” и две РСЗО БМ-21 “Град”, 12 различных видов пушек, ЗРК “Оса”, станция РЭБ и две единицы автомобильной техники противника.

    В настоящее время наши войска контролируют оперативную обстановку.

  • Düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edildi – SİYAHI

    Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var.

    Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 3 ədəd PDM, 2 ədəd “Smerç” və 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 12 ədəd müxtəlif tipli topu, 1 ədəd “Osa” ZRK, 1 ədəd radioelektron mübarizə stansiyası, 2 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

    Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

  • Село Гиямеддинли Агджебединского района подверглось вражескому обстрелу – ОФИЦИАЛЬНО

    Армянские вооруженные силы обстреляли село Гиямеддинли Агджебединского района.

    Об этом сообщает Минобороны АР.

    Жертв и разрушений нет.

  • Ağcabədinin Qiyaməddinli kəndi atəşə tutuldu – RƏSMİ

    Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun Qiyaməddinli kəndini atəşə tutub.

    Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, dağıntı və xəsarət alanlar yoxdur.

  • Koronavirusun yeni və gözlənilməz simptomu ortaya çıxıb – FOTO

    COVID-19-a yoluxan insanların ayaq barmaqlarında qıcıqlanma və qızartı yarana bilər.

    “The Telegraph”ın məlumatına görə, koronavirusun yeni və gözlənilməz simptomu barədə beynəlxalq Dermatoloji Cəmiyyətləri Liqası və Amerika Dermatoloji Akademiyasının alimləri birlikdə tədqiqat aparıblar.

    Donvurmaya bənzəyən simptomlar bir-dörd həftə davam edir və ayaqların şişməsinə səbəb ola bilir. Ancaq bəzi xəstələrdə simptomların bir neçə ay davam etdiyi hallara da rast gəlinib.

    Qeyd edək ki, beynəlxalq COVID-19 Dermatoloji Reyestrində oxşar hallarla qarşılaşmış koronavirus xəstələri qeydiyyata alınıb. Bu xəstələrin təxminən yarısında ayaq iltihabı meydana gəlib, onların da təxminən 16 faizi xəstəxanaya yerləşdirilib.