Month: October 2020

  • Kiyevdə sürücü avtomobili piyadaların üzərinə sürdü: İki ölü – FOTO/VİDEO

    Kiyevdə “Land Rover” markalı avtomobilin sürücüsü Azadlıq meydanında yoldan çıxaraq maşını piyadaların üzərinə sürüb.

    Bu barədə “Hromadske” məlumat yayıb.

    Hadisə zamanı sözügedən avtomobil ən azı dörd maşına çırpılıb. Nəticədə iki nəfər ölüb, üç nəfər yaralanıb.

    Sürücünün alkoqol testinin mənfi nəticə verdiyi bildirilir. Sürücü özü isə sükan arxasında olarkən huşunu itirdiyini qeyd edib.

  • Tarix muzeyində öz vaxtını gözləyən Şuşa qalasının açarı – FOTO

    Politoloq Əli Hacızadə sosial şəbəkədə Şuşa qalasının açarının fotosunu paylaşıb.

    O qeyd edib ki, hazırda Bakıdakı Azərbaycan tarixi muzeyində saxlanılan bu açar hazırda öz saatını gözləyir.

  • Dilqəmlə Şahbazı Şuşa türməsindən çıxarıb yeraltı sığınacaqda yerləşdiriblər… – Oğlu danışdı

    Azərbaycan ordusunun Şuşanın həndəvərinə gedib çıxması və hətta bəzi iddialara görə şəhərin yaxın ətrafında möhkəmlənməsi Şuşa türməsində saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi barədə çoxsaylı suallar yaradıb. Görəsən onları Yerevana aparıblarmı, yoxsa hələ də Şuşada saxlanılırlar? Beynəxlaq Qırmızı Xaç Komitəsinin onlardan xəbəri varmı? Sentyabrın 27-dən sonra onlara baş çəkiblərmi?

    Median.Az xəbər verir ki, Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib ki, bir həftə öncə onu Beynəxlaq Qırmızı Xaç Komitəsinin yerli ofisindən çağırıblar:

    “Təxminən bir həftə öncə çağırmışdılar, məktub da yazdım orada. Bildirdilər ki, tezliklə Xankəndi ofisimizin əməkdaşları atanıza baş çəkəcəklər. Fürsətdən istifadə edib soruşdum ki, atamın saxlanma yeri dəyişdirilməyib ki? Cavab verdilər ki, hələ də Şuşada saxlanılırlar. Bu gün yenə komitə ilə əlaqə saxlayaraq təkrar atamgilin köçürülüb köçürülmədiyi ilə maraqlandım. Bildirdilər ki, hələ də Şuşada saxlanılır, amma təhlükəsizlik baxımından türmədən çıxarılıb yeraltı sığınacaqlarda saxlayırlar. Bildirdilər ki, hərbi əməliyyatlara görə hələlik Xankəndi ofisinin əməkdaşları atanızla görüşə bilmirlər, amma ona ərzaq bağlaması çatdırılıb. Onların sözlərinin nə dərəcədə həqiqəti əks etdirib etdirmədiyini bilmirəm, hər halda aldığım cavab budur”. (moderator.az)

  • Армяне подвергли ракетному обстрелу село Алескерли в Тертере

    Вооруженные силы Армении подвергли ракетному обстрелу село Алескерли Тертерского района.

    Как сообщает Day.Az, об этом написал в Twitter помощник президента Азербайджанской Республики – заведующий отделом по вопросам внешней политики Администрации президента Азербайджанской Республики Хикмет Гаджиев.

    Он отметил, что Армения выпустила по селу Алескерли ракету “Смерч”: “Ракета будет уничтожена ANAMA в ближайшее время. К счастью, она не взорвалась”.

  • İzmirdə zəlzələdə ölənlərin sayı 12-yə, yaralıların sayı 522-yə çatıb

    İzmirdə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 12-ə ,xəsarət alanlar 522 nəfərə çatıb.

    Median.Az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

    Bildirilib ki, zəlzələdən 4 bina tamamilə çöküb, 17 binada axtarış-xilasetmə işləri davam etdirilir.//qaynarinfo

  • Daha 79 obyektdə epidemiya əleyhinə rejimin pozulduğu müəyyən edilib

    İqtisadiyyat Nazirliyi zəruri qayda və tələblərə əməl etməyən sahibkarlıq subyektləri barədə monitorinqlərı davam etdirir.
    Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.

    Məlumata görə, Nazirliyin sahibkarlıq subyektlərində keçirdiyi monitorinqlər zamanı Binəqədi rayonunda Azər Şükürova məxsus ərzaq mağazasında, Samir Ağalarova məxsus ticarət obyektində, Suraxanı rayonunda Şakir Abbasova məxsus tikinti materialları mağazasında, Cəbrayıl Mislimova məxsus xidmət obyektində, Səbail rayonunda “İnteqral” QSC-yə məxsus mağazada, Ruslan Aşurova məxsus ərzaq mağazasında, Nərimanov rayonunda “Kontinental supermarket”də, “Oksigen yeni tibb mərkəzi”ndə, Nəsimi rayonunda “ASAA-U” MMC-yə məxsus “Oboy mağazası”nda, Asiman Muxtarova məxsus “Market”də, Nəsimi rayonunda “Market FR5”də, “Spar supermarket”də, Xətai rayonunda “Bizim inşaat” mağazasında, “Nino cake” mağazasında, Rəşad Hüseynova, Samir Seyfullayevə məxsus pərakəndə ticarət obyektlərində, Yasamal rayonunda “Netto market”də, “Dəvəli” ticarət obyektində, Sabunçu rayonunda “Brend ucuzluq” mağazasında, “Baku store” pərakəndə ticarət obyektində, Nizami rayonunda “Euromax avtoservis avadanlıqları mağazası”nda, “Araz supermarket”də, Qaradağ rayonunda Aydın Məmmədova, Mirşahin Babayevə məxsus ərzaq mağazalarında, Xəzər rayonunda Sevinc Orucovaya məxsus “Market”də, Ziya Rəhimova məxsus “Tikinti materiallarının satışı” mağazasında, Gəncə şəhərində “Mehman market”də, Zahir Vəliyevə, Nərmin Hacıyevaya məxsus mağazalarda, Sumqayıt şəhərində “Ağababa market”də, Zahid Qasımova məxsus “Uşaq geyimləri mağazası”nda, Bahadur Qəhrəmanova məxsus ehtiyat hissələri mağazası”nda, Abşeron rayonunda Ehtiram Kişiyevə, Məhəmmədəli Həsənova məxsus pərakəndə ticarət obyektlərində, Sabirabad rayonunda “Eleqant pərdə mağazası”nda, Yeganə Abazovaya məxsus pərakəndə ticarət obyektində, Lənkəran rayonunda Zakir Əkbərova, Pərvanə Əliyevaya, Ramil Musayevə məxsus mağazalarda, Cəlilabad rayonunda Etibar Təhməzliyə məxsus pərakəndə ticarət obyektində, Mahir İmanova məxsus tikinti materialları mağazasında, Şəki rayonunda “Modern geyim mağazası”nda, Lətif Məmmədova məxsus ərzaq mağazasında, Şəmkir rayonunda Orxan Əliyevə, Əflatun Qarayevə məxsus pərakəndə ticarət obyektlərində, Quba rayonunda Fərhad Qubatova, Əsədulla Mursəliyevə, Zülfi Əsədullayevə məxsus mağazalarda, ümumilikdə, 79 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

    Qeyd edək ki, nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.

  • Турция и Греция готовы помочь друг другу после землетрясения

    По меньшей мере четыре человека погибли, 120 получили ранения в результате землетрясения в провинции Измир на западе Турции. Об этом сообщило правительственное Управление по чрезвычайным ситуациям (АФАД).

    “Погибли четыре человека, 120 получили ранения”, – отмечается в сообщении управления.

    Землетрясение в Эгейском море привело к разрушению домов в провинции Измир. Об этом сообщает телеканал NTV со ссылкой на местные власти. По его данным, десять домов были разрушены в районе Байраклы в городе Измир. Разрушения есть также в измирском районе Борнова. Ущерб также нанесен некоторым постройкам в курортном городе Кушадасы, который находится в 100 км от Измира.

    В то же время главы МИД Турции и Греции выразили готовность стран оказать помощь друг другу после землетрясения в Эгейском море. Об этом сообщили в турецком МИД.

    “Глава МИД Греции Никос Дендиас позвонил нашему министру иностранных дел Мевлюту Чавушоглу и выразил сочувствие в связи с произошедшим в Измире землетрясением. Оба министра договорились, в случае необходимости, о взаимной помощи и поддержке”, – сказал источник РИА Новости. Он добавил, что стороны также договорились оставаться на постоянном контакте.

  • Cəbrayıl sakini: Doğma kəndimizə 27 ildir qoruyub saxladığım avtomobillə qayıdacağam – VİDEO – FOTO

    Cəbrayılın 1993-cü ilin avqustunda erməni silahlı birləşmələri tərəfindən işğal edilməsi nəticəsində məcburi köçkün həyatı yaşayan rayon sakinləri ölkəmizin müxtəlif yerlərində, əsasən də Biləsuvarda məskunlaşıblar. Onların arasında Şahvəlli kəndinin sakinləri də var. Ötən illər ərzində doğma yurdlarına qayıtmaq ümidi və inamını itirməyən sakinlərin aruzları artıq gerçəkləşib.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, Şanlı Azərbaycan Ordusu tərəfindən başlanan zəfər yürüşü zamanı azad edilən Cəbrayılın kəndlərindən biri də Şahvəllidir. Uzun illərdir ki, Biləsuvar rayonu ərazisində yerləşən qəsəbədə yaşayan Şahvəlli sakinləri doğma kəndlərinə qayıtmağa hazırlaşırlar.

    Şahvəlli kənd sakini Təbriz Həsənov 27 il öncə erməni faşistlərindən xilas olmaq üçün kənddən çıxarkən gəldikləri avtomobillə indi ata-baba yurduna qayıtmağı planlaşdırır: “Ailəmlə birlikdə bu maşınla gəlmişəm, onunla da qayıdacağıq. Ali Baş Komandanın rəhbərliyi, ordumuzun qüdrəti sayəsində arzularımız gerçək olub”.

    Cəbrayılı xatırlayan Təbriz kişinin gözləri dolur. “O yerlərdə gözəl günlərimiz olub, ermənilərə çox xeyirxahlıq etmişik. Çünki biz insanlıq vəzifəmizi yerinə yetirmişik. Lakin çörəyimizi böldüyümüz, əlindən tutduğumuz ermənilər bizə qarşı naxələf çıxdı, başımıza müsibətlər gətirdilər… İndi ordumuz qarşısında aciz qalan ermənilər dinc əhaliyə qarşı terror törədir. Bu vandallıq onların xislətində var. Gəncəni və digər şəhərlərimizi atəşə tutaraq dinc sakinləri qətlə yetirirlər. Lakin ordumuz onlara cəbhədə cavab verir və qisas alınır”, – deyə o vurğulayıb.

    Şanlı ordumuzun torpaqlarımızı qarış-qarış azad etdiyini bildirən həmsöhbətimiz deyib ki, Şahvəllinin azad edildiyini eşidəndə sevincinin həddi-hüdudu olmayıb: “İndi öz doğma torpaqlarımıza qayıtmağı, oranın havasını udub, suyunu içməyi səbirsizliklə gözləyirik. İnanırıq ki, bütün torpaqlarımız işğaldan azad olunacaq”.

    Şahvəlli kənd sakini Məhiyəddin Lətifov da sevinc hisslərini bizimlə bölüşüb. “Kəndimizin azad edilməsi bizim üçün ən böyük hədiyyədir. Sağ olsun Ali Baş Komandanımız. Allah ordumuza güc versin ki, torpaqlarımız qısa müddətdə azad edilsin. İndi gözləyirik ki, doğma torpağımıza qayıdaq. 27 ildir həsrətini çəkirik, ata-babalarımızın məzarı orada qalıb. Həmin yerlərə qayıtmağı, orada firavan həyatımıza davam etməyi səbirsizliklə gözləyirik”, – deyə o bildirib.

  • Milli Məclisin spikeri TBMM sədrinə başsağlığı verib

    Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova İzmir vilayətində baş verən zəlzələdə ölənlərlə əlaqədar türkiyəli həmkarına başsağlığı verib.

    “Report”un məlumatına görə, bu barədə parlamentin rəhbəri özünün “Twitter”dəki səhifəsində yazıb:

    “Bu gün İzmir şəhərində baş verən zəlzələ ilə əlaqədar olaraq həmkarım TBMM Sədri cənab Mustafa Şentopa zəng etdim, başsağlığı və keçmiş olsun diləklərimi çatdırdım. Azərbaycan xalqının duaları hər zaman qardaş Türkiyə ilədir”.

  • Professor karantin rejiminin bitəcəyi tarixi açıqladı: Ən azı yaya qədər… – MÜSAHİBƏ

    Median.Az publika.az-a istinadən TƏBİB-in Elmi Komitəsinin sədri, professor Akif Qurbanovla müsahibəni təqdim edir.

    – Akif doktor, yeni növ koronavirusa yoluxma hallarının dünyada və ölkəmizdə artmasının səbəbini nədə görürsünüz?

    – Virusun artmasının iki səbəbi var: bizdən asılı olan və asılı olmayan. Asılı olmayan səbəb odur ki, qış ayları yaxınlaşır və bu mövsümdə bütün tənəffüs infeksiyaları, o cümlədən COVID-19 infeksiyası aktivləşir. Bir neçə ay əvvəl biz bu barədə məlumat vermişdik, yoluxma hallarının artacağını gözləyirdik. Soyuq havaların düşməsi ilə əlaqədar dünyada da yoluxma sayında rekord göstəricilər qeydə alınmağa başlayıb. Səbəbi odur ki, soyuq hava tənəffüs yollarının müdafiə qabiliyyətini zəiflədir. COVID-19 da tənəffüs infeksiyası olduğundan bundan kənarda qala bilməzdi.

    İndi koronavirusla birlikdə digər tənəffüs infeksiyaları, o cümlədən qrip və qripəbənzər xəstəliklərin aktivləşmə dövrüdür. Yayda kimsə tənəffüs infeksiyalarının əlamətlərini hiss edirdisə, özünü COVID-19 xəstəsi nöqteyi nəzərdən dəyərləndirirdi. Təcili analizlər verməklə yeni növ koronavirus infeksiyasına yoluxub-yoluxmadığını müəyyənləşdirə bilirdi. Hazırkı dövrdə bu məsələ bir az da mürəkkəbləşib. İnsanlar tənəffüs infeksiyalarının qızdırma, öskürək, baş ağrısı və bu kimi əlamətlərini hiss etdikdə elə hesab edirlər ki, bu, ya qrip, ya qripəbənzər xəstəlikdir, ya da sadəcə soyuqlayıblar. Əslində, ola bilər ki, onlarda koronavirus olsun və bunu özləri də bilməsin. Nəticədə infeksiya mənbəyi olaraq ətrafdakıları da yoluxdurmağa başlayacaqlar.

    İkinci səbəbi qorunma tədbirlərinə əməl etməməyimizlə əlaqədardır. Qorunma tədbirlərinə əməl etmədikdə sözsüz ki, yoluxmaların sayı artacaq.

    – Qrip və ya yeni növ koronavirus infeksiyasına yoluxduğumuzu necə müəyyən edə bilərik?

    – Hər bir şəxs soyuqlama və tənəffüs infeksiyalarının əlamətlərini hiss etdikdə özünü təcrid etməli və xəstəliyin sonrakı gedişini izləməlidir. Əgər qızdırmalı hal, öskürək və halsızlıq bir neçə gün davam edərsə, dərhal həkimə müraciət etməliyik ki, COVID-19-un olub-olmadığı həkimlər tərəfindən müəyyənləşdirilsin. Bunun vasitəsilə xəstəliklərdən yoluxmanın qarşısını ala bilərik. Digər tərəfdən, hər hansı şəxs koronavirus xəstəsi ilə təmasda olubsa və ya onun yoluxduğunu sonradan bilibsə, özünütəcrid prinsipinə əməl etməlidir. Bilməlidir ki, özü də virus daşıyıcısı ola bilər. Əgər evdə özünü ayrı otaqda təcrid etmək imkanı varsa, izolyasiya qaydalarına əməl etməlidir. İş yerinə bu barədə məlumat və ya izahat verməlidir. Koronavirus xəstələri ilə təmasda olmuş və ya tənəffüs yolu infeksiyalarına yoluxan şəxslər çox ehtiyatlı olmalıdırlar, çünki bilmədən infeksiyanı başqasına yoluxdura bilərlər.

    – Ekspertlər bu bəladan yeganə çıxış yolunu peyvəndlərin tapılmasında görür. Həqiqətən də virusa qarşı effektiv peyvənd tapılmayana qədər normal həyata qayıtmaq mümkün olmayacaq və o zamana kimi biz bu qaydalarla yaşamağa davam edəcəyik?

    – Pandemiya heç vaxt bir ilə tamamlanmır, bu, iki-üç il davam edə bilər. Pandemiyanın bu ilin sonunda bitməsini gözləməyin, karantin davranış qaydalarına pandemiya bitənə qədər əməl etmək məcburiyyətindəyik. Vaksin olsa da, olmasa da qorunacağıq. Əslində, vaksin tapılıb, dünyada artıq çoxsaylı vaksinlərin üzərində araşdırmalar davam edir. Bir çoxu sınaqlardan keçib, digər qismi isə sınaqların sonuncu mərhələsindədir. Hesab edirəm ki, gələn ildən etibarən bu vaksinlərin kütləvi şəkildə tətbiqinə başlanılacaq. Ən effektiv və ən təhlükəsiz vaksinlər hazır olan kimi onların gətirilməsi və istifadə olunması haqqında Azərbaycan da dövlət səviyyəsində müəyyən işlər görüb. Bu, gələn ildən tez olmayacaq. Lakin vaksin gətirildikdən və vaksinasiya olunduqdan sonra pandemiyanın bitəcəyi də sual altındadır. Bunu əvvəlcədən təyin etmək mümkün deyil. Vaksinlər yoluxma sayına nəzarət etməyə və azaltmağa imkan versə də, heç kəs fikirləşməsin ki, vaksinin tətbiqindən sonra qorunma tədbirlərinə ehtiyac qalmayacaq. Yalnız pandemiya bitərsə və yoluxma sayı yox dərəcəsində olarsa, qorunma tədbirlərinə son qoyulacaq. İnsanların çox hissəsi virusa yoluxmaqla və ya vaksinasiya ilə virusa qarşı müəyyən immunitet qazanacaq. Bundan sonra dünyada və ölkəmizdə karantin rejiminin aradan qaldırılması haqqında söhbət gedə bilər. Amma bunun yaxın aylarda baş verməsi gözlənilmir, ən azı yaya qədər özümüzü və ətrafımızı qorumaq üçün bu tədbirlərə əməl etməliyik.

    Bu gün ölkəmizdə müharibə gedir, odur ki, insanlar ikiqat ehtiyatlı davranmalıdır. Səhiyyə sisteminin yüklənməməsi üçün əlimizdən gələni etməliyik. Hər bir şəxs bilməlidir ki, bu gün klinikaların qarşısında duran əsas məsələ yaralı əsgərlərimizə xidmət göstərməkdir. Yoluxma sayının çoxalmasının qarşısını almaqla ordumuza da kömək edirik. Bu mənada qorunma tədbirləri vətənpərvərlik hisslərinin tərkib hissəsi olmalıdır. Əgər o şəxsdə həqiqətən vətənpərvərlik hissi varsa, qorunma tədbirlərinə əməl edəcək və öz missiyasını yerinə yetirmiş olacaq.

    – İybilmə və dadbilmə duyğusunun itməsi koronavirus xəstəliyinin əsas əlamətlərindən biri olaraq qalır. Maraqlıdır ki, bu əlamətlər COVID-19-a yoluxmuş hər kəsdə müşahidə olunur?

    – Bu, sabit əlamət deyil, iybilmə və dadbilmə duyğusunun itməsi müəyyən qisim insanlarda baş verir. Koronavirusa yoluxub-yoluxmadığınızı sadəcə iybilmə və dadbilmə duyğusunun olub-olmaması ilə müəyyənləşdirə bilməzsiniz. Bu, səhv yanaşmadır, belə düşünməklə xəstəliklərin artmasına səbəb oluruq. Xəstələrin böyük hissəsində bu əlamətlərin heç biri olmur, onlar iy, qoxu və dad bilsələr də, testin nəticəsi pozitiv göstərir. Odur ki, bu əlaməti önə çıxarmağa dəyməz. COVID-19-u başqa tənəffüs yolu xəstəliklərindən fərqləndirən əlamət demək olar ki, yoxdur. Xəstəlik elə qrip əlamətləri ilə başlayır: qızdırma, boğaz ağrısı, halsızlıq və s. Dad və qoxu duyğusunun itməsinə qrip xəstələrində də rast gəlinir, lakin hamıda olmur. Koronavirusla qripi bir-birindən fərqləndirmək üçün əlimizdə yeganə səbəb var: analiz vermək.