Month: October 2020

  • İş adamı orduya “Hummer” hədiyyə etdi (FOTOLAR)

    İş adamı Cavidan Qorçıyev Qarabağın azadlığı uğrunda vuruşan əsgərlərimizə köməklik göstərib.

    Qaynarinfo xəbər verir ki, gənc biznesmen bu məqsədlə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə şəxsi avtomobilini hədiyyə edib.

    O, işlək vəziyyətdə olan «Hummer h3» markalı «pikap»ı təmənnasız olaraq sərhədçilərin ixtiyarına verib.

    Sərhəd Xidmətinin əməkdaşları ilə görüşən C.Qorçıyev bildirib ki, bir iş adamı kimi daim dövlətimizin və dövlətçiliyimizin yanındadır: «Hamımız bu Vətənin, bu torpağın övladıyıq. Kimin nəyə gücü çatırsa, Silahlı Qüvvələrə yardım etməlidir. Bütün Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib və əminəm ki, hörmətli ölkə başçısının rəhbərliyi altında biz Qarabağı işğaldan tamamilə azad edəcəyik. İnanıram ki, o gün çox yaxındadır. Qarabağ Azərbaycandır!».




  • В Ханкенди взлетел на воздух склад с оружием – ВИДЕО

    В Ханкенди взлетел на воздух склад с оружием.

    Как видно из кадров, на складе с оружием в Ханкенди вспыхнул пожар.

    Median.Az представляет данное видео:

  • Cenevrə görüşü mətbuata qapalı olacaq

    Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında bu gün keçirilməsi planlaşdırılan görüşdən bir gün əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri (Rusiya, ABŞ və Fransa) Cenevrədə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıblar.

    Bu barədə TASS mənbəyinə istinadən məlumat yayıb.

    Mənbə həmçinin bugünkü danışıqların mətbuata qapalı şəkildə keçiriləcəyini vurğulayıb.

    Bildirilib ki, hələlik müzakirələrdən sonra bəyanatın dərc edilib-edilməyəcəyi məlum deyil.

    Minsk qrupunun iki ölkənin xarici işlər nazirləri ilə görüşü əvvəlcədən oktyabrın 29-na nəzərdə tutulsa da, sonradan görüş oktyabrın 30-na təxirə salınıb.

    Xatırladaq ki, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Cenevrədə işgüzar səfərdədir.

  • Oleq Krapivin Azərbaycan ordusuna 20 min dollar yardım etdi

    Azərbaycan yığmasının sabiq güləşçisi, SSRİ-nin əməkdar məşqçisi, uzun müddət Ukraynada yaşayan və Kiyev Azərbaycanlıları Konqresinə rəhbərlik edən veteranlar arasında dünya çempionu Oleq Krapivin Azərbaycan Silahlı Qüvvələrinə dəstək olub.

    Qafqazinfo xəbər verir ki, o, ordumuz üçün yaradılmış fonda 20 min dollar köçürüb.

    Qeyd edək ki, Oleq Krapivin Şamaxıda anadan olub. Doğulduğu şəhərdə hər il onun şərəfinə sərbəst güləş üzrə gənclər turnirlərinin keçirildiyi “Şirvan” idman klubunu tikdirib.

    Krapivinin rəhbərliyi ilə Ukrayna-Azərbaycan, Heydər Əliyev adına təhsil, elm, mədəniyyət, idman mərkəzi qurulub. Azərbaycan dilini öyrənmək üçün bazar günü məktəbi açılıb.

    Onun köməyi ilə “Vətən” vokal və rəqs ansamblı yaradılıb, Kiyevin “Bakineç” idman klubu açılıb.

    2016-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev Oleq Krapivinə “Əməkdar Bədən Tərbiyəsi və İdman İşçisi” fəxri adını verib.

  • UFC prezidenti: “Həbib geri qayıdıb 30-cu qələbəsini qazana bilər”

    UFC prezidenti Dana Uayt “CBS Sports Radio”nun efirində Həbib Nurməhəmmədovun karyerasını bərpa edəcəyini gözlədiyini bildirib.

    Xatırladaq ki, 32 yaşlı rusiyalı döyüşçü ABŞ idmançısı Castin Qetjiyə qalib gəldikdən sonra karyerasını bitirdiyini elan edib.

    “Mən döyüşdən sonra Həbib və komandası ilə danışdım, onlar emosiyalara qərq olmuşdular. O, geri qayıdıb 30-cu qələbəsini qazana bilər. Mən bunu səbirsizliklə gözləyirəm.

    Onun atası belə olmasını istəyirdi. Onun geri dönüşü necə olacaq? Hələ bilmirəm, heç kim bilmir”, – deyə D.Uayt bildirib.

  • Erməni terroru nəticəsində valideynsiz qalan körpələrin səsi – VİDEO

    Gəncədə gecə yatarkən yuxuda erməni terroruna məruz qalan və bu hadisədə valideynlərini itirən uşaqlarla bağlı AzTv təsirli videoçarx hazırlayıb.

    Videoda Gəncə terroru zamanı valideynsiz qalan körpələrin dilindən danışılıb.

    Qeyd edək ki, Ermənistanın həyata keçirdiyi insanlıq əleyhinə olan terror nəticəsində Gəncə şəhərində 25 mülki şəxs həlak olub, 100-dən çox dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Erməni terroru nəticəsində valideynsiz qalan günahsız körpələrin səsi adlı videonu təqdim edirik:

  • Завтра в Азербайджане будет до 25 градусов тепла

    Национальная служба гидрометеорологии Министерства экологии и природных ресурсов обнародовала прогноз погоды в Азербайджане на 31 октября.

    В Баку и на Абшеронском полуострове прогнозируется переменная облачность, пасмурная погода без осадков, ночью и утром местами туман, умеренный юго-восточный ветер.

    Температура воздуха на Абшероне составит ночью 14-18, днем – 19-22, в Баку ночью – 15-17, днем – 19-21 градус тепла.

    Атмосферное давление понизится с 763 до 760 мм ртутного столба, относительная влажность ночью – 70-80%, днем – 50-55%.

    В районах Азербайджана ожидается погода без осадков, ночью и утром местами туман, восточный ветер.

    Температура воздуха составит ночью 10-14, днем – 21-25, в горах ночью – 6-11, днем – 18-23 градуса тепла.

  • Hava yağmursuz olacaq

    Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 14-18, gündüz 19-22, Bakıda gecə 15-17, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

    Sabah Azərbaycanın rayonlarında havanın yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14, gündüz 21-25, dağlarda gecə 6-11, gündüz 18-23 dərəcə isti olacaq.

    Sabah Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

  • Ordumuza məxsus PUA vurulmayıb – RƏSMİ

    Azərbaycan ordusuna məxsus PUA-nın guya cəbhə xəttində vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumat yalan və dezinformasiyadır.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

  • Nazirlikdən Ermənistanın törətdiyi ekoloji terrorla bağlı AÇIQLAMA

    “İşğalçı Ermənistan insanlığa və günahsız dinc sakinlərə qarşı törətdiyi cinayətləri, terror aktlarını davam etdirərək təkcə region üçün deyil, planetin ekoloji tarazlığı üçün də qiymətli olan təbiət abidələrini, flora və faunanı məhv edir. Bununla da Ermənistan faktiki olaraq Azərbaycan təbiətinə qarşı ekoloji terror törədir”.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

    Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq və münaqişənin coğrafiyasını genişləndirərək cəbhə xəttindən kənarda yerləşən Ağcabədi və Göygöl rayonlarını mütəmadi artilleriya atəşinə tutması nəticəsində Ağgöl və Göygöl milli parklarının ərazilərinə bir neçə dəfə raket mərmiləri düşüb:

    “Təcavüzkar Ermənistanın törətdiyi bu terror siyasəti nəticəsində Cənubi Qafqazda füsunkar gözəlliyə malik nadir təbii gölləri və unikal landşaftı ilə zəngin yeganə təbiət ərazisi olan Göygöl milli parkının və “Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında” Ramsar Konvensiyasının siyahısına daxil edilmiş Ağgöl milli parkının ərazisində yanğınlar baş verib, flora və faunaya, təbii landşafta ciddi ziyan dəyib”.

    Nazirliyin rəsmisi qeyd edib ki, uzun illərdir işğal altında saxladığı ərazilərdə törətdiyi ağır ekoloji terrorla kifayətlənməyən təcavüzkar Ermənistan dövləti indi də ekoloji mühitin toxunulmazlığı haqqında beynəlxalq konvensiyaların tələblərini kobudcasına pozaraq və BMT-nin ətraf mühit üzrə müvafiq təşkilatlarının normativ aktlarına məhəl qoymayaraq cəbhə bölgəsindən kənarda yerləşən xüsusi mühafizə olunan təbiət ərazilərini hədəfə alır. Ermənistan Azərbaycanın mülki əhalisinə, həmçinin təbiətinə qarşı törədilən və biomüxtəlifliyin məhvinə səbəb olan işğalçı siyasətini, qeyri-insani cinayət əməllərini bununla da bir daha nümayiş etdirir:

    “Ermənistan tərəfindən insanlara və ətraf mühitə qarşı bu cür qəddar və qeyri-humanist hərəkətləri şiddətlə qınayır və beynəlxalq hüquq müdafiəçilərini işğal olunmuş Azərbaycan ərazilərində erməni separatçılarının törətdikləri cinayətləri dünya ictimaiyyətinə çatdırmaq üçün təxirəsalınmaz addımlar atmağa çağırırıq”.