Month: October 2020

  • Müharibədən əziyyət çəkən məcburi köçkün ailələrinə yardım ediləcək

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov Koreya Respublikasının ölkəmizdəki səfirliyinin rəsmisi xanım Ji Youn Woo ilə görüşüb.

    Görüşdə səfirlik tərəfindən məcburi köçkün ailələrinə ediləcək humanitar yardım məsələləri müzakirə edilib. Fuad Hüseynov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri barədə məlumat verib.

    Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasəti 1 milyon 200 min azərbaycanlının öz torpaqlarından didərgin düşməsinə, ölkəmizin qaçqınlıq və məcburi köçkünlük problemləri ilə üzləşməsinə səbəb olub. Azərbaycan dövləti bu problemlərin həlli istiqamətində müntəzəm iş aparır, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi prioritet vəzifələr ardıcıllıqla yerinə yetirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə böyük layihələr həyata keçirilir. Məcburi köçkünlərin sosial müdafiəsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq imkanlarının artırılması məsələlərinə daim diqqət göstərilir.

    Bildirilib ki, məcburi köçkünlərin cəmiyyətə inteqrasiyası ilə bağlı Azərbaycan dövləti fəaliyyətini iki istiqamətdə qurub, onların sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, digəri isə artıq astanasında olduğumuz “Böyük Qayıdış” proqramının tam icra olunmasıdır.

    Qeyd olunub ki, Ermənistan silahlı birləşmələrinin bu il sentyabrın 27-də genişmiqyaslı təxribatlarına başlamasına cavab olaraq müzəffər Azərbaycan Ordusu torpaqlarımızın işğaldan qurtarılması məqsədi ilə əks-hücum əməliyyatlarına başlayıb. Döyüş meydanında məğlub olan və davamlı şəkildə geri çəkilən işğalçı qüvvələrin Azərbaycanın cəbhə xəttinə yaxın yaşayış məntəqələrini aramsız atəşə tutması nəticəsində, mülki şəxslər, o cümlədən məcburi köçkünlər arasında ölən və yaralananlar var. Məcburi köçkünlərin Tərtər, Ağdam, Füzuli, Goranboy rayonlarında müvəqqəti məskunlaşdığı 350-dən çox mənzil qismən, yaxud tamamilə dağıdılıb. 15 minə yaxın insan ikinci dəfə məcburi köçkün düşmək təhlükəsi ilə üz-üzə qalıb.

    Koreya Respublikasının ölkəmizdəki səfirliyinin rəsmisi xanım Ji Youn Woo Ermənistan silahlı birləşmələrinin hücumu nəticəsində mülki şəxslərin həlak olmasından təəssüfləndiyini bildirib. Qeyd olunub ki, səfirlik məcburi köçkün ailələrinin münaqişə vəziyyətində olmasını və koronovirusa yoluxanların sayının kəskin artmasını nəzərə alaraq məcburi köçkünlərə yardım ediləcək. Yardım ədyal və tibbi vasitələrdən ibarət olacaq.

    Komitə sədrinin müavini məcburi köçkünlərə ediləcək yardımlara görə təşəkkür edib və yardımın nəqli, saxlanması və ailələrə çatdırılması üçün komitə tərəfindən dəstək verilə biləcəyini deyib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

  • Türkiyə XİN başçısı Azərbaycana təşəkkür edib – FOTO

    “İzmirdə baş vermiş zəlzələdən dərhal sonra ilk zəng edən və “keçmiş olsun” diləklərini çatdıraraq kömək etməyə hazır olduqlarını bildirən Can Azərbaycanın Fövqəladə Hallar naziri, qardaşım Kəmaləddin Heydərova təşəkkür edirəm”.

    Bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter” hesabında bildirib.

    “Sevincimiz də, kədərimiz də birdir. Bir millət, iki dövlət”, – deyə Türkiyə XİN başçısı təşəkkürünü çatdırıb. 

    İzmir’deki depremin hemen ardından ilk arayan ve geçmiş olsun dileklerini ileterek yardıma hazır olduklarını belirten Can Azerbaycan’ın Olağanüstü Haller Bakanı kardeşim Kemalettin Haydarov’a teşekkür ediyorum. Sevinçte de kederde de biriz! #BirMilletİkiDevlet 

  • Noyabr ayına olan hava proqnozu açıqlandı

    Noyabr ayına olan hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, noyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir. Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacaq.

    Noyabr ayının birinci ongünlüyünün birinci yarısında hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin dağlıq rayonlarda yağış yağacağı gözlənilir.

    Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 11-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər çoxdur. Gecələr havanın temperaturunun 7-12, ayın əvvəlində 16 dərəcəyədək, gündüzlər 18-23, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 14-16 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 28-38 mm) olacaq.

    Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 7-10 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər çoxdur. Gecələr havanın temperaturunun 5-10, üçüncü ongünlüyün bəzi günlərində 0 dərəcəyədək, gündüzlər 18-23, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 9-14 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 18-28 mm) olacaq.

    Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 4-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 0-4 dərəcə şaxta, gündüzlər 10-15, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 2-7 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 27-34 mm) olacağı gözlənilir.

    Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 9-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər çoxdur. Gecələr havanın temperaturunun 8-13, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 2-5, gündüzlər 18-23, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 8-13 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 15-24 mm) olacaq.

    Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 6-10 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər çoxdur. Gecələr havanın temperaturu 7-12 dərəcə isti, ikinci və üçüncü ongünlüyün bəzi günlərində yüksək dağlıq ərazilərdə 2-7 dərəcə şaxta, gündüzlər 15-20, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 7-12 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 29-73 mm) olacağı gözlənilir.

    Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 9-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər çoxdur. Gecələr havanın temperaturunun 9-14, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 3-6, gündüzlər 19-24, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 12-16 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 25-45 mm) olacağı gözlənilir.

    Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 8-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər çoxdur. Gecələr havanın temperaturu 9-14, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 3-6 dərəcə isti, dağlarda 0 dərəcəyə yaxın, gündüzlər 16-21, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 10-13 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 55-170 mm) olacağı gözlənilir.

  • Tikinti layihələrinin ekoloji qiymətləndirilməsi üçün ictimai dinləmə keçiriləcək

    Tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən obyektiv qiymətləndirilməsi, ekoloji rəyin alınması sahəsində şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə 4 noyabr 2020-ci il tarixində videoformatda növbəti ictimai dinləmə keçiriləcək.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, layihə icraçıları, ictimaiyyət və QHT nümayəndələri, aidiyyəti ekspert-mütəxəssislərin iştirakı ilə keçiriləcək ictimai dinləmədə Dövlət Ekoloji Ekspertiza Agentliyinə təqdim olunan hər bir layihənin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri müzakirə ediləcək, əhali üçün maraq kəsb edən məsələlərə diqqət yetiriləcək, yekun rəyin qəbul olunması üçün maraqlı tərəflərin fikirləri dinləniləcək.

  • İlham Əliyev Ərdoğana zəng etdi: “Dost və qardaş Türkiyənin yanındayıq”

    Oktyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

    Dövlətimizin başçısı Türkiyənin Egey bölgəsində baş vermiş zəlzələ ilə əlaqədar xalqımızın üzüntü hissi keçirdiyini vurğulayıb, bu hadisə ilə bağlı “keçmiş olsun” deyib.

    Prezident İlham Əliyev hər zaman olduğu kimi, bu gün də xalqımızın dost və qardaş Türkiyənin yanında olduğunu qeyd edərək bildirib ki, Azərbaycan qardaş ölkəyə hər cür yardım göstərməyə hazırdır.

    Prezident Rəcəb Tayyib Ərdoğan telefon zənginə və göstərilən diqqətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

  • Уничтожены еще две РСЗО “Смерч” врага, из которых обстреливались города Барда и Тертер – ВИДЕО

    Подразделениями азербайджанской армии были обнаружены позиции еще двух РСЗО “Смерч” вооруженных сил Армении, из которых были обстреляны мирное население и гражданская инфраструктура городов Барды и Тертера.

    Об этом сообщает Минобороны АР.

    30 октября, в 12:55 и 14:18, подразделения азербайджанской армии точным огнем уничтожили две РЗСО “Смерч” противника.

    Представляем видеокадры уничтожения реактивных систем залпового огня.

  • Bərdə və Tərtəri atəşə tutan düşmənə məxsus daha iki “Smerç” məhv edildi – VİDEO

    Bərdə və Tərtər şəhərlərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus növbəti iki ədəd “Smerç” yaylım atəşli reaktiv sistemlərinin tutduğu mövqelər bölmələrimiz tərəfindən aşkar edilib.

    Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, oktyabrın 30-u, saat 12:55 və saat 14:18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmənin iki ədəd “Smerç” yaylım atəşli reaktiv sistemləri məhv edilib.

    Reaktiv sistemlərin məhv edildiyi anın videogörüntülərini təqdim edirik:

  • ВИДЕОРЕПОРТАЖ из освобожденного от оккупации села Худаферин

    Министерство обороны Азербайджана опубликовало видеорепортаж из освобожденного от армянской оккупации села Худаферин Джебраильского района.

  • İşğaldan azad olunan Xudafərin kəndindən VİDEOREPORTAJ

    Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad olunan Xudafərin kəndindən videoreportaj yayımlayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • У берегов Турции произошло мощное землетрясение – ВИДЕО + ПРЯМОЙ ЭФИР

    На западе Турции 30 октября произошло землетрясение магнитудой 6,6, передает агентство “Анадолу”.

    В Управлении по предотвращению и ликвидации последствий чрезвычайных ситуаций при турецком правительстве (AFAD) сообщили, что эпицентр подземных толчков, зафиксированных в 14:51 по местному времени (15:51 по бакинскому времени – ред.), находился в Эгейском море у побережья района Сеферхисар (провинция Измир).

    Очаг землетрясения залегал на глубине 16,5 км.

    Длительность подземных толчков составила 15 секунд, и они ощущались во многих провинциях запада Турции.