Month: October 2020

  • Putindən Dağlıq Qarabağla bağlı növbəti çağırış – VİDEO

    Rusiya Prezidenti Vladimir Putin Qarabağda münaqişə tərəflərini əsirlərin və döyüş meydanında qalan cəsədlərin dəyişdirilməsi üçün hərbi əməliyyatları dayandırmağa çağırıb.

    TASS xəbər verir ki, bununla bağlı Kremlin mətbuat xidməti məlumat yayıb.

    V.Putin bu məsələ ilə bağlı müzakirələrin aparılması üçün Azərbaycan və Ermənistan XİN rəhbərlərini bu gün Rusiyaya dəvət edib.

  • Ermənilərin növbəti feyki – Şuşadakı kilsəyə dəyən mifik “raket zərbəsi” – FOTO

    Azərbaycan Müdafiə Nazirliyi erməni mənbələrinin guya Şuşada kilsəyə raket zərbəsi barədə yaydığı məlumatları şərh edərək bildirib ki, kilsənin zərər çəkməsi barədə xəbərlərin Azərbaycan Ordusunun döyüş fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur.

    Trend-in məlumatına görə, nazirliyin bəyanatında vurğulanır ki, Gəncəni atəşə tutarkən şəhərdəki mülki obyektlər, yaşayış binaları, o cümlədən dini memarlıq abidəsi olan İmamzadə kompleksinə ziyan yetirən Ermənistan silahlı qüvvələrindən fərqli olaraq, Azərbaycan Ordusu tarixi, mədəni, xüsusilə də dini tikililər və abidələri hədəfə almır.

    Elə isə, Şuşadakı kilsədə, əslində, nə baş verib?

    Kilsədəki dağıntılar barədə erməni KİV-nin yaydığı görüntüləri analiz edən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, yayılan ilkin videogörüntülərdə kilsənin binasından qara tüstü çıxdığı göründüyü halda, kilsənin içindən yayılmış təsvirlərdə heç bir yanğın əlaməti yoxdur.

    Onun fikrincə, binanın içərisindəki xarakterik əlamətlər – divardan asılmış bütün şəkillərin yerində olması, ibadət yerinin dağılmaması, hətta şüşə çərçivələrinin belə salamat olması – onu deməyə əsas verir ki, kilsənin daxilində partlayış baş verməyib:

    “Əgər təqdim olunan şəkillərdəki dəlik raket zərbəsi nəticəsində yaransa idi, həmin raket kilsənin daxilində böyük dağıntılara, yanğına səbəb olmalı idi. Əgər raket binanın xaricində partlayıbsa, o zaman ən azından dam örtüyünün taxta elementləri yanmalı idi”.

    Digər tərəfdən, binada zərbənin dəydiyi iddia olunan yerin təhlili və Google Maps üzərindən aparılan araşdırma göstərir ki, “zərbə” kilsənin binasının Azərbaycan tərəfinə yox, Ermənistan tərəfinə baxan hissəsindən “dəyib”: “Erməni tərəfinin məntiqindən belə çıxır ki, raketimiz kilsənin üzərindən keçməli, sonra geriyə dönüş edib, binanın Ermənistan tərəfinə baxan hissəsindən zərbə vurmalı idi. Bu, heç bir sağlam məntiqə sığmayan bəyanatdır. Bir daha aydın olur ki, Ermənistan tərəfi guya Azərbaycanı vandalizmdə ittiham etmək, ölkəmizə qarşı beynəlxalq qınağı formalaşdırmaq istəyir”.

    Döyüşlərdə məğlub olduğunu görən Ermənistan rəhbərliyi hər bir şəkildə Azərbaycanı təxribata çəkərək, ölkəmizi dünya ictimaiyyətinə vandal dövlət kimi təqdim etməyə çalışır. Bundan başqa, illər boyu Azərbaycana məxsus dini abidələri dağıdan və xarabalığa çevirən Ermənistan, bu təxribatla diqqəti Azərbaycanın üzərinə yönəltmək və ölkəmizin öz ərazi bütövlüyü uğrunda mübarizəsini “dini rəng”də təqdim etməyi düşünür.

    Nəhayət, bundan əvvəl Ermənistanın Baş naziri səviyyəsində səslənən sərsəm iddiaları – Türkiyə F-16 qırıcılarının döyüşlərdə iştirakını, Ermənistan ordusunun Su-25 təyyarəsinin vurulmasını, Azərbaycanın guya Ermənistan ərazisini bombalamasını, mifik “muzdlular” haqqında nağılları sübut edə bilməyən Yerevan indi də dini mövzuda feyk yaymağa məcbur olub.




  • Qırğızıstanda hökumət istefaya getdi

    Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov hökumətin və baş naziri Qubatbek Boronovun istefası haqqında fərman imzalayıb.

    TASS-ın məlumatına görə, bu barədə prezidentin mətbuat xidməti xəbər yayıb.

    İstefaya göndərilən Qırğızıstan hökumətinin üzvləri yeni kabinet qurulana qədər vəzifələrinin icrasını davam etdirəcəklər.

  • Ermənilərin intensiv hücumuna məruz qalan Goranboyda son vəziyyət – VİDEOREPORTAJ

    Ermənistan tərəfi mülki sakinlərə qarşı təxribatları davam etdirir.

    Baku TV-nin cəbhə xəttinə ezam olunmuş müxbiri xəbər verir ki, düşmən Goranboy sakinlərini hədəfə alır.

    İstifadəsi qadağan olunmuş silahlardan istifadə edən Ermənistan ordusu yaşayış evlərinə ziyan vurub. Ötən gün Ermənistan tərəfinin atəşləri nəticəsində bir nəfər mülki sakin həyatını itirib. Goranboyun cəbhəyanı kəndlərində yerləşən bir sıra məktəblərə də ciddi ziyan dəyib.

  • Zəngəzurdan olan azərbaycanlı: “Erməni satıcı qadınlar çörəyə tüpürüb sonra bizə satırdılar” – MÜSAHİBƏ

    Sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələri genişmiqyaslı təxribatlar həyata keçirərək bütün cəbhə xətti və cəbhə bölgəsində yerləşən yaşayış məntəqələri boyunca Azərbaycan ordusunun mövqelərini intensiv atəşə tutub.
    Atışma iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından həyata keçirilib. Bundan sonra Azərbaycan ordusu əks hücum əməliyyatına keçib və döyüşlər bu günə qədər davam edir.

    Media.Az Zəngəzurda (Ermənistan) anadan olan və uşaqlığında erməni təcavüzünü hiss edən İlahə Səfərova ilə söhbət edib.

    – İlahə xanım, siz Mehri şəhərində doğulub boya-başa çatmısınız….

    – Bəli, atam Zəngəzurdandır, valideynlərimin əcdadları İrəvan xanlığında yaşayıblar, biz əslən İrandan olan türk nəslindənik.

    – Şəhərin erməni əhalisi sizinlə necə davranırdı?

    – Mehridəki erməni uşaqları məni və iki bacımı “turkes” adlandırırdılar və məktəbdən evə qayıdanda bizə daş atırdılar.

    – Bəs buna səbəbləri nə idi?

    – Yalnız ona görə ki, biz erməni deyildik. Amma biz bunun qarşını alırdıq , atam bizə döyüşməyi öyrətmişdi. Və bizi “turkes” adlandırdıqları üçün deyil, mənə daş atdıqları və ədəbsiz sözlər dedikləri üçün onların burnunu əzərək, barmaqlarını qıraraq döyüşürdüm, onların valideynləri ilə isə atam məşğul olurdu. Bütün bunlar Mehridə az sayda azərbaycanlının yaşamasına baxmayaraq baş verirdi.

    – Balaca uşaqlardır və indidən bu qədər qəzəblidirlər…

    – Bilirsiniz, yeddi yaşımda nənələrinin erməni övladlarına yatmazdan öncə nağıl danışmaları əvəzinə, qondarma “qədim uzun müddət əziyyət çəkmiş bir xalqın soyqırımı” haqqında kitab oxumalarını öyrənəndə çox sarsıntı keçirtdim. İllüstrasiya olaraq, bu kitablardan birində kəsilmiş başlar, hamilə qadınların yarılmış mədələri və digər vəhşilikləri görmək olar. Nəzərə alın ki, mən alnında və ya qolunda qan ləkələri olan səhnələrin ən şiddətli olduğu dövrdə böyüyən bir nəsildənəm. Gecələr isə biz “Gecəniz xeyrə, uşaqlar” verilişinə baxırdıq. Bir psixoterapevt kimi təhsil alan və əqli travmalı insanlarla çalışan biri kimi deyə bilərəm ki, insan psixikasında ən bərpa olunmayan “ləkələr” beş yaşınadək qalır. Mən bu gün başa düşünürəm ki, daşnaklara xas olan, əqli cəhətdən sağlam bir insanın anlayışı üçün əlçatmaz, 30-40 il “evləri dost olan” azərbaycanlı türkü bıçaqlamağa hazırlıq halı bu cür travmatik tərbiyənin nəticəsidir. Bu, ömürlükdür…

    Bu, uşağın beynində alovlanan, bütün düşüncəsinin, gündəlik seçimlərinin və bütün həyatının qurulduğu sinirlə əlaqəli yaranan genetik bir koddur.

    – Belə çıxır ki, azərbaycanlılara və türklərə qarşı nifrət hissi genetik səviyyədə tətbiq olunur?

    – Belə deyək ki, bu hiss onların beynində becərilir. Babamın ataları Zəngəzurda, anamın ataları isə İrəvanda öldürülüb. Vedibasarlı olan ana nənəm 1948-ci ildə oradan deportasiya edilib. Mənim ulu babam isə atçısı – Mamikon tərəfindən bıçaqlanaraq öldürülüb, yetim olduğuna görə babam onu yoldan götürüb, evində böyüdüb, evlə təmin edib və qazanc əldə etməsinə kömək olub, toyunu edib və onu öz oğlu kimi böyüdüb. Bu dəhşətli hadisələrin təsdiqini xüsusi icazə ilə və yalnız tədqiqat işləri üçün qəbul edilən arxivlərdə gördüm. Mən qandonduran fotoşəkillər və sənədlərlə tanış oldum. Müqayisə üçün qondarma “erməni soyqırımı” ilə bağlı arxivləri açmaqdan imtina edirlər. Həyatımda ilk astma pristupu təcili yardım çağırmalı olduğum Xocalıdakı görüntüləri gördükdən sonra tutub. Lakin 1905 və 1918-ci illərdə İrəvanda və Zəngəzurda babalarımın xüsusi zülmlə qətlə yetirilməsinə, həmçinin bütün ailə üzvləri, körpələri ilə yanaşı öldürülmələrinə baxmayaraq, mən intiqam hissi ilə yaşamıram.

    – Mehridən nə vaxt ayrıldınız?

    – 1987-ci ildə, Qarabağ hadisələri başlamazdan bir il əvvəl. Və 1988-ci ildə nənə və babalarım oradan çıxarıldı. Mən deyə bilmərəm ki, bütün ermənilər pisdir, yalnız daşnaklar, amma onlar da çox idi. Adətən ermənilər daşnakları sevmirdilər və onlardan çox qorxurdular. Erməni İnqilab Federasiyası “Daşnaktsutyun” ötən əsrin 80-ci illərində ölkədə Karen Damirçyanın hakimiyyəti dövründə fəaliyyətini bərpa edib. Bir vaxtlar məşhur erməni şairi Yegişe Çarents yalnız tsekakronu qəbul etmədiyi üçün təqib olundu. Bu ad “nəsil” və “din” sözlərindəndir. Daşnakların əleyhdarları bunu “klan ibadəti” hesab edirlər. Çarentsin İrəvandakı həbsxana hospitalında ölmədiyi, daşnaklar tərəfindən öldürüldüyünə dair fikirlər var. Bu fikirləri əsaslandırmaq mümkün deyil, amma düşünürəm ki, belə idi.


    – Siz Ermənistandan getdikdən sonra orada qalan nənə və babanız necə yaşayırdı?

    – Onlar şiddətli təqiblərlə qarşılaşdılar. Hər addımda, sözün əsl mənasında, davamlı olaraq incidilir və təhdid olunurdular. Azərbaycanlılar erməni həkimlərinə müraciət etməkdən qorxurdular, davamlı təqib edilir, torpaqlarından, özlərinin dedikləri kimi “öz Adibijanlarına” çıxıb getmələrini tələb edirdilər. Mağazalardakı satıcı qadınlar çörəyə tüpürüb sonra onu azərbaycanlılara satırdılar. Və polis hər zaman onların tərəfini tuturdu.

    – Bəs qohumlarınız arasında 90-cı illərin əvvəllərində Qarabağdakı müharibə zamanı vuruşan olubmu?

    – Bəli, atamın əmisi Hilal Səfərov ehtiyatda olan polkovnikdir, yeddi il Almaniya Demokratik Respublikasında xidmət edib, peşəkar hərbçidir. O, yaşadığı Belarusdan gəlib Qarabağda döyüşüb və ağır yaralanıb. Yeri gəlmişkən, bu gün mənim əmim və əmim uşaqları ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda cəbhədə vuruşurlar. Qohumlarımdan biri birinci Qarabağ müharibəsi zamanı əsir götürülüb, o, işgəncələrə məruz qalıb. Yemək üçün ona yalnız taxıl və su verilib, bütün bədəni şişib və yeriyə bilməyib. Hər gün şüurunu itirənə qədər onu döyüblər, soyuqda soyundurub üstünə su töküblər, qollarını və ayaqlarını sındırıblar. Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə onu azad etmək mümkün olub.

    – Sizcə, Azərbaycan torpaqlarını qaytardıqdan sonra azərbaycanlılar və ermənilər eyni ərazidə birlikdə yaşaya biləcəklərmi?

    – Bu, çox vacib bir sualdır. Məsuliyyətsiz açıqlamalar vermək haqqım yoxdur. Amma mənim şəxsi fikrimi bilmək istəyirsinizsə…

    Fikrimcə, onların arasında sağlam düşüncəyə sahib olmayan nasist ideyalı olanlar hələ də var. Psixoloqlar hər kəsdən daha yaxşı bilirlər ki, özlərini həyatda əhəmiyyətsiz hesab edən, əhəmiyyətli biri olmaq ümidini itirən və özlərini təsdiqləmək istəyən insanlar bu cür formasiyalara sığınırlar. Onlar ömür boyu özlərini böyük bir şeyin bir hissəsi hesab etmək, özlərini müstəsna fərdlər kimi düşünmək istəyirlər. Və qonşularına qarşı məhz bu xəyali üstünlük sayəsində ikinci dərəcəli insan kimi davranırlar. Xülasə, deyə bilərəm ki, bu mərhələdə onlarla eyni ərazidə yaşamaq çox çətindir. Onlar genetik dərəcədə nifrətlə dolu bu virusa yoluxublar. Bunu şüurlarından çıxarmaq çox çətin olacaq. Əgər yeni Njde və ya Balayanlar yaranarsa, onlar bizim arxamızca qaçacaqlar. Bu, həqiqətən çox cəsarətli bir qeştaltdır (almancadan, bütöv obraz) – içimizdə və bizdən kənarda olanların cəmidir, bu da bir şəkildə ehtiyacımız və onun mümkün məmnuniyyəti ilə bağlıdır. Və təməl hisslər üzərində oynamaq çox asandır. Bir az psixologiyanı bilmək kifayətdir. Axı, bununla bağlı təcrübələr aparılıb, məsələn Üçüncü dalğa kimi.

    Qeyd edək ki, “Üçüncü dalğa” tarix müəllimi Ron Cons tərəfindən Amerika liseyinin 10-cu sinif şagirdləri (yəni, təxminən 16 yaşında olan) üzərində aparılan psixoloji bir təcrübədir. 1967-ci il aprelin əvvəllərində R. Cons Palo-Alto məktəbində dərslərinin birində bir həftə alman xalqının repressiv Milli Sosializm dövründəki davranışını anlamağa çalışıb. Məktəblilər üçün ciddi qaydalar tətbiq edərək gənclərdən ibarət qrupun yaradıcısı olduqdan sonra təəccübünə görə nə tələbələrin, nə də böyüklərin müqaviməti ilə qarşılaşmayıb. Beşinci gün Cons təcrübəni sona çatdırıb, tələbələrə nə qədər asanlıqla manipulyasiya edildiklərini və bu günlərdə itaətkar davranışlarının Üçüncü Reyxin adi vətəndaşların hərəkətlərindən əsaslı şəkildə fərqlənmədiyini izah edib.

  • Yuri Sayutkin: “Rus, pravoslav xristian kimi bildirirəm ki, erməni KİV-in informasiyası yalandır” – VİDEO

    Son vaxtlar erməni KİV-də guya Azərbaycanda başqa milliyyətdən və konfessiyalardan olan şəxslərin təqibə məruz qalması barədə xəbərlər yayılıb.

    Buna cavab olaraq Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Akdeniz Universiteti yanında Antalya Dövlət Konservatoriyasının dosenti Yuri Sayutkin “Facebook” səhifəsində erməni mətbuatının yalanlarını təkzib etdiyi bir video mesaj hazırlayıb:

    “Dövlətimin, doğma Azərbaycanımın öz əraziləri, ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ üçün azadlıq müharibəsi apardığı bu çətin günlərdə müxtəlif erməni KİV-ləri guya digər dini konfessiyaların nümayəndələrinin Azərbaycan ərazisində hər hansı bir təzyiq və təqiblərə məruz qalması barədə yalan məlumatlar yayırlar.

    “Bir rus, pravoslav xristian olaraq bu məlumatların tamamilə yalan və saxtalaşdırma olduğunu bildirirəm. Azərbaycan hər zaman digər millətlərin və dini konfessiyaların nümayəndələrinə böyük hörmətlə yanaşan çoxmillətli bir dövlət olub. Şəxsən mən və ailəm həyatımız boyu pravoslav kilsəsinə getmək imkanına sahib olmuşuq. Mənim dostlarım, digər millətlərin nümayəndələri, yəhudilər sakit şəkildə sinaqoqları ziyarət edə bilirlər”

    Odur ki, erməni KİV-lərinin xristianlığın təqiblərdən qorunması ilə bağlı açıqlamalarının heç bir əsası yoxdur. Mən Azərbaycanı dəstəkləmək və bizim rəşadətli ordumuza uğurlar arzulamaq istəyirəm”.

  • Maksim Şevçenko: “Gəncənin atəşə tutulması Hitlerin fəaliyyətinin analoqudur!”

    Kreml tərəfindən bir gün əvvəl açıq şəkildə ifadə olunduğu kimi, Rusiyanın KTMT-də Ermənistan qarşısında olan öhdəliyi tanınmamış Qarabağa şamil edilmir.

    Bundan əlavə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas oktyabrın 8-də bildirdi ki, Azərbaycan Ermənistan ərazisinə zərbə endirməyəcək, bu ölkənin ərazi bütövlüyünə qəsd etməyəcək.

    Bu açıqlamalar qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmalı olan Ermənistanı ağıllandıracaqmı?

    Media.Az bu barədə tanınmış rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko ilə müzakirə aparıb.

    – Əlbəttə ki, İrəvanın danışıqlar masasına qayıdacağını düşünmək istərdim. Ümumiyyətlə, Ermənistan tərəfinin ağılına, şüuruna inanmaq istərdim. Ancaq Ermənistan rəhbərliyinin, təəssüf ki, tamamilə ağılı başından çıxıb. Onlar təkrar-təkrar “minillik tarixlə” verilmiş hansısa müqəddəs haqlardan danışırlar. Eyni zamanda BMT Təhlükəsizlik Şurasının qətnamələrini mənasız kağız parçaları adlandırırlar.

    Təəssüf ki, fanatiklər sağlam düşüncə, beynəlxalq hüquqla deyil, reallıq haqqında öz təsəvvürlərini əsas tuturlar.

    Qarabağın arxasında dayanaraq müharibə aparan Ermənistana rəhbərlik edən bu şəxslərlə heç bir sülh danışıqları uğur gətirilməyəcək.

    Sülhə çatmağın yeganə yol işğal edilmiş vətənini azad edən Azərbaycan ordusunun keçirdiyi hərbi əməliyyatlarından keçir.

    Bu arada, Ermənistanın Baş naziri Nikol Paşinyan “Azərbaycan ərazisində hərbi əməliyyatların genişlənməsinin istisna edilməyəcəyi” ilə bağlı yeni açıqlama verdi. Bu nəyə hesablanıb? Daxili auditoriyaya?

    Xeyr, daxili auditoriyaya hesablanmayıb. Bu, dünyadakı erməni lobbisini səfərbər etmək cəhdidir. Əlbəttə ki, İrəvan müharibənin Ermənistan ərazisinə keçməsini çox istəyir.

    Onların iki mövzusu var. Birincisi, Azərbaycanın hərəkətlərini yeni “soyqırım” kimi təqdim etməkdir. İkincisi, müharibəni müsəlmanlar və xristianlar arasındakı gedən “müqəddəs” savaş olaraq təqdim etməkdir. Bir qrup ərəb terrorçularının, əfqan mücahidlərinin və sair qrupların guya Azərbaycan tərəfində vuruşduqlarını söyləyirlər. Aydındır ki, bu cəfəngiyatdır.

    Ermənistan bu qədər çətinliklə yaradılan bütün beynəlxalq müqavilələri, razılaşmaları, sülh prosesinin çərçivələrini pozdu. Beləliklə, Hitler kimi bir növ “müqəddəs müharibəyə” müraciət etmək qalır. 1943-1944-cü illərdə “intiqam silahları”ndan, müharibənin İngiltərə ərazisinə köçürülməsindən bəhs etməyə başladı. İngiltərəni “FAU-1” və “FAU-2” raketləri ilə bombardmanı başladı. Bütün bunlar tamamilə terror məqsədi ilə edilirdi, çünki bu tamilə başa düşülən idi ki, Alman qoşunları Böyük Britaniya sahillərinə çıxmaq imkanlarına malik deyillər.

    Gəncənin atəşə tutulması – Hitlerin fəaliyyətinin analoqudur. Hər bir fanatik sağlam düşüncəyə deyil, belə hərəkətlərə müraciət edir. Hər cür ağlabatan təkliflər verildi, Prezident İlham Əliyev Ermənistan qoşunlarının geri çəkilməsinin vacibliyini və bundan sonra döyüş əməliyyatlarının dayandırılacağını bildirdi. Ancaq Nikol Paşinyan heç nə eşitmir.

    Aydındır ki, Paşinyanın kiminsə qarşısında öhdəliyi var, amma erməni xalqı qarşısında deyil. Bu müharibə sülhə, Azərbaycanla sakit sərhədlərə, ticarətə, Ermənistanın Gürcüstan, Azərbaycan və Türkiyə ilə ortaq iqtisadi proseslərə daxil edilməsinə ehtiyac duyan ermənilərin marağında deyil. Ancaq bunun əvəzində erməni xalqı kiminsə maraqlarının girovluğunda saxlanılır. Bu arada isə erməni milyarderlər öz məsələlərini həll edirlər. Emmanuel Makrona və ya başqasına yaxınlaşırlar və “xalqımızı yeni bir “soyqırım” təhdid edir, bizə pul qazanmağa imkan verin” deyirlər. Mən bunu məhz belə görürəm.

    Ancaq Azərbaycan rəhbərliyi heç vaxt ermənilərin Qarabağı tərk etməsini tələb etdiyini elan etməyib. Ermənistan silahlı qüvvələri isə başqa məsələdir.

    Hələ Prezident Heydər Əliyev deyirdi ki, Azərbaycanın Qarabağdakı erməni əhalisinin hüquqlarını təmin etməyə hazırdır. Ancaq azərbaycanlılara – mən bunu internetdəki bir çox forumlarda oxuyuram, – ermənilər sadəcə yaşamaq hüququna da etiraz edirlər. Beləliklə, təkrar edirəm, siz və biz də Rusiya ərazisində tez-tez şüurlu insanlarla deyil, fanatiklərlə vaxt itiririk.

  • Полад Бюльбюлоглу передал протест азербайджанских партий послу Франции

    Посол Азербайджана в России Полад Бюльбюлоглу принял посла Франции в этой стране Пьера Леви по просьбе последнего.

    Как сообщили Report в посольстве Азербайджана в России, целью проведения встречи стал обмен мнениями по поводу текущего положения дел в Нагорно-Карабахском регионе Азербайджана.

    Полад Бюльбюльоглу подчеркнул, что для комментирования ситуации на линии фронта, необходимо в первую очередь ознакомиться с историей армяно-азербайджанского нагорно-карабахского конфликта, который длится около 30 лет. Он ознакомил собеседника с правовыми аспектами конфликта и последствиями агрессии Армении в отношении Азербайджана.

    Комментируя недавнее выступление президента Франции, посол Азербайджана представил своему французскому коллеге заявление, подписанное 50 политическими партиями нашей страны. По словам посла, принятие такого заявления показывает, что все политические силы в Азербайджане, включая оппозицию, объединились, чтобы осудить неприемлемые действия президента Франции против нашей страны, способные нанести серьезный ущерб позитивным отношениям между двумя странами.

    Полад Бюльбюльоглу заявил, что видит возможность прекращения операции по принуждению страны-агрессора к миру только в выводе армянских войск с оккупированных территорий, представлении конкретного графика этого процесса и гарантий стран-участниц Минской группы.

    На встрече был проведен обмен мнениями по поводу других вопросов, представляющих взаимный интерес.

  • Polad Bülbüloğlu Fransa səfirinə partiyaların Makrona etirazını çatdırıb

    Azərbaycan Respublikasının Rusiyadakı səfiri Polad Bülbüloğlu Fransa Respublikasının Rusiya Federasiyasındakı Səfiri Pyer Levini onun xahişi ilə qəbul edib.

    Azərbaycan Respublikasının Rusiyadakı Səfirliyindən “Report”a verilən məlumata görə, görüşün keçirilməsində məqsəd Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində gedən hərbi əməliyyatların mövcud vəziyyəti ilə bağlı fikir mübadiləsinin aparılması olub.

    Polad Bülbüloğlu cəbhədə yaranmış gərginliyi şərh etmək üçün ilk növbədə 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər salınmasının zərurətini qarşı tərəfin diqqətinə çatdırıb. O, həmsöhbətinə münaqişənin hüquqi aspektləri və Ermənistanın ölkəmizə qarşı təcavüzünün nəticələri haqqında ətraflı məlumat verib.

    Azərbaycanın səfiri münaqişənin nizamlanması həvalə edilən ATƏT-in Minsk Qrupunun fəaliyyəti, BMT TŞ-nin məlum qətnamələri, ATƏT-in Lissabon Zirvə Görüşü çərçivəsində qəbul edilmiş Yekun sənədin mahiyyəti, danışıqlar prosesində həmsədrlərin iştirakı ilə ortaya qoyulan Madrid prinsipləri, Mayendorf Bəyannaməsi və bu kontekstdə bir sıra digər sənəd və bəyanatlara toxunaraq, onların mövcud olan status-kvonun qəbuledilməzliyi, işğalçı qüvvələrin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasının münaqişənin həllinin əsasını təşkil etdiyini vurğulayıb.

    Bununla yanaşı, Polad Bülbüloğlu Ermənistanın danışıqlarda tutduğu qeyri-konstruktiv mövqeyi, təcavüzkar siyasətinin davam etməsi, Azərbaycanın ərazilərinə yeni iddialar irəli sürməsi və ümumilikdə danışıqların mahiyyətini tam şəkildə pozaraq onu mənasız etməsi kimi addımlarının bugünkü yaranmış vəziyyətə gətirib çıxardığını söyləyib.

    Fransanın səfiri ölkəsinin münaqişənin sülh yollu ilə həllinin tərəfdarı olduğunu və hazırki qarşıdurmanın tezliklə dayandırılmasının vacibliyini qeyd edib. Həmçinin danışıqların konkret nəticəyə yönəlmiş məsələlər ətrafında aparılmasının əhəmiyyətini anladığını bildirib.

    Polad Bülbüloğlu Azərbaycanın uzun müddət ərzində danışıqlar apardığını, daim konstruktiv mövqedən çıxış etdiyini, səbir və təmkinlə ədalətli qərarın qəbul edilməsini gözlədiyini və ölkəmizin ərazi bütövlüyünün heç bir zaman müzakirə predmeti olmadığını xüsusilə diqqətə çatdırıb. Bununla yanaşı, ölkəmizin beynəlxalq ictimaiyyətə separatçılıqla mübarizədə səylərinin birləşdirilməsinə daim çağırış etdiyini söyləyib.

    Polad Bülbüloğlu həmçinin bildirib ki, son iki il ərzində Ermənistanın yeni hakimiyyətinin hərbi ritorikası, ölkəmizə qarşı törətdiyi təxribatları, eləcə də atəşkəsin pozulması nəticəsində cəbhə xəttindən kənarda yaşayan çox sayda azərbaycanlı mülki şəxslərin öldürülməsi və mülki obyektlərin dağıdılması ona gətirib çıxarıb ki, Azərbaycan xalqı işğala son qoymaq tələbi ilə öz qəti iradəsini ortaya qoyub.

    Azərbaycanın Səfiri Fransa Prezidentinin son günlərdə etdiyi məlum çıxışına münasibət bildirərək, ölkəmizin 50 siyasi partiyasının imzaladığı bəyanatı fransalı həmkarına təqdim edib. Səfirin sözlərinə görə, belə bir bəyanatın qəbul edilməsi onu göstərir ki, müxalifət daxil olmaqla, Azərbaycanın bütün siyasi qüvvələri birləşərək, Fransa prezidentinin ölkəmizə qarşı qəbuledilməz hərəkətlərini pisləyir və bu iki dövlət arasında müsbət olan əlaqələrə ciddi xələl gətirir.

    Polad Bülbüloğlu Azərbaycanın təcavüzkar ölkənin sülhə məcbur edilməsi əməliyyatının dayandırılmasının mümkünlüyünü yalnız Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasında, bu prosesin həyata keçirilməsi üçün konkret cədvəlin təqdim edilməsində və Minsk Qrupuna daxil olan ölkələrin buna qarant çıxmasında gördüyünü bildirib.

    Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  • Ermənilər Cəbrayılda tarixi abidələri dağıdaraq, həmin yerlərdə təsərrüfatla məşğul olublar – FOTO

    Ermənistanın hərbi təcavüzü nəticəsində Cəbrayıl şəhərində Azərbaycan xalqına məxsus tarixi və mədəni abidələr dağıdılıb.

    Düşmənin həmin ərazilərdə qeyri-qanuni iqtisadi və kənd təsərrüfatı fəaliyyəti həyata keçirdiyi “Azersky” peyki vasitəsilə əldə olunmuş təsvirlərdən məlum olub.

    Bununla bağlı məlumatı “Azərkosmos” ASC yayıb.

    Məlumatda Ermənistanın beynəlxalq hüquqa zidd olan bu kimi fəaliyyətini Azərbaycanın digər işğal altında olan torpaqlarında davam etdirdiyi bildirilir.

    “Azersky” peyki vasitəsilə bu fəaliyyətlər gündəlik olaraq izlənilir. Monitorinqlər nəticəsində əldə olunan məlumatlar dünya ictimaiyyətinə çatdırılır.