Month: October 2020

  • Türkiyədə yeni parka şəhid general Polad Həşimovun adı veriləcək

    Bursa şəhərinin Osmanqazi rayonunda yeni salınacaq böyük parka şəhid general Polad Həşimovun adı veriləcək.

    Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a bildirilib ki, Osmanqazi bələdiyyəsinin sədri Mustafa Dündar Tovuz döyüşlərində şəhid olmuş general Polad Həşimovun adının əbədiləşdirilməsi üçün bu addımı atacaqlarını deyib.

    Bələdiyyə sədri qeyd edib ki, Ermənistanın 30 illik işğalı tezliklə bitəcək: “Bu hücumlara Azərbaycan Ordusu öz güclü cavabını verir və bu haqlı savaşda ciddi nəticələr əldə edilib. Azərbaycan torpaqlarının bu işğaldan tamamilə xilas olması üçün dua edirik. Azərbaycana Türkiyə başda olmaqla bir çox ölkədən mənəvi dəstək var. Biz də rayonumuzda bir çox tikililərə Azərbaycan bayrağını asaraq öz dəstəyimizi göstəririk. Bu dəstəklərdən biri də yeni salınacaq böyük parka general Polad Həşimovun adını verməkdir. Artıq bununla bağlı aidiyyəti qurumlara müraciət etmişik”.

  • Murad Arifdən ordumuza dəstək mahnısı – VİDEO

    Məşhur bəstəkar və müğənni Murad Arif hərbi vətənpərvərlik mövzusunda yeni mahnısını təqdim edib.

    O bu barədə sosial media hesabında məlumat verib. Müğənni qeyd edib ki, bu nəğmə üçün daha münasib vaxt ola bilməzdi:

    “Mən heç vaxt vətənpərvərlik mövzusunda yazmadım… “İçimdən gəlmədi” deyil, pafoslu, saxta olmasından çəkindim. Bu, kamança və rok qarışıqlı musiqi hələ 2016-ci il, Aprel hadisələrindən təsirlənib yazılmışdı. Amma, dörd il, düz dörd il hazır nəğmənin sözlərini yaza bilmirdim. Nəhayət, bu həftə, içimdəki hisslər, musiqiyə uyğun oldu”.

    Müğənni bildirib ki, bu mahnı ilə bütün enerjisini, arzularını, duyğularını bütün ölkənin, hərbçilərin duymasını istəyir:

    “Mən musiqinin gücünə inanıram. Diləyin gücünə inanıram. Bütün xalqın bu gün bir arzusu var. İstərəm ki, bu nəğmə hər dəfə radiolardan səslənəndə, hamı eyni zamanda Qələbə arzulasın. İstərəm ki, Qələbə gerçək olsun!”

    Qeyd edək ki, mahnının aranjimanı Rəşad Bağırova aiddir.

  • Norveç karantin qaydalarını yenidən sərtləşdirir

    Norveç hökuməti koronavirus infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar əcnəbi vətəndaşların ölkəyə daxil olma qaydalarını sərtləşdirib.

    Bu barədə xəbəri Norveçin Xarici İşlər Nazirliyi yayıb.

    Belə ki, COVID-19-a yoluxma hallarının artdığı Kipr, Latviya, Lixtenşteyn, İsveç və Finlandiyanın bəzi bölgələrindən Norveçə səyahət edən insanlara qarşı bir sıra qadağalarla tətbiq olunacaq.

    Oktyabrın 10-dan etibarən yuxarıda qeyd olunan ölkələrdən və bölgələrdən Norveçə daxil olanların hamısı 10 günlük karantin rejimində qalmalı olacaq.

    Qeyd edək ki, son rəqəmlərə əsasən, Norveçdə 15 097 nəfərin koronavurusa yoluxduğu aşkar edilib, 275 xəstə pandemiyanın qurbanı olub.

  • Gənc aktyor üzgüçülük hovuzunda boğuldu – ANBAAN VİDEO

    Rusiyanın paytaxtı Moskvada 26 yaşlı aktyor Rinat Kafiyatullin hovuzda faciəvi şəkildə həlak olub.

    “Vesti” agentliyi xəbər verir ki, hadisə anbaan idman kompleksinin təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

    Ətrafda olan şəxslər onu hovuzdan çıxarıb ilkin yardım etməyə çalışıb və təcili tibbi yardım xidmətinə zəng ediblər.

    Hadisə yerinə gələn həkimlər gənc aktyorun ölüm faktını qeydə alıb.

    Qeyd olunur ki, R.Kafiyatullin nadir genetik xəstəlikdən əziyyət çəksə də, bunu digər insanlardan gizlədib.

  • Düşmən təxribatı əhalinin əzmini qıra bilmir – VİDEO

    “Ev, eşik, mal-qara bizim hərbçilərimizin atılan dırnağına da dəyməz”.

    Baku TV xəbər verir ki, bunu düşmənin atdığı mərmi nəticəsində evinə ciddi ziyan dəymiş Ağdam sakini deyib.

    Düşmənin Ağdamı dayanmadan atəşə tutmasına baxmayaraq, sakinlər yaşadıqları yeri tərk etmir.

  • Konfliktoloq: “Azərbaycan ərazi bütövlüyünü öz daxili resursları hesabına bərpa edir və edəcək”

    Prezident İlham Əliyevin son illər ərzində apardığı adekvat siyasi və iqtisadi idarəetmə siyasəti bu gün Azərbaycana həm döyüş meydanında, həm diplomatik cəbhədə, həm də Ermənistanla digər cəbhələr üzrə aparılan münaqişədə böyük üstünlüklər qazandırdı.

    Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, konfliktologiya üzrə ekspert Elşad Məmmədov Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin gedişatında mövcud vəziyyəti dəyərləndirərkən deyib.

    Onun sözlərinə görə, etiraf etmək lazımdır ki, hazırkı mürəkkəb münaqişənin eskalasiyası dövründə də bu soyuqqanlı və tarazlı siyasətimizdən əl çəkməməliyik:

    “Bu siyasət bu gün bizə ciddi üstünlüklər verdi. Siyasətdə qətiyyən emosionallığın tərəfdarı deyiləm və hesab edirəm ki, soyuqqanlı davrandıqca bu müharibəni öz xeyrimizə yekunlaşdırmalıyıq. Çünki bu, Azərbaycan xalqının işğal altında olan torpaqlarının azad olunması istiqamətində apardığı 30 illik mübarizənin bir sonu olmalıdır. Dünyada baş verən proseslər məsələyə praqmatik yanaşdığımız təqdirdə bizə çox böyük fürsətlər verir. Bu gün dünyada qloballaşmanın əks proseslərlə əvəz olunması gedir. Regionallaşma həm iqtisadi, həm siyasi müstəvidə artıq bir trendə çevrilir. Biz isə Qarabağ münaqişəsində bunun konkret olaraq bariz əks olunmasını görürük.

    1990-cı illərdəki vəziyyətə nəzər salsaq, görərik ki, münaqişə ətrafındakı əsas dövlətlərin ABŞ, Rusiya və Fransa idi. Faktiki olaraq vasitəçilik missiyasında da aparıcı rolu bu ölkələr oynayırdı. Amma hazırda ilk növbədə ABŞ bu münaqişədən xeyli dərəcədə kənarlaşdırılıb. Eyni zamanda da Fransanın məsələyə təsir imkanları birtərəfli qeyri-obyektiv mövqe sərgilədiyi üçün kifayət qədər azalıb. BMT-nin, eləcə də digər beynıəlxalq qurumların da təsir gücü azalmaqdadır. Belə bir vəziyyətdə Azərbaycan qonşu dövlətlərlə öz münasibətlərini, düzgün siyasətini apara bilsə, bu imkan verəcək ki, ölkəmiz öz ərazi bütövlüyünü hansısa xarici təsirlərdən uzaq şəkildə öz daxili resursları hesabına bərpa etsin”.

    E.Məmmədov onu da qeyd edib ki, Baş naziri Nikol Paşinyanın qloballaşma ilə bağlı Soros Fonduna və digər institutlara söykənməsi bu gün faktiki olaraq Ermənistanın bütün cəbhələrdə ciddi problemlərlə üzləşməsinə səbəb olub:

    “Xüsusilə vurğulanmalı olan məqamlar var. Belə ki, Soros Fondunun, eləcə də digər qloballaşma ilə bağlı olan fondların Azərbyacanla bağlı olan siyasətləri bəllidir. Onlar müxtəlif qruplara dəstək verməklə, Azərbaycanda siyasi sabitliyi pozmağa çalışırdılar. Amma ölkə rəhbərliyi tərəfində bu kimi hallarının vaxtında qarşısının alınması, Azərbaycan uğurlu hərbi-siyasi kampaniyanın aparılmasına zəmin yaratdı. Hesab edirəm ki, bizim siyasətimiz doğrudur və bu belə də davam etdirilməlidir. Uğurlu siyasətin bir hissəsi də bizim qonşu dövlətlərlə (Rusiya, İran Türkiyə) normal konstruktiv münasibətlərin qurulması və qorunub saxlanmasıdır. Çünki, Ermənistanın iddialarından biri Azərbaycanı Türkiyənin və Suriyadakı terror qruplaşmalarının dəstəyi ilə müharibə aparan tərəf kimi təqdim etməsidir. Biz buna yol verməməliyik. Adekvat siyasətimizi davam etdirməliyik.

    Unutmayaq ki, Azərbaycan apardığı Vətən müharibəsində yalnız öz, daxili resursları hesabına uğur qazanır. Bu gün informasiya məkanında da bu məqama xüsusi diqqət verilməlidir. Çünki, Azərbaycan öz torpaqlarında, beynəlxalq hüquq normalarına uyğun şəkildə ərazi bütövlüyümüz uğrunda mübarizə aparır. Hesab edirəm ki, bu xətt qorunmalıdır. Bu gün Azərbaycanın hərbi potensialını heç bir halda Ermənistanla müqayisə etmək olmaz. Buna görə də biz bu üstünlükdən istifadə edərək öz sistemli, neytarl siyasətimizi qorumaq şərtilə, torpaqlarımızın işğaldan azad olunması məqsədilə bütün fürsətlərdən istifadə etməliyik”.

  • Амирбеков: Баку, в отличие от Еревана, никогда не использовал в качестве мишени мирное население

    Выступивший в прямом эфире новостного выпуска телеканала BBC World помощник Первого Вице-президента Азербайджана Эльчин Амирбеков ответил на вопросы журналиста по продолжающейся армянской военной агрессии в зоне армяно-азербайджанского нагорно-карабахского конфликта.

    Как сообщает Report, подчеркнув, что последняя вспышка насилия была спровоцирована нападением вооруженных сил Армении 27 сентября на азербайджанские позиции с трех направлений линии соприкосновения, Э.Амирбеков особо подчеркнул, что с самого начала данной провокации армянская сторона избрала в качестве главной мишени мирное азербайджанское население и гражданскую инфраструктуру.

    На вопрос о реакции азербайджанской стороны на утверждение армянского премьер-министра Пашиняна о том, что в случае успешной военной операции Азербайджана армянское население будет подвергнуто геноциду, Амирбеков сказал, что даже не стоит комментировать подобный воспаленный полет фантазии Пашиняна, который не выдерживает никакой критики. Вместо этого, он предложил всем тем, кто занят сейчас поиском мирного разрешения сложившейся ситуации, осознать, что главной причиной случившегося является незаконный, неустойчивый, а посему и неприемлемый статус-кво, образовавшийся в результате незаконной оккупации в течение почти 30 лет азербайджанских территорий вооруженными силами Армении и совершенной там этнической чистки.

    На вопрос ведущего относительно бомбардировок азербайджанской армией города Ханкенди и жертв среди мирных граждан, Э.Амирбеков подчеркнул, что Азербайджан, в отличие от Армении, никогда не использовал в качестве мишени гражданское население. В то же время он пояснил, что умышленное рассредоточивание армянской стороной огневых точек среди гражданских кварталов города, к сожалению, делает неизбежными жертвы среди мирных граждан. В то же время помощник Первого вице-президента посоветовал ведущему также активно использовать на экране видеоматериалы о бомбардировке армянами находящихся даже вне зоны конфликта крупных азербайджанских городов, таких как Гянджа и Мингячевир. Обстрел этих городов крылатыми ракетами и реактивными системами залпового огня “Смерч” и “Полонез” с территории Армении имеют своей целью спровоцировать Азербайджан на ответный обстрел и вовлечь в последствии в конфликт третью сторону.

    Комментируя возможное вовлечение в конфликт России, Амирбеков, указав на важную роль этой страны в качестве одного из основных посредников в рамках сопредседательства МГ ОБСЕ, выразил удовлетворение азербайджанской стороны ответственным и сбалансированным поведением России в данной ситуации. Он сослался на заявление российского президента Владимира Путина, который, признав наличие определенных обязательств России в отношении Армении в рамках ОДКБ, в то же время подчеркнул, что продолжающиеся в настоящее время военные действия имеют место в Нагорном Карабахе, который, как известно, является неотъемлемой частью международно-признанной территории Азербайджана. В связи с этим ни у какой третьей стороны нет никаких правовых оснований для вмешательства в данный конфликт.

    Наконец, что касается главного условия для того, чтобы Азербайджан согласился на прекращение огня, Э.Амирбеков сослался на позицию, выраженную Президентом Азербайджана Ильхамом Алиевым, который заявил, что главной стратегической целью азербайджанской стороны является прекращение незаконного иностранного военного присутствия Армении в Азербайджане.

  • Elçin Əmirbəyov: “Qarşı tərəfdən fərqli olaraq dinc əhalini hədəfə götürmürük”

    27 sentyabr tarixində Ermənistan ordusunun Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etməsi ilə başlamış döyüş əməliyyatları zamanı qarşı tərəf ilk gündən Azərbaycanın dinc əhalisini və mülki infrastrukturunu əsas hədəf olaraq seçib.

    “Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinin köməkçisi Elçin Əmirbəyov “BBC World” kanalının “Xəbərlər” proqramının canlı efirində bildirib.

    Azərbaycan tərəfinin bu hərbi əməliyyatda müvəffəq olacağı təqdirdə Qarabağdakı erməni əhalisinin guya soyqırımına məruz qalacağı barədə Ermənistan baş naziri Nikol Paşinyanın iddialarına münasibət bildirən köməkçi bu cür sərsəm fikirlərə şərh verməyi belə rəva görmədiyini qeyd edib. Bunun əvəzində E.Əmirbəyov bu vəziyyəti sülh yolu ilə həll etmək istəyən hər kəsə sözügedən hadisələrin, ilk növbədə, Azərbaycan ərazilərinin 30 ilə yaxındır Ermənistan tərəfindən işğal altında saxlanılaraq etnik təmizləmələr aparıldığından sonra yaranmış qəbuledilməz status-kvo olduğunu xatırladıb.

    Xankəndi şəhərinin guya Azərbaycan Ordusu tərəfindən atəşə tutulması və dinc əhali arasında ölənlər olması barədə müxbirin sualına cavab verən E.Əmirbəyov işğalçı Ermənistandan fərqli olaraq Azərbaycanın heç vaxt dinc əhalini hədəfə almadığını, lakin qarşı tərəfin atəş nöqtələrini qəsdən şəhər içində yerləşdirməsi üzündən istər-istəməz əhali arasında tələfatın meydana gəldiyini bildirib. Bununla yanaşı, E.Əmirbəyov jurnalistə Ermənistan ordusunun cəbhə bölgəsindən xeyli uzaqda yerləşən Gəncə, Mingəçevir və s. şəhərləri raket atəşinə tutmasını əks etdirən videoları da efirə verməyi tövsiyə edib. Belə ki, həmin şəhərlərin Ermənistan ərazisindən qanadlı raketlər, habelə “Smerç” və “Polonez” tipli yalım atəş qurğularından atəşə tutmaqla qarşı tərəf Azərbaycanı adekvat cavab tədbirlərə təhrik edərək münaqişəyə üçüncü ölkələri cəlb etmək məqsədi güdür.

    Münaqişəyə Rusiyanın da cəlb olunması ehtimalına toxunan E.Əmirbəyov bu ölkənin ATƏT-in Minsk qrupu həmsədri kimi mühüm vasitəçilik fəaliyyəti göstərdiyini, son hadisələrdə neytral mövqeyini yüksək dəyərləndirdiklərini söyləyib.

  • ANAMA Goranboya atılmış 10 ədəd raket aşkarlayıb

    4-8 oktyabr tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi mobil əməliyyat qrupları tərəfindən Goranboy rayonu ərazisində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı Ermənistan silahlı qüvvələri tərəfindən atılmış 10 ədəd 9M528 raketi (SMERC) aşkar olunub.

    Bu barədə “Report”a Agentlikdən məlumat verilib.

    Həmin raketlərdən 3 ədədinin içərisindən 9M525 bombacıqlarına rast gəlinmişdir ki, bu bombacıqlar da “Kaset sursatlar haqqında konvensiya”ya görə qadağan olunmuş sursatlar sinifinə daxildir. Həmçinin qeyd olunan ərazidə aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 9M525 kaset tipli raketinin “bombacıqları daşıma konteyneri və paylama boruları”nın da aşkarlanması bu tipli raketlərin istifadəsini təsdiq edən amillərdəndir.

    Ümumilikdə Agentlik tərəfindən 27 sentyabr – 08 oktyabr 2020-ci il tarixlərində 339 siqnal (əməliyyat çağırışı) əsasında 313 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Naftalan, Füzuli, Tərtər, Şəmkir, Hacıqabul, Zərdab rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahəyə, neft kəmərinin yaxınlığına, Mingəçevir İES-in ərazisinə, Cənubi Qafqaz Boru Kəmərinin yaxınlığına, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə, məktəbə baxış keçirilib, 73 ədəd partlamamış hərbi sursat (PHS), 598 ədəd bombacıq, 6 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteroloji radiopelenqator, 2 ədəd kamikadze dron (zərərsizləşdirilib), 2 ədəd raketin mikrosxemi və 100 ədəd partlamış raket hissələri aşkar olunub.

  • Bakı küçələrinin bayraqlarla bəzədilməsi Türkiyə mətbuatında – FOTO

    Türkiyənin kütləvi informasiya vasitələrində Bakı küçələrində Türkiyə-Azərbaycan qardaşlığını əks etdirən fotolar yayımlanıb.

    Qeyd edilir ki, fotolarda Bakının müxtəlif yerlərində Türkiyə-Azərbaycan bayraqlarının yanaşı dalğalanması hər iki dövlətin bir-birinə verdiyi dəstəyin təzahürüdür.

    Eyni zamanda, avtomobillərdə də hər iki dövlətin bayraqlarının yanaşı dalğalandığına diqqət çəkilir.